Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1235/2022 10.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X10) qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərardadı ilə “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X9 üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən güllə yarası almışdır. İİ qrup əlildir. Uzun müddətdir ki, xəstədir. Halhazırda 48 yaşı var. Xəstəxanalarda müalicə kursu keçmişdir. Ona "Döş qəfəsinin açıq yarası. Döş qəfəsini və qarın boşluğunu dəlib keçən güllə yarası (1994), Nazik bağırsağın 1.0 m, yoğun bağırsağın 20.0 sm rezeksiyası. (uc-uca anastomozun, bitişməİərin kolostomanın qoyulması və ləğvi əməliyyatından sonrakı vəziyyət. Bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi. M.B.S-in funksiya pozğunluğu)" diaqnozu qoyulmuşdur. Ağırlaşma formasında "qarın və beldən aşağı hissənin və çanağın açıq yarası, qarın boşİuğunu dəlib keçən güllə yarası", Bağırsağın digər dəqiqləşdirilmiş funksional pozğunluqları, M.B.S-nin funksiya pozğunluğu", "Bağırsaq bitişmələri, keçməməzlik ilə bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi" və "Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər" və sairə xəstəlikləri var. Bundan alavə olaraq "Xroniki səthi qastrit" diaqnozu ilə müəyyən olunmuş yanaşı xəstəliyi var. Bədəninin müəyyən hissəsi yaxşı işləmir və mütəmadi müalicə kursu keçir. İİ qrup əlildir. Ona pensiya tayin edilmişdir. Lakin əsassız olaraq 2021-ci ildən etibarən pensiyası dayandırılmışdır. Ağır xəstədir. Özünü idarə edə bilmir. Müddət ötdükcə xəstəliyi ağırlaşır. Maddi vəziyyəti çox ağırdır. O, xx.xx.1994-cu ildən-xx.xx.1994-cü ilə qədər "Füzuli Rayon Mərkəzi Xəstəxanası" PHŞ-da, xx.xx.2021-ci ildən-xx.xx.2021-ci ilə qədər "Tovuz Rayon Mərkazi Xəstəxanası" PHŞ-da və xx.xx.1994cu ildən-xx.xx.1994-cü ilə qədər və həmçinin xx.xx.2021-ci ildə "Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" PHŞ-da stasionar müalicə kursları keçmişdir. Ümumiyyətlə 1994-cü ildən bu günə kimi mütəmadi olaraq müalicə alır. Müalicəsi və xəstəlikləri barədə müvafiq sənədləri iddia ərizəsinə əlavə etmişdir. Səhhəti günü-gündən ağırlaşır və artıq müalicəyə tabe olmur. Səhhətində heç bir irəliləyiş yoxdur. Tibb müəssisəsi tərəfindən ("Tovuz Rayon Mərkəzi Xəstəxanası" X10 tərəfindən) 07 sentyabr 2021-ci ildə Tibbi Sosial Ekspert Komissiyasina 0321003AAPUL saylı göndəriş verilmişdir. Lakin Tibbi-Sosial Ekspert Komissiyasının həkimləri tərəfindən qərəzli olaraq ona əlillik dərəcəsi verilmir. Hesab edir ki, ona qarşı haqsızlıq olur. Lakin müraciətləri hec bir fayda vermir. "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" elektron xidmətindən məlum olur ki, əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0321003AAPUL sayı göndəriş əsasında TSERAS üzərindən qiymətləndirilmiş və diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbindən imtina qararı verilmişdir. Qeydiyyatda olduğu səhiyyə müəssisəsində xəstəlikləri barədə bütün malumatlar var. TSERAS-a göndərişdə (forma 88) xəstəlikləri barədə tam və dolğun məlumat verilsə də, hansı səbəbdən ona əlillik dərəcəsinin təyin edilməməsi müəmmalıdır. Hüquqlarının bərpa olunmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Tovuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S21 - Döş qəfəsinin açıq yarası => S21.8 - Döş qəfəsinin digər şö‘...; Diaqnozun mətni: Döş qəfəsinin və qarın boşluğunun deşib keçən güllə yarası. Loparatomiya, nazik bağırsağın 1.0 metr boğun bağırsağın 20.0 sm rezeksiyası, kolastoma qoyulması, loparatomiya kolostomanın ləğvi, bitişmə xəstəliyi. MBS orta dərəcəli funksiya pozğunluğu, sağ tərəfli adqeziv plevrit.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Tovuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S21 - Döş qəfəsinin açıq yarası => S21.8 - Döş qəfəsinin digər şö‘...; Diaqnozun mətni: Döş qəfəsinin və qarın boşluğunun deşib keçən güllə yarası. Loparatomiya, nazik bağırsağın 1.0 metr boğun bağırsağın 20.0 sm rezeksiyası, kolastoma qoyulması, loparatomiya kolostomanın ləğvi, bitişmə xəstəliyi. MBS orta dərəcəli funksiya pozğunluğu, sağ tərəfli adqeziv plevrit.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə.” səbəbi ilə bir İl müddətinə əlillik dərəcəsi verilmişdir. Tovuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S30-S39 - Qarnın, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları => S36 - Qarın Diaqnozun mətni: Döş qəfəsinin və qarın boşluğunun deşib keçən güllə yarası. Loparatomiya, nazik bağırsağın 1.0 metr boğun bağırsağın 20.0 sm rezeksiyası, kolastoma qoyulması, loparatomiya kolostomanın ləğvi, bitişmə xəstəliyi. MBS orta dərəcəli funksiya pozğunluğu, sağ tərəfli adqeziv plevrit.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S30-S39 - Qarnın, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları => S36 - Qarın ...; Diaqnozun mətni: Döş qəfəsinin və qarın boşluğunun deşib keçən güllə yarası. Loparatomiya, nazik bağırsağın 1.0 metr boğun bağırsağın 20.0 sm rezeksiyası, kolastoma qoyulması, loparatomiya kolostomanın ləğvi, bitişmə xəstəliyi. MBS orta dərəcəli funksiya pozğunluğu, sağ tərəfli adqeziv plevrit. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Tovuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Döş qəfəsi və qarın boşluğunu deşib keçən güllə yarası (1994) Ağırlaşma K56.5 Bağırsaq bitişmələri, keçməməziik ilə, nazik bağırsdağın 20.2 sm rezuksiyası.kolostomanın qoyulması və təkrari laparotomiya kolostomanın və bitişmələrin ləğvi əmə-an sonrakı vəziyyət.bitişmə xəstəliyi bitişmə mənşəli hissəvi bağırsaq kecməməzliyi MBS NİN FUNKSİYA pozğunluğu ilə Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, nazik bağırsağın 20.2 sm rezuksiyası.kolostomanın qoyulması və təkrari laparotomiya kolostomanın və bitişmələrin ləğvi əmə-an sonrakı vəziyyət.bitişmə xəstəliyi bitişmə mənşəli hissəvi bağırsaq kecməməzliyi MBS NİN FUNKSİYA pozğunluğu ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: -Diaqnoz və agirlaşmaları təsdiq edən klinik labarator və yardimçi müayinələr ətraflı qeyd olunmayib status lokalis ətraflı yazılsın.” səbəbi ilə imtina verilmişdir. Tovuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Döş qəfəsi və qarın boşluğunu deşib keçən güllə yarası (1994) Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Güllə yarası kolostomadan sonrakı vəziyyət. MBS nin funksional pozğunluğu ilə. 1994 də RKX də 1 M nazik bağırsaq rezeksiyası.edilmişdir.20.2 m yoğun bağırsaq rezeksiya edilib. Ağırlaşma K56.5 Bağırsaq bitişmələri, keçməməziik ilə, ilə nazik bağırsağın 1 m nazik bağırsaq 20.2 sm yoğun bağırsaq rezuksiyası.kolostomanın qoyulması və təkrari laparotomiya kolostomanın və bitişmələrin ləğvi əmə-an sonrakı vəziyyət.bitişmə xəstəliyi bitişmə mənşəli hissəvi bağırsaq kecməməzliyi MBS NİN FUNKSİYA pozğunluğu ilə; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Tovuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S21 - Döş qəfəsinin açıq yarası => S21.1 - Döş qəfəsinin ön divarı...; Diaqnozun mətni: Döş qəfəsinin açıq yarası, Döş qəfəsi və qarın boşluğunu deşib keçən güllə yarası (1994), Nazik bağırsağın 1.0 m, yoğun bağırsağın 20.0 sm rezeksiyası.(uc uca anastomozun, bitişmələrin kolostomanın qoyulması və ləğvi əməliyyatından sonrakı vəziyyət. Bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi. M.B.S-nın funksiya pozğunluğu; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün xidmətə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 3775 nömrəli Şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnamədə “Odlu silah, torakoabdominal yaralanma nəticəsində yoğun və nazik bağırsaqların zədələnməsi, hemopnevmotoraks. İİ dərəcəli tənəffüs çatışmazlığının inkişafı ilə adpezivplevrit və funksivaedici kalostoma. Cərrahi əməliyyatlar- nazik bağırsağın 20 sm rezeksivası və yoğun bağırsağa kolostomanın qoyulması ilə- sonrakı vəziyyət” diaqnozlu yaralanmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı boyu 168 sm, çəkisi 80 kq-dır. Qarnı yumşaq, dili nəm, ağciyərlər üzərində simmetrik tənəffüs eşidilmişdir, Saturasiya 97%-dir. Tənəffüs və həzm orqanlarının əlillik təyinatına əsas verəcək xroniki çatışmazlıq əlamətləri müəyyən edilməmişdir. Nəticədə əlillik qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Bundan əlavə, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2021-ci ilin avqust ayında, yəni təxminən 9 ay sonra xx.xx.2021-ci il tarixli göndəriş əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 10 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabehin nümayəndəsinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İş materiallarına ******* nömrəli ambulator tibbi kitabçanın surəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndərişin surəti, ambulator kitabçadan çıxarışın surəti, xəstənin ambulator-stasionar tibbi kartasından çıxarışın surəti, xx.xx.2022-ci il tarixli, **********3 nömrəli arayış, xx.xx.1993-cü il tarixli, NZ ******* nömrəli hərbi biletin surəti, xx.xx.2014-cü il tarixli, 246977 nömrəli vəsiqənin surəti, 28 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli müayinə olunan şəxs barədə məlumatın surəti, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli bildirişlərin surətləri, Tibbi Sosial Ekspert Komissiyasına göndərişlərin surətləri, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi « Tovuz Rayon Mərkəzi Xəstəxanası » X9 xx.xx.2022-ci il tarixli, 558 nömrəli məktubu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli və xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubları, xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarı əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 21 iyul 2022-ci il tarixli, T 304/2022 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı « Tovuz Rayon Mərkəzi Xəstəxanası » PHŞ-də tərtib edilmiş 0321003AAPUL nömrəli göndərişi tam doldurulmuş, göndərişdə qeyd edilən əsas diaqnoz : « S21-döş qəfəsinin açıq yarası, döş qəfəsi və qarın boşluğunu deşib-keçən güllə yarası (1994), nazik bağırsağın 1,0 m, yoğun bağırsağın 20,0 sm rezeksiyası, bitişmələrin kolostomanın qoyulması və ləğvi əməliyyatından sonrakı vəziyyət, bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi, M.B.Snin funksiya pozğunluğu. Ağırlaşma S31-qarının beldən aşağı hissəsinin və çanağın açıq yarası, qarın boşluğunu deşib-keçən güllə ; K59.8-bağırsağın digər dəqiqləşdirilməmiş funksional pozğunluqları, M.B.S-nin funksiya pozğunluğu, K56.5-bağırsaq bitişmələri, keçməməzlik ilə, bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi, Z98.8-digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, nazik bağırsağın 1,0 m, yoğun bağırsağın 20,0 sm rezeksiyası 9uc-uca anastomozun, bitişmələrin kolostomanın qoyulması və ləğvi əməliyyatından sonrakı vəziyyət) » diaqnozu şəxsin stasionarlarda müayinə və müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona 413 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün deyil. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin: - 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. - 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.2-ci bəndinə əsasən ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); ağır formalı bədxassəli qan xəstəlikləri (C80- C96.9); ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boyçəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0- K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9); ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23, E23.7, E2424.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); E23.2, E23.7, E2424.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45- G46.8, G95-G95.9); hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97); xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri hallarında ikinci dərəcə əlillik təyin edilir. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamənin:- (bundan sonra TSEK) - 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. - 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1235/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1235/2022
10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver