Məhkəmə qərarları › İş №2-1(114)-122/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-122/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-122/2025 27.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı Dövlət Tibbi Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0008 nömrəli qərarının ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlilliyin təyini barədə qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1983-cü il tarixdə Gədəbəy rayonu, Arıqıran kəndində anadan olmuş, hazırda Gədəbəy rayonu, Novo İvanovka kəndində qeydiyyata olmaqla yaşayır. İddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Gədəbəy RPŞ-nin göndərişinə əsasən şəhadətləndirilmiş və DİN Tibb İdarəsi Xüsusi Həkim Komissiyasının 289 nömrəli qərarına əsasən K26.4 "Xroniki xora xəstəliyi, tez-tez və uzun müddətli kəskinləşmələrlə. 12 barmaq bağırsağın xorasının kəskinləşməsi, qanaxma əlamətləri ilə, tez-tez residiv verən. Soğanağın deformasiyası və daralması. K22.7 Barretta qida borusu. Eroziv qastrit. Xroniki hepatoxolesistit. Qara ciyərin piy distrofiyası. Adgeziv plevrit. Astenik vəziyyət. Vegetativ damar distoniyası. Vertebrogen lümboişalgiya, remissiya fazasında. D50.0 Posthemorragik anemiya" diaqnozu DİO-da xidmət keçmə dövründə alınmışdır. İddiaçıya xx.xx.2018-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2023-cü il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı barəsində sonuncu dəfə Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixdə göndəriş tərtib edilmiş və özünəqulluq bacarığı İİ dərəcə (mütəmado olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı), əmək fəaliyyəti İİ dərəcə (əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı) qeyd edilməklə iddiaçıya aşağıdakı diaqnoz qoyulmuşdur: Əsas diaqnoz: T90 – Başın travmalarının nəticələri, Kəllədaxili travma. Qapalı kəlləbeyin travmasından sonrakı vəziyyət. Ağırlaşma: G93.4 – Dəqiqləşdirilməmiş ensefalopatiya, Baş-beyin travması nəticəsində ensefalopatiya xəstəliyi. Yanaşı xəstəliklər: F48.0 – Nevrasteniya, Asteno-nevrotik sindrom. Ağırlaşma: G40.4 – Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri, Epilepsiya xəstəliyi mürəkkəb parsial tutmalarla (ayda 7-8 dəfə qıcolma tutmaları) ocaqlı simptomatik. Həmin diaqnoz üzrə iddiaçının əlilliyi xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir (Qərar sistemə xx.xx.2023-cü il tarixdə daxil edilmişdir). Qiymətləndirmədən narazı qalan iddiaçının müraciətinə əsasən iddiaçı və digər 17 nəfər vətəndaşın xx.xx.2023-cü il tarixdə əyani müayinəsi keçirilmiş və Komissiyanın xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16042/2023 nömrəli qərarı qəbul edilmişdir. Həmin qərarın 4-cü bəndinə əsasən Gədəbəy rayon sakini xx.xx.1983-cü il təvəllüdlü iddiaçının (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 289 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Xroniki xora xəstəliyi, tez-tez və uzun müddətli kəskinləşmələrlə. 12 barmaq bağırsağın xorasının kəskinləşməsi, qanaxma əlamətləri ilə, tez-tez residiv verən. Soğanağın deformasiyası və daralması. Barretta qida borusu. Eroziv qastrit. Xroniki hepatoxolesistit. Qara ciyərin piy distrofiyası. Adgeziv plevrit. Astenik vəziyyət. Vegetativ damar distoniysi. Vertebrogen lümboişalgiya remissiya fazasında. Posthemorragik anemiya" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlik DİO-da xidmət keçmə dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yüngül qıcolma tutmalarından şikayətlənmişdir. Hal-hazırda medikamentoz preparatlardan gündə 2 dəfə "Depakin", "Fillepsal", "Fenozepam" qəbul etdiyini bildirmişdir. Müayinə zamanı çəkisi 98 kq, boyu 174 sm, BKl=32.6 müəyyənləşdirilmiş, palpasiya zamanı qarnı yumşaq və ağrısız olmuş, əlillik təyinatına əsas verən xroniki həzm pozğunluğu əlamətləri aşkarlanmamışdır. Müayinə gedişatında vətəndaş ekspertiza üçün əhəmiyyətli olan epikativ ocaqları təsdiqləyən EEQ müayinəsinin dalğalarını təqdim etməmiş, anamnestik məlumatlarında tutmaları təsvir edə bilməmiş, epilepsiya xəstəliyi təsdiqlənməmiş, vətəndaşın klinik vəziyyəti praktiki sağlam olaraq dəyərləndirilmişdir. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1835 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz "Epilepsiya xəstəliyi" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023cü il tarixli EEQ müayinəsinin nəticəsi "Orta strukturların disfunksiyası üzərində iti-yavaş dalğa kompleksi qeyd edilir" kimi qeyd olunmuşdur. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi "Alın payının hər iki tərəfində, sağ təpə payında subsm-ik lipodens-qlizo xarakter ocaqlar qeyd olunur (damar mənşəli). Sol orta kəllə çuxurunda subaraxnoidal sahədə fokal genişlənmə izlənir. Hər iki gicgah sırımları, Silvi yarıqları dərinləşmişdir – xəfif kortikal ensefalopatiya qeyd olunur" kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir Nəticədə Azərbaycan Respublikasının Nazirler Kabinetinin 13 may 2022-ci il tari 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlan na müvar olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçıya SMS bildiriş göndərilərək xx.xx.2023-cü il tarixli göndərişə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilməsi barədə məlumat verilmişdir. SMS-də qərarla razılaşmadığı təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilməsi izah olunmuşdur. Məhkəmə mübahisəsi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə, daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16042/2023 nömrəli qərarının ləğv edilərək ona ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Tibbi Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0008 nömrəli qərarının ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlilliyin təyini barədə qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə təqdim etdiyi etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 289 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Xroniki xora xəstəliyi, tez-tez və uzun müddətli kəskinləşmələrlə. 12 barmaq bağırsağın xorasının kəskinləşməsi, qanaxma əlamətləri ilə, tez-tez residiv verən. Soğanağın deformasiyası və daralması. Barretta qida borusu. Eroziv qastrit. Xroniki hepatoxolesistit. Qara ciyərin piy distrofiyası. Adgeziv plevrit. Astenik vəziyyət. Vegetativ damar distoniysı. Vertebrogen lümboişalgiya, remissiya fazasında. Posthemorragik anemiya" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlik DİO-da xidmət keçmə dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yüngül qıcolma tutmalarından şikayətlənmişdir. Hal-hazırda medikamentoz preparatlardan gündə 2 dəfə "Depakin", "Fillepsal", "Fenozepam" qəbul etdiyini bildirmişdir. Müayinə zamanı çəkisi 98 kq, boyu 174 sm, BKl=32.6 müəyyənləşdirilmiş, palpasiya zamanı qarnı yumşaq və ağrısız olmuş, əlillik təyinatına əsas verən xroniki həzm pozğunluğu əlamətləri aşkarlanmamışdır. Müayinə gedişatında vətəndaş ekspertiza üçün əhəmiyyətli olan epikativ ocaqları təsdiqləyən EEQ müayinəsinin dalğalarını təqdim etməmiş, anamnestik məlumatlarında tutmaları təsvir edə bilməmiş, epilepsiya xəstəliyi təsdiqlənməmiş, vətəndaşın klinik vəziyyəti praktiki sağlam olaraq dəyərləndirilmişdir. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1835 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz "Epilepsiya xəstəliyii" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023cü il tarixli EEQ müayinəsinin nəticəsi "Orta strukturların distunksiyası üzərində iti-yavaş dalga kompleksi qeyd edilir" kimi qeyd olunmuşdur. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi "Alın payının hər iki tərəfində, sağ təpə payında subsm-ik hipodens- qlizoisə xarakter ocaqlar qeyd olunur (damar mənşəli), Sol orta kəllə çuxurunda subaraxnoidal sahədə fokal genişlənmə izlənir. Hər iki gicgah şırımları, Silvi yarıqları dərinləşmişdir-xəfif kortikal ensefalopatiya qeyd olunur" kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması iddiaçıda olub olmamasını müəyyən etmək üçün əyani müayinə qərardadı və ya məhkəmə tibbi ekspertizasının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər, məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə təqdim etdiyi etirazında əvvəlki etirazında olduğu kimi müayinə nəticələrini qeyd etmiş, əlavə olaraq iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3788/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, T844/2023 nömrəli rəyinə əsasən iddiaçının tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən "Başın travmalarının nəticələri. Kəllədaxili travma.Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət. Dəqiqləşdirilməmiş ensefalopatiya. Baş beyin travması nəticəsində ensefalopatiya xəstəliyi. Generəlizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri. Epilepsiya xəstəliyi mürəkkəb parsial tutmalarla (ayda 7-8 dəfə qıcolma tutmaları) ocaqlı simptomatik" diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəlifiyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinəsi zamanı ekspertlər tərəfindən əmək qabiliyyətinin itirilməsi son qiymətləndirmə nəticəsində 0% qeyd edilmişdir. Həmin diaqnoz əlillik təyini səviyyəsində olmadığından ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci patofunksional dəyişikliklər əlillik təyini səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, №187 qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın bəndlərindən birini aid etmək mümkün olmadı. Qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərkən ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-417/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1 həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi X4 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 2810 nömrəli rəyinə əsasən iddiaçıda Üzvi emosional-labil (astenik) pozuntusu (Psixi və davranıs pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6 ) müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilən tibbi sənədlər və halhazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara və təqdim edilən tibbi sənədlərə görə 2017-ci polis bölməsində pilləkəndən yıxılaraq travma alması rayon xəstəxanasında müalicədə olması, aldığı travmadan sonra onda bas ağrıları, baş gicələnmə hallarının biruzə verməsi, həmçinin qapalı yerdə qala bilməməsi, qıcolma tutmalarının biruzə verməsi, beynində sıxılma hallarının olması, göstərilənlərlə əlaqədar AR DİN A.Heydərov adına Respublika Hospitalında xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi nevrologiya bölməsində müayinə və müalicədə olaraq onda "Qapalı kəllə beyin travmasından sonrakı asteno-nevrotik vəziyyət. Epilepsiya, parsial mürəkkəb tutmalarla (ayda 7-8 dəfə) ocaqlı simptomatik" diaqnozunun müəyyən edilməsi, ona təyin edilmis sakitləşdirici müalicəni evdə qəbul etməsi, həmçinin hazırki psixiatrik müayinə zamanı əsəbiliyi, emosional qeyri-sabitliyi və s. sübut edir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-122/2025 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin T710/2025 nömrəli rəyinə əsasən iddiaçının əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən "XBT 10 kodu: Əsas diaqnoz: T90- Başın travmalarının nəticələri. Kəllədaxili travma. Qapalı kəllə-beyin travmasından sonraka vəziyyət. Ağırlasma: G93.4-Dəqiqləşdirilməmiş ensefalopatiya. Baş beyin travması nəticəsində ensefalopatiya xəstəliyi, G40.4-Generəlizə olunmus epilepsiyanın və epileptik sindromların digər növləri. Epilepsiya xəstəliyi mürəkkəb parsial tutmalarla (ayda 7-8 dəfə qıcolma tutmaları) ocaqlı simptomatik. Yanaşı xəstəliklər: F48.0-Nevrasteniya. Asteno-nevrotik sindrom" diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Vətəndaş Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın nevrologiya şöbəsində 08-xx.xx.2025-ci il tarixlərdə "Tam diaqnoz: a)Əsas: (T90.9) KQKBZ-nin. qalıq əlamətləri. b)ağırlaşmalar: (G40.2) Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindrom.(həftədə 7-8 dəfə). (167.3) Ensefalopatiya İİ mərhələ kooqnitiv pozulmalar. (G90.8) Vegetativ damar paroksizmləri. c)yanaşı: (F48.8) Asteno-nevrotik sindrom. (İ10) Hipertoniya xəstəliyi" diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. 08.09.25; 09.09.25; 10.09.25: 11.09.25: 12.09.25; 13.09.25; 14.09.25; 16.09.25-ci il ci tarixlərdə huşunu itməsi, ağzından köpük gəlməsi, qeyri-iradi sidik ifrazı ilə müşayiət edilən 3-5 dəq davam edən ətraflarda tonikklonik qıcolmalar olmuşdur. EEQ müayinədə epileptik aktivlik sağ yarımkürənin frontal bölgəsində qeyd edilmişdir. Ümumiyyətlə həmin xəstəliklər tam reabilitasiya olunmurlar, hal-hazırda da İddiaçı xəstəliklərlə əlaqədar əlavə müalicəyə ehtiyacı yoxdur, həmin xəstəliklərdən əziyyət çəkən şəxslər yaşadıqları yerdə poliklinikada qeydiyyata götürülür və vaxtaşırı həkim nevroloqun müayinəsindən keçirlər, təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edirlər. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci və 31.1-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia qaldırmışdır. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iddiaçı iddiasında ona əlilliyin təyinindən imtina edilməsi ilə bağlı qərarın ləğvini və ona müvafiq əlilliyin təyin edilməsini tələb etsə də, bu halda qərarın ləğvi ona əlilliyin təyin edilməsi tələbinin təmininə yönəlmişdir. Məcburetmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.2-ci maddəsi) əməl olunmalıdır. İddiaçı əlilliyin təyini barədə cavabdeh orqana müraciət etmiş, inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli qərarla onun arzuladığı inzibati aktın qəbul olunmasından imtina edilmiş, vətəndaş həmin qərardan inzibati qaydada şikayət vermiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli qərarla yenə imtina cavabı verilmiş və xx.xx.2023-cü il tarixdə SMS-lə qərar barəsində məlumat verilmişdir. İddiaçı hazırkı tələblə xx.xx.2023-cü il (zərfin üzərindəki poçt möhüründən) tarixdə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona əlillik dərəcəsinin təyin edilməsinə yönəlmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydaların Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bəndində qeyd olunur ki, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. 2.5-ci bəndində göstərilmişdir ki, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Yuxarıda qeyd olunan normalara əsasən tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəliklərin onun stasionarda müalicəsi zamanı anamnestik, kliniki,laborator-instrumental müayinələri nəticələri əsasında müəyyən edilmiş, habelə iddiaçı barəsində sonuncu göndəriş tərtib edilərkən o son bir il ərzində “G40-Epilepsiya”ya görə ambulator müraciət etmiş və stasionar müalicələr aldığı, “Məhkəmə-X4” phş-də psixiatrik müayinəsi zamanı onda “Üzvi emosional-labil (astenik) pozuntusu” (Psixiyə davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında F06.6) müəyyən edilmiş, xx.xx.2025-ci il tarixlərdə "Tam diaqnoz: a)Əsas: (T90.9) KQKBZ-nin. qalıq əlamətləri. b)ağırlaşmalar: (G40.2) Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindrom.(həftədə 7-8 dəfə). (167.3) Ensefalopatiya İİ mərhələ kooqnitiv pozulmalar. (G90.8) Vegetativ damar paroksizmləri. c)yanaşı: (F48.8) Asteno-nevrotik sindrom. (İ10) Hipertoniya xəstəliyi" Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın nevrologiya şöbəsində stasionar müayinə və müalicədə olduğu “qeyd edilmişdir. Beləliklə, hazırkı işlə bağlı qeyd edilməlidir ki, iş materiallarında olan tibbi sənədlərdən və səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdən (Forma 88) müəyyən olunur ki, iddiaçıya xəstəliyi ilə bağlı qoyulmuş əsas diaqnoz T90 – Başın travmalarının nəticələri, Kəllədaxili travma. Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, ağırlaşması G40.4 kodlu – Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri, Epilepsiya xəstəliyi mürəkkəb parsial tutmalarla (ayda 7-8 dəfə qıcolma tutmaları) ocaqlı simptomatik olmuşdur. Həmin diaqnozlar iş materialları və ekspert rəyləri ilə təsdiq olunur. Nəzərə alınmalıdır ki, iddiaçının “Başın travmalarının nəticələri, Kəllədaxili travma. Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət” əsas diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli 2022-ci il 13 may tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 20 iyul 2023-cü il tarixədək qüvvədə olan redaksiyasında (nəzərə alınmalıdır ki, iddiaçının xx.xx.2023-cü il tarixli göndərişi göndərildiyi və buna xx.xx.2023-cü il tarixdə imtina verildiyi zaman həmin redaksiya qüvvədə olmuşdur) “6.1. Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi S06-T90” sırasında öz əksini tapmışdır. Həmçinin, iddiaçı barəsində xx.xx.2018-ci ildə Hərbi xidmət dövrü ilə əlaqədar səbəb əlaqəsi ilə “Kallədaxili travma, Qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik vəziyyət. Epilepsiya, mürəkkəb parsial tutmalarla (ayda 7-8 dəfə), ocaqlı simptomatik.Kompleks parsial qıcolma tutmaları ilə müşahida olunan lokaliza olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Epilepsiya, mürəkkəb parsial tutmalarla (ayda 7-8 dəfə):ocaqlı simptomatik. Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, Hipertoniya xəstəliyi ll mərhələ. Xroniki xolesistit, Xroniki hepatoxolesistit. Onikibarmaq bağırsağın xorası, 12-barmaq bağırsağın xorası” diaqnoz əsasında 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.1.4. bəndinə əsasən, psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası – XTB-10 (T90) zamanı orqanizmin funksiyasının pozulması 65-80 faiz olmaqla 2 il müddətinə müəyyən edilmişdir Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.4-cü bəndi ilə nəzərdə tutulmuş xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə, orqanizmin funksiyalarının pozulmasının 65-80 faizinə uyğun olduğu işin araşdırılmış halları ilə müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2-1(102)-1940/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla, onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Həmçinin, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçıya “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, ağır depressiv epizod, intihar fikirləri və cəhdləri ilə” diaqnozu qoyulmuş və ağır dərəcəli simptomlarla müşahidə edildiyi göstərilmişdir. Belə olduqda, qeyd edilən diaqnoz əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.4-cü bəndi ilə nəzərdə tutulmuş xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinin olmasına (psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası) və orqanizmin funksiyalarının pozulmasının faizinin 65-80 faizinə uyğun olmasına baxmayaraq iddiaçıya əsassız olaraq əlilliyin təyin edilməsindən imtina edilmişdir. Ona görə də, təyin olunmuş diaqnoz üzrə iddiaçıya əlilliyin təyinatı olmalıdır. Digər tərəfdən, iddiaçı tələbində qeyd etməsə də, məhkəmə ona münasibət bildirir ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdəki diaqnozlar DİN Tibb İdarəsi Xüsusi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 289 nömrəli şəhadətnaməsində əks olunmadığından iddiaçıya ümumi xəstəlik səbəbindən müvafiq əlillik təyin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməli, ona ümumi xəstəlik səbəbindən xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə iki il müddətinə əlilliyin müəyyən edilməsi barədə qərar qəbul olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, xxxxxxx0008 nömrəli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə ümumi xəstəlik səbəbli əlaqəsi ilə 2 il müddətinə əlillik müəyyən olunması barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar