Məhkəmə qərarları › İş №2-1(114)-1232/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1232/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1232/2020 05.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Tovuz rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Tovuz rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Tovuz rayon şöbəsi) qarşı əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Tovuz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş imtinanın ləğv olunması və əmək pensiyasının təyin edilməsivəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2-ci qrup əlildir və ona əlilliyə görə pensiya təyin edilməsi məqsədilə DSMF-nin Tovuz rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan onun fərdi hesabında pensiya kapitalının az olması səbəbindən pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı xx.xx.1967ci il təvəllüdlü olmaqla əlilliyinin müəyyən edildiyi xx.xx.2019-cu il tarixə yaş həddinə uyğun tələb edilən 12905.97 manat pensiya kapitalına qarşı xx.xx.2006-cı il tarixədək yaş həddinə uyğun tələb edilən və eyni zamanda ona hədiyyə edilmiş 7 il 8 ay sığorta stajına əsasən hesablanmış 5539.33 manat pensiya kapitalı və xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə fərdi hesabında 9080.20 manat (5539.33 + 3540.87) pensiya kapitalı toplandığı üçün ona xx.xx.2019-cu il tarixdən 2-ci dərəcə olmaqla əlil kimi əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Tovuz rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********1 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən xx.xx.2019-cu il tarixə qeydə alınmış 12905.97 pensiya kapitalı olmadığı üçün ona pensiyası təyin olunmasından imtina edilmişdir. -Forma 88 arayışının surətindən görünür ki, İddiaçı ümumi xəstəlik səbəbindən 2-ci dərəcə əlillik verilmişdir. -İddiaçı məxsus ******* nömrəli əmək kitabçasında olan qeydlərdən görünür ki, sonuncu xx.xx.2004-cü il tarixdən N.Sadıqov adına Alakol kənd orta məktəbində xidmətçi işləyir. -Məcburi dövlət sosial sığorta haqqında məlumat cədvəlindən görünür ki, Alakol kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2006-2019-cu il tarixlərdə İddiaçı barəsində Dövlət X4 məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər aparılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş 22-1-ci maddəyə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması qaydası əks olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.2.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır. Bu dəyişiklik x xxxxxx 2019-cu il tarixdən qüvvəyə minmişdir və həmin tarixdən etibarən sığortaolunanların əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onların fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda (qeydə alınmış pensiya kapitalının məbləğindən asılı olmayaraq) həyata keçirilir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1967-ci il təvəllüdlü olmaqla xx.xx.2019-cu il tarixdə ona İİ dərəcə əlillik təyin olunmuşdur və onun 15 il sığorta stajı vardır. Onun əlilliyinin müəyyən edildiyi xx.xx.2019-cu il tarixə yaş həddinə uyğun tələb edilən 12905.97 manat pensiya kapitalına qarşı xx.xx.2006-cı il tarixədək yaş həddinə uyğun tələb edilən və eyni zamanda ona hədiyyə edilmiş 7 il 8 ay sığorta stajına əsasən hesablanmış 5539.33 manat pensiya kapitalı və xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə fərdi hesabında 9080.20 (5539.33 + 3540.87=9080.20) manat pensiya kapitalı toplanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.3.3-cü yarımbəndinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün həmin sığortaolunanın 12 il 4 ay (52 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 37) x 4 ay = 148 ay/12ay= 12 il 4 ay) sığorta stajı olsa da, fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9080.20 manat pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün onun əlilliyə görə əmək pensiyası hüququ yaranmır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələb olunan həddə pensiya kapitalı mövcud olmadığından cavabdeh orqanın ona pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Tovuz rayon şöbəsinə qarşı əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar