Məhkəmə qərarları › İş №2-1(114)-1211/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1211/2020

03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1211/2020 03.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli, **********41790 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli, **********41790 nömrəli və xx.xx.2020-ci il tarixli, **********41958 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli, **********41790 nömrəli və xx.xx.2020-ci il tarixli, **********41958 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlara əsasən vergi məsuliyyətinə cəlb olunmuşdur. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarlarla razılaşmırıq və hesab edirik ki, aşağıda qeyd etdiklərimə əsasən hər iki qərar ləğv olunmalıdır. Belə ki, Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları X14, X11 və X8 xx.xx.2020-ci il tarixində ünvan 1 ünvanda yerləşən iddiaçıya məxsus müəssisəyə daxil olaraq, operativ vergi nəzarəti həyata keçirdiklərini bildirmişlər. Vergi əməkdaşı heç kimdən heç nə almadan, soruşmadan və heç bir nağd əməliyyat etmədən özü gəlib, kassaya bir dənə çek vurmuş, sonra da demişdir ki, kassaya vurulmama əməliyyatıdır. Kassaya vurmamağa görə cərimə yazılacağını bildirmişdir. Faktiki olaraq həmin vergi əməkdaşı onlardan heç nə almayıb və nağd ödəniş etməyib. İddiaçı fəaliyyət göstərdiyi vaxtdan bu günə kimi bütün əməliyyatları kassaya vurmuşdur. Daha sonra vergi orqanının əməkdaşları işçilərə yaxınlaşaraq, onlardan izahatlar almağa başlamışlar. Müəssisədə işləməyən şəxslərdən izahat alarkən iddiaçı vergi orqanının əməkdaşlarına öz etirazlarını bildirmişdir. Lakin onlar onun etirazlarına məhəl qoymadan müəssisədə işləməyən şəxslərin məcburi qaydada izahatlarını almışlar və sonradan akta əlavə etmişlər. Vergi orqanının əməkdaşları tərəfindən yoxlamaya əsas verən sənədlər ona təqdim olunarkən onların mahiyyətini iddiaçıya izah etmədən onlara imza etdirmişlər. Həmin sənədlərin mahiyyətinin nədən ibarət olduğunu soruşduqda, tərtib olunan aktla bağlı olduğunu bildirmişlər. Vergi orqanının əməkdaşları xx.xx.2020-ci il tarixli VN seriyalı 003878 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” və xx.xx.2020-ci il tarixli 002838 nömrəli “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması barədə” aktları tərtib etmişlər. Vergi əməkdaşları iddiaçıya bir daha “narahat olmayın” deyərək, aktı imzalamağını tələb etmişlər. Ona daha ağır maliyyə sanksiyaları tətbiq ediləcəyi hədəsi ilə aktı imzalamağa məcbur etmişlər. Həmin aktın bir nüsxəsini qəbul etmiş, lakin mahiyyətini bildikdən sonra aktın əlavəsini imzalamamışdır. Çünki operativ vergi nəzarəti zamanı vergi orqanı tərəfindən tərtib olunmuş aktda adları qeyd olunan X6, X4 və digərlərinin həmin obyektdə işləmədiyi halda, onların adları aktda qeyd olunmuşdu. Onlardan məcburi qaydada izahatlar alınmışdır. Bu barədə vergi əməkdaşları aktda öz qeydlərini də aparmışlar. Nəzarət tədbirinin nəticəsinə görə akt iddiaçının iştirakı ilə tərtib olunmamışdır. Sadəcə olaraq aktı kənarda tərtib etmişlər və sonradan həmin aktı ona oxuyub tanış etmişlər. O, aktın ilk hissəsini imzalamış, lakin sonradan qanunsuz cərimə ediləcəyini başa düşdükdən sonra aktın digər hissəsini imzalamaqdan imtina etmişdir. Qərarlarla elektron kargüzarlıq vasitəsi ilə tanış olmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbi xx.xx.2020-ci il tarixli, **********41958 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi hissəsində mümkün sayılmamış, qərardad qanuni qüvvəsini almışdır. İddiaçı vəkili Vəkil məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, adları çəkilən şəxslər vergi yoxlaması zamanı iddiaçıya məxsus obyektdə işləməmişlər və tərəflərindən verilmiş izahatları təsir altında yazmışlar. Həmçinin Raminə Verdiyeva və Şakir Hüseynovdan təkrar izahatlar alınmış, Şakir Hüseynov həyat yoldaşını evə aparmaq üçün həmin obyektə gəldiyini, işi çox olduğundan ona kömək etdiyini, Raminə Verdiyeva isə X3 məxsus çörək bişirmə sexində xx.xx.2019cu ildən xx.xx.2020-ci il tarixədək işlədyiini, əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verildiyini və həmin gün orada işləmədiyini bildirmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi uçota alındığı və əsas fəaliyyət növünün “çörək istehsalı, uzun müddət saxlanıla bilməyən unlu-qənnadı məmulatlarının istehsalı” olduğu müəyyən edilmişdir. Vergi ödəyicisinin faktiki fəaliyyət göstərdiyi Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi, 50 saylı binanın yanında yerləşən “Gəncə təndiri” çörək sexi adlı obyekti xx.xx.2017-ci il tarixdə təsərrüfat subyekti kimi uçota alınmışdır. Baş İdarənin xx.xx.2020-ci il tarixli, **********1164 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən Baş İdarənin əməkdaşları X14, X11 və X8 tərəfindən xx.xx.2020-ci il tarixdə saat 19:25-də İddiaçı fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 7 nəfər fiziki şəxsin (X25, X2, X15, X16, X12, X13 və Məmmədova Mərziyyə Zöhrab qızı) işəgötürən tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı aşkar olunmuş, tədbirin nəticəsi xx.xx.2020-ci il tarixli, VN seriyalı 003878 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Akt vergi ödəyicisi tərəfindən imzalanmış, лакин əmək müqaviləsi ilə bağlı aktın əlavəsinin davamının imzalanmasından imtina olunmuşdur. Nəzarət tədbiri zamanı aktda adları qeyd olunmuş şəxslər təqdim etdikləri izahatlarında qeyd olunanları təsdiq etmişdir. Tərtib edilmiş aktlar əsasında Baş İdarə tərəfindən xx.xx.2020-ci il tarixli, **********41790 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq, vergi ödəyicisinə müvafiq olaraq 14000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2020-ci il tarixli, **********082200 nömrəli məktubу ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, poçtdan geri qayıtma halının olmadığı, e-qutuda isə xx.xx.2020-ci il tarixdə saat 09:57-də oxunmuşdur. İddiaçı ərizəsində operativ vergi nəzarəti zamanı vergi orqanı tərəfindən tərtib olunmuş aktda adı qeyd olunan şəxslərin həmin obyektdə işləmədiyi halda, onların adlarının aktda qeyd olunmasını, onlardan məcburi qaydada izahatlar alındığını bildirmişdir. Yoxlamaya başlamazdan əvvəl yoxlamaya əsas verən sənədlərlə İddiaçı tanış edilmiş, sənədlərin surəti vergi ödəyicisinə təqdim edilmişdir. Həmçinin vergi ödəyicisinə vergi qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələrin ətraflı şəkildə izah olunmuş, nəzarət tədbiri zamanı izahat alınarkən heç bir şəxsə qarşı təzyiq göstərilməmişdir, həmin şəxslərin özləri könüllü olaraq izahat vermişlər. Həmin şəxslərin əl yazıları ilə yazdıqları izahatların surəti etiraza əlavə едилмишдир вя киməsə məcburi qaydada əl yazı ilə izahatın yazdırılması ağlabatan deyilдир. Məhz bu səbəbdəndir ki, vergi ödəyici ilk öncə operativ vergi nəzarət tədbiri zamanı aşkar olunmuş hallarla razılaşmış, operativ vergi nəzarət tədbirinin seçirilməsi haqqında qərarı, tələbnaməni və çıxarışı qəbul etmiş, aktı imzalamış, daha sonra vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməkdən boyun qaçırmaq üçün aktın əlavəsini imzalamamışdır. Bununla yanaşı, operativ vergi nəzarət tədbiri zamanı 7 nəfər fiziki şəxsin ((X26, X2, X15, X16, X12, X13 və Məmmədova Mərziyyə Zöhrab qızı) əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkarlandığı halda, iddiaçı yuxarı vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı və iddia ərizəsində yalnız 2 fiziki şəxslə (X16 və X13) bağlı münasibət bildirmişdir. Burdan isə o qənaətə gəlmək olur ki, iddiaçı digər 5 nəfər fiziki şəxsin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyini dolayı yolla etiraf eтмишdir. Иddiaçı тялябиндя qeyd etmişdir ki, X16 və X13 inzibati icraat zamanı verdikləri izahatlarında onun işçiləri olmadıqlarını bildirmişlər. İddiaçı və həmin fiziki şəxslər hüquqi qüvvəyə minmiş əmək müqaviləsi olmasa belə, faktiki əmək münasibətində olan şəxslərdir və İddiaçı sonunculara təsir etmək imkanı var. Onların izahatlarını dəyişməkdə məqsədi işəgötürənlərini maliyyə sanksiyasına məruz qalmaqdan xilas etməkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vergi orqanlarına mütəmadi olaraq ötürülən hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə elektron məlumat bazasından operativ vergi nəzarət tədbiri keçirilən tarixə alınnmış çıxarışdan görünür ki, nəzarət tədbiri həyata keçirilən tarixə (xx.xx.2020-ci il) işəgötürən qismində İddiaçı ilə operativ vergi nəzarət tədbiri nəticəsində tərtib edilmiş aktda adları göstərilən fiziki şəxslər arasında hüquqi qüvvəyə minmiş hər hansı əmək müqaviləsi mövcud olmamış, иddiaçı tərəfindən adı xx.xx.2020-ci il tarixli, VN seriyalı C03878 nömrəli aktda adları qeyd edilmiş bütün işçilərlə сонрадан əmək müqaviləsiнин bağlanması təmin edilmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mövcud olan məlumat bazasına əsasən X5 tədbir keçirilən vaxtdan sonra, yəni xx.xx.2020-ci il tarixdə saat 21:44-də, X4 xx.xx.2020-ci il tarixdə saat 20:23-də, X1 xx.xx.2020-ci il tarixdə saat 15:54-də, Məmmədova Mərziyyə Zöhrab qızının xx.xx.2020-ci il tarixdə saat 17:10-da, X9, X6 və X18 xx.xx.2020-ci il tarixdə saat 4:11-4:15 aralığında DSMF-nin elektron sisteminə daxil edildiyi və müvafiq bildirişin alındığı müəyyən edilmişdir. Эöstərilən faktlar, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 7 nəfər fiziki şəxsin operativ vergi nəzarəti zamanı təqdim etdikləri izahatlarında əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb olunmalarını etiraf etmələri, həmçinin 7 nəfər fiziki şəxsə dair məlumatların tədbir keçirilən vaxta DSMF-in elektron sisteminə daxil edilməməsi və müvafiq bildirişlərin alınmaması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) "Hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılması qanunvericiliklə müəyyən olunmuş məsuliyyət tədbirlərindən yayınmaq niyyətinin olduğunu göstərir. İddiaçının tələbi əsassızdır və onun məqsədi hüquqazidd əməlinə görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətdən boyun qaçırmaqdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmiş, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş və iddia İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli, **********1790 nömrəli qərarına əsasən İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10. maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli, **********1790 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. İş materiallarında olan “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ona məxsus çörək sexində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. -“Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli, **********1164 nömrəli qərarının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən çörək sexinə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək (xx.xx.2020-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -“Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx xxxxxx 2020-ci il tarixli, **********1200 nömrəli tələbnamənin təsdiqlənmiş surətindən görünür ki, vergi ödəyicisi İddiaçı elektron informasiya daşıyıcılarının, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqavilələri (kontraktlar), müəssisənin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsinin surəti, nəzarət kitabçaları tələb edilmişdir. -“Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx xxxxxx 2020-ci il tarixli, 003878 nömrəli aktın təsdiqlənmiş surətindən görünür ki, həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində 7 nəfər fiziki şəxsin – X19, X1, X7, X6, X5, X4 və Məmmədova Mərziyyə Zöhrab qızının əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuşdur. - X19, X1, X7, X6, X5, X4 və Məmmədova Mərziyyə Zöhrab qızının xx xxxxxx 2020ci il tarixli izahatlarının təsdiqlənmiş surətlərindən görünür ki, X19, X1, X7, X6, X5, X4 və Məmmədova Mərziyyə Zöhrab qızının əmək müqavilələri hüquqi qüvvəyə minmədən işəgötürən İddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin izahatlarla təsdiq edilmişdir. -“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli, **********1790 nömrəli qərarın təsdiqlənmiş surətindən görünür ki, vergi ödəyicisi İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. -“Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********1791 nömrəli tələbnamənin təsdiqlənmiş surətindən görünür ki, büdcəyə ödənilməli olan 14000 manat vəsaitin xx.xx.2020-ci il tarixədək Gəncə YXO-nun AZ44CTRE******************** nömrəli hesabına ödənilməsi tələb edilmişdir. -“Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli, **********082200 nömrəli məktubun təsdiqlənmiş surətindən görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, VN seriyalı 003878 nömrəli akta əsasən -“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli, **********1790 nömrəli qərar və -“Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********1791 nömrəli tələbnamə İddiaçı göndərilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli, **********055800 nömrəli qərarının surətindən görünür ki, fərdi sahibkar İddiaçı keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsindən Vergilər Nazirliyinə verdiyi xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, xx xxxxxx 2020-ci il tarixli, 003878 nömrəli -“Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın etibarlı hesab edilməsi və həmin akt əsasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinin qəbul etdiyi xx.xx.2020-ci il tarixli, **********341790 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, **********1164 nömrəli qərarının icrası ilə əlaqədar vergi orqanının əməkdaşları tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən çörək sexində operativ vergi nəzarəti həyata keçirilmiş, qərarın icrası zamanı həmin obyektdə əmək müqaviləsi bağlamadan 7 nəfər fiziki şəxsin, yəni X19, X1, X7, X6, X5, X4 və Məmmədova Mərziyyə Zöhrab qızının əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, 003878 nömrəli akt tərtib edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli, **********1790 nömrəli qərarla İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı tələbində X16 və X4 ona məxsus sexdə işlədiklərini qeyd etsə də, bu hal iş materiallarında olan sübutlarla təqzib edilmiş, həmin halı təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -23.1.1-ci maddəsinə əsasən Məcəllədə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. -50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirlərinə aiddir. -50.2.4-cü maddəsinə əsasən vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda operativ vergi nəzarətinin həyata keçirilir. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. -58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -68.2. maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər: Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli, **********1790 nömrəli qərar qəbul edilərkən yuxarıda sadalanan normaların tələblərinə əməl edildiyindən, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx xxxxxx 2020-ci il tarixli, **********1790 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx xxxxxx 2020-ci il tarixli, **********1790 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar