Məhkəmə qərarları › İş №2-1(114)-1257/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1257/2024

19.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1257/2024 19.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi olan vəkili Vəkil və cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X3 iştirakları iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Göygöl rayonu Aşıqlı bələdiyyəsi) qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Xanlar rayon Aşıqlı bələdiyyəsi başçısının 02 deakbr 2000-ci il tarixli, 10 saylı qərarına əsasən Aşıqlı və Köşkü kənd sakinlərindən 20 nəfərə kəndin prespektiv inkişaf planına saxlanılmış torpaq fondundan alqı-satqı predmeti olan yararlı torpaq sahəsindən fərdi yaşayış evi tikmək məqsədi ilə 2,08 ha torpaq sahəsi satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2002-ci il tarixdə Xanlar rayon torpaq şöbəsində 05 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixli 216 nömrəli rəyə əsasən AR Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 158 saylı, xx.xx.2000-ci il tarixli 106 saylı qərarına əsaslanaraq Aşıqlı bələdiyyəsinin Mİrzə Kərim adlanan sahədə kəndin prespektiv inkişaf planı üçün saxlanılan torpaq sahəsindən 5.,20 hektar, 30% yollar nəzərə alınmaqla ayrılıb fərdi yaşayış evi tikintisinə ehtiyacı olan 50 nəfər Aşıqlı və Köşkü kənd sakinlərinə hər birinə 0,08 ha olmaqla həyətyanı torpaq sahəsi verilməsinə etiraz edilmir. DT və XK Xanlar rayon şöbəsinin müdir vəzifəsinin icraçısı M.C.Rzayev, Xanlar rayon Aşıqlı bələdiyyəsinin sədri R.S.Əliyev, Xanlar rayon Aşıqlı kənd sakini A.Ç.Allahverdiyeva tərəfindən tərtib edilmiş xx.xx.2002-ci il tarixli akta əsasən Aşıqlı vələdiyyəsinin sədri xx.xx.2000-ci il tarixli 10 nömrəli qərarına əsasən vətəndaş İddiaçı Aşıqlı bələdiyyəsinin Mirzə Kərim adlanan sahədə prespektiv inkişaf üçün ayrılmış torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 3-21 nömrəli yerdə 0,8 hektar ayrılaraq daimi istifadə üçün təhvil verilmişdir. xx.xx.2002-ci il tarixli 30 nömrəli qəbz ilə müəyyən edilir ki, İddiaçı tərəfindən torpaq satışı ilə bağlı Aşıqlı bələdiyyəsinin hesabına 345500 manat məbləğində ödəniş edilmişdir. Göygöl rayonu Aşıqlı bələdiyyəsinin xx.xx.2022-ci il tarilxli 94 nömrəli arayışına əsasən İddiaçı həqiqətən Aşıqlı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 10 saylı qərarı ilə 0,08 ha alqı-satqı yolu ilə həyətyanı torpaq sahəsi satılmışdır və həmin qərar hal-hazırda qüvvədədir. Göygöl rayon Aşıqlı bələdiyyəsinin sədri X7, müraciət edən İddiaçı, qonşu torpaq mülkiyyətçiləri X6 və X8 tərəfindən tərtib edilmiş akta əsasən vətəndaş İddiaçı sahibliyində olan **********0359 nömrəli plan və ölçü (kadastr) sənədində göstərilən koordinatlara əsasən 3 saylı Gəncə Ərazi İdarəsinin mühəndisləri tərəfindən çöl ölçmə işləri aparılmış, müraciət edən vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının 0.0711 ha olduğu müəyyən edilmişdir. Vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsi kompleks yerquruluşu layihəsində (DWG), bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş (kolluq) ərazisinə, bələdiyyənin elektron dövlət aktına, X2 X4 (TEKUİS) və AzCad məlumatlarına əsasən isə bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqələri torpağına düşdüyü məlum olmuşdur. Torpaq sahəsinin azalması ilə bağlı vətəndaş notarial qaydada razılıq ərizəsi vermişdir. Torpaq sahəsinin üzərində tikili mövcud deyildir, sərhədləri metal torla hasara alınmışdır. Bildiririk ki, xx.xx.2008-ci il tarixli, 666-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək kateqoriya dəyişikliyi bələdiyyənin səlahiyyətlərinə aid olduğu eləcədə **********0359 nömrəli plan və ölçü sənədində torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə ayrıldığını nəzərə alaraq 02 dekabr 2000-ci il tarixli qərara əsasən torpaq sahəsinin yaşayış məntəqələri torpaqlar kateqoriyasına keçirilməsi məqsədə müvafiq hesab edilmişdir. İddiaçı Göygöl rayonunda yerləşən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 2879/2023 nömrəli imtina məktubundan görünür ki, torpaq sahəsinin Ərazi İdarəsinin elektron xəritə məlumatlarına əsasən bələdiyyənin mülkiyyətinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyi aşkar edilmişdir, həmçinin faktki torpaq sahəsinin bir hissəsinin bələdiyyə mülkiyyətinə aid yola düşdüyü müəyyən olunduğundan imtina cavabı verilmişdir . İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, Göygöl rayonu Aşıqlı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 10 saylı qərarının Ərazi idarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Həmçinin, vətəndaşa kömək etmək məqsədi ilə **********0359 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin verilməsi və yuxarıda qeyd olunan hallarla bağlı "xxxx" MMC-yə sorğu verilmişdir, MMC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, 2015-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra Ləğvetmə Komissiyası tərəfindən AN-511100 (kod **********0359) nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin Mərkəzin arxivinə təhvil verilməmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. Xanlar (indiki Göygöl) rayonu Aşıqlı Bələdiyyəsinin 02 dekabr 2000-ci il tarixli 10 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A-51110 nömrəli plan və ölçü sənədində göstərilən 800.0 kv.m (koordinatlara əsasən 715.84 kv.m) torpaq sahəsi, Aşıqlı kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 1999-cu il tarixli ərazinin kompleks yerquruluşu layihəsində, bələdiyyənin ehtiyyat fond torpağına aid üzümlük sahə olaraq göstərilmişdir. Aşıqlı bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların 2006-cı il tarixli yerquruluşu sxemində (kod-********) həmin torpaq sahəsinin yerləşdiyi ərazi, kənd tipli yaşayış məntəqəsi ərazisi olaraq göstərilmişdir. X2 uçotu informasiya sistemində (TEKUİS) və AZCAD-a isə həmin torpaq sahəsinin 693.74 kv.m hissəsi, xüsusi mülkiyyətdə olan, yaşayış məntəqəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı sahə olaraq göstərilmiş və sənəd nömrəsi A-511100 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin kadastr nömrəsi (**********0359) qeyd olunmuşdur. Həmin torpaq sahəsinin 22.10 kv.m hissəsi isə, X2 uçotu informasiya sistemində (TEKUİS) və AZCAD-a bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, infrastruktur sahə (yollar və küçələr) olaraq göstərilmişdir. i, A-511100 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin 800.0 kv.m olduğu qeyd olunsa da, həmin planda göstərilən koordinatlar əsasən torpaq sahəsinin ölçüsü 800.0 v.m deyil, 715.84 kv.m təşkil edir. İddiaçının naturada təqdim etdiyi 713.0 kv.m torpaq sahəsinin 693. 74 kv.m hissəsi, A-511100 ömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsi üzərində və hava məkanında kommunikasiya xətləri müşahidə olunmadı. A-511100 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi və naturada təqdim olunan faktiki sahənin, elektron kadastr bazası materiallarına istinadən, başqa şəxslərin mülkiyyət, istifadə və icarəsində olan torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmadı. A-511100 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 800.0 kv.m koordinatlar əsasən 715.84 kv.m) torpaq sahəsinin 22.0 kv.m hissəsi, X2 uçotu informasiya sistemində (TEKUİS) və AZCAD-a bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, infrastruktur sahə (yollar və küçələr) olaraq göstərilmişdir. Faktiki istifadədə olan torpaq sahəsinin isə yol ilə üst-üstə düşmə halı aşkarlanmadı. Rəy hazırlanarkən, Göygöl rayonu (Xanalar) Aşıqlı kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 1999-cu il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə, Aşıqlı bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların 2006-cı il tarixli yerquruluşu sxeminə (kod- ********) və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, X2 X4 (TEKUİS) və AZCAD-a əsaslanılmışdır. İddiaçı, onun nümayəndəsi olan vəkili Vəkil və cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X7 məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi olan vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi X7 iddia tələbinə etirazlarının olmadığını bildirmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun faktiki istifadəsində olan 693,74 kv.m olan hissəyə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Göygöl rayon Aşıqlı bələdiyyəsinin 02 deakbr 2000-ci il tarixli, 10 saylı qərarı əsasında bələdiyyə torpağından 0,08 ha torpaq sahəsi iddiaçıya fərdi yaşayış evi tikmək məqsədilə satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqısatqısına dair akt” bağlanmış, iddiaçı bələdiyyənin hesabına ödəniş edilmiş, eləcə də alqısatqı aktı keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsində xx.xx.2002-ci il tarixdə 05 nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməsi və faktki torpaq sahəsinin bir hissəsinin bələdiyyə mülkiyyətinə aid yola düşdüyü istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə əsasən torpaq sahəsinin koordinatlar baxımından iddiaçının naturada təqdim etdiyi 713,0 kv.m torpaq sahəsinin 693,74 kv.m hissəsinin torpaq sahhəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi, torpaq sahəsi üzərində və hava məkanında kommunikasiya xətləri müşahidə olunmadığı, torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi və naturada təqdim olunan faktiki sahənin başqa şəxslərin mülkiyyət, istifadə və icarəsində olan torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmadığı, torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 800.0 kv.m koordinatlar əsasən 715.84 kv.m) torpaq sahəsinin 22.0 kv.m hissəsi, X2 uçotu informasiya sistemində (TEKUİS) və AZCAD-a bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, infrastruktur sahə (yollar və küçələr) olaraq göstərildiyi və faktiki istifadədə olan torpaq sahəsinin isə yol ilə üst-üstə düşmə halı aşkarlanmadığı müəyyən edilmiş və rəy hazırlanarkən, Göygöl rayonu (Xanalar) Aşıqlı kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 1999-cu il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə, Aşıqlı bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların 2006-cı il tarixli yerquruluşu sxeminə (kod-********) və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, X2 X4 (TEKUİS) və AZCAD-a əsaslanılmışdır. Məhkəmə torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 800.0 kv.m koordinatlar əsasən 715.84 kv.m olan torpaq sahəsinin 22.0 kv.m hissəsinin infrastruktur sahə (yollar və küçələr) olaraq göstərilməsi ilə bağlı qeyd edir ki, iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, onun faktiki istifadəsində olan 693,74 kv.m olan hissəyə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı faktiki istifadəsində olan 693,74 kv.m olan torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar