Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-125/2022 18.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, üçüncü şəxs X2 nümayəndəsi (vəkili) X20 iştirakı ilə iştirakı ilə, İddiaçılar İddiaçı1 Firuddin oğlunun, Xudaverdiyev (Kərimova) Mehriban Firuddin qızının, Osmanova (Kərimova) Səbinə Firuddin qızının, İddiaçı3, Kərimova (Nəsirova) Aynurə Feruz qızının cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Ağstafa rayon Notariat Kontoru, X13 və X14) 11.12.2020-ci il tarixli, **********84-10301 nömrəli çıxarış qeydində düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçılar İddiaçı1 Firuddin oğlu, Xudaverdiyev (Kərimova) Mehriban Firuddin qızı, Osmanova (Kərimova) Səbinə Firuddin qızı, İddiaçı3, Kərimova (Nəsirova) Aynurə Feruz qızı (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı 07.09.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 verilmiş 11.12.2020-ci il tarixli, **********84-10301 nömrəli çıxarışın ləğv edilməsi və Ağstafa şəhər N.Nərimanov ünvanında yerləşən fərdi yaşayış evinə dair X6 ¼ hissədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçılar 28.12.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxslər Ağstafa rayon Notariat Kontoru, X13 və X14) qarşı 11.12.2020-ci il tarixli, **********84-10301 nömrəli çıxarış qeydində düzəliş edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 06.01.2022-ci il tarixli, 2- 1(114)-125/2022 nömrəli qərardad ilə iddaçıların iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum babalarından miras qalmış ünvan 2 ünvanında yerləşən evə X6 verilmiş vərəsəlik hüququ ilə vərəsəlik haqqında şəhadətnamə əldə etdikdən sonra 05 avqust 2005-ci il tarixdə Ağstafa rayon Notariat Kontorunda həmin evə dair ¼ hissəyə vərəsəlik haqqında şəhadətnamə olmasına baxmayaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi ona həmin daşınmaz əmlaka dair ¾ hissəsinə 11.12.2020-ci il tarixli, **********84-10301 nömrəli çıxarış vermişdir. İddiaçıların cavabdeh orqana şikayətlərinə cavab olaraq məhkəməyə müraciət etmələrini tövsiyə etmişlər. X3 04.10.2021-ci il tarixdə məhkəməyə ünvanladığı vəsatət əsasında Gəncə İnzibati Məhkəməsinin 04.10.2022-ci il tarixli, 2-1(114)-1952/2022 nömrəli qərardadı ilə X14 üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 18 yanvar 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, iddiaçılar, üçüncü şəxs X14 şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər, cavabdeh orqan isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X2 nümayəndəsi (vəkili) X29 izahat verərək iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Əvvəlki şifahi məhkəmə baxışı iclasında İddiaçı1 Firuddin oğlu iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi nümayəndəsi Amid Nəbiyev əvvəlki məhkəmə iclasında izahat verərək qanunamüvafiq qərar qəbul olunmasını xahiş etdi. Həmçinin bildirmişdir ki, qeyd aparılan zaman texniki səhvə yol verilmiş və bu barədə məhkəməyə rəsmi məktub göndərilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçılara məxsus şəxsiyyət vəsiqələrinin surətləri; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11.12.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surəti; - Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 35 nömrəli şəhadətnamənin surəti; - X15 məxsus 01.05.2021-ci il tarixli05/69-526/76 nömrəli ölüm haqqında şəhadətnamənin surəti; - X7 məxsus 23.04.2020-ci il tarixli, AZ-İİ 083857 nömrəli ölüm haqqında şəhadətnamənin surəti; - X16 məxsus 24.12.2019-cu il tarixli, AZ-İİ 034533 nömrəli ölüm haqqında şəhadətnamənin surəti; - X10 məxsus 26.01.1973-cü il tarixli, 276758 nömrəli, X4 məxsus 27.08.1974-cü il tarixli, 291334 nömrəli, İddiaçı1 məxsus 27.08.1974-cü il tarixli, 291335 nömrəli, X11 məxsus 27.09.1960-cı il tarixli, 695265 nömrəli, X8 məxsus 23.03.1949-cu il tarixli, 886213 nömrəli, X18 məxsus 12.05.1981-cı il tarixli, 268657 nömrəli, İddiaçı3 məxsus 04.03.1980-ci il tarixli, 492530 nömrəli doğum haqqında şəhadətnamələrin surətləri; - Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 20.09.2021-ci il tarixli və 27.09.2021-ci il tarixli məktubları; - Dövlət Notariat Arxivinin 22.10.2021-ci il tarixli, 05/01-4983/11 nömrəli və 12.11.2021-ci il tarixli, 05/01-5427/11 nğmrəli məktubları; - Ağstafa rayon Dövlət Notariat Ofisində 05.08.2005-ci il tarixdə 2v-139 reyestr nömrə ilə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinin surəti; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı qismən əsaslı hesab edir. İş materiallarına əlavə olunmuş 05.08.2005-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X1 şəhəri N.Nərimanov küçəsi 42 ünvanında yerləşən qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan 600 kvm torpaq sahəsində yerləşən çiy kərpicdən tikilmiş dörd otaqlı yaşayış evinin ¼ hissəsi vəsiyyətnamə ilə X6 verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin məktubunda Ağstafa rayon Dövlət Notariusunun vərəsəlik hüququ haqında şəhadətnaməsi əsasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 11.12.2020-ci il tarixində dövlət reyestrində qeydiyyata alınaraq ¾ hissədə X2 payı və ¼ hissədə isə X12 payı dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verildiyi, Dövlət reyestrində qeydiyyat aparılarkən mülkiyyətçilərin payları texniki səhv olaraq düzgün qeyd edilmədiyi, Ağstafa rayon Dövlət Notariusunun vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ¼ hissədə X2 və ¾ hissədə isə X12 payı dövlət reyestrində qeydiyyata aparılmalı olduğu qeyd olunmuşdur. İlk olaraq qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi Mülkiyyət hüququ: İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıların tələbi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin tərəfindən aparılmış qeydin düzgün aparılmaması və bu səbəbdən onların hüquqlarının pozulması olmuşdur. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən edilmişdir ki, iddiaçılar mərhum babalarından miras qalmış evin ¼ hissəsi X6 vərəsəlik ilə keçməsinə baxmayaraq cavabdeh orqan səhvən üçüncü şəxs Elmira Kərimovanın hüquqlarını qeydə alarkən onun payını ¾ kimi qeydə almışdır. Həmçinin müəyyən olunmuşdur ki, cavabdeh orqan məhkəməyə məktub göndərərək həqiqətən qeydin texniki səhv olmasını etiraf etmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, iddiaçılar iddia ərizələrində verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişlər, lakin məhkəmə qeyd etmək istəyir ki, çıxarış özü-özlüyündə inzibati akt hesab edilə bilməz və bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmaqla cavabdeh orqanın üzərinə aparlmış qeydin düzəldilməsi barədə öhdəlik qoyulmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasinin Qanununun M a d d ə 2 . Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Göründüyü kimi cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış 20.09.2021-ci il tarixli məktubu ilə etiraf etmişdir ki, qeyd aparılan zaman səhvə yol verilmişdir və həqiqətdə Ağstafa rayon Dövlət Notariusunun vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ¼ hissədə X2 və ¾ hissədə isə X5 payı dövlət reyestrində olmalı idi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların iddiası qismən təmin edilməli ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə aid Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən aparılmış 11.12.2020-ci il tarixli, **********84-10301 nömrəli qeyddə paylara aid hissədə düzəliş aparılmalı, X17 ¾ hissə və X9 ¼ hissəkimi qeydə alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə aid 11.12.2020-ci il tarixli, **********84- 10301 nömrəli Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən aparılmış qeyddə düzəliş edilsin. X17 ¾ hissə və X9 ¼ hissə kimi qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-125/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-125/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver