Məhkəmə qərarları › İş №2-1(114)-1250/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1250/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1250/2022 05.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-5667/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.Nci il tarixli, 24 nömrəli nizami hissə üzrə əmrinə əsasən bütün növ təminatlara daxil edilməklə şəxsi heyətin siyahısına qəbul olunmuşdur. Ümumilikdə xx.xx.N-ci il tarixdən xx.xx.1996-cı il tarixədək həqiqi hərbi xidmət keçmiş, döyüşlərdə iştirak edərək Qarabağ müharibəsinin fəal iştirakçısı olmuşdur. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 1/B-6529 nömrəli məktubu ilə ona imtina məktubu verilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtina məktubu qanunsuzdur və onu hüquqlarını məhdudlaşdırır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının 2020-ci il tarixli məktubunu mübahisələndirmişdir. İddiaçı xx.xx.N-ci il tarixdə N nömrəli hərbi hissənin siyahısına daxil edilsə də və xx.xx.N-ci iİ tarixdə (72 nömrəli əmr N nömrəli hərbi hissə komandiri və qərargah rəisi tərəfindən bağlanmamışdır) hərbi əməliyyat zonasından gəlmiş sayılsa da, həmin tarixdən sonra (yəni, xx.xx.N) xx.xx.N-cü il tarixədək xidməti barədə məlumat aşkar edilməmişdir. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2-1097 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissə komandirinin yanvar N-dekabr N-cü il tarixli əmrlərində, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-xx.xx.N-cü il, yanvar-xx.xx.Ncü il tarixli əmrlərində, N nömrəli hərbi hissə komandirinin fevral N-cü il tarixli əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Həmçinin, iş materiallarında olan Mərkəzi Arxivin xx.xx.2018-ci il tarixli, 9/2-14229 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin avqust N, iyul N, iyun N-cü il tarixli əmrlərində, şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və yaralıların qeydiyyatı kitabında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 210 nömrəli əmrində iddiaçı hansısa hərbi hissədən gəlmiş kimi deyil, çağırışçı kimi daxil olması göstərilmişdir (əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır). N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 20 nömrəli əmrində iddiaçının adı qarşısında N nömrəli hərbi hissə yazılsa da, həmin məlumat (həmin vaxt N nömrəli hərbi hissədə xidməti və yaralanması) yuxarıda qeyd olunmuş xx.xx.2018ci il tarixli, 9/2-14229 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapmamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli (atəşkəsdən sonra) 556 nömrəli əmrinə əsasən iddiaçı şəxsi heyətin siyahısına salınıb. İddiaçının öz hərbi biletində onun N nömrəli hərbi hissədəki xidməti də məhz xx.xx.N-cü il tarixdən göstərilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsi tərəfindən göndərilmiş hərbi biletin uçot kartasında (təsdiq olunmuş surəti hazırkı etiraza əlavə edilir) da iddiaçının N nömrəli hərbi hissəsindəki xidməti N-cü ilin oktyabrından göstərilmişdir. Hərbi uçot kartasında İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat qeyd olunmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 05 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehə hazırki şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 1/B-6529 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli, 9/2-14229 nömrəli arxiv arayışının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2018-ci il tarixli, 2117 nömrəli məktubunun surəti, “Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” xx.xx.2021-ci il tarixli elektron arayışın surəti, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Səfərbərlik sərəncamının 2-li nəzarət talonunun surəti, iddiaçıya məxsus xx.xx.N-ci il tarixli, NZ ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Azərbaycan Respubliikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-1097 nömrəli məktubunun surəti, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 24 nömrəli, xx.xx.N-ci il tarixli, 71 nömrəli və xx.xx.N-ci il tarixli, 72 nömrəli əmrlərinin təsdiqlənmiş surətləri, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 210 nömrəli, xx.xx.N-cü il tarixli, 556 nömrəli və xx.xx.1996-cı il tarixli, 198 nömrəli əmrinin təsdiqlənmiş surətləri, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 20 nömrəli əmrinin təsdiqlənmiş surəti, iddiaçının qeydiyyat kartasının təsdiqlənmiş surəti, Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 120-12440-1222 nömrəli məktubunun surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-3798 nömrəli məktubu və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2022-ci il tarixli, 11/3790 nömrəli məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli, 9/2-14229 nömrəli arxiv arayışının surətindən görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 24 №-li nizami hissə üzrə əmrində (əmrdə soyadı Baxşəliyev, adı Nicat, atasının adı İsa yazılmışdır) Baxşəliyev İsa oğlunun şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. Hərbi xidmətdə fərqləndiyinə görə X4 N №-li hərbi komandirinin xx.xx.N-ci il tarixli, 71 №-li nizami hissə üzrə əmrilə (əmrdə soyadı Baxşəliyev, adı Nicat yazılmışdır) “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 72 №-li nizami hissə əmrilə (əmrdə soyadı Baxşəliyev, adı Nicat yazılmışdır) N nömrəli hərbi hissənin sıravisi X6 hərbi əməliyyat zonasına gəlmiş və hərbi əməliyyata başlamış hesab edilmişdir. Bərdə RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü X6 N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 210 №-li nizami hissə üzrə əmrilə (əmrdə soyadı Baxşəliyev, adı Nicat yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 20 №li nizami hissə üzrə əmrində (əmrdə soyadı Baxşəliyev, adı Nicat, atasının adı İsa yazılmışdır) müalicə üçün daxil olmuş şəxsi heyətin siyahısında N №-li hərbi hissənin sıravisi X1 adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 556 №-li nizami hissə üzrə əmrilə (əmrdə soyadı Baxşəliyev, adı Nicat yazılmışdır) Bərdə RHK-dan çağırılmış X6 5-ci MAT-ın şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli, 141 №-li əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis edildiyi üçün 1973-cü il təvəllüdlü sıravi X6 N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 198 №-li nizami hissə üzrə əmrilə (əmrdə soyadı Baxşəliyev, adı Nicat yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Bərdə RHKna göndərilmişdir. N №-li hərbi hissə komandirinin avqust N-ci il, iyul N-cü il, iyun N-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və yaralıların qeydiyyatı kitablarında X2 xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-3798 nömrəli arxiv arayışından görünür ki, N () №-li hərbi-hissə komandirinin xx.xx.N-ci il tarixli, 20 №-li əmrində (əmrdə soyadı Baxşiyev, atasının adı İsa yazılmışdır) həqiqi hərbi xidmətə çağırılmış X5 şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 24 №-li əmrilə (əmrdə atasının adı İsa yazılmışdır) X7 şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. N () №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 71 №-li əmrilə hərbi xidmətdə fərqləndiyinə görə X4 “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. N () №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 72 №-li əmrilə hərbi əməliyyat zonasına gəlmiş və hərbi əməliyyatlara başlamış N №-li hərbi hissənin şəxsi heyətinin siyahısında X3 adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin yanvar-dekabr N-cü il, yanvar-iyul N-cü il tarixli və N №li hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan xx.xx.N-xx.xx.N-cü il, xx.xx.N-xx.xx.N-cü il, xx.xx.N-xx.xx.N-cü il tarixli nizami hissə üzrə əmrlərində X3 xidməti barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2022-ci il tarixli, 11/3790 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.N-ci il tarixdə N nömrəli hərbi hissənin siyahısına daxil edilsə də və xx.xx.N-ci il tarixdə (72 nömrəli əmr N nömrəli hərbi hissə komandiri və qərargah rəisi tərəfindən bağlanmamışdır) hərbi əməliyyat zonasından gəlmiş sayılsa da, həmin tarixdən sonra (yəni, xx.xx.N), xx.xx.N-cü il tarixədək xidməti barədə məlumat aşkar edilməmişdir. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2-1097 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissə komandirinin yanvar N-dekabr N-cü il tarixli əmrlərində, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-xx.xx.N-cü il, vanvar-xx.xx.N-cü il tarixli əmrlərində, N nömrəli hərbi hissə komandirinin fevral N-cü il tarixli əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Həmçinin, iş materiallarında olan Mərkəzi Arxivin xx.xx.2018-ci il tarixli, 9/2-14229 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin avqust N, iyul N, iyun N-cü il tarixli əmrlərində, şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və yaralıların qeydiyyatı kitabında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 210 nömrəli əmrində iddiaçı hansısa hərbi hissədən gəlmiş kimi deyil, çağırışçı kimi daxil olması göstərilmişdir, (əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır). N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 20 nömrəli əmrində iddiaçının adı qarşısında N nömrəli hərbi hissə yazılsa da, həmin məlumat (həmin vaxt N nömrəli hərbi hissədə xidməti və yaralanması) yuxarıda qeyd olunmuş xx.xx.2018-ci il tarixli, 9/2-14229 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapmamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli (atəşkəsdən sonra) 556 nömrəli əmrinə əsasən iddiaçı şəxsi heyətin siyahısına salınıb. İddiaçının öz hərbi biletində (onun N nömrəli hərbi hissədəki xidməti də məhz xx.xx.N-cü il tarixdən göstərilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsi tərəfindən göndərilmiş hərbi biletin uçot kartasında da iddiaçının N nömrəli hərbi hissəsindəki xidməti N-cü ilin oktyabrından göstərilmişdir. Hərbi uçot kartasında İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat qeyd olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun döyüş əməliyyatlarında iştirakı barədə məlumatların olmamasıdır. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8- ci yarımbəndində əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın. Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq, etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan N-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Göründüyü kimi, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Göründüyü kimi, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir ki, hazırkı iş materiallarında iddiaçının döyüş əməliyyatları aparılan zaman döyüşlərdə iştirak etməsini və yaralanmasını təsdiq edən hər hansı mötəbər sübut olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 68.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteran adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonar qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar