Məhkəmə qərarları › İş №2-1(114)-1230/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1230/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1230/2025 19.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: xx.xx.1961-ci il tarixli 35 nömrə ilə akt qeydinə əsasən X9 xx xxxxxx 1961-ci ildə doğulmuşdur, ata qrafasında X10 oğlu, ana qrafasında X4 qeyd edilmişdir. İ-ИE №987426 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X8 xx xxxxxx 1961-ci ildə doğulmuşdur, ata qrafasında X11, ana qrafasında X5 qeyd edilmişdir. İ-EA № 554802 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2002-ci ildə vəfat etmişdir. Gəncə regional “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən X9 xx.xx.1961-ci ildə Daşkəsən rayonund aanadan olmuşdur, bu barədə xx.xx.1961-ci ildə Cavabdehndə 35№li doğum haqqında akt qeydi tərtib edilmişdir, atası X10,anası X1. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə(bundan sonra mətndə cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-5/8-69-159/2024 saylı məktubla bildirilmişdir ki, ,Cavabdeh tərəfindən iddiaçı barənizdə tərtib olunmuş xx.xx.1961 -ci il tarixli 35N-İİ doğum haqqında akt qeydində soyadı "Rustamova”,adı “Tamela”,ata adı soyadı “Rustamov”,anasının soyadı “Apparyan” qeyd edilib,təqdim etdiyi AA******* seriya-nömrəli şəxsiyyət vəsiqəsinin surətində isə onun adı “Tamella” qeyd edilib,təqdim etdiyi ərizədə soyadı “Rüstəmova”,atasının soyadını “Rüstəmov”,ana soyadını “Apkaryan” göstərmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01,03.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalarının l-ci hissəsinin 1-2-ci bəndlərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsfkifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə oimadıqda ərizə verən şəxsin seçdiyi,məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir,aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Qeyd olunanlara əsasən məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndə onun barəsində tərtib edilmiş xx.xx.1961-ci il tarixli 35 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilərək, soyadının “Rüstəmova”, adının “Tamella”, atasının soyadının “Rüstəmov”, anasının soyadının isə “Abkaryan” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961 -ci il tarixdə Daşkəsən rayonunda anadan olmuşdur. X3, anası X2muşdur. X16 2017-ci ildə, anası Abkaryan Elyanina xx.xx.2002-ci ildə vəfat etmişdir. O, hazırda təkrar doğum haqqında şəhadətnamə almaq üçün Cavabdehnə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hesab edir ki, həmin imtina onun hüquqlarını pozur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, doğum akt qeydində düzəliş edilərək, adının “Tamella”, anasının soyadını “Abkaryan” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş,cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında ilkin iddia tələbini müdafiə etdiyini yəni Cavabdehndə onun barəsində tərtib edilmiş xx.xx.1961-ci il tarixli 35 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək, soyadının “Rüstəmova”, adının “Tamella”, atasının soyadının “Rüstəmov”, anasının soyadının isə “Apkaryan” kimi qeyd edilərək təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi doğum haqqında akt qeydində düzəliş edilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... İddiaçıya məxsus olan doğum haqqında akt qeydində adı “Tamela” ana adı “Apparyan” kimi qeyd edilmiş olsa da, iş materiallarına əlavə edilmiş digər sənədlərdə iddiaçının adının “Tamella” ana adı “Abkaryan” kimi olması müəyyən edilir. Bu da, iddiaçıya məxsus akt qeydində iddiaçıya dair məlumatın qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçıya məxsus doğum haqqında akt qeydində səhvə yol verilmiş, iddiaçının adı və ana adı düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə Cavabdehndə onun barəsində tərtib edilmiş xx.xx.1961-ci il tarixli 35 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək, soyadının “Rüstəmova”, adının “Tamella”, atasının soyadının “Rüstəmov”, anasının soyadının isə “Apkaryan” kimi qeyd edilərək təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdehndə İddiaçı barəsində tərtib edilmiş xx.xx.1961-ci il tarixli 35 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək, soyadının “Rüstəmova”, adının “Tamella”, atasının soyadının “Rüstəmov”, anasının soyadının isə “Apkaryan” kimi qeyd edilərək təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar