Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1240/2024 02.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı direktor dəyişikliyinin dövləıt qeydiyyatının və dövlət reyestrindən çıxarışın ləğv edilməsi, dövlət reyestrindən yeni çıxarışın təqdim edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının oğlu olan nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qeydiyyata alınmış "xxxx" MMC-də direktor dəyişikliyinin dövlət qeydiyyatının və bununla bağlı təqdim edilmiş xx.xx.2023-cü il tarixli, **********134800 saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi və "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, **********134800 saylı dövlət reyestrindən çıxarış verilməzdən əvvəlki qanuni təmsilçinin məlumatlarının qeyd olunduğu yeni dövlət reyestrindən çıxarışın təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Şəmkir Un-Yem" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 8********) xx.xx.2016-cı il tarixində dövlət qeydiyyatına alınmışdır.
1. "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" MMC-nin (VÖEN: **********) rəhbəri X4 tutduğu vəzifədən azad edilmiş, "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə X9 (AZE AA3436851) təyin edilmiş, rəhbər dəyişikliyinin vergi orqanında dövlət qeydiyyatına alınması üçün sənədləşmə işlərinin aparılması (sənədlərin təsisçilərin adından imzalanmaisı, vergi orqanına təqdim edilməsi və dövlət reyestri məlumatlarını özündə əks etdirən sənədlər alınması) X7 həvalə edilmişdir.
2. xx.xx.2023-cü il tarixində Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən "xxxx" MMC-də direktor dəyişikliyinin dövlət qeydiyyatı aparılmış və Cəmiyyətin İnternet Vergi İdarəsindəki elektron kabinetinə direktor dəyişikliyini əks etdirən yeni dövlət reyestrindən çıxarış göndərilmişdir.
3. İddiaçı cəmiyyətin qanuni təmsilçi dəyişikliyinin qeydiyyata alınmaması ilə bağlı 14 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmiş və cavabdeh inzibati orqanın cavab məktubu ilə bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsinə edilmiş dəyişikliyə əsasən Cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı payları 45% və 55% kimi müəyyən edilmişdir. Cəmiyyətin ümumi yığıncağının çağırılması barədə bildirişin 45% iştirak payına malik təsisçisinə çatdırılması təmin edilmiş və Cəmiyyətin direktorunun (qanuni təmsilçisinin) dəyişdirilməsi barədə ümumi yığıncağın qərarı yalnız 55% iştirak payına malik təsisçi tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.1-4-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Mülki Məcəllənin 89cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında, iştirakçılardan hər birinin payının miqdarı haqqında, onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında, cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. Mülki Məcəllənin 91.2-ci maddəsinə görə cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. Cəmiyyətin hazırda qüvvədə olan xx.xx.2016-ci il tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsinin 4.2-ci bəndinin beşinci abzasına əsasən Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Həmin nizamnamənin 4.3-cü bəndinə əsasən Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Həmin nizamnamənin 4.4-cü bəndinə əsasən ümumi yığıncaqda nizamnamənin və nizamnaməyə edilən əlavə və dəyişikliklərin, nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması, Cəmiyyətin yenidən təşkil və ya ləğv edilməsi barədə qərarlar bütün təsisçilərin yekdil qərarı ilə, digər məsələlər isə sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin ümumi yığıncağının çağırılması barədə bildirişin 45% iştirak payına malik təsisçisinə çatdırıldığını və sorğuda qeyd olunan məsələyə dair qərarın ümumi yığıncaqda sadə səs çoxluğu ilə qəbul edildiyini nəzərə alaraq, Cəmiyyətin direktor (qanuni təmsilçi) dəyişikliyinin dövlət qeydiyyatına alınması təmin edilmişdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www. taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. II. Məhkəmədə icraat
4. İddiaçı cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qeydiyyata alınmış "xxxx" MMC-də direktor dəyişikliyinin dövlət qeydiyyatının və bununla bağlı təqdim edilmiş xx.xx.2023-cü il tarixli, **********134800 saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi və "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, **********134800 saylı dövlət reyestrindən çıxarış verilməzdən əvvəlki qanuni təmsilçinin məlumatlarının qeyd olunduğu yeni dövlət reyestrindən çıxarışın təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 8********) xx.xx.2016-cı il tarixində dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin nizamnaməsinə və ona edilmiş 1 №-li dəyişikliyə, eləcə də hüquqi şəxslərin dövlət qeydiyyatından çıxarışa əsasən "xxxx" MMC-nin nizamnamə kapitalında İddiaçı 45 manat pul şəklində 45 paydan ibarət 45% paya, X9 isə 55 manat pul şəklində 55 paydan ibarət 55% paya malikdir. xx.xx.2023-cü il tarixində Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən "xxxx" MMC-də direktor dəyişikliyinin dövlət qeydiyyatı aparılmış və Cəmiyyətin İnternet Vergi İdarəsindəki elektron kabinetinə direktor dəyişikliyini əks etdirən yeni dövlət reyestrindən çıxarış göndərilmişdir. Həmin dəyişikliyin dövlət qeydiyyatınadək direktor X4 olmuş, dəyişiklikdən sonra isə X9 təyin olunmuşdur. Belə ki, hazırda direktor təyin edilmiş, eyni zamanda təsisçilərdən biri olmuş X9 Cəmiyyətin əvvəllər direktoru olmuş X5 atasıdır. "xxxx" MMC-nin sabiq direktoru X10 və həmin MMCnin həmtəsisçisi, sonuncunun övladı və hazırki direktor X6 qanunsuz əməlləri nəticəsində MMC-yə maddi ziyanın dəyməsi faktı ilə bağlı müraciətləri əsasında Baş Prokurorluğun İstintaq idarəsində aparılmış araşdırma ilə əlaqədar toplanmış material üzrə fakta görə 11 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır. Bu barədə xx.xx.2023-cü il tarixində 14 saylı Ərazi Vergilər İdarəsinə də məlumat verilərək X6 Cəmiyyətin fəaliyyəti ilə bağlı hər hansı hərəkət və fəaliyyətlərinin qeyri-qanuni hesab edilməsi tərəfindən xahiş edilmişdir. xx.xx.2023-cü il tarixində həyata keçirilən direktor dəyişikliyi ilə bağlı iştirakçıların ümumi yığıncağına dəvət olunmadığından və iştirak etmədiyindən direktor dəyişikliyi ilə bağlı etiraz bildirmək hüququnu da itirmişdir. Məhz bu səbəbdən xx.xx.2023cü il tarixində 14 saylı Ərazi Vergilər İdarəsinə yazılı müraciət edərək iştirakçıların ümumi yığıncağının qərarında imzasının olmamasına baxmayaraq hansı əsasla direktor dəyişikliyini qeydiyyata aldıqları barədə məlumat vermələrini xahiş etmişdir. Həmin müraciətə 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş **********517100 saylı cavabda qeyd olunmuşdur ki, Cəmiyyətin ümumi yığıncağının çağırılması barədə bildirişin 45% iştirak payına malik təsisçisinə çatdırıldığını və sorğuda qeyd olunan məsələyə dair qərarın ümumi yığıncaqda sadə səs çoxluğu ilə qəbul edildiyini nəzərə alaraq, Cəmiyyətin direktor (qanuni təmsilçi) dəyişikliyinin dövlət qeydiyyatına alınması təmin edilmişdir. Hesab edir ki, Cəmiyyətin nizamnaməsinə və qanunvericiliyin tələblərinə əsasən onun razılığı olmadan Cəmiyyətin direktor dəyişikliyinin dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi qanunsuz və əsassızdır.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
7. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək məhkəmə iclasına gəlmədikləri halda onların iştirakı olmadan məhkəmə iclasının keçiriləcəyini bildirmişdir.
8. İddiaçının oğlu olan nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. IV.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
9. İddiaçının oğlu olan nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra Cəmiyyət) xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsinə edilmiş dəyişikliyə əsasən Cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı payları 45% və 55% kimi müəyyən edilmişdir. Cəmiyyətin ümumi yığıncağının çağırılması barədə bildirişin 45% iştirak payına malik təsisçisinə çatdırılması təmin edilmiş və Cəmiyyətin direktorunun (qanuni təmsilçisinin) dəyişdirilməsi barədə ümumi yığıncağın qərarı yalnız 55% iştirak payına malik təsisçi tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Cəmiyyətin 45% iştirak payına malik təsisçisi qeydiyyat orqanına müraciət edərək imzası olmadan direktor dəyişikliyinin qeydiyyata alınmamasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.1-4-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında, iştirakçılardan hər birinin payının miqdarı haqqında, onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında, cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. Həmin Məcəllənin 91.2-ci maddəsinə görə cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. Cəmiyyətin hazırda qüvvədə olan xx.xx.2016-ci il tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsinin 4.2-ci bəndinin beşinci abzasına əsasən Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Həmin nizamnamənin 4.3-cü bəndinə əsasən Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Həmin nizamnamənin 4.4-cü bəndinə əsasən ümumi yığıncaqda nizamnamənin və nizamnaməyə edilən əlavə və dəyişikliklərin, nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması, Cəmiyyətin yenidən təşkil və ya ləğv edilməsi barədə qərarlar bütün təsisçilərin yekdil qərarı ilə, digər məsələlər isə sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin ümumi yığıncağının çağırılması barədə bildirişin 45% iştirak payına malik təsisçisinə çatdırıldığını və sorğuda qeyd olunan məsələyə dair qərarın ümumi yığıncaqda sadə səs çoxluğu ilə qəbul edildiyini nəzərə alaraq, Cəmiyyətin direktor (qanuni təmsilçi) dəyişikliyinin dövlət qeydiyyatına alınmasını qanunamüvafiqdir. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı iddia tələbinin əsassız və qanunvericiliyin tələblərinə tam zidd olduğuna görə rədd edilməsini məhkəmədən xahiş etmişdir.
11. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddiaya etiraz edərək, yazılı etirazı müdafiə etdiyini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi:
12. Məhkəmə proses iştirakçılarını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
13. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
14. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
15. Göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir.
16. Hazırki mübasihənin predmetini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qeydiyyata alınmış "xxxx" MMC-də direktor dəyişikliyinin dövlət qeydiyyatının və bununla bağlı təqdim edilmiş xx.xx.2023-cü il tarixli, **********134800 saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi və "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, **********134800 saylı dövlət reyestrindən çıxarış verilməzdən əvvəlki qanuni təmsilçinin məlumatlarının qeyd olunduğu yeni dövlət reyestrindən çıxarışın təqdim edilməsi təşkil edir.
17. Məhkəmə bununla bağlı qeyd edir ki, "xxxx" MMC-də direktor dəyişikliyinin dövlət qeydiyyatı "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2023-cü il tarixli qərarı əsasında aparılmışdır və hazırda həmin qərar qüvvədədir.
18. Yəni, qeydiyyat inzibati akt deyildir və həmin dəyişikliyə dair sənədlərin əsasında aparılmışdır. Həmin qərarın mübahisələndirilməsi isə korporativ tələb olduğundan kommersiya məhkəmə icraatı çərçivəsində həyata keçirilməlidir.
19. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Maddə 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Maddə 9-1.1. Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9-1.5. Müraciət zamanı dəyişiklik dövlət qeydiyyatına alınaraq, dövlət reyestrinə daxil edildiyi gün dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) məhdud məsuliyyətli cəmiyyətin elektron kabinetinə göndərilir. Maddə 13.3-1. Kommersiya qurumları və publik hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alındıqda və ya təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyi dövlət qeydiyyatına alındığı gün qeydiyyat sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik) hüquqi şəxsin elektron kabinetinə göndərilir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə: Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
21. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarına görə: Bənd 19. Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir.
22. Göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir.
23. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Bənd 15.2. ... İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bənd 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
24. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan kommersiya məhkəməsinə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
26. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçıya izah edilir ki, onun hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva