Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1212/2020 15.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı “xxxxxxx” sahibkar müəssisəsinin rəhbəri X1 iştirakı ilə, İddiaçı “xxxxxxx” sahibkar müəssisəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı qərarın ləğv edilməsitələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı “xxxxxxx” sahibkar müəssisəsi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinin silinməsi barədə Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli (AVİS qeydiyyatı: xx.xx.2019-cu il tarixli **********534900 nömrəli), xx.xx.2020-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2020-ci il tarixli **********000501 nömrəli) və xx.xx.2020-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2020-ci il tarixli **********000502 nömrəli) inzibati şikayətlər üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli **********254500 nömrəıli inzibati şikayətin baxılmamış saxlanılması haqqında qərarı ləğv edilməklə, 2015-ci il üçün əmlak vergisi üzrə 50,0 manat, 2015-ci il üçün mənfəət vergi üzrə 240,0 manat, 2016-cı il üçün əmlak vergisi üzrə 50,0 manat, 2016-cı il üçün mənfəət vergisi üzrə 240,0 manat vergi məbləği hesablanmış və “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli **********668400 nömrəli, **********670500 nömrəli və xx.xx.2018-ci il tarixli **********595600 nömrəli, **********593200 nömrəli qərarların baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Qırmızıkənd qəsəbəsində (Gəncə şəhər, Kəpəz rayonu, Bayram Hüseynli küçəsində) yerləşən “xxxxxxx” sahibkar müəssisəsinə məxsus obyektdə 6 m2 sahəni "xxxxxxxxxxx” MMC-yə icarəyə verdiyi icarə müqaviləsinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Vergi İdarəsi tərəfindən kameral yoxlanılmış və icarədən gələn (20%) ödənilməyən gəlir vergisinə görə “xxxxxxx” müəssəsinə 818,24 manat məbləğində (o cümlədən vergilər üzrə 330,48 manat, faizlər üzrə 407,76 manat, maliyə sanksiyası üzrə 80 manat) cərimə hesablanmışdır. İddiaçı “xxxxxxx” sahibkar müəssisənin təsisçisi və direktoru X2 "xxxxxxx" Sahibkar Müəssisəsinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinin silinməsi barədə Vergilər Nazirliyinə xx.xx.2019-cu il tarixli (AVİS qeydiyyatı: xx.xx.2019-cu il tarixli **********534900 nömrəli), xx.xx.2020-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2020-ci il tarixli **********000501 nömrəli) və xx.xx.2020-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2020- ci il tarixli **********000502 nömrəli) inzibati şikayətlər yazıb göndərmişdir. Bundan sonra Azərbaycan Respublikası Vergilər Nazirliyi sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsinin rəisi, baş verg xidməti müşaviri X6, "xxxxxxx" Sahibkar Müəssisəsinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinin silinməsi barədə Vergilər Nazirliyinə daxil olmuş xx.xx.2019-cu il tarixli (AVİS qeydiyyatı: xx.xx.2019-cu il tarixli **********534900 nömrəli), xx.xx.2020-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2020-ci il tarixli **********000501 nömrəli) və xx.xx.2020-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2020-ci il tarixli **********000502 nömrəli) inzibati şikayətləri araşdırmış ‘İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 75.1.3-cü maddəsini rəhbər tutaraq, xx xxxxxx 2020- ci il tarixli **********254500 İnzibatin şikayətin baxılmamış saxlanılması haqqında qərar çıxarılmışdır. Məhkmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddiaçının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, **********254500 nömrəli İnzibati şikayətin baxılmamış saxlanılması haqqında qərarının ləğv edilməsi barədə iddianın dəyişdirilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı “xxxxxxx” sahibkar müəssisəsinin rəhbəri X2 ərizə təqdim edərək, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa olunmasını xahiş etmiş, ərizəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarla bağlı dəfələrlə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı X3 müraciət etsə də, ona imtina cavabı verilmədiyindən məhkəməyə vaxtında müraciət edə bilməmişdir. Cavabdehin nümayəndəsi X5 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, müəssisənin əmlak icarəsi fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, 2015-ci və 2016-cı illər üzrə əmlak və mənfəət vergisi bəyannamələrinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmiş, vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli **********168000 nömrəli və **********606000 nömrəli məktublar göndərilmiş, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi bildirilmiş, zəruri olan sənədlərin təqdim edilmədiyi, vergi ödəyicisi tərəfindən mövcud uyğunsuzluğun aradan qaldırılmadığı və dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilmədiyi halda, vergi orqanının vergiləri hesablamaq hüququnun olduğu bildirilmişdir. Müəssisə tərəfindən kameral vergi yoxlaması üçün zəruri olan sənədlər və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən 2015-ci il üçün əmlak vergisi üzrə 50,0 manat, 2015-ci il üçün mənfəət vergi üzrə 240,0 manat, 2016-cı il üçün əmlak vergisi üzrə 50,0 manat, 2016-cı il üçün mənfəət vergisi üzrə 240,0 manat vergi məbləği hesablanmış və “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli **********668400 nömrəli, **********670500 nömrəli və xx.xx.2018-ci il tarixli **********595600 nömrəli, **********593200 nömrəli qərarlar qəbul edilmiş və qeyd edilən qərarların müəsissə tərəfindən xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixlərdə oxunduğu müəyyən edilmişdir. Bu fəaliyyətdən gəlir əldə edən rezident müəssisələr həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri çıxdıqdan sonra, qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablayaraq hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Mənfəət vergisinin bəyannaməsi”ni qeydiyyatda olduğu vergi orqanına təqdim etməklə həmin müddət ərzində də hesablanmış mənfəət vergisinin məbləğini dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1-ci maddəsinə əsasən Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Müəyyən edilmişdir ki, mübahisələndirilən Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, **********254500 nömrəli “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” qərarı ilə “xxxxxxx” sahibkar müəssisəsinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2019-cu, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli inzibati şikayətləri baxılmamış saxlanılmışdır. Həmçinin mübahisələndirilən qərarda vergi ödəyicisinin narazılığı olduğu təqdirdə onun təqdim olunduğu vaxtdan 30 gün müddətində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apelyasiya Şurasına və ya məhkəməyə şikayət etmək hüququ olduğu göstərilmişdir. Buna baxmayaraq iddiaçı mübahisələndirilən Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, **********254500 nömrəli “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” qərarını əldə etdikdən 30 gündən çox müddət sonra, yəni xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş və məhkəməyə iddia vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı “xxxxxxx” sahibkar müəssisəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1212/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1212/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver