Məhkəmə qərarları › İş №2-1(114)-122/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-122/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-122/2021 03.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Babayev Rəşad Nizami oğlunun iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı8, İddiaçı6, İddiaçı7 və X2 cavabdeh Ağstafa rayonu Tatlı bələdiyyəsinə qarşı (üçüncü şəxs X3) cavabdehin xx.xx.2018-ci il tarixli, 07 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati mübahisəyə məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı8, İddiaçı6, İddiaçı7 və X2 cavabdeh Ağstafa rayonu Tatlı bələdiyyəsinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa rayonu Tatlı Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 07 №-li qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş iddiaçılar, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər lakin iddiaçıların nümayəndəsi və vəkili X4 iştirak etmişdir. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçıların nümayəndəsi və vəkili X4 məhkəmədə ərizə təqdim edərək iddiaçıların iddiadan imtina etdiklərini bildirmişdir. Məhkəmə iddiaçıların vəkilinin məhkəməyə ünvanladığı məktubu və iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı8, İddiaçı6, İddiaçı7 və X2 cavabdeh Ağstafa rayonu Tatlı bələdiyyəsinə qarşı (üçüncü şəxs X3) cavabdehin xx.xx.2018-ci il tarixli, 07 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ AZ-2012 Gəncə şəhəri, H.Əliyev prospekti 105 Tel: (022) 255 75 96, Faks: (022) 255 58 65 www.ganjaadministrativecourt.gov.az Elektron ünvan № 2-1(114)-122/2021 03 fevral 2021-ci il İddiaçılar: İddiaçı1 İddiaçı2 İddiaçı3 İddiaçı4 İddiaçı5 İddiaçı8 İddiaçı6 İddiaçı7 X5 Ünvan: Ağstafa rayonu, Tatlı kəndi İddiaçıların nümayəndəsi və vəkili: X4 Ünvan: Gəncə şəhəri, Cavadxan küçəsi 53 Cavabdeh: Ağstafa rayon Tatlı Bələdiyyəsi Ünvan: Ağstafa rayonu, Tatlı kəndi Üçüncü şəxs: X3 Ağstafa rayonu, Yaradullu kəndi Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-122/2021 nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti - “ **** ” vərəqə. Hakim Emin Axundov İş № 2-1(114)-122/2021 Şifahi məhkəmə baxışı iclasının protokolu 03 fevral 2021-ci il Gəncə şəhəri Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı8, İddiaçı6, İddiaçı7 və X2 cavabdeh Ağstafa rayonu Tatlı bələdiyyəsinə qarşı (üçüncü şəxs X3) cavabdehin xx.xx.2018-ci il tarixli, 07 nömrəli qərarının ləğv edilməsi tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxdı: Şifahi məhkəmə baxışı iclası saat 15:30-da açıldı. Sədrlik edən məhkəmə iclasını açdı və məhkəmədə baxılmalı olan işi elan etdi. Sədrlik edən məhkəmə iclas katibinə məruzə üçün söz verir. Məhkəmə iclas katibi iş üzrə iddiaçıların,cavabdehin və üçüncü şəxsin gəlmədiklərini, iddiaçıların nümayəndəsi və vəkilinin isə işdə işirak etdiyini məruzə etdi. Sədrlik edən iddaçıların vəkilindən iş üzrə sübut və vəsatətinin olub olmamasını soruşdu. İdiiaçıların vəkili R.Babayev iddiadan imtina edilməsi barədə məhkəməyə ərizə təqdim etdi Sədrlik edən müşavirə otağına gedir gəlir, qərardadı elan edir. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Məhkəmə iclası saat 15:40-da başa çatdı. Protokol xx.xx.2021-ci il tarixdə tərtib edilib. Sədrlik edən Katib

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar