Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1228/2023 09.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı şəhid statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək X5 şəhid statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.N0NN-ci il tarixli N47N nömrəli arayışından və 4737 nömrəli təyinat vərəqəsindən görünür ki,oğlu X8 qismən səfərbərliklə əlaqədar səfərbərliyə cəlb olunmuş və Azərbaycan Republikası Silahlı Qüvvələrində xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilədək N saylı hərbi hissədə, xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 4715 saylı travma haqqında arayışından görünür ki, oğlu Şəmil xx.xx.N0N0-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərəkən yaralanmış və ona “Barotravma, soltərəfli kəskin tubootit” diqanozu qoyulmuşdur. Azərbaycan Respublikası Mərkəzi Hərbi polikilinikasının xx.xx.N0N0-ci il tarixli 90N3 saylı arayışından görünür ki, oğlu Şəmil Dadşovun Azərbaycan Respublikasının müdafiəsi zamanı soltərəli kəskin tubootit diaqnozu ilə xəsarət alması təsdiq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Hərbi polikilinikasının xx.xx.N0N1-ci il tarixli 5708 saylı arayışından görünür ki, oğlu Şəmilin müayinəsi zamanı boyunun arxa səthinin yumşaq toxumalarının yad cismləri (metal qəlpələr) aşkar edilmişdir. Müdafiə Nazirliyinin xx.xx.N0N1-ci il tarixli məktubundan və vəsiqə surətlərindən, görünür ki, oğlu Şəmil döyüşlərdə göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, ”Füzulinin azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə təltif olumuşdur. Ağdam rayon Prokurorluğunun xx.xx.N0N1-ci il tarixli “Cinayət işinin başqlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, oğlu Şəmil Dadaşov xx.xx.N0N1-ci il tarixdə yaşadığı evin həyətində yerləşən hamamın giriş otağında özünü asaraq intihar etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, oğlu Şəmil Dadaşovun ölümünə səbəb “boğazın əzilməsi Astrirsiya” olmuşdur. Həkimlərin deməsinə görə oğlu Şəmil Dadşovun boyun nahiyəsində olan qəlpələr sinir damarları üzərində olduğundan onları əməliyyat yolu ilə götürmək risk tələb edirdi, hətta xəstənin iflici ilə nətələnəcəyini bildirirdilər. Bu səbədən onu əməliyyat etməkdən çəkinirdilər. Belə olduqda sinir damarları üzərində olan qəlpələr çox şiddətli ağılar verirdi. Oğlu dəfələrlə bu ağrılara dözə bilmədiyini bildirərək intihar edəcəyini deyirdi. Beləliklə yuxarıda sadalanan faktlar təsdiq edir ki, oğlu Şəmil Dadaşovun intihar etməsinə səbəb Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı çoxsaylı qəlpə yarası alması və hələ də bədəndə olan və əməliyyat yolu ilə götürülməsi mümkün olmayan bu qəlpələrin şiddətli ağrı verməsi səbəb olmuşdur. Göründüyü kimi işin faktiki halları ölümün baş verməsi ilə nəticə arasında səbəbli əlaqə mövcudluğunu tam təsdiq edir. Bu səbəb döyüş zamanı alınmış qəlpə yarasıdır ki, sonda bu xəsraətlər oğlu Şəmil Dadaşovun neçə vaxtdır ki, bədənində gəzdirdiyi qəlpə yaralarının verdiyi şiddətli ağrılardan qurtarmaq üçün özünü asaraq intihar etməsi ilə nəticələnmişdir. İddiaçı oğluna şəhid statusunun verilməsi ilə bağlı müraciət etsə də müsbət həll edilməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaqcan Respublikası SHXÇDX-nin Ağdam rayon şöbəsinin nümayəndəsi XN əvvəlki məhkəmə iclasında iddiaya yazılı münasibət bildirilməsi üçün məhkəmə prosesinin təxirə salınmasını xahiş etmiş, lakin növbəti məhkəmə iclasından əvvəl (xx.xx.N0N3-cü il tarixdə) teleqram ünvanlayaraq iddia tələbinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.N0N0-ci il tarixli, 4737 nömrəli təyinat vərəqindən görünür ki, X1 nazirinin xx.xx.N0N0-ci il tarixli N46 nömrəli əmri əsasında Azərbaycan Respublikası SHXÇDX-nin Ağdam rayon şöbə rəisinin sərəncamına göndərilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası SHXÇDX-nin Ağdam rayon şöbəsinin xx.xx.N0N0-ci il tarixli, 747N nömrəli arayışından görünür ki, X9 qismən səfərbərliklə əlaqədar olaraq səfərbərliyə cəlb olunmuş və Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilə qədər N saylı hərbi hissədə, xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilə qədər N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.N0N0-ci il tarixli, 4715 saylı travma haqqında arayışından görünür ki, X9 Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərkən xəsarət almış və ona “Barotravma, soltərəfli kəskin tubootit” diqanozu qoyulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi polikilinikasının xx.xx.N0N0-ci il tarixli 90N3 saylı arayışından görünür ki, X6 «Barotravma (xx.xx.N0N0), soltərəfli kəskin tubootit» diaqnozu qoyulmuş və hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması qeyd edilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası Medalının İ-69NN nömrəli vəsiqənin surətindən görünür ki, X9 Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N1-ci il tarixli, N716 nömrəli sərəncamı ilə «Şuşanın azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. - işə əlavə edilmiş Azərbaycan Respublikası Medalının İ-344N nömrəli vəsiqənin surətindən görünür ki, X9 Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N0-ci il tarixli, N369 nömrəli sərəncamı ilə «Qubadlının azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. - işə əlavə edilmiş Azərbaycan Respublikası Medalının İ-6050 nömrəli vəsiqənin surətindən görünür ki, X9 Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N0-ci il tarixli, N36N nömrəli sərəncamı ilə «Füzulinin azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. - işə əlavə edilmiş Azərbaycan Respublikası Medalının İ-6737 nömrəli vəsiqənin surətindən görünür ki, X9 Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N1-ci il tarixli, N7N4 nömrəli sərəncamı ilə «Cəsur döyüşçü» medalı ilə təltif olunmuşdur. - işə əlavə edilmiş «Ölüm haqqında» şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.N0N1-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında N0N1 ilin iyul ayının 0N günündə N79 nömrə ilə qeyd edilmişdir. - işə əlavə edilmiş xx.xx.N0N1-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, X4 özünü asaraq intihar etməsi ilə bağlı toplanmış material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - işə əlavə edilmiş AR SHXÇDX-nin xx.xx.N0NN-ci il tarixli, 449N nömrəli məktubundan görünür ki, xx.xx.N0N1-ci il tarixdə “Boğazın əzilməsi. Asfiksiya” nəticəsində intihar etmiş X4 şəhid hesab edilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da yanaşı mahiyyət baxımından da əsassızdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının N5 dekabr 1991ci il tarixli Qanunun 4-cü maddəsinin N-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.1-ci bəndində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.N-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər: -1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; -11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; -Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; -Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; -Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; -Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsinin xx.xx.N008-ci il tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair Plenum Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.N.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. İş materiallarının tədqiqindən göründüyü kimi mərhum X9 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, özünü ip ilə asaraq intihar etmişdir. Beləliklə işin faktiki hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı şəhid statusunun verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1228/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1228/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver