Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1252/2022 24.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı müharibə iştirakçısı kimi ona müharibə veteranı adının verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin həmin idarənin xx.xx.2022 -ci il tarixli məktubu ilə xidməti barədə məlumat olmadığı üçün tələbi təmin edilməmişdir. Bununla razılaşmayan iddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N992-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Hərbi Komisarlığından həqiqi hərbi xidmətə çağrılmışdır. Təlim keçdikdən sonra xx.xx.N992-ci tarixdə N №-li əmrlə N saylı hərbi hissəyə göndərilmişdir. Sonradan N №-li hərbi hissənin sərəncamına göndərilmişdir. Fizuli rayonunda döyüşlər zamanı xx.xx.N994-cü il tarixdə qolundan yaralanmışdır. xx.xx.N994-cü ildən-xx.xx.N994-cü ilə kimi Ə.Əliyev adına Dövlət həkimlərinin Təkmilləşdirilməsi İnistutunda müayinə və müalicə olmuşdur. Sağ bazunun güllə yarası, N/3-nin odlu konsolidə olunmuş sınığı həkim mütəxssislərinin rəyi ilə təsdiq edilmişdir. Xidməti N il 6 ay olduğu üçün həmdə qolunun tam sağalmadığı üçün müayinə və müalicəsii ev şəraitində davam etdirmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinə köməklik göstərilməsini xahiş etmiş, ancaq Müdafiə Nazirliyin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bundan imtina edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı ofiq oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, ona müharibə veteranı statusunun verilməsinə dair iddia tələbinin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-cu il tarixli, 4/3N323 nömrəli məktubu ilə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İş materiallarına iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/3N323 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-259N nömrəli və xx.xx.2022-ci il tarixli 4/2-2896 nömrəli arxiv arayışlarıı, Azərbycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 9N7 nömrəli qeydiyyat kartasının surəti, SX serialı ******* nömrəli hərbi biletin ksero surəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli N20-N2440-N222 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2022-ci il tarixli NN/N770 nömrəli etiraz məktubu, Azərbaycan Gəncə Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HP N7/373N nömrəli məktubu təşkil edir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin N-ci bəndinin NN-ci yarımbəndinə əsasən “Müharibə veteram” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. - N99N -ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteram» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Belə ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarışları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 20N8-ci il tarixli 422 saylı Qərara əsasən - “Müharibə veteranı” adı və vəsiqəsini verilməsi üçün zəruri olan (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşlərdə iştirakı sübut edən) sənədlər təqdim olunmalıdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılması nəzərdə tutulur. Normanı ümumiləşdirərək məhkəmə qeyd edir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunmasını təsdiq edən hər hansı sübut mövcud deyil. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2022-ci il tarixli, 4/3N323 nömrəli məktubundan görünür ki, təqdim olunmuş sənədlərdə vətəndaş İddiaçı xx.xx.N994-cü ildən sonrakı xidməti barədə məlumat olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyinin xx.xx.2022-ci il tarixli mərkəzi arxiv arayışından görünür ki, N №-li hərbi hissədən həqiqi hərbi xidmətini davam etdirmək üçün gəlmiş, Gəncə ŞHK- nın çağırışçısı, sıravi İddiaçı Məmməd oğlu N №-li hərbi hissə komandirinin N avqust N992-ci il tarixli N №-li əmrilə (əsas: § N, səh 99, sıra 8, əmrdə atasının adı “Məmməd” yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli 70 №-li əmrində (əsas: § 3.N, səh N47, sıra 57, əmrdə atasının adı “Məmməd” yazımışdır) döyüş tapşırığını yerinə yetirərək (xx.xx.N992-xx.xx.N992) döyüş əməliyyatları Füzuli şəhərindən qayıtmış şəxsi heyətin siyahısında, pulemyotçu vəzifəsində, sıravi İddiaçı Məmməd oğlunun adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 82 №-li əmrində (əsas: §N.N, səh N7N, sıra 50, əmrdə atasının adi “Məmməd” yazımışdır) döyüş tapşırığım yerinə yetirərək (xx.xx.N992-xx.xx.N992) döyüş əməliyyatları rayonundan Füzuli şəhərindən qayıtmış şəxsi heyətin siyahısında, pulemyotçu vəzifəsində, sıravi İddiaçı Məmməd oğlunun adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin N noyabr N992-ci il tarixli N02 №-li əmrində (əsas: § N.6, səh 63, sıra 44, əmrdə atasının adı “Məmməd” yazımışdır) döyüş tapşırığını yerinə yetirərək (xx.xx.N992-xx.xx.N992) döyüş əməliyyatları rayonundan Füzuli şəhərindən qayıtmış şəxsi heyətin siyahısında, pulemyotçu vəzifəsində, sıravi İddiaçı Məmməd oğlunun adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin N noyabr N992-ci il tarixli NNN №-li əmrində (əsas: § N, səh 78, sıra 52, əmrdə atasının adı “Məmməd” yazımışdır) döyüş tapşırığını yerinə yetirərək (xx.xx.N992-xx.xx.N992) döyüş əməliyyatları rayonundan Füzuli şəhərindən qayıtmış şəxsi heyətin siyahısında, pulemyotçu vəzifəsində, sıravi İddiaçı Məmməd oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin 0N yanvar N993-cü il tarixli N20 №-li əmrində (əsas: § 4, səh 202, sıra 52, əmrdə atasının adı "Məmməd" yazımışdır) döyüş tapşırığını yerinə yetirərək (xx.xx.N992-xx.xx.N992) döyüş əməliyyatları rayonundan Füzuli şəhərindən qayıtmış şəxsi heyətin siyahısında, pulemyotçu vəzifəsində, sıravi İddiaçı Məmməd oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N fevral N993-cü il tarixli N39 №-li əmrində (əsas: § N, səh 229, sıra 44, əmrdə atasının adı “Məmməd” yazımışdır) döyüş tapşırığını yerinə yetirərək (xx.xx.N993-xx.xx.N993) döyüş əməliyyatları rayonundan Füzuli şəhərindən qayıtmış şəxsi heyətin siyahısında, pulemyotçu vəzifəsində, sıravi İddiaçı Məmməd oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N2 mart N993-cü il tarixli N64 №-li əmrində (əsas: § N, səh 323, sıra N3, əmrdə atasının adı “Məmməd” yazımışdır) döyüş mövqeyinə çıxarılan 2 MSR “ şəxsi heyətinin siyahısından sıravi İddiaçı Məmməd oğlunun adı qeyd olunmamışdır. N №-li hərbi hissə komandirinin 2N yanvar N994-cü il tarixli 2N №-li əmrində (əsas: § 4, səh NN4, sıra 33, əmrdə soyadı Murtuzov yazılmışdır və atasının adı yazılmamışdır) N-ci MAT-ın hərbi qulluqçusu Rüstəm Murtuzovun yaralandığına görə, hərbi hospitala müalicəyə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 24 №-li əmrində (əsas: § N6, səh N35, sıra N0, əmrdə soyadı Murtuzov yazılmışdır və atasının adı yazılmamışdır) N №-li hərbi hissənin N-ci MAT-nun hərbi qulluqçusu Rüstəm Murtuzova “kiçik çavuş” hərbi rütbəsinin verilməsi barədə məlumat vardır. Qeyd edirik ki, N №-ii hərbi hissə komandirinin fevral-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı Məmməd oğluna müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun qanuni əsaslarla tərxis olunmaması olmuşdur. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, iş üzrə İddiaçı ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, inzibati orqanlar tərəfindən daxil olmuş cavab məktublarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il N6 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il N3 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın N27-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə N9 aprel N994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin N-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 8N-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonar qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1252/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1252/2022
24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver