Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-123/2020 30.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Bərdə rayon şöbəsi) qarşı iş illərinin və hərbi xidmət müddətinin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Bərdə rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1973-1975-ci illərdə hərbi xidmətdə olmuş, 1976-cı il tarixdən 1998-ci il tarixədək Bərdə rayon ərazisində müxtəlif idarə, müəssisə və zavodlarda elektrik-mantyor vəzifəsində işləmiş, hətta rayon rəhbərliyinin göstərişi ilə iş vaxtından əlavə olaraq axşam saat 17:00-dan sonra 24:00-dək Bərdə rayonu Yeni Həyat kolxozu, Astan Vəzirov kolxozlarında elektrik-mantyor və əlavə taxıl biçimi, pambıq ayrıma işləri ilə məşğul olmuşdur. İddiaçının 25 il iş stajı var, lakin əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Bərdə rayon şöbəsinə müraciət etsə də cavabdeh bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Bərdə rayon şöbəsinə əmək kitabçasında və arxiv arayışında qeyd olunan illərin, həmçinin hərbi xidmətdə olduğu dövrlərin sosial sığorta stajına daxil edilməsinə dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, həmçinin əlavə olaraq bildirmişdir ki, 1982-ci ildə pambıq zavodunda, 1984-1986-cı illərdə ağac emalı zavodunda, 1987- 1989-cu illərdə Meliorasiya və X4 X2, 1989-1997-ci illərdə Subartezian quyularının istismarı idarəsində elektrik mantyoru işləmişdir. Qeyd olunan illərdə həmin müəssisələrdə işləməklə yanaşı kolxozda da qısa müddətli işləmişdir. Belə ki, həmin dövrdə başqa müəssisələrdə işləyənlərə kolxozda becərmək üçün pambıq sahəsi verilirdi. 1971-1973 və 1975-1976-cı illərdə isə Mingəçevir şəhərində Avtonəqliyyat ekspedisiya müəssisəsində çilingər işləmişdir. Cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Bərdə rayon şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Bərdə rayon şöbəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2019-cu il tarixli, **********6 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində 25 il sığorta stajı olduğunu qeyd etsə də, cəmi 22 il 6 ay 6 gün sığorta stajı təsdiq edilmişdir və tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığı üçün İddiaçı pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -İddiaçı məxsus xx.xx.1973-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, sonuncu xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -İddiaçı məxsus xx.xx.1976-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 1976-cı il tarixdən 1998-ci il tarixədək müxtəlif idarə, müəssisə və zavodlarda işləmişdir. -Bərdə rayon Dövlət Arxivinin 04.06 2018-ci il tarixli, 317 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1982, 1984, 1988-1992, 1994-1995 və 1997-1998-ci illərdə 1974-1996cı illərdə Yeni Həyat, A.Vəzirov adına kolxozlarda işləmiş və əmək haqqı almışdır. -X1 müəssisəsinin xx.xx.2018-ci il tarixli, 111 nömrəli arayışının surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək X1 müəssisəsində işləmişdir. -AR ƏƏSMN yanında DSMF-nin Bərdə rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********9 nömrəli məktubunun surətindən görünür ki, tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığı üçün İddiaçı pensiya təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. X3 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh iddiaçının 22 il 6 ay sığorta stajının olmasını etiraf etmişdir. Məhkəmədə işə baxılması zamanı iddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək işləməsi barədə əlavə sübut təqdim etmiş, həmçinin tələbin həcmini artıraraq hərbi xidmətdə olduğu dövrü də sığorta stajına daxil edilməsini xahiş etmişdir. Bununla da onun 25 il əmək fəaliyyətinin olması öz təsdiqini tapmışdır. Təqdim edilmiş arxiv arayışının surətindən də göründüyü kimi iddiaçı 1982, 1984, 1988-1992, 1994-1995 və 1997-1998-ci illərdə 1974-1996-cı illərdə Yeni Həyat, A.Vəzirov adına kolxozlarda işləmiş və əmək haqqı almışdır. Bundan başqa təqdim edilmiş hərbi biletin və əmək kitabçasının surətindən göründüyü kimi iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olmuş və 1976-cı il tarixdən 1998-ci il tarixədək müxtəlif idarə, müəssisə və zavodlarda işləmişdir. Məhkəmə iddiaçıya məxsus qeyd olunan əmək kitabçasını, arxiv arayışını və hərbi bileti mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarəvə təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1976-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında, X1 müəssisəsinin xx.xx.2018-ci il tarixli, 111 nömrəli arayışında və Bərdə rayon Dövlət Arxivinin 04.06 2018ci il tarixli, 317 nömrəliarxiv arayışında əmək fəaliyyətini əks etdirən müddətlərin və xx.xx.1973-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletdə əks olunan hərbi xidmət illərinin İddiaçı əmək pensiyası hüququ verən sığorta stajına daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-123/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-123/2020
30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver