Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1226/2025 30.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən şəhəri, Səməd Vurğun küçəsi, ev 13 ünvanında yerləşən 12 saylı mənzilə dair vərəsəyə hüququn ölmüş şəxsə məxsus olması haqqında elektron və ya kağız daşıyıcıda olan arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 30 avqust 1999-cu ildə Daşkəsən şəhərində anadan olmuşdur. X6, X1 olmuşdur. Valideynləri arasında olan nikah Daşkəsən Rayon Məhkəməsinin 15 avqust 2002-ci il tarixli qətnaməsi ilə pozulmuş və 05 may 2005ci ildə 15 nömrəli akt qeydi ilə Daşkəsən rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Daşkəsən şəhəri, Səməd Vurğun küçəsi, 13 saylı evin 12 saylı 2 otaqlı, ümumi sahəsi 54,7 kv.m, yaşayış sahəsi 35 kv.m olan mənzili tam mülkiyyət hüququ ilə X1nın adına qeydiyyata alınmışdır. X11 adına Daşkəsən rayon X3 bürosu tərəfindən 31 yanvar 2001-ci il tarixli 342 inventar nömrəli, 3-182 reyestr nömrəli Qeydiyyat vəsiqəsi və 31 yanvar 2001-ci il tarixli 342 inventar nömrəli, 3-182 reyestr nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportu verilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyətinin 16 oktyabr 1997-ci il tarixli, 328 nömrəli sərəncamı ilə 01 dekabr 1998-ci il tarixdən vətəndaşlara texniki pasportlar və hüquqverici sənədlərin verilməsi barədə qərar verilmişdir. Qeyd edilən mənzildə o və X1 yaşayış yeri üzrə qeydiyyatda olmuşlar. X1 07 avqust 2019-cu ildə vəfat etmişdir. Onun vəfatından sonra qeyd edilən mənzilə dair vərəsəlik açılmışdır. İddiaçı ailənin yeganə övladıdır. Qeyd edilən mənzilə dair vərəsəlik hüququ əldə etmək üçün rəsmi olaraq Daşkəsən rayon Notariat ofisinə müraciət etmişdir. Notariat ofisi tərəfindən 24 aprel 2024-cü il tarixli 34 nömrəli məktubdan görünür ki, miras əmlaka dair “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında” Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda müraciət edən vərəsəyə hüququn ölmüş şəxsə məxsus olması haqqında elektron arayış verilməsinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı Daşkəsən şəhəri, Səməd Vurğun küçəsi, ev 13 ünvanında yerləşən 12 saylı mənzilə dair arxiv sənədlərinin surətinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə rəsmi olaraq ərizə ilə müraciət etmiş, mənzilə dair 21 sentyabr 1992-ci il tarixdə aparılan inventarizasiya işləri zamanı texniki pasportun X2 adına işləndiyini, mülki arxiv qovluğunda mənzilə dair hüquqmüəyyənedici sənədin aşkar edilmədiyi bildirilərək mənzilin Texniki pasportunun surəti verilmişdir. Vərəsəyə hüququn ölmüş şəxsə məxsus olması haqqında elektron arayış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə rəsmi olaraq ərizə ilə müraciət etmiş, Ərazi İdarəsi tərəfindən 29 may 2024-cü il tarixli, 3-71-3-33/2-5277/2024 saylı məktubla aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş 31 fevral 2001-ci il tarixli, 2-182 saylı qeydiyyat vəsiqəsinin Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edildiyi, bu səbəbdən ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Mənzilə aid qeydiyyat vəsiqəsinin Ərazi İdarəsinin arxiv məlumatlarında olmaması onun vərəsəlik hüququnun həyata keçirilməsinə mane ola bilməz. İddiaçı hesab edir ki, mənzilə dair hüquqmüəyyənedici sənədlər möcvcuddur, onun hansı səbəbdən arxivdə olmamaması onun həll edə biləcəyi məsələ deyildir. Lakin, onun birinci növbə vərəsə olmaqla anasından qalmış əmlakı mülkiyyətinə keçirmək hüququ vardır. Buna isə əngəl yaradılması qanunla yolverilməzdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-1226/2025 nömrəli qərardadı ilə iddia tələbi “ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçı X2 vərəsəsi İddiaçı ünvan 2 ünvanında yerləşən 12 saylı mənzil üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Müraciət ərizəsinə əlavə edilmiş xx.xx.2001-ci il tarixli, 2-182 saylı qeydiyyat vəsiqəsinin Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Bu səbəbdən Ərazi İdarəsi tərəfindən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2024-cü il tarixli, **********77 nömrəli cavab məktubu ünvanlanmışdır. Ərazi İdarəsi hesab edir ki, iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlər nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. İşin halları xx.xx.2001-ci il tarixli, 342 inventar nömrəli texniki pasporta əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin hüquq sahibi X4r. xx.xx.2001-ci il tarixli, 2-182 reyestr nömrəli Qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil Daşkəsən Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 39 nömrəli sərəncamına əsasən, X2 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli AZ-İİ 324315 №-li ölüm haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Daşkəsən rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1999-cu ildə Daşkəsən rayonunda anadan olmuş, bu barədə xx.xx.1999-cu il tarxidə Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən 98 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası milliyətcə azərbaycanlı X12, anası milliyətcə azərbaycanlı X8r. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “daşınmaz əmlak üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsi barədə” bildirişdən görünür ki, aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş xx.xx.2001-ci il tarixli, 2-182 saylı qeydiyyat vəsiqəsinin Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Daşkəsən rayon dövlət arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixində Daşkəsən rayon Dövlət Arxivinə daxil olmuş vətəndaş X5 ünvan 7 ünvanında yerləşən mənzilinə aid Daşkəsən rayon X3 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsi verilməsi barəsində xx.xx.2025-ci il tarixli 2-1(114)-1226/2025 №li Sərəncama cavab olaraq bildirilmişdir ki, Daşkəsən rayon X3 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin heç bir sənədi mühafizə olunması üçün Daşkəsən rayon Dövlət Arxivinin fonduna təhvil verilməyib. Sənədlər Arxivə təhvil verilmədiyinə görə sorğuya müsbət cavab vermək imkan xaricindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “əmlaka dair arxiv sənədlərinin surətinin və məlumatlarının verilməsi barədə” məktubdan görünür ki, Daşkəsən şəhəri, Səməd Vurğun küçəsi, ev 13 ünvanında yerləşən 12 saylı mənzilə dair 21 sentyabr 1992-ci il tarixdə aparılan inventarizasiya işləri zamanı texniki pasport X2 adına işlənilmişdir. Mülkün arxiv qovluğunda mənzilə dair hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X9 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi
3. DƏDKR-in vəzifələri və hüquqları 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq;
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçı ünvan 1 ünvanında yerləşən mənzil üzərində X1nın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsini xahiş edir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2001-ci il tarixli, 2-182 saylı qeydiyyat vəsiqəsinin Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı üçün iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur. İş materiallarında olan xx.xx.2001-ci il tarixli, 2-182 reyestr nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Daşkəsən Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 39 nömrəli sərəncamına əsasən, X2 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Qeyd olunmalıdır ki, xx.xx.2001-ci il tarixli, 2-182 saylı qeydiyyat vəsiqəsi Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmasa da, iddiaçı tərəfindən həmin qeydiyyat vəsiqəsi məhkəməyə təqdim edilmiş, eyni zamanda cavabdeh orqan tərəfindən məhkəmə sorğusuna əsasən, Daşkəsən şəhəri, Səməd Vurğun küçəsi, ev 13 ünvanında yerləşən 12 saylı mənzilə dair 21 sentyabr 1992-ci il tarixdə aparılan inventarizasiya işləri zamanı texniki pasportun X2 adına işlənildiyi qeyd edilmiş və həmin texniki pasport məhkəməyə göndərilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, X2 adına mülkiyyət hüququ əsasında qeydə alınmış ünvan 1 ünvanında yerləşən mənzilə dair xx.xx.2001-ci il tarixli, 2- 182 reyestr nömrəli Qeydiyyat vəsiqəsi sonuncunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində X2 adına qeydə alınmalıdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.2 və 3.1.16-cı bəndlərində, publik hüquqi şəxsin dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək kimi vəzifələri nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva