Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-126/2020 21.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Bakı şəhəri X2 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri X1rşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli, **********111100 saylı “İnzibati şikayətin təmin edilməməsi haqqında” və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2019-cu il tarixli, **********544600 nömrəli qərarları, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 tərəfindən xx.xx.2018ci il tarixli, **********0148 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı hissəsində qismən ləğv edilməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 tərəfindən xx.xx.2018ci il tarixli, **********0148 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarında göstərilən 81523,50 manat maliyyə sanksiyası məbləğinin 46523,50 manat məbləğində şəxsi hesab vərəqindən azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2085/2019 nömrəli qərardadına əsasən İddiaçıiş üzrə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin cavabdehlər sırasından çıxarılması, əsl cavabdeh qismində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 saxlanılmaqla sonuncu tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********0148 nömrəli qərarının qismən ləğv edilməsinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2085/2019 nömrəli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi, sonuncu məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2672/2019 nömrəli qərardadı ilə isə inzibati işin aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs kimi xx.xx.2018-ci il tarixdə vergi uçotuna alınmış və xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən icarəyə götürdüyü “Mağaza” adlı təsərrüfat subyektini olduğu yer üzrə vergi orqanında uçota aldırmışdır. Fəaliyyətə başlayandan az sonra, yəni xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 tərəfindən **********8590 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə onun fəaliyyətinə vergi nəzarəti tədbiri keçirilmiş, xx.xx.2018-ci il tarixli VN-17 seriyalı 008664 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edilmişdir. Həmin akta əsasən xx.xx.2018-ci il tarixdə, saat 11:20-yə müştəri tərəfindən alınmış 10,5 manat dəyərində yağ üçün çekin vurulub verilməmiş və bunun təsdiq kimi həmin məbləğə həmin tarixdə qeydiyyata alınmamış Merkuri- 130F-01 markalı NKA-dan bərpa çeki çıxarılmışdır. xx.xx.2018-ci il tarixdə, saat 1220-də keçirilmiş operativ vergi nəzarəti zamanı 6 (altı) nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək, nəticəsi xx.xx.2018-ci tarixli, VN-11 seriyalı,006068 nömrəli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüququ qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsihallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixdən başlayaraq “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi-hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilmişdir. Lakin akta əsas olmuş malların siyahıya alınması xx.xx.2018-ci il tarixdən başlamış və xx.xx.2018-ci il tarixdə yekunlaşdırılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apeliyasiya Şurasının fevral 2019-cu il tarixli, **********544600 nömrəli qərarın 3-cü səhifəsinin 7-ci abzasında vergi nəzarətinin tətbiqi zamanı vergi ödəyicisinin təqdim etdiyi xx.xx.2018-ci il tarixli arayışda yoxlama keçirilən təsərrüfat subyektinin olmadığını, mövcud olan malların elektron vergi-hesab fakturası və digər sənədlər olmadan alındığını və mağazada alış qiyməti ilə 815 234,40 manat dəyərində malların olduğunu bildirdiyi qeyd olunur.Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 tərəfindən xx.xx.2018-ci il tarixli, **********8824 nömrəli, xx.xx.2018-ci il tarixli, **********9708 nömrəli və xx.xx.2018-ci il tarixli, **********0148 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlara əsasən müvafiq olaraq 400 manat, 6000 manat və 81523,50 manat, cəmi 87923,50 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bu dövrdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 tərəfindən xx.xx.2018-ci il tarixli, **********8824 nömrəli, xx.xx.2018-ci il tarixli, **********9708 nömrəli və xx.xx.2018-ci il tarixli, **********0148 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlar qəbul edilmiş və qəbul edildiyi gündə də eyni tarixli “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamələr iddiaçının qeydiyyat ünvanına və elektron poçtuna göndərilmişdir. Vergi orqanının məlumatına əsasən elektron poçtda həmin məlumatlar xx.xx.2018-ci il tarixdə oxunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən qeyd olunan qərarların ləğv olunması üçün Vergilər Nazirliyinə inzibati qaydada şikayət edilmiş, lakin Vergilər Nazirliyinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2018-ciil tarixli, **********111100 nömrəli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. xx.xx.2019-cu il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 tərəfindən qəbul edilmiş qərarlardan və bu qərarlardan verilmiş inzibati şikayətlə bağlı qəbul edilmiş qərardan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasına şikayət ərizəsi ilə müraciət edilmiş, həmin Şuranın xx.xx.2019-cu il tarixli, **********544600 nömrəli qərarını qeydiyyatda olduğu ünvan 2 ünvanında almamış, elektron poçta xx.xx.2019-cu il tarixdə daxil olsa da iddiaçı həmin sənədlə 2019-cu ilin mart ayının sonlarında tanış olmuşdur. Həmin məktubu mart ayının sonlarında oxusa belə AR Vergilər Nazirliyinin xx xxxxx 2016-cı il tarixli, **********604700 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron sənəd müqaviləsi haqqında” müqavilənin 4.1.7,-ci bəndinə əsasən məktub daxil olduqdan sonra 3 gün müddətində oxunmalıdır və sonuncu 3-cü gün məktubun oxunduğu gün hesab edilir. Belə olan halda xx xxxx 2019-cu il məktubun ona təqdim edildiyi tarix hesab olunur. İddiaçı bir çox malgöndərən hüquqi və fiziki şəxslərlə alqı-satqı müqavilələri rəsmiləşdirərək, onlarla insanla əmək müqaviləsi bağlayaraq işə götürmüş, fəaliyyət göstərdiyi obyekti olduğu yer üzrə və kassa aparatlarını, pos terminalları qeydiyyata aldırmışdır. Malların qeydiyyatını, satış vəziyyətini aparan proqramçı tərəfindən tərtib edilmiş hesabat mürəkkəb və qarışıq olduğundan tamamilə sadə və mütəhərrik proqram tətbiq etməklə asan və reallığa uyğun nəticəli proqram əldə edilmiş və həmin proqramın tətbiqinə başlanılmışdır. Lakin vergi orqanının yoxlama aparan əməkdaşları mal qalığı çıxaran zaman obyektin satış sahəsində və anbarında olan malların qalığını çıxarmaq əvəzinə onun icazəsi olmadan kompüter bazasına kənar şəxsləri dəvət etməklə zorakılıq edərək özlərinə bəlli üsulla mal qalığı çıxarmış və nəticədə ona astronomik cərimə yazmışlar. Dəfələrlə yazılı surətdə müraciətlər etsə də yalnız xx.xx.2019-cu il tarixdə ona aktın surəti verilmiş və bu zaman mal qalığının 213 vərəqdən ibarət siyahısı ilə tanış olmuşdur. Həmin siyahıya əsasən obyektdə 15 tondan çox çörək məmulatı, 20-dən çox "Bizon enerji içkisi, 25 mindən çox digər enerji içkiləri, 100-dən çox spirtli içki, 50 növdən çox kolbasa məmulatı, tonlarla toyuq əti, sabunlar, şirniyyat, kimyəvi təmizləyicilər, 60 mindən çox yumurta, tonlarla süd məmulatı (pendir, qaymaq, qatıq, ayran, yoqurt, xama, yağ və s.), tonlarla düyü, qarabaşaq, paxla, vermişel, makaron, müxtəlif adda dondurmalar, minlərlə banka müxtəlif turşular, meyvə şirələri və.s malların adına rast gəlmişdir. Aktda 18018 adda məhsul qeyd olunub. Əgər aktda qeyd edilən həmin məhsulları bir yerə yığıla bilsə, onda onları yerləşdirmək üçün onun fəaliyyət göstərdiyi obyektin sahəsindən on dəfələrlə böyük sahə tələb olunar. Həmçinin həmin məhsulları saxlamaq üçün güclü və böyük soyuducular lazımdır. Sözügedən obyektdə isə heç zaman belə soyuducular olmayıb. Həmin kompüter fəaliyyətə başlayan zaman ondan qabaq fəaliyyət göstərmiş şəxsə məxsus olub. Maddi imkanının zəif olması səbəbindən yeni kompüter ala bilməmiş və həmin kompüterdə istifadə etmək məcburiyyətində qalmışdır. İlk vaxtlarda malların uçotu bir neçə variantda işlənmiş və eyni məlumatları müqayisə etmək üçün yaddaşda saxlamışlar. Bundan başqa ayrı fayllarda ondan əvvəlki sahibkarın məlumatları da qalmaqda idi. İddiaçı 213 vərəqlik mal qalığı cədvəli ilə tanış olanda kompüterdə olan bütün növ məlumatların mal qalığı kimi işləndiyini görmüş, həmin akta imza etməyi isə onu 16 nəfər kişidən ibarət vergi işçiləri məcbur etmiş və bildirmişlər ki, bu sadəcə heç bir hüquqi nəticəsi olmayan aktdır. İddiaçı tətbiq edilmiş maliyyə sanksiyalarının bir qismini - alınmış malın çekinin verilməməsinə görə 400, əmək müqaviləsi olmadan işə cəlb etməklə bağlı 6000 manat, cəmi 6400 manat maliyyə sanksiyasını qəbul edir. Lakin 18018 adda və 815234,40 manat məbləğində uçotsuz malın olması ilə bağlı yazılanları qəbul etmir. Nəzərə alınsa ki, tərtib edilmiş akta əsasən həmin malların sənədləri olmayıb, belə olan halda vergi əməkdaşları alış qiymətini necə müəyyən ediblər? Nəyə görə mal qalığı faktiki olaraq anbarda və satış sahəsində olan mallar üzrə aparılmayıb? Həmin zaman mağazada ümumiyyətlə qeyd edilən məbləğin yarısı qədər mal olmayıb və olan mallardan isə təxminən 350000,00 (üç yüz əlli min) manata qədərinin həqiqətən də müvafiq alış sənədləri olmayıb. Qeyd olunduğu kimi vergi orqanının əməkdaşları heç bir mal qalığı çıxarmamış, ancaq gətirdikləri proqramçı vasitəsilə kompüterdə olan köhnə və təzə uçot məlumatlarını cəmləmək yolu ilə belə absurd qalıq çıxarmışlar. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(83)-1756/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********0148 nömrəli qərarının ləğv edilməsinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmiş, həmçinin məhkəmənin eyni tarixli qərardadı ilə məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. Bundan başqa məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(83)-1756/2019 nömrəli qərardadı ilə iş üzrə maliyyə-mühasibat və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, maliyə sanksiyasının 35000 manat hissəsini qəbul edirlər, çünki yoxlama dövründə bəzi malların hesab fakturası olmamış, bunun da səbəbi iddiaçının mal aldığı şirkətlərin hesab faktura təqdim edəcəklərinə söz versələr də sonradan imtina etmələri olmuşdur. İddiaçının şikayətlərindən imtina etməsi və maliyyə sanksiyasını ödəyəcəyi barədə ərizəsi onun aldadılmasının səbəbidir. Yəni ona vergi orqanı söz verib ki, məsələni həll edəcəklər. Həmçinin iddiaçının maliyyə sanksiyasının bir hissəsini ödəməsinin səbəbi ona cinayət məsuliyyəti daşıması ilə bağlı təzyiqlərin olmasıdır. Cavabdehin nümayəndəsi Mustafayev Rövşən Yunis oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, Bakı şəhəri X2 xx.xx.2018-ci il tarixli **********8590 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən vergi ödəyicisinin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 50.1.3-cü, 50.1.7-ci, 50.1.12-ci və 50.1.13-cü maddələrinə əsasən vergi nəzarəti tədbiri keçirilmişdir. Vergi ödəyicisi operativ vergi nəzarəti tədbiri zamanı yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxslərinə təqdim etdiyi xx.xx.2018-ci il tarixli arayışda yoxlama keçirilən təsərrüfat subyektinin ona məxsus olduğunu, digər ərazidə təsərrüfat subyektinin olmadığını mövcud olan malların elektron vergi hesabfakturası və digər sənədlər olmadan alındığını və mağazada alış qiyməti ilə 815 234,40 manat dəyərində malların olduğunu bildirmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin qeyd etdiyi fakt təsdiqini tapmış və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə nöqsan aşkar edilərək, nəticəsi xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 009430 nömrəli aktla rəsmiləşdirilmişdir. Aktın doğruluğu vergi ödəyicisinin özü tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmçinin akta əlavə edilmiş siyahıda Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə- faktura və ya elektron vergi-hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi olmadan alınmış sənədlərin siyahısı əlavə edilmiş və həmin siyahı vergi ödəyicisinin özü tərəfindən təsdiqlənmişdir. Beləliklə, keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə müvafiq olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********0148 nömrəli qərar qəbul edilmiş və həmin qərarla vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, 81523,50 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Vergi ödəyicisi tərəfindən həmin qərar inzibati qaydada mübahisələndirilmiş, lakin Vergilər Nazirliyinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2018-ci il tarixli **********111100 nömrəli Qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Həmin qərardan vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasının Prezident Administrasiyasına müraciət ünvanlanmış və həmin müraciət baxılması üçün Vergilər Nazirliyinə göndərilmişdir. Hər iki şikayət ərizəsi Vergilər Nazirliyinin Apellyasiya Şurasının icraatına qəbul edilmişdir Bir müddət sonra vergi ödəyicisi Şuraya müraciət edərək hesablanmış maliyyə sanksiyası ilə bağlı etirazının olmamasını, hesablanmış maliyyə sanksiyasının bir hissəsinin ödənildiyini və qalan məbləğin də noyabr ayının sonunadək ödəniləcəyini bildirərək Şuranın icraatında olan şikayətlərinin etibarsız hesab edilməsini xahiş edilmişdir. Şuranın xx.xx.2018-ci il tarixli **********901900 məktubu ilə vergi ödəyicisinə şikayətlərinə baxıla bilməməsi barədə məktub ünvanlanmışdır. Daha sonra vergi ödəyicisi təkrar xx.xx.2019-cu il tarixində Şuraya şikayət ərizəsi ilə müraciət etmiş və xx.xx.2018-ci il tarixli, **********0148 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla vergi ödəyicisinə tətbiq edilən 81523,5 manat maliyyə sanksiyasını tam şəkildə mübahisələndirmişdir. Lakin ödəyici bir müddət sonra həmin şikayət ərizəsinə dəqiqləşmə verərək, maliyyə sanksiyası tətbiq edilmiş malların siyahısının dəqiq olmadığını, həmin obyektdə 815 234,40 manat dəyərində malın yox, 365 000 manat dəyərində alıs sənədi olmayan ucotsuz malların olduğunu qeyd etmişdir. Beləliklə yuxarıda qeyd edilənlərdən göründüyü kimi, vergi ödəyicisinin operativ vergi nəzarəti tədbiri zamanı təqdim etdiyi arayışda özünün 815 234,40 manat dəyərindəalış sənədi olmayan malların olduğunu qeyd etməsi, daha sonra Vergilər Nazirliyinə ünvanlanmış şikayət ərizəsinin geri götürülməsi ilə bağlı ərizəsində hesablanmış maliyyə sanskivası ilə bağlı etirazının olmamasını qeyd etməsi, daha sonra yenidən şikayət ərizəsi ilə müraciət edərək hesablanmış bütün maliyyə sanksiyası məbləğini mübahisələndirməsi(81523,50 manat), lakin bir müddət sonra şikayət ərizəsinə dəqiqləşmə verərək ödəyiciyə məxsus təsərrüfat subyektində 365000 manat məbləğində alış sənədi olmayan malların olduğunu qeyd etməsi vergi ödəyicisinin iddia tələbinin əsassızlığını təsdiq edir. Həmçinin vergi ödəyicisi iddia ərizəsi ilə hesablanmış 36500 manat məbləğində maliyyə sanksiyasını qəbul edərək, 46523,50 manat məbləğində maliyyə sanksiyasının silinməsini xahiş etsə də, ona 81523,50 manat məbləğində hesablanmış maliyyə sanksiyasından 51457,00 manatını artıq dövlət büdcəsinə ödəmişdir. Maraqlıdır ki, vergi ödəyicisi əgər yalnız təsərrüfat subyektində 365000 manat məbləğində alış sənədi olmayan malların olduğunu qeyd edir və 36500 manat məbləğində maliyyə sanksiyasını qəbul edirsə, nə üçün 51457,00 manat məbləğində maliyyə sanksiyasını ödəmişdir. Beləliklə vergi ödəyicisi tərəfindən bütün sənədlərin, o cümlədən vergi nəzarətinin nəticələrinə dair yekun aktın imzalanması, malların siyahısı və obyektdə mövcudluğu ilə bağlı iltizamın vergi orqanının vəzifəli şəxslərinə təqdim edilməsi, tətbiq olunmuş maliyyə sanksiyasının 51457,00 manat qədər hissəsinin ödənilməsi Apellyasiya Şurasına edilmiş müraciətin daha sonra təkzib edilərək, hesablanmış maliyyə sanksiyası ilə ödəyicinin razılaşması vergi nəzarəti tədbirinin qanuni və əsaslı olmasını sübut edir, bu səbəbdən də iddia rədd edilməlidir. Cavabdeh həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 26652 nömrəli ekspert rəyinə dair təqdim etdiyi etiraz mülahizəsində göstərmişdir ki, ekspert rəyi ilə qismən razılaşmır. Belə ki, ekspertiza qarşısında qoyulmuş birinci sual üzrə ekspert rəyində İddiaçı fəaliyyət göstərdiyi obyektdə aparılmış operativ vergi nəzarəti zamanı tərtib edilmiş xx.xx.2018-ci il tarixli malların siyahısındakı 9-cu qrafada malların yekun məbləğinin düzgün olduğu qeyd edilmişdir. Ekspert qarşısında qoyulmuş ikinci sual üzrə isə araşdırma tam şəkildə aparılmamışdır. Belə ki, ekspert malların siyahısında eyniadlı, eynimarkalı, eyniçəkidə, eyniölçüdə malların təkrar yazılması hallarının olub olmamasını araşdırmaq əvəzinə ikinci sualın əsaslandırma hissəsində malların siyahısını vermiş, lakin məhz hansı sətirdə qeyd edilmiş malın təkrarən digər hansı sətirdə qeyd edildiyini əsasılandırmamışdır. Digər tərəfdən ekspert ikinci sualı cavablandırarkən yekunda 375619,47 manat məbləğində eyniadlı, eynimarkalı, eyniçəkidə, eyniölçüdə malların təkrar yazılması halı olduğunu qeyd etsə də, həmin məbləğə daxil olan məhsulların dəqiq siyahısı, çəkisi və məbləği qeyd edilməmişdir. Göründüyü kimi ikinci sualın cavablandırılması üzrə ekspertiza materialları tam şəkildə araşdırılmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Bakı şəhəri X2 xx.xx.2018-ci il tarixli **********8590 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarının məzmunundan görünür ki, vergi ödəyicisinin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 50.1.3-cü, 50.1.7-ci, 50.1.12-ci və 50.1.13-cü maddələrinə əsasən vergi nəzarəti tədbiri keçirilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********0148 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı tərəfindən ona məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura, idxal mallarına münasibətdə idxal gömrük bəyənnaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmamasına görə 81523.50 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 26652 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı fəaliyyət göstərdiyi obyektdə aparılmış operativ vergi nəzarəti zamanı tərtib edilmiş xx.xx.2018-ci il tarixli malların siyahısındakı 9cu qrafada malların yekun məbləği düzgün hesablanmışdır, həmin obyektdə aparılmış operativ vergi nəzarəti zamanı tərtib edilmiş xx.xx.2018-ci il tarixli malların siyahısında eyniadlı, eynimarkalı, eyniçəkidə, eyniölçüdə malların təkrar yazılması halları vardır və təkrar yazılmış malların ümumi məbləği 375.619,47 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyasının məbləği isə 37.561,95 manatdır. -ekspertiza xərclərinə dair bildirşdən görünür ki, keçirilmiş ekspertiza zamanı aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da qismən əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri X2 xx.xx.2018-ci il tarixli **********8590 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən vergi ödəyicisinin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 50.1.3-cü, 50.1.7-ci, 50.1.12-ci və 50.1.13-cü maddələrinə əsasən vergi nəzarəti tədbiri keçirilmiş, operativ vergi nəzarətinin nəticələrinə müvafiq olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********0148 nömrəli qərar qəbul edilmiş və həmin qərarla vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, 81523,50 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. İddiaçı qeyd olunan qərarı qanunsuz hesab etmiş və bunu onunla əsaslandırmışdır ki, operativ vergi nəzarətinin nəticəsi haqqında aktın tərtib olunmasına əsas olmuş malların siyahıya alınması zamanı vergi orqanının yoxlama aparan əməkdaşları mal qalığı çıxararkən obyektin satış sahəsində və anbarında olan malların qalığını çıxarmaq əvəzinə kompüterdə olan köhnə və təzə uçot məlumatlarını cəmləmək yolu ilə absurd qalıq məbləği çıxarmışlar. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə araşdırılmış sübutlarla, tərəflərin izahatları ilə, eləcə də iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı fəaliyyət göstərdiyi obyektdə aparılmış operativ vergi nəzarəti zamanı tərtib edilmiş xx.xx.2018-ci il tarixli malların siyahısındakı 9cu qrafada malların yekun məbləği sətrlər üzrə düzgün hesablanmamışdır. Belə ki, xx xxxxx 2018-ci il tarixli malların siyahısında cəmi məbləğ 3-cü sətirdə 0,29 manat, 5-ci sətirdə 0,33 manat, 9-cu sətirdə 0,6 manat az, 17-ci sətirdə 0,1 manat az, 57-ci sətirdə 0,92 manat artıq, 97-cı sətirdə 0,13 manat artıq, 115-ci sətirdə 0,07 manat artıq, 124-cü sətirdə 0,25 manat artıq, 159-cu sətirdə 0,24 manat az, 208-cı sətirdə 0,27 manat artıq, 239-cu sətirdə 0,12 manat artıq, 468-ci sətirdə 0,52 manat az, 627-ci sətirdə 1,73 manat az, 666-cı sətirdə 0,18 manat artıq, 703-cü sətirdə 0,93 manat artıq, 939-cu sətirdə 1,03 manat artıq, 979-cu sətirdə 0,83 manat az, 3220-ci sətirdə 0,76 manat artıq, 6134-cü sətirdə 1,11 manat az, və sair sətrlərdə hesab səhvləri mövcuddur. xx xxxxxx 2018-ci il tarixli siyahıdan göründüyü kimi, artıq və az hesablamalar nəzərə alınmaqla, 9-cu qrafada sütun üzrə malların yekun məbləği düzgün hesablanmışdır. Lakin İddiaçı fəaliyyət göstərdiyi obyektdə aparılmış operativ vergi nəzarəti zamanı tərtib edilmiş xx.xx.2018-ci il tarixli malların siyahısında eyniadlı, eynimarkalı, eyniçəkidə, eyniölçüdə malların təkrar yazılması halları müəyyən edilmiş və təkrar yazılmış malların ümumi məbləği 375.619,47 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyasının məbləği isə 37.561,95 manat təşkil etmişdir. Sözügedən hallar iş üzrə verilmiş müvafiq ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Yoxlamanın aparıldığı 3 gün ərzində 18018 adda malın 8 göstərici üzrə çeşidlənib siyahıya alınması, həmçinin eyni çeşidli və eyni adda malların siyahıda dəfələrlə təkrarlanması onu deməyə əsas verir ki, cavabdehin əməkdaşları mal qalığını siyahıya alarkən hazır siyahıdan istifadə etmələri barədə iddiaçının dəlilləri inandırıcıdır. Başqa sözlə 18018 adda malın 8 göstərici ilə 3 gün ərzində 5 nəfər tərəfindən çeşidlənərək və sayılaraq siyahıya alınması fiziki cəhətdən ağlabatan deyil və bu hal məhkəməyə iddiaçının dəlillərinə və ekspert rəyinə əsaslanaraq mübahisələndirilən qərarın qismən qanunsuz olması qənaətinə gəlməyə imkan verir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, vergi orqanının mübahisələndirilən xx.xx.2018-ci il tarixli, **********0148 nömrəli qərarı qismən, yəni müvafiq siyahıda adları təkrar yazılmış mallara görə tətbiq edilmiş maliyyə sanksiyasının məbləği (37.561,95 manat) həcmində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 7.11.2003-cü tarixli 5 nömrəli qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, ekspert rəyinin verilməsi ilə bağlı 150 (bir yüz əlli) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri X2 xx.xx.2018-ci il tarixli, **********0148 nömrəli qərarı qismən, yəni İddiaçı 37.561,95 manat həcmində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı 150 (bir yüz əlli) manat ekspertiza xərci alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba köçürülsün. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-126/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-126/2020
21.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver