Məhkəmə qərarları › İş №2-1(114)-1216/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1216/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1216/2024 28.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cavabdeh orqanın “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarının “Qeyd” hissəsinin və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-88833/2023 nömrəli qərarının ləğv edilməsi, həmin qərarlar üzrə əlilliyə görə əmək pensiyasından tutulmuş cəmi 910.80 manat məbləğin ona geri qaytarılması, ona hesablanmış və ödənilməli olan 715.89 manat məbləğin artıq ödəmə kimi müəyyən edilmiş 4663 manat məbləğdən çıxılmaqla əvəzləşdirilməsinin qanunsuz sayılaraq, həmin məbləğin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Məhkəmə sorğusu ilə cavabdeh orqandan əldə edilmiş İddiaçı pensiya işi ilə müəyyən edilir ki: - xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən İddiaçı xx.xx.2001-ci il tarixindən İl dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. - İddiaçı əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1954-cü il tarixindən xx.xx.1960cı il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 50 il 2 ay 20 gün sığorta stajı əsasında əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2018-ci il tarixindən (xx.xx.2021-ci il tarixli müraciətindən 3 il əvvəl) 252,22 manat müəyyən edilmişdir. - “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2019-cu il tarixindən 259,73 manata, xx.xx.2020-ci il tarixindən 302,84 manata, xx.xx.2021-ci il tarixindən 337,36 manata, xx.xx.2022-ci il tarixindən 348,83 manata çatdırılmışdır. - İddiaçı xx.xx.2001-ci il tarixindən İl dərəcə əlilliyə görə əmək pensiyası təyin edildiyi halda, pensiyasının baza hissəsi İ dərəcə əlil kimi hesablanaraq ödənilmiş, nəticədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-cüi il tarixli **********0 nömrəli qərarı ilə xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək əmək pensiyası üzrə 4663 manat artıqvermə müəyyən edilmişdir. - Daha sonra sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 365,49 manata çatdırılıb.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesbalanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-88833/2023 nömrəli qərarı ilə İddiaçı əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 419,22 manata çatdırılmış və 84,50 manat əksik vermə müəyyən edilmişdir. Qərarın “Qeyd” hissəsində göstərilir ki, “Qanunun 39.1-ci maddəsinə uyğunlaşdırılmışdır. Pensiya ödənişində nəzərə alınsın. Qanunun 39-cu maddəsinə edilən dəyişikliklərlə bağlı daxil olmuş Xidməti Məruzənin 4-cü bəndinə əsasən artıqödəmə şəxsin müraciəti əsasında əmək pensiyasının yenidən hesablanması nəticəsində müəyyən edildiyi halda müraciətin daxilolma tarixindən 3 il geriyə olmaqla hesablanır. Artıq vermə vətəndaşın xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən müəyyən edildiyi üçün xx.xx.2018-ci il tarixdən yenidən hesablanmışdır.

3. xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək ötən dövr üzrə hesablanmış fərq məbləğinin bir hissəsi xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək artıqödəmə məbləği ilə əvəzləşdirilmişdir.

4. İddiaçı əmək pensiyasının məbləğindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq 50,60 manat olmaqla, cəmi 961,40 manat məbləğində vəsait tutulmuşdur.

5. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş məlumata əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsisteminin "ötən dövr" xanasında xx.xx.2022-ci il tarixli qeydə uyğun olaraq pensiyaçı İddiaçı 4663,00 manat məbləğində artıq ödənilmiş vəsait Qanunun 39.1-ci maddəsinə uyğunlaşdırılaraq xx.xx.2023-cü il tarixli qeydə əsasən yenidən hesablanmış və nəticədə xx.xx.2018-xx.xx.2019-cu illər üzrə artıq ödənilmiş məbləğin 159,01 manat olduğu, qalıq 4503,99 manat məbləğində vəsaitin bağışlandığı, artıq ödənilmiş 159,01 manat məbləğində vəsaitin isə daha əvvəl tutularaq bərpa olunduğu müəyyən edilmişdir.

6. Aparılmış yenidən hesablama nəticəsində xx.xx.2019-xx.xx.2023-cü il tarixləri üzrə 300,67 manat məbləğində vəsaitin əskik ödənildiyi müəyyən edilmişdir.

7. İddiaçı əlilliyə görə əmək pensiyası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2- M-246705/2023 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən ona xx.xx.2001-ci il tarixindən İl dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuş, xx.xx.2006-cı il tarixindən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1954-cü il tarixindən xx.xx.1960cı il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 50 il 2 ay 20 gün sığorta stajı əsasında əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2018-ci il tarixindən (xx.xx.2021-ci il tarixli müraciətindən 3 il əvvəl) 252,22 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddələrin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2019-cu il tarixindən 259,73 manata, xx.xx.2020-ci il tarixindən 302,84 manata, xx.xx.2021-ci il tarixindən 337,36 manata, xx.xx.2022-ci il tarixindən 348,83 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddələrin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 365,49 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək 419,22 manata çatdırılıb. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa xx.xx.2020-ci il tarixində edilmiş dəyişikliklərə əsasən həmin Qanunun 19-cu maddəsinin ləğvi ilə bağlı əmək pensiyalarının məbləği xx.xx.2021-ci il tarixindən yenidən hesablanmış və sözügedən Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 13.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin İ qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 12 faizi (l qrup gözdən əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi), İİ qrup əlillərə 100 faizi, İİİ qrup əlillərə isə 55 faizi həcmində müəyyən edilir. Bildirilir ki, ona xx.xx.2001-ci il tarixindən İl dərəcə əlilliyə görə əmək pensiyası təyin edildiyi halda, pensiyasının baza hissəsi İ dərəcə əlil kimi hesablanaraq ödənilmişdir. Nəticədə xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək əmək pensiyası üzrə artıqvermə müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək ötən dövr üzrə hesablanmış fərq məbləğinin bir hissəsi xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək artıqödəmə məbləği ilə əvəzləşdirilmiş, qalıq hissə isə pensiyasının üzərinə əlavə edilməklə ona ödəniləcəkdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, tutulmaların dayandırılması və indiyədək tutulan vəsaitin ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Tələb onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondu ona xx.xx.2001ci il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edildiyi halda, pensiyanın baza hissəsi İ dərəcə əlil kimi hesablanaraq ödənilməsini əsas gətirərək, xx.xx.2018-ci il tarixindən xx.xx.2019 -cu il tarixinədək artıq ödəmə nəticəsində ona borc müəyyən etmişdir. Bu borc DSMF tərəfindən hər ay 50 azn olmaqla onun əmək pensiyasından razılığı və ya məhkəmə qərarı olmadan xx.xx.2022 ci il tarixdən tutulur və xx.xx.2228 ci il tarixədək tutulmağa davam edəcəkdir. Məlumat üçün bildirir ki, hər ay əmək pensiyasından tutulan məbləğin dayandırılması və indiyədək tutulmuş məbləğin bərpası ilə əlaqədar olaraq DSMF-na inzibati qaydada müraciət etmiş, yalnız imtina cavabı almışdır.

10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

11. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “cavabdeh orqanın “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarının “Qeyd” hissəsinin və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-88833/2023 nömrəli qərarının ləğv edilməsi, həmin qərarlar üzrə əlilliyə görə əmək pensiyasından tutulmuş cəmi 910.80 manat məbləğin ona geri qaytarılması, ona hesablanmış və ödənilməli olan 715.89 manat məbləğin artıq ödəmə kimi müəyyən edilmiş 4663 manat məbləğdən çıxılmaqla əvəzləşdirilməsinin qanunsuz sayılaraq, həmin məbləğin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

14. Hazırkı iddia İPM-in həm 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə, həm də 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növlərinə aiddir. Belə ki, cavabdeh “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********0 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-88833/2023 nömrəli qərarlarının ləğv edilməsi tələbi mübahisələndirmə, həmin qərar üzrə əmək pensiyasından tutulmuş 910.80 manat məbləğin geri qaytarılması və ona ödənilməli olan 715.89 manat məbləğin artıq ödəmə kimi müəyyən edilmiş 4663 manat məbləğdən çıxılmaqla əvəzləşdirilməsinə dair cavabdeh orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin məbləğin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi isə öhdəliyin icrası iddia növlərinə aiddir.

15. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia).

16. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

17. Hazırkı işdə iddianın qaldırılması üçün İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə (30 günlük) riayət edilmişdir.

18. Belə ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********0 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-88833/2023 nömrəli qərarlarının iddiaçıya rəsmi qaydada göndərilməsini təsdiq edən sübut növü cavabdehin nümayəndəsi tərəfindən təqdim edilməmişdir. Həmin iddiaçı həmin qərarı aldıqdan sonra xx.xx.2023-cü il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etdiyi üçün iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

19. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

20. Məhkəmə hazırkı iddianın mübahiisələndirmə və öhdəliyin icrası haqqında iddia növlərinə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.

23. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

24. Məhkəmə Azərbaycan Respublikası İnqibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadna baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

25. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya ilkin olaraq xx.xx.1993-cü il tarixdə ll dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Belə ki, sözügedən dövrdə qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 29 və 30-cu maddələrində əlilliyə görə əmək pensiyasının hesablanması zamanı zamanı nəzərə alınan məbləğlərin faizləri təsbit olunmuşdur. Sözügedən Qanuna əsasən, əliliyə görə pensiyanın təyin olunan zaman həm pensiya üçün müraciət edənin orta aylıq əmək haqqı, həm də əlilliyə görə pensiyanın minimum məbləği nəzərə alınırdı. Həmin maddələrə müvafiq olaraq qeyd etmək istərdik ki, sözügedən dövrdə əlilliyə görə pensiya təyin olunan zaman əlilliyə görə pensiyaların məbləği İ qrup əlillərə - pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 70 faizi məbləğində, İl qrup əlillərə - pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 50 faizi məbləğində, İlİ qrup əlillərə -- pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 30 faizi məbləğində, bundan əlavə 1 qrup əlilliyə görə pensiyaların minimum məbləği yaşa görə minimum pensiyanın 150 faizi məbləğində, İl qrup əlilliyə görə pensiyaların minimum məbləği yaşa görə minimum pensiyanın 100 faizi məbləğində,İlİ qrup əlilliyə görə pensiyaların minimum məbləği yaşa görə minimum pensiyanın 70 faizi məbləğində müəyyən edilirdi. İddiaçıya məxsus pensiya işində ilkin təyinat zamanı İddiaçı hesablanan pensiya məbləği minimum əmək haqqının 100%-i, orta aylıq əmək haqqının 50%-i miqdarında hesablanmışdır ki, həmin məbləğlər ll dərəcə əlilliyə münasibətdə nəzərdə tutulan məbləğlərə uyğun gəlir. Nəticə olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, ilkin olaraq iddiaçıya İl dərəcə əlillik təyin olunmuşdur. Həmçinin qeyd etmək istəyirlər ki, iddiaçı sözügedən pensiya təyinatı zamanı №080274 nömrəli diplomu təqdim etmiş, stajın hesablanması zamanı İddiaçı təhsil aldığı dövr nəzərə alınmışdır. Bildirmək istəyirlər ki, pensiya işinə aid materiallarda xx.xx.2001-ci il tarixli AR 379545 nömrəli TSEK-in müayinə aktından görünür ki, iddiaçıya 1 il müddətində İl dərəcə əlillik müəyyən olunmuşdur. Bundan sonra iddiaçı xx.xx.2001-ci il tarixdə öz ərizəsi ilə müraciət edərək, işdən azad olunması və ona dərəcə əlillik verilməsi səbəbilə pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçıya İİ dərəcə əlillik verilməsinə baxmayaraq ərizə ilə müraciət zamanı İ dərəcə əlilliyə görə pensiyanın yenidən hesablanmasını xahiş elmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəryirlər ki, iddiaçıya münasibətdə xx.xx.2006-cı il tarixədək 50 il 2 ay 20 gün sığorta stajı hesablanmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə müraciət edərək diplomun surətinə əsasən pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Müraciət əsasında pensiya məbləği 252,22 manat müəyyən edilməklə yenidən hesablanmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorla hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibəldə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddələrin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2019-cu il tarixdən 259,73 manata, xx.xx.2020-ci il tarixdən 302,84 manata, xx.xx.2021-ci il tarixdən 337,36 manata, xx.xx.2022-ci il tarixdən 348,83 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddələrin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 365,49 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək 419,22 manata çatdırılıb. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa xx.xx.2020-ci il tarixində edilmiş dəyişikliklərə əsasən həmin Qanunun 19-cu maddəsinin ləğvi ilə bağlı əmək pensiyalarının məbləği xx.xx.2021-ci il tarixdən yenidən hesablanmış və sözügedən Qanunun xx.xx.2017- ci il tarixədək qüvvədə olmuş 13.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin İ qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 120 faizi (İ qrup gözdən əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi), İl qrup əlillərə 100 faizi, İİİ qrup əlillərə isə 55 faizi həcmində müəyyən edilir. Bildiririk ki, İddiaçı xx.xx.2001-ci il tarixdən İl dərəcə əlilliyə görə əmək pensiyası təyin edildiyi halda, pensiyasının baza hissəsi İ dərəcə əlil kimi hesablanaraq ödənilmişdir. Nəticədə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əmək pensiyası üzrə artıqvermə müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan da müəyyən olunur ki, iddiaçıya 2001-ci il tarixdə TSEK- in müayinə aktına müvafiq olaraq İl dərəcə əlillik təyin olunduğu halda, pensiyanın təyin olunması ilə bağlı müraciət etdikdə, İ dərəcə əlillik təyin olunmasını xahiş etmiş və nəticədə İddiaçı münasibətdə hesablanan pensiya məbləğində səhvlik olmuşdur.

26. Cavabdehin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddiaya yazılı etirazda qeyd edilənləri müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Məhkəmə sorğusu ilə cavabdeh orqandan əldə edilmiş X1 pensiya işindəki sənədlər; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesbalanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-88833/2023 nömrəli qərarı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış “Əlilliyə görə əmək pensiyası haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-246705/2023 nömrəli məktub.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

29. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən İddiaçı xx.xx.2001-ci il tarixindən İl dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1954-cü il tarixindən xx.xx.1960-cı il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 50 il 2 ay 20 gün sığorta stajı əsasında əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2018-ci il tarixindən (xx.xx.2021-ci il tarixli müraciətindən 3 il əvvəl) 252,22 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.2ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2019-cu il tarixindən 259,73 manata, xx.xx.2020-ci il tarixindən 302,84 manata, xx.xx.2021-ci il tarixindən 337,36 manata, xx.xx.2022-ci il tarixindən 348,83 manata çatdırılmışdır. İddiaçı xx.xx.2001-ci il tarixindən İl dərəcə əlilliyə görə əmək pensiyası təyin edildiyi halda, pensiyasının baza hissəsi İ dərəcə əlil kimi hesablanaraq ödənilmiş, nəticədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-cüi il tarixli **********0 nömrəli qərarı ilə xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək əmək pensiyası üzrə 4663 manat artıqvermə müəyyən edilmişdir. Daha sonra sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 365,49 manata çatdırılıb. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-1- 88833/2023 nömrəli qərarı ilə İddiaçı əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 419,22 manata çatdırılmış və 84,50 manat əksik vermə müəyyən edilmişdir. Həmin qərarın “Qeyd” hissəsində göstərilmişdir ki, “Qanunun 39.1-ci maddəsinə uyğunlaşdırılmışdır. Pensiya ödənişində nəzərə alınsın. Qanunun 39-cu maddəsinə edilən dəyişikliklərlə bağlı daxil olmuş Xidməti Məruzənin 4-cü bəndinə əsasən artıqödəmə şəxsin müraciəti əsasında əmək pensiyasının yenidən hesablanması nəticəsində müəyyən edildiyi halda müraciətin daxilolma tarixindən 3 il geriyə olmaqla hesablanır. Artıq vermə vətəndaşın xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən müəyyən edildiyi üçün xx.xx.2018-ci il tarixdən yenidən hesablanmışdır. xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək ötən dövr üzrə hesablanmış fərq məbləğinin bir hissəsi xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək artıqödəmə məbləği ilə əvəzləşdirilmişdir. İddiaçı əmək pensiyasının məbləğindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq 50,60 manat olmaqla, cəmi 961,40 manat məbləğində vəsait tutulmuşdur. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş məlumata əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsisteminin "ötən dövr" xanasında xx.xx.2022-ci il tarixli qeydə uyğun olaraq pensiyaçı İddiaçı 4663,00 manat məbləğində artıq ödənilmiş vəsait Qanunun 39.1-ci maddəsinə uyğunlaşdırılaraq xx.xx.2023-cü il tarixli qeydə əsasən yenidən hesablanmış və nəticədə xx.xx.2018xx.xx.2019-cu illər üzrə artıq ödənilmiş məbləğin 159,01 manat olduğu, qalıq 4503,99 manat məbləğində vəsaitin bağışlandığı, artıq ödənilmiş 159,01 manat məbləğində vəsaitin isə daha əvvəl tutularaq bərpa olunduğu müəyyən edilmişdir. Aparılmış yenidən hesablama nəticəsində xx.xx.2019-xx.xx.2023-cü il tarixləri üzrə 300,67 manat məbləğində vəsaitin əskik ödənildiyi müəyyən edilmişdir.

30. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə cavabdeh orqanın iddiaçının pensiyasını düzgün hesablamadığını müəyyən edərək, onun yenidən hesablanmasını həyata keçirməsi və bu zaman iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənilməsi ilə bağlı artıq ödəmə məbləğinin yaranması və iddiaçının pensiyasından tutulması ilə bağlıdır.

31. İşin hallarını ümumiləşdirdikdə belə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının ikinci dərəcə əlilliyi olduğu halda pensiyasının baza hissəsinin birinci dərəcə əlil kimi hesablandığı və ona birinci dərəcə əlil kimi pensiyanın baza hissəsinə əlavə ödənildiyi aşkar edilmişdir. Bu zaman xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarla iddiaçıya əlilliyə görə xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 4663 manat artıq ödəmə məbləği müəyyən edilərək, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək ötən dövr üzrə hesablanmış fərq məbləğinin bir hissəsi xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək artıqödəmə məbləği ilə əvəzləşdirilmiş, habelə İddiaçı əmək pensiyasının məbləğindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq 50,60 manat olmaqla, cəmi 961,40 manat məbləğində vəsait tutulmuşdur.

32. Daha sonra xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-88833/2023 nömrəli qərarla iddiaçının əmək pensiyasında aşkar edilmiş artıq ödəmə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğunlaşdırılaraq son üç il üçün yekunda 159,01 manat olduğu və həmin vəsaitin artıq bərpa olunduğu aşkar edilmişdir.

33. Lakin bu halların heç birində əmək pensiyaçısı olan iddiaçının razılığını almamış və tutulma barədə məhkəmə qərarı olmamışdır.

34. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununa görə: Maddə 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na görə: Bənd 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.

36. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

37. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi.

38. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.

39. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.

40. Hazırkı iş üzrə də cavabdeh orqan tərəfindən iddiaçının əlilliyə görə əmək pensiyasında artıq ödəmə, sosial müavinətində əskik ödəmə halları müəyyən edərkən, inzibati icraat aparmamış, bununla bağlı hər hansı inzibati akt qəbul etməmiş, aryıq ödəmə məbləğindən əskik ödəmə məbləğini əvəzləşdirərkən və iddiaçının pensiyasından tutulma apararkən onun yazılı razılığını almamışdır.

41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

42. Sadalanan normlardan göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin hazırkı işdə inzibati orqanın iddiaçının barəsində qərar qəbul edən zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir.

43. Beləliklə, inzibati orqanın əmək pensiyaçısının razılığı və məbləğin tutulması barədə məhkəmə qərarı olmadan öz araşdırması nəticəsində iddiaçıya artıq ödənilmiş məbləğ müəyyən edərək, onun əmək pensiyasından tutma və əvəzləşdirmə aparmışdır ki, bununla da həmin artıq ödəmə iddiaçının təqsirli davranışı ilə bağlı olmadığı halda ona ödənilməli olan məbləğdə azalma baş vermişdir ki, bu da qanunsuz və əsassız olmuşdur.

44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

45. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarının “Qeyd” hissəsi və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-1- 88833/2023 nömrəli qərarı ləğv edilsin. Həmin qərarlar üzrə İddiaçı əlilliyə görə əmək pensiyasından tutulmuş cəmi 910.80 manat məbləğin ona geri qaytarılması, ona hesablanmış və ödənilməli olan 715.89 manat məbləğin artıq ödəmə kimi müəyyən edilmiş 4663 manat məbləğdən çıxılmaqla əvəzləşdirilməsinin qanunsuz sayılaraq, həmin məbləğin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar