Məhkəmə qərarları › İş №2-1(114)-1219/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1219/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1219/2025 27.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Şəmkir Bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi qarşı (üçüncü şəxs X9) “Şəmkir rayon Şəmkir Bələdiyyəsi ilə X9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və X6 adına aparılmış xx.xx.2019-cu il tarixli, ********** saylı qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X6 adına işlənmiş xx.xx.2019-cu il tarixli, ********** saylı qeydin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 28 fevral 2015-ci il tarixdə X9 ilə ünvan 1 ünvanında yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi almış, bundan sonra həmin torpaq sahəsində yaşayış evi tikmiş və hal-hazırda ailəsi ilə orada yaşayır. Qeyd olunan torpaq sahəsini alan vaxt açıq sahə olmuş və sonradan ev tikən vaxt torpaq sahəsini mişar daşı ilə hasara almışdır. Ona məxsus olan 0.05 ha torpaq sahəsi ilə bitişik 0.0242 ha bələdiyyəyə məxsus torpaq sahəsi olmuş, həmin torpaq sahəsi zibillik olmuş, qeyd olunan zibilliyi təmizləmiş və ona məxsus torpaq sahəsi ilə birlikdə hasara almışdır. Bu barədə bələdiyyənin məlumatı və razılığı da olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən 0.05 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş, çıxarış verilərkən torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş və həmin plan ölçüdə onun istifadəsində sənəd üzrə 0.05 ha, faktiki istifadə üzrə isə 0.0742 ha torpaq sahəsinin olması qeyd edilmişdir. Buna baxmayaraq Şəmkir Bələdiyyəsi ona heç bir məlumat vermədən xx.xx.2019-cu il tarixli, 21 saylı qərarla faktiki olaraq onun sahibliyində olan 218 kv.m olan torpaq sahəsini X5, sonuncu da həmin qərar əsasında reyestr xidmətinə müraciət edərək, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış almışdır. İddiaçı Gəncə İnzibati Məhkəməsində Şəmkir Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 21 saylı qərarının ləğv edilməsi barədə iddia qaldırmış, Gəncə İnzibati Məhkəməsinin qərarı ilə iddiası təmin edilməsə də, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)-778/2023 saylı qərarına əsasən iddiası təmin edilmiş, X7 0.0218 ha həyətyanı torpaq sahəsinin ayrılaraq satılması barədə Şəmkir Bələdiyyəsinin xx.xx.2019-cu i tarixli, 21 saylı qərarı ləğv edilmişdir. Qeyd olunan qərardan kassasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini almışdır. Göründüyü kimi X6 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsi üçün əsas olmuş Şəmkir Bələdiyyəsinin xx.xx.2019cu i tarixli, 21 saylı qərarı ləğv olunduğundan həmin çıxarışın verilməsinə əsas olmuş qeyd ləğv edilməlidir. İddiaçı X6 adına işlənmiş xx.xx.2019-cu il tarixli, ********** saylı qeydin ləğv edilməsini xahiş etmiş, lakin bundan imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3697/2024 nömrəli qərardadı ilə X9 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Şəmkir rayon Şəmkir Bələdiyyəsinin əlavə “cavabdeh” qismində inzibati işə cəlb edilməsi və həmçinin, Şəmkir rayon Şəmkir Bələdiyyəsi ilə X9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1219/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, Şəmkir rayonunda yerləşən 0.0218 ha yaşayış məntəqəsinin torpaq sahəsinə Şəmkir Bələdiyyəsinin adına xx.xx.2019-cu il tarixli, **********75 saylı reyestr nömrəli çıxarış verilmişdir. Şəmkir rayonunda yerləşən 0.0218 ha yaşayış məntəqəsinin torpaqları Şəmkir Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 21 saylı iclas protokolundan çıxarışa əsasən X1. X11 rayonunda yerləşən 0.0218 ha yaşayış məntəqəsinin torpaq sahəsini Şəmkir rayon 1 saylı dövlət notariat kontorunda xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli reyestr alqı-satqı müqaviləsi əsasında X3. Həmin müqaviləyə əsasən X6 adına xx.xx.2019-cu il tarixli, **********7 saylı reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı cavabdeh Şəmkir Bələdiyyəsinə (üçüncü şəxs X9) qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X7 0.0218 ha həyatyanı torpaq sahəsinin ayrılaraq satılması barədə Şəmkir Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 21 nömrəli qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-160/2022 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı Səgər qızı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv olunmasına və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-23/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(114)-160/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan kasasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1204/2023 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(104)-23/2023 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-778/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-1(114)-160/2022 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, X8 0.0218 ha həyatyanı torpaq sahəsinin ayrılaraq satılması barədə Şəmkir Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 21 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, Şəmkir Bələdiyyəsi ilə X9 arasında bağlanmış Şəmkir rayon 1 saylı dövlət notariat kontorunda xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli reyestr alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı 11 saylı Şəmkir Ərazi İdarəsinə hər hansı bir məlumat daxil olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Şəmkir Bələdiyyəsi və üçüncü şəxs tərəfindən məhkəməyə iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı Tərəflər məhkəmə iclasında iştirak etməmiş, cavabdeh Şəmkir Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********79 reyestr nömrəli çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 222 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəmkir Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 21 nömrəli qərarına əsasən, Bələdiyyənin mülkiyyyətində olan 218 kv.m torpaq sahəsinin X4 qərara alınmışdır. Şəmkir rayonu 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2019-cu il tarixdə 4Ə-2497 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Şəmkir şəhərində yerləşən 0.0218 ha torpaq sahəsi Şəmkir rayon Şəmkir Bələdiyyəsi adından X10 (onun əvəzinə X12) tərəfindən X1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışa əsasən, Şəmkir şəhərində yerləşən 0.0218 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X6 adına daşınmaz əmlakın dövlət reyestrində 241 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-778/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-160/2022 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, X7 0.0218 ha həyətyanı torpaq sahəsinin ayrılaraq satılması barədə Şəmkir Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 21 nömrəli qərarı ləğv edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “çıxarışın ləğv edilməsi ilə bağlı” məktubdan görünür ki, müraciətdə qeyd edilən Şəmkir şəhərində yerləşən torpaq sahəsinə dair X6 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat və **********57 reyestr nömrəli “Çıxarış”ın ləğv edilməsi 11 saylı Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-778/2023 saylı qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-160/2022 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, X7 0.0218 ha həyətyanı torpaq sahəsinin ayrılaraq satılması barədə Şəmkir Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 21 nömrəli qərarı ləğv edilmişdir. Həmin həmin qərardan kassasiya şikayəti verilmədiyindən AR İPM-nin 116.2-ci maddəsinin tələblərinə əsasən iş materialları Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydaları

14. Hüquqların və hüquqların məhdudlaşdırılmasının ləğv edilməsinin əks etdirilməsi Hüquqların və hüquqların məhdudlaşdırılmasının ləğv edilməsinin əks etdirilməsi dövlət reyestrinə daxil edilmiş müvafiq məlumatın silinməsi yolu ilə həyata keçirilir. Məlumatın silinməsi bu Qaydaların 41-ci və 42-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İİ və İİİ Fəsillərin məlumatlarının silinməsi

41. İİ və İİİ fəsillərin məlumatlarının silinməsi üçün əsaslar İİ və İİİ fəsillərdə qeydiyyata alınmış hüquqlar və məhdudlaşdırma ləğv edildikdə həmin fəsillərin müvafiq məlumatları bu Qaydaların 42-ci maddəsinə uyğun olaraq silinir.

42. İİ və İİİ fəsillərin silinməsi qaydası 42.1. İİ və İİİ fəsillərin məlumatları həmin məlumatların əks etdirildiyi vərəqin üz tərəfinə forması qeydiyyat orqanı tərəfindən müəyyən edilən xüsusi ştamp vurulması ilə silinir. Bu cür silinmə ştampda müvafiq hüququn və ya məhdudlaşdırmanın ləğv edilməsinin qeydiyyatı tarixi, qeydiyyat orqanının müvafiq vəzifəli şəxsinin adının baş hərfi və soyadı, vəzifəsi göstərilməklə onun imzası ilə rəsmiləşdirilir. 42.2. Əgər hüquq onun başqa şəxsə keçməsi və məhdudlaşdırma onun başqa şəxsin xeyrinə yaranması ilə əlaqədar ləğv edilirsə, silmə ştampında əlavə olaraq yeni hüququn və məhdudlaşdırmanın yaranmasının əks etdirildiyi vərəqin nömrəsi də göstərilir. 42.3. Kağız üzərində aparılan dövlət reyestrinin İİ və İİİ fəsillərinin məlumatlarının silinməsi üçün həmin fəsillərin müvafiq vərəqlərinin arxa tərəfində "Sənədlər - əsaslar" qrafasına hüquq və ya məhdudlaşdırmanın ləğv edilməsi üçün əsas olmuş sənədlər haqqında məlumatlar daxil edilir. 42.4. Elektron daşıyıcıları üzərində aparılan dövlət reyestrinin İİ və İİİ fəsillərində yeni hüquq sahibinə keçmədən hüquq və ya məhdudlaşdırmanın ləğv edilməsi barədə məlumatlar həmin hüququn və ya məhdudlaşdırmanın əks etdirildiyi vərəqin arxasınca gələn və eyni cür nömrələnən ayrıca vərəqə daxil edilir.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardandır. İş materialları ilə müəyyən olunur ki, Şəmkir Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 21 nömrəli qərarına əsasən, Bələdiyyənin mülkiyyyətində olan 218 kv.m torpaq sahəsinin X4 qərara alınmışdır. Şəmkir rayonu 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2019-cu il tarixdə 4Ə-2497 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Şəmkir şəhərində yerləşən 0.0218 ha torpaq sahəsi Şəmkir rayon Şəmkir Bələdiyyəsi adından X10 (onun əvəzinə X12) tərəfindən X1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışa əsasən, Şəmkir şəhərində yerləşən 0.0218 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X6 adına daşınmaz əmlakın dövlət reyestrində 241 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-778/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-160/2022 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, X7 0.0218 ha həyətyanı torpaq sahəsinin ayrılaraq satılması barədə Şəmkir Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 21 nömrəli qərarı ləğv edilmişdir. Qərar qanuni qüvvəyə minmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi Şəmkir şəhərində yerləşən 0.0218 ha torpaq sahəsinin Şəmkir rayon Şəmkir Bələdiyyəsi tərəfindən X2 dair xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmasına və həmin torpaq sahəsinin X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınasına əsas olan Şəmkir Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 21 nömrəli qərarı Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-778/2023 nömrəli qərarı ilə ləğv edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan alqı-satqı müqaviləsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarında göstərilmişdir ki, hüquqların ləğv edilməsinin əks etdirilməsi dövlət reyestrinə daxil edilmiş müvafiq məlumatın silinməsi yolu ilə həyata keçirilir. Məlumatın silinməsi bu Qaydaların 41-ci və 42-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Qeydiyyata alınmış hüquqlar ləğv edildikdə həmin fəsillərin müvafiq məlumatları bu Qaydaların 42-ci maddəsinə uyğun olaraq silinir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Şəmkir rayon Şəmkir Bələdiyyəsi ilə X9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, X6 adına aparılmış xx.xx.2019-cu il tarixli, ********** nömrəli, **********57 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Şəmkir rayon Şəmkir Bələdiyyəsi ilə X9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Şəmkir şəhərində yerləşən 0.0218 ha torpaq sahəsinin X6 mülkiyyət hüququna dair aparılmış xx.xx.2019-cu il tarixli, ********** nömrəli, **********57 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar