Məhkəmə qərarları › İş №2-1(114)-1228/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1228/2025

15.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1228/2025 15.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “təvəllüdünün xx.xx.1954-cü il, ad, soyad, ata adının İddiaçı, atasının X6, anasının X3 qeyd edilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, TE 954402 №-li doğum haqqında şəhadətnamədə yol verilmiş texniki səhvlərin düzəldilməsi və yeni şəhadətnamədə adının, soyadının və ata adının “İddiaçı” və mərhum anasının soyadının “X3”nın adına verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx xxxxxx 1954-cü il tarixdə Özbəkistanın Buxara vilayətinin Roşetans Koray rayonunda anadan olmuşdur. Hal hazırda 1975-ci ildən ünvan 1 ünvanında yaşayır. Lakin doğum haqqında şəhadətnamə verilərkən texniki səhvə yol verilmişdir. Belə ki, şəhadətnamədə onun adında texniki səhv olmuş, ata adı tam yazılmamış və anasının soyadı texniki olaraq səhv yazılmışdır. Belə ki, doğum haqqında şəhadətnamədə “İddiaçı” əvəzinə “Mardiev Aladin M”, “X3” əvəzinə “X4” yazılmışdır. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının mərhum anası X3 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. O, doğum haqqında şəhadətnamədə yol verilmiş texniki səhvi düzəltmək üçün Cavabdehnə müraciət etmiş, həmin şöbədən bildirilmişdir ki, texniki səhvi onlar düzəldə bilməzlər və bu barədə müvafiq iddia ilə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1228/2025 nömrəli qərardadı ilə iddia tələbi “adının “Ələddin”, ata adının “Mərdi”, anasının soyadının “Rizmanova”, atasının ata adının “Niyaz” qeyd edilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1228/2025 nömrəli qərardadı ilə iddia tələbi “təvəllüdünün xx.xx.1954-cü il, ad, soyad, ata adının İddiaçı, atasının X6, anasının X3 qeyd edilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı məhkəməyə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, lakin cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. İşin halları xx.xx.1954-cü il tarixli, ТЭ 954402 nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, həmin sənəd xx.xx.1954-cü ildə Özbəkistan, Buxara vilayəti, Roştansda doğulmuş “Мардиев Аладин М” məxsusdur. Atası “Ниезов Марди”, anası “Мардиева Хажар Рузман” qeyd olunmuşdur. xx.xx.2005-ci il tarixli, AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi xx.xx.1954-cü ildə Özbəkistan Respublikası, Buxara vilayəti, Roşetans rayonunda doğulmuş “İddiaçı”na məxsusdur. xx.xx.2023-cü il tarixli, AZ-İİ 377370 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, Həcər Ruzman qızı xx.xx.2013-cü il tarixdə ölmüşdür. xx.xx.2023-cü il tarixli, AZ-İİ 377371 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, Niyaz Mərdi oğlu xx.xx.1982-ci il tarixdə ölmüşdür. Samux rayon İcra Hakimiyyəti Başçısının İnstitut qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, mərhum Niyaz oğlu Mərdi xx.xx.1982-ci il tarixdə Samux rayonu, İnstitut qəsəbəsində ölmüşdür və ölən günədək Samux rayonu, İnstitut qəsəbəsində qeydiyyatda olub və yaşamışdır. Öləndən sonra onun aşağıdakı tərkibdə ailə üzvləri qalmışdır: 1.Oğlu – İddiaçı – xx.xx.1954-cü il 2.Qızı – İlyasova (Mərdiyeva) Zöhrə Mərdi qızı – xx.xx.1966-cı il Mərhumun arvadı mərhumə X3 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Mərhumun qızı mərhumə X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhumə ölən günədək həmin ailə üzvləri oğlu İddiaçı ilə birgə yaşamışdır. Mərhumun valideyinlərindən sağ qalanı yoxdur. Samux rayon İcra Hakimiyyəti Başçısının İnstitut qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı həqiqətən doğum haqqında şəhadətnaməsində öz adında texniki səhv olmuş, ata adı tam yazılmamış və anasının soyadı texniki səhv olaraq yazılmışdır. Düzgün yazılışı aşağıdakı kimidir:

1. İddiaçı

2. X3 Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, doğum haqqında akt qeydi xx.xx.1954-cü il ildə Özbəkistan Respublikası Romeşak VVAQ şöbəsi tərəfindən tərtib olunmuşdur. Təqdim edilən sənədlər əsasında doğum haqqında akt qeydində anasının soyadının “Mardiyeva”dan “Rizmanova”ya, öz adının “Ələdin”dən “Ələddinə”, atasının adının qeyd olunmasına əsas olmamışdır. Ədliyyə Nazirliyi Vətəndaşlıq X2 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri” informasiya sisteminə baxış keçirilərkən İddiaçı Özbəkistan Respublikasında doğulduğu məlum olmuşdur. Xarici ölkədə qeydə alınmış vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri Xidmətin, eləcə də qeydiyyat şöbələrinin arxivində saxlanılmadığından İddiaçı doğumu haqqında məlumatın verilməsi mümkün deyildir.Həmçinin bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X7 və X1 doğumu və ölümü haqqında məlumat aşkar edilməmişdir. Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Həmçinin, həmin müddəaların 14-cü bəndinə əsasən itmiş qeydlərin bərpası qeydiyyat orqanı tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydi Özbəkistan Respublikası Romeşak VVAQ tərəfindən qeydə alındığından və doğum haqqında şəhadətnamə ilə şəxsiyyət vəsiqəsi arasında ziddiyət olduğundan, aktın bərpası qeydiyyat orqanı tərəfindən mümkün deyildir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 162. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası

13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. 16-3. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndərilir.

18. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfi dinləyərək, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi ilə iddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş edir. xx.xx.1954-cü il tarixli, ТЭ 954402 nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, həmin sənəd xx.xx.1954-cü ildə Özbəkistan, Buxara vilayəti, Roştansda doğulmuş “Мардиев Аладин М” məxsusdur. Atası “Ниезов Марди”, anası “Мардиева Хажар Рузман” qeyd olunmuşdur. xx.xx.2005-ci il tarixli, AZE 0******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi xx.xx.1954-cü ildə Özbəkistan Respublikası, Buxara vilayəti, Roşetans rayonunda doğulmuş “İddiaçı”na məxsusdur. Ədliyyə Nazirliyi Vətəndaşlıq X2 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri” informasiya sisteminə baxış keçirilərkən İddiaçı Özbəkistan Respublikasında doğulduğu məlum olmuşdur. Xarici ölkədə qeydə alınmış vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri Xidmətin, eləcə də qeydiyyat şöbələrinin arxivində saxlanılmadığından İddiaçı doğumu haqqında məlumatın verilməsi mümkün deyildir. Samux rayon İcra Hakimiyyəti Başçısının İnstitut qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, mərhum Niyaz oğlu Mərdi xx.xx.1982-ci il tarixdə Samux rayonu, İnstitut qəsəbəsində ölmüşdür və ölən günədək Samux rayonu, İnstitut qəsəbəsində qeydiyyatda olub və yaşamışdır. Öləndən sonra onun aşağıdakı tərkibdə ailə üzvləri qalmışdır: 1.Oğlu – İddiaçı – xx.xx.1954-cü il 2.Qızı – İlyasova (Mərdiyeva) Zöhrə Mərdi qızı – xx.xx.1966-cı il Mərhumun arvadı mərhumə X3 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalara görə, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. İşdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçının doğum haqqında akt qeydi xarici ölkədə, yəni Özbəkistan Respublikasında tərtib edilmişdir və qanunvericiliyin tələbinə görə, həmin akt qeydi vətəndaşın müraciətinə əsasən bərpa edilməlidir. Ona görə də məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya məxsus olan doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçıya məxsus olan doğum haqqında akt qeydinin təvəllüdü “xx.xx.1954-cü il”, soyadı “Mərdiyev”, adı “Ələddin”, ata adı “Mərdi”, doğulduğu yer “Özbəkistan Respublikası, Buxara Vilayəti, Roşetans rayonu”, atası “X6”, anası “X3” göstərilməklə bərpa edilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar