Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1235/2025 07.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilərək, həmin tarixdən ona İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun əlilliyinin qiymətləndirilməsinə dair xx.xx.2021-ci il tarixli İİİ qrup əlillik təyin edilməsi barədə qərarının dəyişdirilərək, xx.xx.2021-ci il tarixdən İİ qrup əlilliyinin bərpa edilməsi və həmin tarixdən almadığı illərin və ayların pullarının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1994-cü il tarixdən 1997-ci il tarixə kimi Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olmuşdur. 1998-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəmkir Mühafizə şöbəsinə polis nəfəri vəzifəsinə təyin edilib, xəstəliyi ilə əlaqədar xidməti işini yerinə yetirə bilmədiyindən Daxili İşlər Nazirliyinin A.Heydərov adına Hospitalında 6 ay stasionar müalicə olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisinin 27 avqust 2013-cü il tarixli 1707/h saylı əmri ilə işdən azad olunmuşdur. İşdən azad olunmağının səbəbi ağır xəstəliklərinin olması olmuşdur. Bu tibbi sənədlərdən də tam təsdiq olunur. O, Azərbaycan Respublikası DİN-nin Şəmkir rayon Mühafizə Şöbəsinin göndərişinə əsasən Azərbaycan Respublikası DİN-nin Tibb Xüsusi həkim komissiyasından keçirilmişdir. Həkim komissiyasının onun barəsində verdiyi N-324 saylı xəstəlik haqqında şəhadətnamədə onun xəstəlikləri ilə bağlı diaqnoz "Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007). Hipertaniya xəstəliyi İl mərhələ, tez-tez təkrar olunan krizislərlə. Diabetok-Hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastrodiodenit. Xroniki hepatoxolesistit. İpoxondrik nevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Kəkələmə. Hepatit "B" (daşıyıcısı)" qoymuşdur. Bu qeyd olunan xəstəliklərlə bağlı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2013-cü ilin sentyabr ayından ona İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Onun xəstəlikləri ilə bağlı İİ qrup əlillik təyin olunduqdan sonra hər il stasionar müalicələr götürməklə TSEK-in komissiyasından keçmişdir. Ona İİ qrup əllilik təyin olunmamışdan əvvəl xx.xx.2011-ci il tarixdən, xx.xx.2011-ci il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, xx.xx.2012-ci il tarixdən, xx.xx.2012-ci il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, xx.xx.2012-ci il tarixdən, xx.xx.2012-ci il tarixə kimi Şəmkir rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2012-ci il tarixdən, xx.xx.2012-ci il tarixə kimi Endokrinoloji xəstəxanada, xx.xx.2013-cü il tarixdən, xx.xx.2013-cü il tarixə və xx.xx.2013-cü il tarixdən, xx.xx.2013-cü il tarixə kimi Şəmkir rayon xəstəxanasında, xx.xx.2014-cü il tarixdən, xx.xx.2014-cü il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, xx.xx.2015-ci il tarixdən, xx.xx.2015-ci il tarixə kimi Şəmkir rayon Mərkəzi xəstəxanasında, xx.xx.2016-cı il tarixdən, xx.xx.2016-cı il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında stasionar müalicə olunmuşdur. 2016-cı ilin sentyabr ayının 29-da TSEK növbəti müayinə vaxtı ona 5 il müddətinə İl qrup əlillik dərəcəyi təyin etmiş və həmin müddət xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. Bu müddət ərzində o, xx.xx.2017-ci il tarixdən, xx.xx.2017-ci il tarixə kimi Respublika Əlillərin Bərpa mərkəzində reablitasiya kursu keçmiş, xx.xx.2018-ci il tarixdən, xx.xx.2018-ci il tarixə kimi "Şagan" əlillər üçün pansionat müəssisəsində, xx.xx.2018-ci il tarixdən, xx.xx.2018-ci il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, xx.xx.2019cu il tarixdən, xx.xx.2019-cu il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında stasionar müalicə olunmuşdur. Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə bilavasitə tabe olan 1 nömrəli poliklinikası tərəfindən 5 illik əlillik müddəti tamam olduğundan yenidən sistemə forma-88 göndərilmişdir. Həmin sənəddə onun bu müddət ərzində hansı tibb müəssisələrində stasionar müalicədə olmağı ətraflı qeyd edilmişdir. Nəticə olaraq diaqnoz: "İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007) Hipertoniya xəstəliyi İİ mərhələ, teztez təkrarlanan krizislərlə. Diabetik-hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastrodiodenit. Xroniki hepetoxolesistid. İpoxondrik nevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Hepatit B" AR DİN-nin XHK-nin xx.xx.2013-cü il tarixli 324 nömrəli XHŞ-yə əsasən qoyulmuşdur. Yanakı xəstəlikləri isə Ekhinococcus granulosus tərəfindən törədilən qaraciyər invaziyası, digər dəqiqləşdirilmiş hipotireozlar Tiroid vəzin subtotal rezeksiyası, xroniki səthi qastrit qastropatiya. Hiatal herniya. Qida borusunun mikozu, İpoxondriz pozğunluq. İpoxondrix pozğunluq, Delta amilsiz virus mənşəli xroniki B hepatiti, Bazu sümüyünün aşağı ucunun sınığı Sağ bazu sümüyünün yerdəyişməyən sınığı, Nevrasteniya kəskin gedişli, ipoxondrix və vegetativ əlamətlər, yüngül kəllə hipentenziyası əlamətləri ilə, Kəkələmə (hıqqana-hıqqana danışma), Miopiya, Essensial (birincili) hipentenziyadan ibarətdir. Bundan başqa gözləri 30 faiz görür. Akademik Z.Əliyeva adına Milli Ovtomologiya Mərkəzinin 20 iyun 2022-ci il tarixli, 6244 saylı tibbi rəyi ilə də tam təsdiq olunur. DİN-də KT nasaz olduğundan İstanbul Klinikasında xx.xx.2021-ci il tarixdə KT müayinəsində olmuşdur. Qaraciyərdə İVa və İV senqmentlərdə 9X11 sm ölçüdə exinokox kistası müəyyən edilmişdir. İİ və İİİ senqmentlərdə 12X10 sm exinokok kistası aşkar olunmuşdur. xx.xx.2002-ci ildə DİN Hospitalında cərrahiyyə şöbəsində qara ciyərin qiqant ölçülü exnokok kistasından əməliyyat olunmuşdur. DİN-nin Tibb İdarəsinin 25 may 2022-ci il tarixli göndərişinə əsasən 26 may 2022-ci il tarixdə Səhiyyə Nazirliyinin Psixi- Sağlamlıq Mərkəzinin baş direktoru, Bakı şəhəri Baş Səhiyyə İdarəsinin Baş psixatrı, professor Fuad İsmayılovun müayinəsində olmuş və ona "uzunmüddətli somatikləşmiş pozuntu F-45.0, uzunmüddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi F- 62.1 diaqnozu qoyulmuşdur. F.İsmayılovun tibbi rəyi əsasında DİN-in xx.xx.2022-ci il tarixdə 2 nömrəli kliniki psixatriya xəstəxanasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi stasionar müalicə almışdır. X4 İnstitunda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ambulator müalicə almış və onun ayaqlarının keyləşməsinin EMQ müayinəsi aparılmışdır və ona G-632 dibetik polinevropatiya distal parez diaqnozu qoyulmuşdur. Bundan əlavə DİN-nin göndərişi əsasında Topçubaşov adına Xüsusi Elmi Cərrahiyyə mərkəzində Dopler və endrikonoloqun və cərrahın müayinəsindən keçmişdir. Cərrahın rəyinə görə 179.2 Aterosvlerdə hər iki tərəflərin peroferin agepoteyası İİİ dərəcə xroniki işemiyadır. DİN-nin A.Heydərov adına Hospitalında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi stasionar müalicə olunmuşdur. Hospitalda kardiolioq tərəfindən ona koronor angioqrafiya məsləhət görülmüşdür. Bunun əsasında o, xx.xx.2022-ci il tarixdə sığortanın göndərişi əsasında X5 xəstəxanasında koronar angioqrafiya olunmuşdur. Orada ona bildirmişlər ki, konservativ daimi müalicə, lazım gələrsə cərrahi müalicə olunmalıdır. Onun son vaxtlar hər iki dizində və belində ağrılar əmələ gəldiyindən yeriyə bilmədiyindən X2 tam müayinə olunub, həkimlərin göndərişi əsasında hər iki dizdən və bel omadan MRT olunmuşdur. Onun sağ və sol dizlərində aşkarlanan bayır yan bağın (LCL) femura birləşmə yerində yırtıq, lojasında ödem suprapetellər bursada (ACL) biffiz mikoid degenariyası, Medial meniskasun arxa buynuzunda İİ dərəcəli degenerasiya, leteral meniskusun arxa buynizinda İİ dərəcəli degenerasiya aşkarlanmışdır. xx.xx.2023-cü il tarixdə isə müayinə zamanı bel nahiyyəsində L4-L5 səviyyəsində vertebral kanalın stenozu, L5-S1 interventebral diskin arxa, mərkəzi protuziyası aşkarlanmışdır. Sığortanın göndərişi əsasında xx.xx.2023-cü il tarixdə Gəncə Beynəlxalq xəstəxanasında KT müayinəsindən keçmişdir. Onda aşkarlanan qara ciyərində sol pay seqment İİİ-də ən geniş yerində 62X33 mm ölçülərdə bir-birinə birləşərək əmələ gələn 3 enokok kistası aşkar edilmişdir. O, bununla bağlı məcbur əməliyyat olunmalıdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Elmi X6 İnstitunda ayaq və bel nahiyyəsinə görə stasionar müalicə olunmuş və ona M170 birincili iki tərəfli qonortoz İ dərəcə, fəallıq İİ mərhələ, fC İİ dərəcə diaqnozu qoyulmuşdur. Yanaşı xəstəliyinin ağırlaşması C632, diabetik polinevropatiya M545 luşobboligiya iki tərəfli K76.1. E.11E.13. F.45.0 və F62.1. Ona bu qədər sağalmaz xəstəliklərin olmasına baxmayaraq Reablitasiya Agentliyinin qərarı başa düşülən deyil. Cavabdeh orqanın onun 2-ci qrup əlilliyinin dəyişdirilərək, İİİ qrup əlillik təyin etməsini iddiaçı qanunsuz və əsassız hesab edir. Ona görə ki, polis orqanlarından ağır xəstəliyi ilə bağlı DİN-nin tibb müəssisəsinin müvafiq rəyi əsasında işdən azad olunmuşdur. 10 ildən artıqdır ki, o, Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına hospitalında hər il müayinə və müalicə olunduğunu, hazırda vizual görünüşdə də onun həqiqətən də 2-ci qrup xəstə olduğunu nəzərə almamış, tam qanunsuz və əsasız olaraq onun İİ qrup əlilliyini dəyişdirib, İİİ qrup əlillik təyin edilməsi yolverilməz olmaqla, onun Konstitusiyada nəzərdə tutulmuş ədalətli pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. O, cavabdehin onun xəstəliyilə bağlı İİ qrup əlilliyinin dəyişdirilərək, İİİ qrup əlillik təyin edilməsini əsassız və qanunsuz hesab edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2957/2023 nömrəli qərarı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-239/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən 5 il müddətinə İİİ dərəcə əlilliyin təyin edilməsi barədə qərarın qüvvədə saxlanılması barədə cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə İİ dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-447/2024 nömrəli qərardadı ilə qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-239/2024 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən araşdırılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1235/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilərək, həmin tarixdən ona İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Daxili İşlər Nazirliyi xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış, Göndərişin natamam doldurulması - Səbəb: Səhiyyə Nazirliyinin Oftalmologiya reyestrində heç bir məlumat yoxdur - Səbəb: xx.xx.2021-ci il tarixli Qərar qüvvədə saxlanılır. İnzibati orqan tərəfindən iddiaçının əlillik vəziyətinin obyektiv müayinəsi əsasında əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Sənədlərdə göstərilən diaqnoza əsasən xəstənin son beş (5) ildə müayinə və müalicə müddəti yoxdur. Respublika Psixatriya Mərkəzində müayinə və müalicə məsləhət görülür barədə qərar verilmişdir. Eyni zamanda xəstəliyinin diaqnozu psixatriya xəstəliyi olduğunu nəzərə alaraq dövlət tərəfindən təmin edilən dərmanların alınmadığı sistem üzərindən görülür. Bu səbəbdən stasionar yatışın olması zərurəti vardır. Lakin bu tibb alt sənədlərində də öz əksini tapmamışdır. Odur ki, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları İddiaçı xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixlərdə “Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbi qalxanabənzər vəzin subtotal rezeksiyasından sonrakı hal hipertoniya xəstəliyi İİ mər tez-tez təkrarlanan krizlərlə diabetik angiopatiya haliyeyopatiya xr xripoxondrik nevroz vegetativ əlamətlərlə davamlı kəkələmə hepatit B” diaqnozu ilə, xx.xx.2015-ci il tarixdə “Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbi. Diabetik retinopatiya. OU diabetik angiopatiya. Diabetik polinevropatiya” diaqnozu ilə 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə 5 il müddətinə “Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli...” diaqnozu ilə, hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli Forma 88 haqqında məlumat qrafikinə əsasən: Əsas diaqnoz - E11.7- “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007) Hipertoniya xəstəliyi İİ mərhələ, teztez təkrarlanan krizlərlə. Diabeto-hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastroduodenit. Xroniki hepatoxolesistit. İponevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Kəkələmə. Hepatit “B”(daşıyıcı). Yanaşı xəstəliklər – F45.2 - İpoxondrix pozğunluq, İpoxondrix pozğunluq. Yanaşı xəstəliklər – F48.0 - Nevrasteniya, Nevrasteniya kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası əlamətləri ilə. xx.xx.2021-ci il tarixli qiymətləndirmə nəticəsində “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007) Hipertoniya xəstəliyi İİ mərhələ, tez-tez təkrarlanan krizlərlə. Diabeto-hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastroduodenit” Diaqnozu ilə Göndərişin natamam doldurulması (Hədəf orqanlarda olan ağırlaşmalar ətraflı qeyd olunsun) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 5 il müddətinə, Hərbi xidmət dövrü ilə əlaqədar, “İpoxondrix pozğunluq, Nevrasteniya, Nevrasteniya kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası əlamətləri ilə” Diaqnozu ilə İİİ dərəcəli əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə qərarlardan verilmiş şikayətlərə əsasən əyani müayinəsi keçirilmiş İddiaçı barəsində Hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet ağır forma İİ tip. İnsulinə tələbi olan. Xroniki virus hepatiti, Hepatit B. Qaraciyərin exinokokk invaziyası. Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), OU Proliferativ diabetik retinnopatiya. VİSOU-0.3k/etmir.” Diaqnozu ilə Göndərişin natamam doldurulması (Səhiyyə Nazirliyinin Oftamologiya reyestrində heç bir məlumat yoxdur) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə qərarlardan verilmiş şikayətlərə əsasən əyani müayinəsi keçirilmiş İddiaçı barəsində xx.xx.2021-ci il tarixli Hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Uzun müddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi” Diaqnozu ilə Göndərişin natamam doldurulması (xx.xx.2021-ci il tarixli Qərar qüvvədə saxlanılır) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 nömrəli Poliklinikasının 4399003AAAS0 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinədə qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq xx.xx.2021-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə (xx.xx.2026-cı ilədək) üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Müraciət əsasında o, xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmuş, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsinə əsasən xx.xx.2021-ci il tarixli qərar qüvvədə saxlanılmışdır. Əlillik vəziyyətini yenidən qiymətləndirmək üçün İddiaçı dair tibbi-sosial ekspertiza müayinəsinə göndərişin (Forma-88) rəsmiləşdirilməsi məqsədi ilə tibb müəssisəsi tərəfindən ətraflı müayinə edilməsi və qanunamüvafiq qərar verilməsi barədə xx.xx.2023cü il tarixində Nazirlik tərəfindən Daxili İşlər Nazirliyininə rəsmi müraciət edilmişdir. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; (1 iyul 2022-ci il tarixədək qüvvədə olan redaksiyada) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. (1 iyul 2022-ci il tarixədək qüvvədə olan redaksiyada) 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
2. Əlilliyin müəyyən olunması meyarları 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur.
4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması müəyyən edilmişdir. Həmçinin hazırkı iddia tələbi üzrə iddia müddəti bərpa edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona əlilliyin təyin edilməsi barədə cavabdehin xx.xx.2021-ci il tarixli qərarının əlilliyin İİİ dərəcə təyin edilməsi hissəsində dəyişdirilərək, əlilliyin təyin olunduğu həmin tarixdən İİ dərəcə müəyyən olunmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının tələblərinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müddəlarına görə, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixlərdə “Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbi qalxanabənzər vəzin subtotal rezeksiyasından sonrakı hal hipertoniya xəstəliyi İİ mər tez-tez təkrarlanan krizlərlə diabetik angiopatiya haliyeyopatiya xr xripoxondrik nevroz vegetativ əlamətlərlə davamlı kəkələmə hepatit B” diaqnozu ilə, xx.xx.2015-ci il tarixdə “Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbi. Diabetik retinopatiya. OU diabetik angiopatiya. Diabetik polinevropatiya” diaqnozu ilə 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə isə 5 il müddətinə “Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Diabetik retinopatiya. OU diabetik angiopatiya. Diabetik polinevropatiya” diaqnozu ilə, hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçıya 5 il müddətinə, Hərbi xidmət dövrü ilə əlaqədar, “İpoxondrix pozğunluq, Nevrasteniya, Nevrasteniya kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası əlamətləri ilə” Diaqnozu ilə İİİ dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya əlillik təyin edilərkən əlilliyin dərəcəsi düzgün müəyyən edilməmişdir. Belə ki, iddiaçının 2013-cü ildən 2021-ci ilə qədər müxtəlif xəstəlikləri ilə əlaqədar İİ dərəcə əlilliyi olmuşdur. Həmçinin xx.xx.2021-ci il tarixli Forma 88 haqqında məlumat qrafikindən görünür ki, iddiaçının əsas diaqnozu - E11.7- “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007) Hipertoniya xəstəliyi İİ mərhələ, tez-tez təkrarlanan krizlərlə. Diabeto-hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastroduodenit. Xroniki hepatoxolesistit. İponevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Kəkələmə. Hepatit “B”(daşıyıcı) müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya yanaşı xəstəliklər– “İpoxondrix pozğunluq, Nevrasteniya, Nevrasteniya kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası əlamətləri ilə” diaqnozu əsasında İİİ dərəcəli əlillik təyin edilmişdir. Halbuki iddiaçıda cavabdehin xx.xx.2021-ci il tarixli qərarında qeyd etdiyi yanaşı xəstəliklərdən başqa əsas diaqnoz üzrə xəstəlikləri də mövcud olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının yalnız yanaşı xəstəliklərini nəzərə almaqla ona İİİ dərəcəli əlillik təyin etməkdə haqlı olmamışdır. Odur ki, iddiaçının əsas diaqnoz üzrə xəstəlikləri də nəzərə alınmaqla əlilliyi İİ dərəcə müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı əlilliyin İİİ dərəcə təyin edilməsi hissəsində dəyişdirilməli və həmin tarixdən iddiaçıya İİ dərəcə əlilliyin təyin olunması öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 32.1, 70.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Fəxrəddin Sabir oğluna əlilliyin təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarı İİİ dərəcə əlilliyin təyin edilməsi hissəsində dəyişdirilsin. xx.xx.2021-ci il tarixdən İddiaçı İİ dərəcə əlilliyin təyin olunması öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva