Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1218/2024 12.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı üçüncü şəxslər X6 və X7 onlara məxsus olan Gəncə şəhəri, X18 küçəsi, döngə 2, ev 3 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 12418/2023 nömrəli məktubuna əlavə edilmiş sənədlərə əsasən Gəncə şəhəri, X18 küçəsi, döngə 2, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə ½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 adına qeydə alınmışdır.
2. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışına və Elektron məhkəmə informasiya sistemindən çıxarışlara əsasən xx.xx.1977-ci il təvəllüdlü X6 və xx.xx.1984-cü il təvəllüdlü X5 şəhəri, X18 küçəsi, döngə 2, ev 3 ünvanında qeydiyyatdadırlar.
3. İddiaçı1 üçüncü şəxslər X6 və X7 ona məxsus olan Gəncə şəhəri, X18 küçəsi, döngə 2, ev 3 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.
4. Elektron Məhkəmə informasiya sistemindən çıxarışlarla müəyyən edilmişdir ki, xx.xx.1977-ci il təvəllüdlü X1 şəhəri, Cavadxan küçəsi, döngə 2, ev 3 ünvanında və xx.xx.1984-cü il təvəllüdlü X5 şəhəri, X18 küçəsi, döngə 2, ev 3 ünvanında qeydiyyatdadırlar.
5. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-12418/2023 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanı ilə Gəncə şəhəri, X18 küçəsi, döngə 2, ev 3 ünvanı eyni ünvandır.
6. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-1/2-03/203/2024 nömrəli cavab məktubundan görünür ki, Gəncə ŞİHB 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışına əsasən, Gəncə şəhəri, X18 küçəsi, döngə 2, ev 3 ünvanında X6 və X13 yaşamırlar.
7. Məhkəmənin sorğusuna Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/813-2712/2023 nömrəli məktubundan görünür ki, üçüncü şəxslərdən X13 İddiaçı2 əridir.
8. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2023-cü il tarixli 3-13-57/2- 39807/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, X6 və X13 hal-hazıradək Gəncə şəhəri, X18 küçəsi, döngə 2, ev 3 ünvanında qeydiyyatdadırlar. X3 qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.
9. Həmin məktuba əlavə edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı2 xx.xx.1984-cü il təvəllüdlü X7 Gəncə şəhəri, X18 küçəsi, döngə 2, ev 3 ünvanına qeydiyyata düşməsinə etiraz etməmişdir. II. Məhkəmədə icraat
10. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə 13..2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər şəxslər X6 və X7 ona məxsus olan Gəncə şəhəri, X18 küçəsi, döngə 2, ev 3 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, X18 küçəsi, döngə 2, ev 3 paylı mülkiyyət əsasında ½ pay hüququ ilə ona-İddiaçı1, ½ hissəsi isə qızı İddiaçı2 xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. Mülkiyyətlərində olan fərdi yaşayış evi onlara vərəsəlik qaydasında həyat yoldaşından qalmışdır və texniki pasportda bu göstərilmişdir. Üçüncü şəxslərdən X4 ümumiyyətlə tanımırlar və kim olması, harada olması barədə heç beç bir məlumatları yoxdur. Digər üçüncü şəxs X11 hazırda iddiaçı olan İddiaçı2 keçmiş əri olmuşdur. İddiaçı2 onun qızıdır və hazırda birlikdə həmin evdə yaşayırlar. İddiaçı2 üçüncü şəxs X13 ilə rəsmi olaraq xx.xx.2023-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənsələr də, hazırda boşanmışlar. X7 qeydiyyata düşməyə yeri olmadığından, İddiaçı1 onu özünə məxsus evdə qeydiyyata salmışdır ki, şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd aktiv olsun. Lakin hal-hazırda X7 iddiaçılarla heç bir əlaqəsi yoxdur və onlara məxsus mənzildə formal olaraq qeydiyyatda qalmaqdadır. İddiaçı1 adları sadalanan üçüncü şəxslərlə hər hansı bir qohumluq münasibətləri yoxdur və onların kim olması və harada yaşamaları barədə məlumatlı deyildir. Gəncə Asan Xidmət Mərkəzindən arayış alınması zamanı həmin şəxslərin iddiaçılara məxsus evdən qeydiyyatdan çıxmadıqları müəyyən edilmişdir. Sonra İddiaçı1 Cavabdehnə müraciət edərək həmin şəxslərin onlara məxsus mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş etsə də, göründüyü kimi, cavabdeh onun tələbinin icra olunmasından imtina etmişdir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
14. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
15. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.
16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
18. Cavabdeh yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 və X13 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. İddiaçılar məhkəmə iclasına gəlmiş, cavabdeh xx.xx.2023-ci il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
24. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
25. İddiaçılar İddiaçı1 və İddiaçı2 şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
26. İddiaçı2 sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, bir neçə müddətdir X13 ilə ailə münasibətləri pozulmuşdur və o, evdən çıxaraq başqa yerdə yaşayır. Aralarında olan nikah hələ pozulmamışdır, həmin mübahisə məhkəmənin icraatındadır və məhkəmə icraatı davam edir.
27. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarış; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışı; - Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-12418/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-1/2-03/203/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş yazılı ərizə; - Məhkəmənin sorğusuna Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/813-2712/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2023-cü il tarixli 3-13-57/2- 39807/2023 nömrəli cavab məktubu; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
29. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.
30. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışa əsasında Gəncə şəhəri, X18 küçəsi, döngə 2, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə ½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 mülkiyyətindədir.
31. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışında xx.xx.1977-ci il təvəllüdlü X6 və xx.xx.1984-cü il təvəllüdlü X5 şəhəri, X18 küçəsi, döngə 2, ev 3 ünvanında qeydiyyatda olduqları göstərildiyindən mülkiyyətçilər olan hazırkı iddiaçılar cavabdeh orqana müraciət edərək, həmin şəxslərin onlara məxsus evdən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.
32. İddiaçılar üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatlarının formal olduğunu və bunun onların mülkiyyət hüququnun məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər.
33. Məhkəmə araşdırması zamanı elektron məhkəmə informasiya sistemindən çıxarışlarla xx.xx.1977-ci il təvəllüdlü X1 şəhəri, Cavadxan küçəsi, döngə 2, ev 3 ünvanında və xx.xx.1984-cü il təvəllüdlü X5 şəhəri, X18 küçəsi, döngə 2, ev 3 ünvanında qeydiyyatda olduqları müəyyən edilmiş və məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-12418/2023 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanı ilə Gəncə şəhəri, X18 küçəsi, döngə 2, ev 3 ünvanı eyni ünvandır.
34. Eyni zamanda, məhkəmənin sorğuları ilə müxtəlif orqanlardan alınmış cavab məktubları ilə müəyyən edilmişdir ki, üçüncü şəxslərdən X13 İddiaçı2 əridir və o, məhz İddiaçı2 xx.xx.2020-ci il tarixli ərizəsi ilə həmin tarixdə sözügedən ünvana qeydiyyata alınmışdır. X13 hazırda faktiki olaraq həmin evdə yaşamır.
35. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
36. Məhkəmə qeyd edir ki, adıçəkilən Qanunda yaşayış sahəsi ilə bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı birbaşa nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki: - müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. - Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. - Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
38. Göründüyü kimi, iddiaçıların evində qeydiyyatda olan üçüncü şəxs X6 hazırkı mülkiyyətçilərin ailə üzvü olmadığından onun iddiaçılara məxsus yaşayış sahəsinə istifadə hüququ da yoxdur. İkinci tərəfdən, həmin üçüncü şəxs hazırda sözügedən ünvanda faktiki olaraq yaşamır və qeydiyyatı formal xarakter daşıyır. Onun iddiaçılara məxsus evdə formal qeydiyyatda qalması isə iddiaçıların mülkiyyətçi kimi onlara məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır. Eyni zamanda, qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olması nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqanın X3 qeydiyyatdan çıxarılmasından imtinası əsassız olmuşdur.
39. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxs özünün yeni yaşayış yerləri üzrə qeydiyyata alına bilərlər.
40. Digər üçüncü şəxs X8 münasibətdə isə məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün 2 şərt məcmu halda ödənilməlidir: - şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır; - şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
41. Hazırkı işin halları ilə müəyyən edilir ki, Gəncə şəhəri, X18 küçəsi, döngə 2, ev 3 ünvanında yerləşən evin paylı mülkiyyətçisi olan İddiaçı2 ailə üzvü, yəni əri olduğundan, hazırda faktiki olaraq həmin evdə yaşamasa da, onun həmin evdən istifadə hüququ vardır. Belə ki, İddiaçı2 iclas zamanı bildirmişdir ki, bir neçə müddətdir X13 ilə ailə münasibətləri pozulmuşdur və o, evdən çıxaraq başqa yerdə yaşayır. Aralarında olan nikah hələ pozulmamışdır, həmin mübahisə məhkəmənin icraatındadır və məhkəmə icraatı davam edir.
42. Məhkəmə qeyd edir ki, iddiaçılardan İddiaçı2 sözügedən ev üzərində paylı mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydə alındığından və onun yazılı razılığı əri X13 xx.xx.2020-ci il tarixdə həmin evə qeydiyyata alındığından sonuncunun mübahisəli evdən istifadə hüququnun mövcud olub-olmaması həmin dövrdə qüvvədə olan (xx.xx.2009-cu il tarixdən qüvvədə olan) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından müəyyən edilməlidir.
43. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
44. Məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Belə ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
45. Hazırkı işdə də üçüncü şəxs X13 mülkiyyətçi İddiaçı2 əri olmaqla, onun ailə üzvləri sırasına daxildir. Onlara arasında ailə münasibətləri faktiki olaraq pozulsa da, rəsmi nikahın pozulması halı hələki mövcud deyildir. Bu halda, X7 İddiaçı2 məxsus Gəncə şəhəri, X18 küçəsi, döngə 2, ev 3 ünvanında yerləşən evə istifadə hüququ vardır.
46. Ona görə də, X2 Gəncə şəhəri, X18 küçəsi, döngə 2, ev 3 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması hissəsində təmin edilməməlidir.
47. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilsin. X3 Gəncə şəhəri, X18 küçəsi, döngə 2, ev 3 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. X2 Gəncə şəhəri, X18 küçəsi, döngə 2, ev 3 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması hissəsində təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva