Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1234/2022 27.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X7 iştirakları ilə İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 1996-2003-cü illərdə Samux rayon Seyidlər kənd İcra nümayəndəliyində xadimə, X10 İdarəsinin Samux rayon üzrə X8 kənd kitabxanasında xadimə işlədiyi illərin sosial sığorta stajına hesablanmaqla ona 62 yaşı tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli xüsusi qərardad araşdırma aparılması üçün Samux rayon Prokurorluğuna göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuş, 1996-2003-cü illərdə Samux rayon Seyidlər kənd İcra nümayəndəliyində və 2004- 2007-ci illərdə Samux rayon Qədili kənd kitabxanasında xadimə işləmişdir. İddiaçı 62 yaşı tamam olduğundan qeyd olunan müddətlərin nəzərə alınaraq ona pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassız olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 27 oktyabr 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmişdir. İddiaçı X5 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyaları bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən ye məcburi dövlət sosial sığortaolunanİarın onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşİara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa gorə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrləri müəssisədə və ya dövlət arxivində saxlanılan əmək haqqı kitablarında qeyd olunan sosial sığorta ayırmaları əsasında hüquq yaradan əmək stajı kimi qəbul oluna bilər. İddiaçı X2 vəziyyətində isə onun xx.xx.1978-ci ildən xx.xx.1990-c il tarixədək olan dövr, 2003-cü ildə 1 il, 2004-2005-ci illərdə 2 il olmaqla cəmi əmək stajı 14 il 07 ay təşkil edir. 1990-2003-cü illərin əmək stajı arxiv sənədləri saxtalaşdırıldığı (saxtakarlıq olduğu DSMF 18 saylı Regional Ərazi Filialının 29 aprel 2021-ci il tarixdə Samux rayon Dövlət Arxivinin müdirinin iştirakı ilə tərtib etdiyi aktda Arxivin müdiri tərəfindən təsdiqlənmişdir) üçün hamin dövrlər sığorta stajı kimi qəbul edilmir. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən etibarən fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Yuxarıda qeyd olunanların nəzərə alınmasını və iddiaçı X2 "yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini və xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə işin halların, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi). Belə ki, iddiaçı X6 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddianın xüsusi mümkünlük şərtləri də təmin olunmuşdur. Belə ki, öhdəliyin icrası haqqında iddia növünün xüsusi mümkünlük şərtləri məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət edilməsidir. İddiaçı tələbi ilə bağlı cavabdeh inzibati orqana və daha sonra məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə olunmuş: -X4 məxsus xx.xx.1992-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, sonuncu xx.xx.1978-ci il tarixdən xx.xx.2007-ci il tarixədək müxtəlif müəssisələrdə işləmişdir. -Samux rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 82 nömrəli arayışından görünür ki, X5 1996-2003-cü illərdə Samux rayon Seyidlər kənd İcra nümayəndəliyində işləmiş və əmək haqqı almışdır. -Samux rayon X1 arayışından görünür ki, X5 2004-2007-ci illərdə Samux rayon Qədili kənd kitabxanasında işləmiş və əmək haqqı almışdır. -Samux rayon Seyidlər kənd İcra nümayəndəliyinin 1991-2000-ci illər üzrə Cari hesab və hesablaşmaların uçotu kitabından görünür ki, X5 1994-1999-cu illərdə əmək haqqı almışdır. -Samux rayon Seyidlər kənd İcra nümayəndəliyinin 2001-2006-cı illər üzrə Əmək haqqı kitabından görünür ki, X5 2001-2003 illərdə əmək haqqı almışdır. -AR ƏƏSMN tabeliyində DSMF-nin 18 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, X2 xx.xx.2006-cı il tarixdən etibarən fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı və 25 il sosial sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddia tələbindən məlum olduğu kimi iddiaçının tələbi xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; - 3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. - 21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının Filiala təqdim etdiyi ******* nömrəli əmək kitabçasında həmin kitabçanın xx.xx.1992-ci il tarixdə doldurulduğu qeyd edilmiş, lakin bu qeydin üzərinə latın və kiril qrafikalı hərfləri özündə birİəşdirən möhür vuruİmuşdur. Möhürün üzərində qeyd edilənlərə əsasən, bu möhür "Nəsimi" adına üzümçülük sovxozunun möhürüdür. İddiaçının əmək kitabçasına və digər arxiv sənədlərinə əsasən onun sovxozda işlədiyi dövr ancaq "XXV Partiya Qurultayi" adına Üzümçülük sovxozunda işlədiyi müddətdir və sovxozun adının dəyişdirilməsi barədə heç bir qərar və əmr müəyyən edilməmişdir. İddiaçı "Nəsimi" adına üzümçülük sovxozunda ümumiyyətlə işləməmişdir. Bundan başqa, iddiaçının əmək kitabçasının təsdiq edilmiş surətinin birinci səhifəsində latın qrafikalı əlifba ilə "xx.xx.1990 S.Vurğ" qeydi ediİmişdir. Daha sonra əmək kitabçasının ikinci səhifəsində eyni qeyd kiril qrafikalı əlifba ilə yazılmışdır. Halbuki, «Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında» Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli, 33№-li Qanununa əsasən Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu bu gündən qüvvədən düşmüş hesab edilmiş, 1940-cı ilə qədər Azərbaycanda istifadə edilən 32 hərfdən ibarət latın qrafikalı Azərbaycan əlifbası kiçik dəyişikliklərlə bərpa olunmuşdur. Həmçinin, iddiaçının S.Vurğun adına MKS-nin 55 nömrəli Qədili kənd kitabxana filialına yarımştat vahidinə xadimə vəzifəsinə təyin edilmasi faktı əmr kitablarının Samux rayon Dövlət Arxivində olmaması səbəbindən yoxlanıla bilmədiyi müəyyənİəşdirilmişdir. Qeyd edilən faktlar iddiaçının həqiqətən S.Vurğun adına MKS-nin 55 nömrəli Qədili kənd kitabxana filialında işləməsi faktına dair əsaslı şübhələr yaradır. Odur ki, sosial sığorta stajının müəyyən olunmasında əsas sənəd əmək kitabçası hesab olunur ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının mötəbərliyi şübhə altındadır və iddiaçıya pensiya təyin edilməsi zamanı mötəbər sənəd hesab edilə bilməz. Beləliklə, iddiaçı X3 xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işləməsi öz təsdiqi tapmadığından qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən, iddianın təmin edilməsi istisna olunduğundan, cavabdeh inzibati orqan tərəfindən iş stajının ona əmək pensiyası hüququ verən sosial sığorta stajına hesablanmasından imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1234/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1234/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver