Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1260/2025 23.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı, onun nümayəndəsi olan vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs X9 və X5) qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 526 saylı sərəncamı ilə 500 kv.m torpaq sahəsi X3 verilmişdir. Torpaq sahəsinin yer üzərində ölçülüb ayrılması haqqında 26 aprel 1995-ci il tarixli akta əsasən Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 526 saylı sərəncamı əsasında X3 yaşayış evinin tikintisi üçün AZKTA kompelksi ərazisində B-3 kvartalından sahəsi 500 kv.m olan 7№li torpaq sahəsi yer üzərində ölçülüb ayrılmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 526 saylı sərəncamı ilə X3 ayrılmış 500 kv.m torpaq sahəsinə dair №**********3000053 Torpaq sahəsinin kadastr planı tərtib edilmiş, xx.xx.2007-ci il tarixdə Gəncə şəhər torpaq şöbəsində 253 nömrə ilə qeydiyyata alınmışdır. AN-İ №0131399 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə B-3, sahə 7 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi X7 (satıcı) tərəfindən X4 (alıcı) satılmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Resyestrindən ******* seriya nömrəli çıxarış ilə Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə B-3, sahə 7 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə dair X2 mülkiyyət hüququ qeydə alınmışdır. X2 mülkiyyətində olan Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə B-3, sahə 7 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə dair xx.xx.2008-ci il tarixində №AA001506 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli alqı-satı müqaviləsinə əsasən Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə B-3, sahə 7 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi X8 tərəfindən İddiaçı satılmışdır. Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə B-3, sahə 7 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi xx.xx.2024-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2024-ci il tarixli 3-21-3-33/2-7385/2024nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında uyğunsuzluq olduğu, belə ki, faktiki torpaq sahəsi başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması hissəsinin icrasından imtina edilir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi və Azərbaycan KTA ərazisi, məhəllə B-3, sahə 7 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə onun adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. xx.xx.2024-cü il qeydiyyat tarixli. ********** qeydiyyat nömrəli. **********75 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə dair ( koordinatlar \ə məkan göstəriciləri əks olunmuş) plan və ölçü sənədi mövcud olmadığından, qərardad suallarının həmin Çıxarışa münasibətdə cavablandırılması mümkün deyildir. Bu səbəbdən də, araşdırma aparılarkən həmin Çıxarışın verilməsinə əsas olan ilkin sənədlərə istinad olunmuşdur. 1.xx.xx.2024-cü il qeydiyyat tarixli. ********** qeydiyyat nömrəli. **********75 revestr nömrəli Çıxarışa əsasən 0.05 ha torpaq sahəsi, həmin Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid. həyətyanı sahədir. Faktiki istifadəsində olan 820.5 kv.rn torpaq sahəsi, toıpaqlann elektron kadastr uçotu əsamda hazırlanmış AZCAD məlumatlarında, xüsusi mülkiyyətdə olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı sahə olaraq göstərilmiş, sənəd nömrəsi isə. **********53 reyestr nömrəsi (arxiv sənədlərinə əsasən mülkiyyətçi X10 qeyd olunmuşdur.
2. İddiaçı Əzini oğlunun mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə dair, 10 07.2024-cü il qeydiyyat tarixli. ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli Çıxarışın verilməsinə əsas olan. X2 adına qeydə alınmış xx.xx.2008-ci il qeydiyyat tarixli **********50 reyestr nömrəli Çıxarışın AA 001506 nömrəli plan və ölçü sənədindəki koordinatlarla, iddia edilərək naturada təqdim olunan torpaq sahəsinin koordinatları eynilik təşkil etmir (üst-üstə düşmür).
3. X2 adına qeydə alınmış xx.xx.2008-ci il qeydiyyat tarixli **********50 reyestr nömrəli Çıxarışın AA 001506 nömrəli plan və ölçü sənədindəki koordinatlar daxilində yerləşən torpaq sahəsi, faktiki olaraq başqa şəxslərin istifadəsində olan həyətyanı sahələrlə üst-üstə düşür. Elektron kadastr məlumat bazasına istinadən. X2 adına qeydə alınmış xx.xx.2008-ci il qeydiyyat tarixli **********50 reyestr nömrəli Çıxarışa əsasən 0.05 ha torpaq sahəsinin 361.0 kv.m hissəsi. **********88-10301 reyestr nömrəli Çıxarışa əsasən X15 ogiliıuııı mülkiyyətində olan torpaq sahəsi ilə üst üstə düşür. Naturada faktiki istifadə sahəsi olaraq təqdim edilən 820.5 kv.m torpaq sahəsinin 202.0 kv.m hissəsi, elektron kadastr məlumat bazası və arxiv sənədlərinə istinadən. 08 06.2022-ci il qeydiyyat tarixli **********11 reyestr nömrəli Çıxarışa əsasən X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı, onun nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında gəlmiş, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını tımin etməmiş, səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək,onun naturada təqdim etdiyi və faktiki istifadfəsində olan 0,05 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatın qəbul edilmişdir.
Əsaslandırıcı hissə:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Hazırkı inzibati mübahisə Azərbaycan KTA ərazisi, məhəllə B-3, sahə 7 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə İddiaçı adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsindən ibarətdir. Bu baxımdan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə istinad olunmalıdır. Həmin Əsasnaməyə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxil edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»n 4cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaq sahəsinin planı və ölçüsünün təsviri»nin 1-ci bəndinə görə bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilir; 2-ci bəndinə görə nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, bu barədə reyestrdən çıxarışın və «Torpaq sahəsinin planı və ölçüsü»nün verilməsi mütləqdir. “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”: 2.1. Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. 2.3. Mərzçəkmə işləri aşağıdakı hallarda aparılır: 2.3.1. yerquruluşu işləri aparılan zaman torpaq sahələrinin sərhədləri yerdə (naturada) müəyyən ediləndə və bərkidiləndə; 2.3.2. qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər tərəfindən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqlar ilk dəfə əldə edildikdə; 2.3.3. torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; 2.3.4. hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda; 2.3.5. torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə. Göründüyü kimi, cavabdeh iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasını həyata keçirərək çıxarış təqdim etsə də, torpaq sahəsinin planı və ölçüsü səndi tərtib edilməmişdir.Halbuki, yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Nə qədər ki, mülkiyyət hüququna dair qeyd və onu təsdiq edən çıxarış qüvvədədir həmin sənədə uyğun texniki sənədlərin tərtib edilməsi və iddiaçıya təqdim edilməsi də zəruridir. Bu cür hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi bir çox məhkəmə qərarlarında bu növ işlərlə bağlı qeyd etmişdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutulan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir Məhkəmə mütəxəssis rəyində qeyd edilmiş, 0.05 ha torpaq sahəsinin 361.0 kv.m hissəsi. **********88-10301 reyestr nömrəli Çıxarışa əsasən X6 mülkiyyətində olan torpaq sahəsi ilə üst üstə düşür. Naturada faktiki istifadə sahəsi olaraq təqdim edilən 820.5 kv.m torpaq sahəsinin 202.0 kv.m hissəsi, elektron kadastr məlumat bazası və arxiv sənədlərinə istinadən. 08 06.2022-ci il qeydiyyat tarixli **********11 reyestr nömrəli Çıxarışa əsasən X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibətdə qeyd edir ki, məhkəmə iclası zamanı rəyi tərtib etmiş mütəxəssis Sevindik Həsənov və həmçinin iddiaçı bildirmişdir ki, naturada təqdim edilmiş sahə ümumilikdə 8,25 ha təşkil etsə də, iddiaçının digər şəxslərlə üst-üstə düşməyən torpaq sahəsinin ölçüsü 528,5 ha təşkil edir,bu da mütəxəssis tərəfindən təqdim olunmuş rəngli ortofoto görüntü ilədə bu hal təsdiqini tapır. Məhkəmə hesab edir ki, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçının 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alındığından və məhkəmə iclası zamanı rəyi tərtib etmiş mütəxəssis Sevindik Həsənov izahatından və mütəxəssis rəyinə əlavə edilmiş rəngli ortofotodan da göründüyü kimi həmin torpaq sahəsinin hər hansı şəxsin torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunduğundan, qeyd olunan torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunaraq iddiaçıya verilməlidir. “İnzibati icraat haqqında” Qanunun 15.1 və 15.2-ci maddələrinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı naturada təqdim etdiyi və faktiki istifadə etdiyi 0,05 ha torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçüsü verilməsi öhdəliyinin cavabdeh orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva