Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1252/2024 23.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçının etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı təkrar doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı ad və soyadı dəyişdirilərək " X5 " kimi qeyd edilmiş və bu barədə ona xx.xx.2016-cı il tarixdə doğum haqqında AZ-İİİ 833214 nömrəli şəhadətnamə verilmişdir. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-2405 nömrəli məktubu ilə bildirilmişdir ki, İddiaçı 26 avqust 1998-ci ildə Gəncə şəhərində anadan olmuş, 04 noyabr 2016-cı il tarixdə 1 saylı Gəncə Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarına əsasən onun soyadı «Cəfərov»dan «Zeynalzadə»yə, atasının adı isə «Ceyhun»dan «Adil»ə dəyişdirilmişdir. Bu səbəbdən də Cavabdeh arxivində saxlanılan akt qeydləri üzrə İddiaçı barəsində doğum haqqında akt qeydi aşkar edilməmiş, yalnız «X5« barəsində doğum haqqında akt qeydi aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın İ bəndinə əsasən «vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. İddiaçı yenidən əvvəlki adı və atasının adına qaytarılaraq yeni doğum haqqında şəhadətnamə verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş əsasların olmaması səbəbindən Cavabdeh tərəfindən xahişinizin təmin edilməsi icrası imkan xaricindədir. İmtina ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı doğum haqqında akt qeydində soyadının “Zeynalzadə” dən “Cəfərov” soyadına, ata adının “Adil” adından “Ceyhun” adına dəyişdirilərək doğum haqqında akt qeydində soyad, ad və ata adının “İddiaçı” olaraq qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun müraciəti ilə xx.xx.2016-cı il tarixdə 1 saylı Gəncə ASAN Xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən soyadı “Cəfərov” soyadından “Zeynalzadə” soyadına və ata adının isə “Ceyhun” adından babasının adı olan “Adil” adına dəyişdirilmişdir. Həmiz vaxt o Türkiyə Respublikasında təhsil aldığından və universitetdə sənədləşdirmə işlərində çətinliklər yaranacağından şəxsiyyət vəsiqəsi və pasportunu dəyişdirməmişdir. Türkiyə Respublikasında bakalavr təhsilini bitirdikdən sonra öz soyadı və ata adı ilə yeni nəsil şəxsiyyət vəsiqəsi və xx.xx.2021-ci il tarixdə isə xarici pasport almışdır. Həmin zaman müvafiq sənədləri təqdim edən idarə tərəfindən ona hansısa bir məhdudiyyət tətbiq edilməmişdir. O, 2022-ci ilin may ayında ABŞ-nin Bakıdakı səfirliyindən təhsil vizası alaraq X7 şəhərinə getmiş və hazırda həmin ölkədə təhsil alır. ABŞ-da bütün təhsil ,sığorta,iş və sair sənədləşdirmələr hazırkı pasportunda olan məlumatlara əsasən aparılmışdır. O, iş icazəsi almaq üçün öz doğum haqqında şəhadətnaməsini yaşadığı şəhərin miqrasiya idarəsinə təqdim etməlidir, lakin hazırki doğum haqqında şəhadətnamədəki soyad və ata adı onun pasport məlumatları ilə uyğunluq təşkil etmir və bu vəziyyət onun iş icazəsi əldə etməsinə ciddi maneə yaratmaqdadır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının etibarnamə üzrə nümayəndəsi iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddia ilə bağlı qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı doğum haqqında akt qeydində soyadının “Zeynalzadə” dən “Cəfərov” soyadına, ata adının “Adil” adından “Ceyhun” adına dəyişdirilərək doğum haqqında akt qeydində soyad, ad və ata adının “İddiaçı” olaraq təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir, ərizə inizbati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, İddiaçı ad və soyadı dəyişdirilərək " X5 " kimi qeyd edilmiş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarında qeyd aparılmışdır. Hazırda iddiaçı tərəf əvvəlki ad, soyad və ata adı əsasında tərtib olunmuş şəhadətnamənin ona təkrar verilməsini xahiş etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, ilkin doğum haqqında şəhadətnaməsində olduğu kimi İddiaçı qeyd edilərək yeni doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının 2016-cı ildə soyad və ata adı dəyişdirilərək akt qeyd və şəhadətnamə tərtib edilsə də, iddiaçı 2021-ci il tarixində yeni şəxsiyyət vəsiqəsi və xarici pasportunu ilkin soyad və adı ilə alınmışdır və iddiaçı xaricə təhsili ilə bağlı sənədləşmələr əvvəlki soyad və ata adının əks olunduğu sənədlər əsasında aparılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 159.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər 1.6-1. Doğumun, ölümün və atalığın müəyyən edilməsinin dövlət qeydiyyatı qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə getmədən elektron müraciət əsasında həyata keçirilə bilər. Şəxsin arzusundan asılı olaraq müvafiq şəhadətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən çap olunaraq vəzifəli şəxsin imzası ilə təsdiq edilməklə kağız daşıyıcıda da təqdim edilə bilər. 1.14. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydiyyat tərtib olunmuş şəxslərin özlərinə verilir. 9.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2. Təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı doğum haqqında akt qeydində soyadının “Zeynalzadə” dən “Cəfərov” soyadına, ata adının “Adil” adından “Ceyhun” adına dəyişdirilərək doğum haqqında akt qeydində soyad, ad və ata adının “İddiaçı” olaraq təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1252/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1252/2024
23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver