Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1253/2020 25.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, üçüncü şəxs X4 və üçüncü şəxslərin vəkili X1 iştirakı ilə, İddiaçı “Süleyman” X9 Cavabdehnə qarşı (üçüncü şəxslər X19, X11, X15, X16, X17 və X20) qərarın etibarsız hesab edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “Süleyman” X21 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Şəmkir Rayon X10 xx xxxxx 1998-ci il tarixli, 50 nömrəli qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1996-cı il tarixli, Cavabdeh 16 saylı sərəncamına əsasən X2 təsisçisi olduğu “Süleyman” X14 kənd təsərrüfatı məhsullarının istehsalı üçün 25 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 1996-cı il tarixdən təsərrüfatın mülkiyyətinə, sahibliyinə, istifadəsinə verilmişdir. Torpaq sahəsinin ayrılması ilə bağlı Dövlət Aktı verilmiş və xx xxx 1996-cı il tarixdə 103 nömrəli qeydiyyatla Dövlət Aktları kitabında qeydiyyatdan keçirilmişdir. Torpaq sahəsi yerində ölçülərək ona təhvil verilmiş, buna dair torpaq ayırma sənədləri, aktlar, yerquruluşu sənədləri işlənmişdir. Mübahisə edilən torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı tikinti də inşa edilmişdir. Lakin sonradan Cavabdehtərəfindən yaradılmış X22 tərəfindən hazırda mübahisə edilən 1998-ci il tarixli 50 saylı qərarla müəssisənin mülkiyyətində olan torpaq sahəsi üçüncü şəxslərə verilmişdir. Cavabdehtərəfindən yaradılmış X22 torpaq sahəsi üzrə qərar verərkən torpaq sahəsinin monitorinqi aparılmamış, torpaq sahəsinin üçüncü şəxslərə təhvil verilməsi və ölçülüb-biçilməsi işləri aparılmamışdır. Şəmkir rayon X22 tərəfindən qərar qəbul edilərkən mübahisə edilən torpaq sahəsinə dair Dövlət Aktı, Torpağın ayrılmasına dair sərəncam və hüquqverici bütün sənədlər qüvvədə olmuşdur. Beləliklə də, iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Torpaq sahəsinin yüklü olması barədə X22 məlumatlı ola-ola həmin torpaq sahəsi barədə qərar qəbul etmişdir. X22 tərəfindən torpaq sahəsi ayrılarkən üçüncü şəxslərin doğum yerinin Gəncə şəhəri olması onların qeydiyyat yerinin Gəncə şəhəri olması nəzərə alılnmadan saxta yolla adları siyahıya salınmışdır. Üçüncü şəxslər bugünki günədək öz torpaq sahələri ilə heç vaxt maraqlanmamış və hətta belə torpağa yaxın gəlməmişlər. Bundan başqa üçüncü şəxslərə verilmiş torpaq sahəsi islahat üzrə aparılmış torpaqların kateqoriyalarına aid ola bilməzdi. Həmin şəxslər kolxozda və sovxozda işləməmişlər. Torpaq sahəsinin yerquruluşu sənədindən də göründüyü kimi torpaq sahəsi sovxoz torpağı olmaqla X9 yerləşdiyi torpaq sahəsi olmuşdur. Üçüncü şəxs X16 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, üçüncü şəxslər bir ailə olmaqla onlara X10 qərarı ilə verilmiş torpaq sahəsinin 0.51 ha hissəsinə çıxarış almışlar, qalan hissəsində isə iddiaçı ferma tikdiyinə görə də həmin sahəyə sənəd ala bilmirlər. Üçüncü şəxslərin vəkili X3 iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya, onun vəkilinə və cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Б 000192 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktının surətindən görünür ki, Cavabdeh 16 saylı sərəncamına əsasən X2 təsisçisi olduğu “Süleyman” X14 kənd təsərrüfatı məhsullarının istehsalı üçün 25 hektar torpaq sahəsi ayrılmışdır. -Abbaslı kənd Yerli X10 xx.xx.2000-ci il tarixli, 13 nömrəli protokolundan görünür ki, Abbaslı kənd təsərrüfatı məhsullarının istehsal kooperativinin balansında olan 1 nömrəli qoyun yatağı ******* manat məbləğ qarşılığında “Süleyman” X14 satılmışdır. -JN-2xx xxx 50413068 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Şəmkir Rayon X10 xx xxxxx 1998-ci il tarixli, 50 nömrəli qərarı ilə X12, X5, X6, X7, X8 və X13 1.34 ha torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 36-cı maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası “İnzibati İcraat haqqında” Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Qeyd olunan normadan göründüyü kimi etibarsız inzibati aktların qanunvericiliklə konkret dairəsi müəyyən edilmişdir ki, hazırki tələblə iddiaçının mübahisələndirdiyi inzibati aktın etibarsız sayılması üçün həmin əsaslardan heç biri yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 36, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı “Süleyman” X9 Cavabdehnə qarşı qərarın etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1253/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1253/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver