Məhkəmə qərarları › İş №2-1(114)-1229/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1229/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1229/2023 19.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixli **********986400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) 20 avqust 2020-ci il tarixdə ********** VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət edərək 2021-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi göndərilərək Vergi Məcəlləsinin 37.4-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq gəlir vergisinin hesablanmasını xahiş etmişdir. İddiaçı tərəfindən cavabdehə təqdim edilən 2021-ci ilin hesabat dövrü üzrə gəlir vergisinin bəyannaməsinə əsasən iddiaçı “1200.2 İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən” (1225.Çıxılmalardan sonra ümumi gəliri) 60.147,23 manat gəlir əldə etmiş, “1236.Digər xərclər” (1240.Ümumi gəlirdən çıxılan xərclər) 50.122,69 manat xərcləri olmuş, nəticədə 2.506,14 manat gəliri vergiyə cəlb olunaraq 501,23 manat gəlir vergisi hesablanmışdır. Vergi orqanı tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək təqdim edilən bəyannamənin müqayisəsi nəticəsində 40.112,69 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu və 1.3 kodlu sətirlərinin “Dövr üzrə daxil olmuşdur” sütunundakı göstəricilərn cəmi (10.010 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə idxal edilmiş, elektron-qaimə fakturalar və alış aktları əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan (0,00 manat) məbləğdən -10.010 manat fərqli kənarlaşma yaranmışdır. Bununla əlaqədar kameral vergi yoxlamasının başa çatdırılması üçün həmin dövr üçün dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsinin təqdim edilməsi tələb olunmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********986400 nömrəli qərarına əsasən iddiaçıya kameral vergi yoxlaması nəticəsində 2.005,63 manat əlavə vergi hesablanmışdır. Qərarla razılaşmayan iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********986400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********986400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən iddiaçıya 2.005,63 manat əlavə vergi hesablanmışdır. Vergi orqanı tərəfindən həmin vergilər qanunlara zidd olaraq kameral qaydada qərəzli hesablanmışdır. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və şeben, qırma-daş və sair məhsullar istehsal edir. Vergi Məcəlləsinin tələblərinə əsasən iddiaçı sadələşdirilmiş vergi ödəyicisidir. O, Vergi Məcəlləsinin tələblərini əsas tutaraq sadələşdirilmiş vergini hesablayıb tamamilə dövlət bdcəsinə ödəmişdir. Ona görə vergi orqanının iddiaçıya gəlir vergisi hesablamaq hüququ yoxdur. Hətta, vergi orqanı gəlir vergisi hesablayan zamanda Vergi Məcəlləsinin tələblərini pozaraq vergi hesablamışdır. Belə ki, Vergi Məcəlləsinin tələblərinə əsasən vergi orqanı tərəfindən kameral vergi yoxlaması Məcəllənin 37-ci maddəsinə əsasən aparılmalıdır. İddiaçının fəaliyyətində gəlirlər məlumdur. Gəlir məlum olduğu üçün Vergi Məcəlləsinin 67.3 və 67.4-cü maddələrinə uyğun olaraq hesablamalıdır. Vergi orqanı isə vergiləri hesablayarkən yalnız gəlir tərəfi qəbul etmiş, xərc maddələrini nəzərə almamışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadıqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergilərin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarına əsasən gəlir məlum olduğu üçün gəlirin 5/6 hissəsi qədər xərc qəbul edilməli idi. Göstərilən qərarın 6.1-ci maddəsində göstərilir ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) şərti üsullardan biri ilə müəyyən edir. 6.1.1 vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri əsasında: M1=G1:(100+R)xR . M1 (mənfəət)=6.147,23:(100+20)x20=10.024,54 manat gəlirdən 5 faiz dərəcə ilə büdcəyə 501,23 manat gəlir vergisi hesablanmalıdır. Vergi orqanı isə əlavə olaraq 2.005,63 manat vergi hesablamışdır. Göründüyü kimi, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin heç bir tələbi gözlənilməmiş, vergi orqanı tərəfindən iddiaçıya qarşı vergilər qərəzli şəkildə hesablanaraq vergi orqanı tərəfindən artıq hərəkətliliyə yol verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqramla müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçının şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdeh iddia tələbinə dair xx.xx.2023-cü il tarixli, **********463000 nömrəli etirazını təqdim etmişdir. Etirazında bildirir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin kameral qaydada yoxlanması həyata keçirilərkən bir sıra kənarlaşmalar aşkar olunmuş və bununla bağlı vergi ödəyicisinə **********409900 nömrəli 14 dekabr 2022-ci il tarixli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilərək həmin dövr üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi, eyni zamanda 5 iş günü müddətində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi ondan tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən həmin məktubda tələb olunan sənədlər və dövr üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilməmişdir. Kameral vergi yoxlaması zamanı vergilərin düzgün hesablanmaması aşkar edildiyi üçün vergi ödəyicisinə vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilmişdir. İddiaçının hesabat dövrünün gəlirləri (2021-ci il üzrə) 60.147,23 manat, xərcləri isə 10010.00 manat olmuşdur. Mübahisələndirilən dövr üzrə qüvvədə olan Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin redaksiyasına əsasən mikro sahibkarlıq sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətinin gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Vergi ödəyicisi hazırkı işdə iddiaçının hesabat dövrü üzrə xərcinin 10.010.00 manat olduğunu, eləcə də 60147,23 manatıq gəlirinin (dövriyyəsinin) 75 faizinin gəlir vergisindən azad olduğunu nəzərə alaraq gəlir vergisinə cəlb ediləcək dövriyyəsi 12534.31 manat olmuşdur. VM-nin 101.3-cü maddəsinə əsasən iddiaçının vergiyə cəlb edilən gəlirindən (cəmi məbləğ-12534.31 manat) 20 faiz dərəcə ilə vergi tutulmaqla 2506.86 manat gəlir vergisi hesablanmışdır. Vergi ödəyicisi bəyannaməsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarını tətbiq edərək rəsmi sənədlərlə təsdiqlənməyən 50122.59 manat məbləğində xərc bəyan etmişdir. Sonradan həmin arqumentini iddia ərizəsində də qeyd edərək vergi orqanı tərəfindən hesablanmanın həmin qaydada aparılmalı olmasını müdafiə etmişdir. İddiaçının qeyd olunan dəlili cavabdeh orqan tərəfindən əsaslı hesab edilmir. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsindən istifadə edilməsi hüququ yalnız vergi orqanına verilmişdir. Vergi ödəyicisinin Vergi Məcəlləsinin həmin normasına istinad edərək vergilərini o qaydada hesablamaq hüququ yoxdur. Vergi ödəyicisi yalnız özünün rəsmi sənədlərlə (rəsmi qaydada uçotunu apardığı mühasibatlıq sənədləri ilə) təsdiq edə bildiyi gəlir və xərclərə istinad edərək öz vergilərini hesablamaq hüququ vardır. Vergi ödəyicisinin gəlirlərinin hesablanmasının hüquqi əsasları Vergi Məcəlləsinin 96.1, 101.3, 108, 129, 130.1, 130.2-ci maddələri, habelə iddiaçının müvafiq mühasibatlıq sənədlərinin uçotunun aparılması vəzifəsi 16.1.3, 16.1.7 və 16.1.9-cu maddələrində müəyyən edilmişdir. Həmin müddəaların ümumiləşdirilmiş mənasına görə, vergi ödəyicisinin gəlir vergisinin hesablanması üçün ilk olaraq vergiyə cəlb edilməli olan gəliri müəyyən edilməlidir. Vergiyə cəlb edilməli gəlir isə gəlirdən çıxılan xərc arasındakı fərqdir. Beləliklə, gəlir vergisinin hesablanması üçün zəruri olan şərtlər kimi gəlirlər və xərclər müəyyən edilməlidir. Bunun üçün isə vergi ödəyicisi müəyyən edilmiş qaydada mühasibatlıq sənədlərinin uçotunu düzgün aparılmalıdır.Qeyd etməyi zəruri hesab edirik ki, Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ixtiyarı vergi ödəyicisi tərəfindən xərcləri birbaşa müəyyən etmək mümkün olmadığı halda tətbiq edilməsi ilə bağlı hüquqi mexanizmdir. Yəni tamamilə xərc sənədləri olmayan vergi ödəyiciləri barəsində vergi orqanının tətbiq etdiyi hüquqi imkandır. Hazırkı işdə iddiaçının rəsmi sənədlərlə əhatə edilmiş xərc sənədləri mövcuddur. Belə ki 2021-ci il ərzində AVTOMOBİL NƏQLİYYATİ İLƏ DAŞİMALARİN TƏŞKİLİ" MMC (VÖEN:**********) iddiaçı fiziki şəxsə 30 manat dəyərində xidmət (maşınların reys qabağı texniki müayinəsi ilə bağlı) göstərmişdir. Həmçinin "xxxx" MMC (VÖEN-**********) tərəfindən isə iddiaçıya 9980 manat məbləğində dizel yanacağı təqdim edilmişdir. Hər iki əməliyyat elektron qaimə-faktura əsasında aparılmışdır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.(Vergi Məcəlləsinin 130.2-ci maddəsi) Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərcin baş verməsini təsdiqləyən rəsmi sənəddir. Bu mənada cavabdeh inzibati orqan 10010 manat məbləğində elektron qaimə-faktura ilə mövcud olan xərcin iddiaçı tərəfindən çəkildiyini nəzərə almışdır. Həmçinin bildiririk ki, qeyd edilən inzibati mübahisədə iddiaçının vergi tutulan dövriyyəsi birbaşa müəyyən edildiyi üçün (10010 manatlıq xərc sənədlərinə görə) NK-nın adıçəkilən qərarına haqlı olaraq istinad olunmamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Çünki iddiaçı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********986400 nömrəli əlverişsiz inzibati aktın ləğvi məqsədini güdür. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə riayət edilmişdir. Belə ki, mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, iddiaçı isə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət açıq-aşkar gözlənilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçının 2021-ci ildə 60.147,23 manat gəliri olmuşdur. Hazırkı iş üzrə mübahisə predmeti iddiaçının xərcləri və gəlir vergisinin hesablanması ilə bağlıdır. İddiaçı bəyannamə ilə vergini bu qaydada hesablamışdır: öz gəlirini 60.147,23 manat, xərclərini 50.122,69 manat müəyyən edir, daha sonra Vergi Məcəlləsinin 102.1.30cu maddəsinə istinad etməklə (102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır) vergiyə cəlb edilməli gəlirini 2506 manat hesablayır (10.024,54- (10.024*75%=7.518,40)=2.506,14). 2506,14 manatdan isə 20 faiz dərəcə ilə gəlir vergisi bəyan edir, yəni 501,23 manat. Cavabdeh isə mübahisələndirilən qərarla vergini bu qaydada hesablamışdır: iddiaçının gəlirinin mübahisələndirilmir, lakin iddiaçının qeyd etdiyi 50.122,69 manat xərcindən 40.112,69 manat məbləğin sənədlərlə təsdiqlənmədiyi üçün iddiaçının yalnız 10.010 manat xərci olduğunu qəbul edilir. Odur ki, iddiaçının vergiyə cəlb edilməli gəlirini Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə istinad etməklə (yəni, gəlirin 75 faizini gəlir vergisindən azad etməklə) 12.534,31 müəyyən edir (50.137,23- (50137,23*75%=37602,92)=12.534,31). 12.534,31 manatdan 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır, yəni 2.506,86. İddiaçı 501,23 manatı özü bəyan etdiyindən fərq olaraq 2005,63 manat kameral yoxlama nəticəsində qərarla əlavə vergi məbləği hesablanmışdır. Vergi Məcəlləsinin müddəalarına əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir və mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır (VM-nin 96.1 və 102.1.30-cu maddələri). Hazırda iddiaçı 2 hala istinad etmişdir: 1) gəlir vergisi ödəyicisi olmaması; 2) şərti rentabeliyi tətbiq etməməsini Birinci halla bağlı məhkəmə qeyd edir ki, vergi orqanında xx.xx.2022-ci il tarixdə **********4530000 nömrə ilə qeydə alınmış ərizədə iddiaçı ona gəlir vergisinin hesablanması xahiş etmişdir. Göründüyü kimi iddiaçının istəyi ilə o, gəlir vergisi ödəyicisi kimi qeydiyyata alınmışdır. Digər arqumentə gəldikdə isə, Vergi Məcəlləsinin: Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara şıyaşay) binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların ranışad) və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların ,nirəlşi) xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad etməklə hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ixtiyarı vergi ödəyicisi tərəfindən xərcləri birbaşa müəyyən etmək mümkün olmadığı halda tətbiq edilməsi ilə bağlı hüquqi mexanizmdir. Yəni tamamilə xərc sənədləri olmayan vergi ödəyiciləri barəsində vergi orqanının tətbiq etdiyi hüquqi imkandır. Hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən cavabdehə gəlir vergisi bəyannaməsi, dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, həmin bəyannamə ilə təqdim edilmiş sənədər müqayisəli şəkildə yoxlanılmış və kənarlaşmaların mövcudluğu müəyyən edilmişdir. Bundan başqa, iddiaçının rəsmi sənədlərlə əhatə olunmuş xərc sənədləri mövcuddur. Göründüyü kimi, cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin olduğu sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixli **********986400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar