Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1242/2020 24.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020ci il tarixli, N/H-6N5N nömrəli məktubu ilə döyüş əməliyyatları aparılan rayonlara və ya hərbi hissələrə döyüş tapşırığını yerinə yetirmək üçün ezam olunması barədə arxiv sənədlərində məlumat aşkar olunmadığına görə İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını nəzərə alaraq veteran adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N985-N987 ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli hərbi xidmətdə olmuşdur. Mənfur düşmənin vətənimizə təcavüzü nəticəsində Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının iştirakçısı olmuşdur. N992-cü ilin iyul ayının 2-də Şəmkir RHK tərəfindən Gədəbəy rayonunun müdafiəsində yerləşən N saylı hərbi hissəyə hərbi xidmətə göndərilmiş və xx.xx.N992 ci il tarixədək döyüşlərdə iştirak etmiş, xx.xx.N992 ci il tarixdən təşkilatın göstərişi ilə N saylı hərbi hissə yaradıldığı üçün N nömrəli hərbi hissəyə köçürülmüş və xx xxx N998 ci ilə qədər HHMQ tərkibində xidmətini davam etdirmişdir. Ailə vəziyyəti ilə əlaqədar olaraq hərbi hissəni tərk etmişdir. xx.xx.N998 ildə cinayət işi başlanmış və Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin xx.xx.200N-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla N il müddətində şərti cəzaya məhkum olunmuşdur. Odur ki, onun N992 ci ilin iyul avqust aylarında Gədəbəy uğrunda gedən döyüşlərdə iştirakının və törətdiyi cinayətin atəşkəs dövründən sonra (xx.xx.N998) olduğunun nəzərə alınmasını xahiş etmişdir. İş üzrə tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü məcburetmə haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33.N-ci maddəsi). İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddiaçı məsələnin həll olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş və imtina cavabı aldıqdan sonra 30 gün müddətində məhkəmədə hazırkı iddianı qaldırmışdır. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxxxxx 20N8-ci il tarixli, 9/2-24N nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N992-ci il tarixli, N2 nömrəli əmrində tağım komandirini müavini gizi İddiaçı Gədəbəy rayonu döyüş əməliyyatları bölgəsində iştirak etdiyi üçün xx.xx.N992xx.xx.N992-ci il tarixləri üçün üçqat əmək haqqı ödənilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N2 nömrəli əmrində adı və atasının adı tam yazılmadığından məlumtın İddiaçı aid olmasını təsdiq etmək mümkün olmamışdır. N nömrəli hərbi hissə komandirinin may-iyun N992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamış və 86N (N7N) nömrəli hərbi hissə komandirinin may-oktyabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, N0 nömrəli arayışının surətindən görünür ki, xx.xx.N967-ci il təvəllüdlü istefada olan gizir İddiaçı həqiqətən xx.xx.N985-ci il tarixdən xx.xx.N987-ci il tarixədək, xx.xx.N988-ci il tarixdən xx.xx.N992-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.N992-ci il tarixdən xx.xx.N998-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur və xx.xx.N998-ci il tarixdə hərbi hissəni özbaşına tərk etdiyinə görə HHQ və HHMQK-nin 0N0km nömrəli, xx.xx.N999-cu il tarixdə ehtiyyata buraxılmaqla xx.xx.N999-cu il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından bütün təminat növlərindən çıxarılmışdır. Şəmkir rayon İcra Bölməsinin xx xxxxxx 20N5-ci il tarixli, 366 nömrəli arayışından görünür ki, Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin N-79 saylı, xx.xx.200N-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.N-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, ünvan N saylı ünvanda yaşayan məhkum İddiaçı N il müddətinə şərti cəzaya məhkum edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 3-38 saylı, xx xxxx 200N-ci il tarixli məhkəmə iclasının qərarına əsasən İddiaçı Azərbaycan Respublikasının Avropa Şurasının üzvlüyünə qəbul edilməsi münasibətilə amnistiya haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxx 200N-ci il tarixli qərarının 2.N və N3.2-ci bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx xxxx 2020-ci il tarixli, 9/2-3N06 nömrəli məktubunun surətindən görünür ki, 86N №-li hərbi hissə komandirinin xx xxxx N992-ci il tarixli, 4N №-li əmrilə İddiaçı (əmrdə hərbi rütbəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təchiz edilərək 4-cü taburda atıcı vəzifəsinə təyin olunmuşdur. 86N №-li hərbi hissə komandirinin yanvar-iyun, avqust-dekabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və N №-li hərbi hissə komandirinin iyul-dekabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində döyüş bölgəsinə ezam olunması barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin yanvar-iyun N992-ci il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxxx 2020-ci il tarixli, 9/2-675N nömrəli məktubundan görünür ki, İddiaçı 86N nömrəli hərbi hissə komandirinin xx xxxx N992-ci il tarixli, 4N №-li əmrilə hərbi hissənin şəxsi heyət siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin olunmuş və İV taburda atıcı vəzifəsinə təyin edilmişdir. Gizir İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxxxxx N992-ci il tarixli, N8 №-li əmrilə müvəqqəti olaraq silah anbarının rəisi vəzifəsinin icrasına buraxılmışdır. N №-li hərbi hissə komandirinin xx xxxxxxx N992-ci il tarixli, 43 №-li əmrində (əmrdə adı və atasının adı tam yazılmamışdır) silah anbarının rəisi vəzifəsində xidmət edən, gizir İddiaçı Bakı şəhərinə xidməti ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxx N993-cü il tarixli, 72 nömrəli əmrində (əmrdə adı və atasının adı tam yazılmamışdır) bölük komandirinin müavini vəzifəsində xidmət edən, gizir İddiaçı Kürdəmir şəhərinə aerodromun təmiri üçün xidməti ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxxxx N993-cü il tarixli, N94 №-li əmrində (əmrdə adı və atasının adı tam yazılmamışdır) Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N993-cü il tarixli əmrinə əsasən, N30 nömrəli hərbi hissənin avtomobil xidmətinin rəisi vəzifəsinə təyin olunduğu üçün gizir İddiaçı iş və vəzifələrini təhvil vermiş hesab edilməsi, hərbi hissənin şəxsi heyət siyahılarından və bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. N30 nömrəli hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli, 399 №-li əmrində (əmrdə adı və atasının adı tam yazılmamışdır) avtomobil xidməti rəisinin köməkçisi gizir İddiaçı döyüş əməliyyatları bölgəsinə getməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, N4 №-li əmrində (əmrdə adı və atasının adı tam yazılmamışdır) Beyləqanda vertolyot meydançası tikmək üçün xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılan hərbi qulluqçuların siyahısında silah anbarının rəisi vəzifəsində xidmət edən, gizir İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, N6 №-li əmrində (əmrdə adı tam və atasının adı yazılmamışdır) Beyləqan şəhərindən, hərbi xidməti vəzifəsini yerinə yetirərək, xidməti ezamiyyətdən qayıdaraq, qazan təminatına qoyulmuş hərbi qulluqçuların siyahısında silah anbarının rəisi vəzifəsində xidmət edən, gizir İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, N9 №-li əmrində (əmrdə adı tam və atasının adı yazılmamışdır) xx.xx.N994-xx.xx.N994-cü il tarixli dövrdə Beyləqan rayonunda xidməti ezamiyyətdə olduqlarına görə üçqat əmək haqqı alan hərbi qulluqçuların siyahısında silah anbarının rəisi vəzifəsində xidmət edən, gizir İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx xxxx N997-ci il tarixli, N49 №-li əmrində (əmrdə adı tam və atasının adı yazılmamışdır) silah anbarının rəisi gizir İddiaçı ştatdan kənar saxlanılmaqla hərbi hissə komandirinin sərəncamında olması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxx N997-ci il tarixli, N52 №-li əmrilə hərbi hissə komandirinin sərəncamında olan silah anbarının rəisi gizir İddiaçı ştatdan kənar saxlanılmaqla xx xxxxxx N998-ci il tarixindən qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxx N997-ci il tarixli, N64 №-li əmrində hərbi hissə komandirinin sərəncamında olan silah anbarının rəisi gizir İddiaçı adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin sərəncamında olan gizir İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq və HHQ və HHMQ-ı komandanının xx.xx.N998-ci il tarixli əmrinə əsasən, N №-li hərbi hissə komandirinin xx xxxxx N998-ci il tarixli, N №-li əmrilə hərbi hissənin təminatlarından çıxarılaraq, lazımi attestatlarla təmin olunaraq, xidmətini davam etdirmək üçün 4NN nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissədən gəlmiş gizir İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin HHQ və HHM qoşunları komandanının xx.xx.N998-ci il tarixli əmrindən çıxarışa əsasən, 4NN nömrəli hərbi hissəyə xidmətini davam etdirmək üçün gəlmiş hesab edilsin və 2-ci AE-nin mühəndis aviasiya xidmətinin baş mexaniki vəzifəsinə təyin olunaraq, 4NN Nq-İİ hərbi hissə komandirinin xx xxxxx N998-ci il tarixli, N №-li əmrilə hərbi hissənin bütün növ təminatlarına qoyulmuşdur. Göründüyü kimi, iddiaçı iddia ərizəsində N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə döyüş bölgələrinə ezam olunduğunu və döyüşlərdə iştirak etdiyini qeyd etsə də, iş materiallarında iddiaçının döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xidmətdə olduğu müddətdə hərbi hissəni özbaşına tərk etdiyindən hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmamışdır. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeydinə əsasən bu maddənin birinci hissəsinin üçünücü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Həmin bəndin qeydində göstərilir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Göründüyü kimi əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmasıdır. Hazırkı işin hallarından isə iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması müəyyən edilməmiş, iddiaçı xidməti vəzifəsinin icrası ilə bağlı ezam olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N4.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 68.N. və 68.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 8N-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteran adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonraqanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1242/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1242/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver