Məhkəmə qərarları › İş №2-1(114)-1262/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1262/2025

12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1262/2025 12.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizm funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspertiza Komissiyasına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq 44 günlük vətən müharibəsində hərbi əməliyyatlarda iştirak edərkən xx.xx.2020-ci il tarixində Şuşa- Xankəndi rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən atılan iri çaplı mərminin partlaması nəticəsində ərizədə qeyd etdiyi ağır dərəcəli xəsarətlərlə bağlı əlilliyinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 44 günlük müharibə müddətində N nömrəli hərbi hissənin tərkibində işğalda olan rayonlarımızın geri qaytarılması uğrunda hərbi əməliyyatlarına könüllü olaraq qatılaraq yaxından iştirak etmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 2505 nömrəli Sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı", Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2370 nömrəli sərəncamı ilə "Şuşanın azad olunmasına görə "Hərbi xidmətlərə görə" medalları ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təltif olunmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq 44 günlük hərbi əməliyyatlarda iştirak edərkən xx.xx.2020-ci il tarixində Şuşa və Xankəndi rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən atılan iri çaplı mərminin partlaması nəticəsində partlayış travması Keçirilmiş qapalı kəllə-beyin travması baş beyin silkələnməsindən sonrakı vəziyyət. Diaqnozları ilə xəsarət almışdır. Aldığı xəsarətlərə dair xx.xx.2020-ci il tarixdə 1212 nömrəli, iki ədəd, N saylı hərbi hissənin Qərargah rəisinin təşkil etdiyi komisiyyanın sədirliyi ilə 7 komisyyanın üzvüləri ilə birgə 3 nüsxədə akt tərtib edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasında ambulator müalicəsində olmuş və Hərbi Həkim Komissiyasının qərarı ilə Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Xəstəliklər cədvəlinin 28-ci maddəsinin 2-ci qrafasına əsasən Hərbi xidmətə müvəqqəti yararsız kimi 15 gün xəstəliyə görə mənzuniyyət verilmişdir. xx.xx.2020-ci il tarixdə 14795 nömrəli arayışda qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdə həmin 14795 nömrəli arayışa əsasən təkrar 15 gün müddətinə mənzuniyyət verilmişdir. Hərbi Həkim Komissiyasının xx.xx.2023-ci il tarixli 13854 nömrəli Xəstəlik Haqqında şəhadətnaməsində qeyd edilən diaqnoz xəsarət aldıqları. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Ştatlı Hərbi həkim Komisyasının qərarı ilə "Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə beyin travması, baş beyin. silkələnməsinin tez-tez baş verən qıcolma tutmaları ilə müşayiət olunan, posttravmatik epilepsiya, kognitiv defisit ilə təzahür edən posttravmatik ensefalapatiya ilə təzahür edən nəticəsi. Partlayış travması (xx.xx.2020) ikitərəfli xroniki koxlear nevrit.ikitərəfli neyrosensor tip ağır eşitmə, pıçıltı nitqinin hər iki qulaqda 1 (bir) metr məsafədən eşitməsi ilə orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, funksional tutmalarla" "Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır. Hər iki gözün zəif dərəcəli hipermetropiyası HM 1.0D nəticəsində görmə itiliyinin 0.1-ə qədər azalması korreksiya ilə 0.5 (könüllü) olmaqla Xolesistektomiya cərrahi əməliyyatından (2017) sonrakı bərkimiş dəri çapığı" diaqnozları ilə xəsarət aldığı qeyd edilmişdir. İddiaçının yuxarıda qeyd etdiyi xəsarətlərlə bağlı müalicə almağını sübut edəcək sənədləri ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikasının Müdafiəsi zamanı xx.xx.2020-ci il tarixdə Şuşa- Xankəndi rayonlarını istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən xəsarət almağı nəticəsində mütamadi baş ağrıları ürək bulanması əsəb pozuntusu görmə zəifliyi və psixoloji hallar baş vermişdir. (Əsas N nömrəli hərbi hissənin təqdim etdiyi xx.xx.2020-ci tarixli 1212 nömrəli akt).xx.xx.2020-ci il tarixdə MN MHP-da şəhadətləndirilərək 15 (on beş) gün müddətində mənzuniyyət verilmişdir (əsas 14795 nömrəli arayış).xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göygöl rayon xəstəxanasında mütamadi olaraq ambulator müalicələr alaraq xx.xx.2022-ci il tarixdə Qazax Rayonu Psixatriya Xəstaxanasında müayinədə olmuş üzvü mənşəli şəxsiyyət pozğunluğu posttravmatik stress pozğunluğu" diaqnozu təyin edilmişdir. (əsas 10208179 ambulator kitabdan çıxarış ekiprizi). xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhəri Abbassəhət adına xəstəxananın 1-ci terapiya şöbəsində stasionar müalicədə oldu "Partlayış travması keçirilmiş kəllə beyin travması baş beyin silkələnməsindən sonrakı vəziyyət Posttravmatik ensefalapatiya tez-tez baş verən veqetodamar paroksizimləri ilə koqnitiv (anlama qavrama yaddaş) pozulmalarla hal. Yüngül dərəcəli Asteno-nevrotik hipertoniya. Bilateral çox ağır (4 dördüncü) dərəcə ağır eşitmə itkisi diaqnozu təyin olundu (əsas çıxarış ekipirizi). X2 xx.xx.2023 tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicə (əsas 10208179 nömrəli çıxarış ekprizi) Gəncə şəhəri Psixatriya xəstəxanası xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicədə üzvü mənşəli şəxsiyyət pozğunluğu Posttravmatik stress pozğunluğu diaqnozu qoyulmuşdur. (Əsas 10582973 nömrəli çıxarış ekipirizi) xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abbassəhət adına xəstəxananın 1 (bir)-ci terapiya şöbəsində stasionar müalicə almışdır. (əsas çıxarış ekiprizi) xx.xx.2023-cü il tarixdə Psixi Sağlamlıq Mərkəzinin direktoru Bakı şəhəri Baş səhiyyə idarəsinin Baş Psixatırı Tibb elimlər X8 İsmayılov tərəfindən müayinə olunub. "Üzvü (2-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması) affektiv pozuntu funksional tutmalarla F 06.3” diaqnozu təyin olunmuşdur.(əsas 1405 nömrəli Tibbi rəy) və xx.xx.2023-cü il xx.xx.2023-cü il tarixədək Respublika Psixatriya Xəstəxanasında stasionar müalicədə üzvü (2-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması) “Affektiv pozuntu funksional tutmalarla F 06.3" diaqnozu təyin olunmuşdur.(əsas 095885 nömrəli çıxarış ekipirizi ).xx.xx.2023-xx.xx.2023-cü il tarixədək Abbassəhət adına xəstəxananın 1-ci terapiya şöbəsində müalicədə olmuşdur.(əsas çıxarış ekiprizi).xx.xx.2023-xx.xx.2023-cü il tarixədək Kliniki tibb Mərkəzində stasionar müalicəda olmuş (əsas 14351 nömrəli çıxarış ekprizi).xx.xx.2023-cü il tarixdə Göygöl Rayon RMX-da müayinə və müalicə olmuş (əsas Ambulator xəstənin tibb vərəqəsi). xx.xx.2023-cü il tarixdə Göygöl Rayon RMX-da "Hər iki gözdə orta dərəcəli miopiya" diaqnozu qoyulmuş (əsas ambulator xəstənin tibb vərəqəsi).xx.xx.2023- cü il tarixdə Göygöl rayon RMX-da "iki tərəfli sensonevral ağır eşitmə 4- cü dərəcə diaqnozu təyin edilmiş (əsas ambulator xəstənin tibbi vərəqəsi).xx.xx.2023-cü il tarixdə X7 adına MOM-da müayinədə olmuş "H52.0 Hər iki gözdə hipermetiropiya" diaqnozu qoyulmuş (əsas **********2 nömrəli abulator xəstənin tibbi vərəqəsi). Bundan əlavə döyüş tapşırığını yerinə yetirən zaman aldığı xəsarətlərlə bağlı müalicə və müayinə olduğu xəstəxanalar tərəfindən verilmiş əlavə ekipiriz və tibbi rəylər mövcudur ki, onları da ərizəyə əlavə olunmuşdur. İddiaçı döyüş zamanı düşmən tərəfindən atılan iri çaplı mərminin partlaması nəticəsində yuxarıda qeyd etdiyi ağır dərəcəli xəsarətlərlə bağlı əlilliyin alınması üçün dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına dəfələrlə müraciət etsədə onlar hər dəfəsində müraciətinə müxtəlif bəhanələr gətirərək imtina edərək onun hüquqlarını pozmuşlar. Döyüş zamanı qeyd etdiyi tarixdə mərminin partlaması nəticəsində olduğu bölüyün bir çox hərbiçiləri şəhid oldu və onunla birgə səfərbərlikdən gedənlərdən yaralanaraq qazi olaraq əlillik dərəcələrinidə alıblar ancaq bu vaxta qədər onun əlillik dərəcəsi cavabdeh təyin etmir. Bu səbəbdəndə onun cavabdeh tərəfindən kobudcasına pozulan hüquqununu bərpa edilməsi üçün Məhkəməyə müraciət etməyi qərara almışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1262/2025 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmiş, iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizm funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1262/2025 nömrəli qərardadı ilə İddiaçı vəsatəti təmin edilmiş, iş üzrə buraxılmış prosesual müddət bərpa edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1262/2025 nömrəli qərardadı ilə iş üzrə cavabdeh əsl Cavabdeh ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-1(114)-1262/2025 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmiş, iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizm funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, vətəndaşın orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023cü il tarixli 13854 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kelle-beyin travması, baş-beyin silkələnməsinin tez-tez baş verən qıcolma tutmaları ilə müşayiət olunan posttravmatik epilepsiya kognitiv defisit ilə təzahür edən posttravmatik ensefalopativa ilə tezahür edən nəticəsi. Partlayış travması (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 1 (bir) metr məsafədən eşitməsi ilə. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, funksional tutmalarla" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. "Hər iki gözün zəif dərəcəli hipermetropiyası Hm 1,0D nəticəsində görmə itiliyinin 0,1-8 qədər azalması, korreksiya ilə 0,5 (könüllü) olmaqla. Xolesistektomiya cərrahi əməliyyatından (2017) sonrakı bərkimiş dəri çapığı" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10208179 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Posttravmatik stress pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli 10582973 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Posttravmatik stress pozğunluğu kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriva Xəstexanasının PHS xx.xx.2023xx.xx.2023-cü il tarixli 11185969 nömrəli xəstəlik tarixindən Çıxarışında Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHS Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1405 nömrəli Tibbi rəyində diaqnoz funksional tutmalarla" kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHS xx.xx.2023-xx.xx.2024-cü il tarixli 11836333 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHS xx.xx.2023-xx.xx.2024-cü il tarixli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu funksional tutmalar. Kognitiv funksiyaların enməsi ilə. Üzvi mənşəli şəxsiyyət pozuntusu istisna olunmur kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xəstəlik tarixindən Çıxarışında diaqnoz "Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12243915 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu. Epilepsiyanın digər formaları. Başbeynin silkələnməsi" kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmədən, zəif görmədən, baş ağrısından, bel ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun, yaddaşın pozulmasından şikayətlənmişdir. Müayinə zamanı danışmamış, anlaqsız davranışlar sərgiləmişdir. Stasionar qeydlərdə xəstənin nitqinin olması qeyd edilmiş, eşitməsi barədə heç bir məlumat yazılmamışdır. Eşitmə qüsuru olan şəxslər qarşı tərəfin üz cizgilərinə yönələrkən, vətəndaş otaqda heç kimi görmürmüş kimi ətrafa boylanmışdır. İçəri girərkən hərəkət etməkdə çətinlik çəkmiş, polisin yardımıyla gətirilsə də, çıxarkən sərbəst yeriyərək otaqdan çıxmışdır. Sərgilənən bu vəziyyət ilə tibbi sənədlərdə qeyd olunan obyektiv müayinə məlumatları tam ziddiyyət təşkil etmişdir. Agentliyin xx.xx.2024-cü il tarixli Audiometriya müayinə nəticəsi: "Xəstə qeyri-adekvat olmuşdur. Müayinəni icra etmək mümkün olmamışdır. Verilən yüksək səslərə reaksiyasının olub-olmadığını dəqiqləşdirmək mümkün olmamış (göz qırpmaları tez-tez olduğu üçün) kontakt qurmamış, atasına istəyini bildirmək üçün 1 dəfə danışdıqda (çox yüksək səslə) kəkələməsi lenilmişdir" kimi qeyd edilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Diaqnoz təsdiqini tapmır. Sənədlərin saxtalığına şübhə" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı əlillik vəziyyətinə baxıldıqdan sonra verilən qərarı mübahisələndirməmişdir. Həmin qərarı mübahisələndirməklə əlaqədar iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. Vətəndaş barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli müraciətinə dair qərardan 3 ay müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Vətəndaş barəsində xx.xx.2024cü il tarixli qəbul edimiş qərar ona ********** nömrəli mobil telefona SMS bildiriş vasitəsilə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Odur ki, iddianın mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1405 №-li, xx.xx.2023-cü il tarixli 3027 №-li, həkim psixiatr komissiyasının rəylərində görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı "Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun olaraq İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) affektiv pozuntu, funksional tutmalarla F 06.3 Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 20 dekabr 2023-cü il tarixli, 13854 nömrəli qərarından görünür ki, İddiaçı qoyulmuş “Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə beyin travması, baş silkələnməsinin tez-tez baş verən qıcolma tutmaları ilə muşayiət olunan posttravmatik epileps koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya ilə təzahür edən nəticəsi. Partlayış travması (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli neyrosensor tip ağıreşitmə nitqini hər iki qulaqda 1 (bir) metr məsafədən eşitməsi ilə. Orta (mülayim) dərəcədə ifadə Üzvi affektiv pozuntu, funksional tutmalarla" diaqnozu “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Göygöl rayon mərkəzi xəstəxanası Xəstəliyə görə ambulator müraciətlər T90.5 Kəllədaxili travmaların nəticələri xx.xx.2023 T90.5 Kəllədaxili travmaların nəticələri xx.xx.2023 T90.5 Kəllədaxili travmaların nəticələri xx.xx.2024 Stasionar müalicə aldığı müəssisələr: Akad.M.Ə.Qasımov adına RKX - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz T90.5 Kəllədaxili travmaların nəticələri Respublika Psixiatriya Xəstəxanası - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2024, diaqnoz F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu Psixi Sağlamlıq Mərkəzi - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu Psixi Sağlamlıq Mərkəzi - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2024, diaqnoz F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu X4 - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz T90.5 Kəllədaxili travmaların nəticələri Respublika Psixiatriya Xəstəxanası - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu Respublika Psixiatriya Xəstəxanası - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu X5 - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu X4 - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz S06.3 Baş beynin ocaqlı travması ocaqlı Qazax RPX - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Respublika Psixiatriya Xəstəxanası - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu Bakı Kliniki Tibb Mərkəzi - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz T90.5 Kəllədaxili travmaların nəticələri X4 - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz T90.5 Kəllədaxili travmaların nəticələri Həkim müayinəsinin nəticəsi: xx.xx.2024 F06.3 Əhvalın üzvi mənşəli (affektiv)] pozuntusu, Üzvü (İl Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu. Funksional tutmalarla. Uzun müddətli posttravmatik stress pozuntusu. Həkim müayinəsinin nəticəsi: xx.xx.2024 T90.5 Kəllədaxili travmaların nəticələri, Kəllədaxili travmanın nəticələri.Partlayış travması.(xx.xx.2020) Keçirilmiş kəllə beyin travması və beyin silkələnməsinin davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya İİ mərhələ. Tez-tez baş verən. (ayda-8-10 dəfə tutmalarla) Asteno nevrotik təzahürləri ilə. TSEK-ə göndəriş zamanı diaqnoz Ağırlaşma F43.1 Posttravmatik stress pozuntusu, uzun müddətli posttravmatik stress pozuntusu xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Diaqnoz öz təsdiqini tapmaması səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli sms göndərişində görünür ki, E.E.FERECOV üçün verilmiş 05.03.24-cü il tarixli göndərişə diaqnoz öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razilasmadığı təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilər. xx.xx.2024-cü il tarixli 666№-li həkim psixiatr komissiyasının rəyində görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı "Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun olaraq İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, epileptiform qıcolma tutmaları, psixi və davranış pozuntuları, koqnitiv funksiyaların enməsi ilə F 07.0 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2093 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hazırda "Üzvi travma mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla" (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası"da "Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) affektiv pozuntu. Funksional tutmalar. Kognitiv funksiyaların enməsi ilə. Üzvi mənşəli şəxsiyyət pozuntusu istisna olunmur" diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Yoxlanılan şəxs İddiaçı hazırda "Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla" (F07.0) aşkar edilir. Əsaslandırma hissəsi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, cavabdehin imtinasının olması müəyyən edilmişdir. İş üzrə iddia müddəti bərpa edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən orqanizm funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsidir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə görə, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.5.1-ci bəndinə görə, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.5.2.1-ci bəndinə görə, şəxsin əlilliyinin səbəblərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndində psixi və davranış pozuntuları, 7.5.1-ci yarımbəndində posttravmatik stres pozuntusu - F43.1 nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – orqanizmin funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (7.5.1.1-ci yarımbənd). İş materialları ilə müəyyən olunur ki, iddiaçının barəsində xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Diaqnoz öz təsdiqini tapmaması səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Göygöl rayon mərkəzi xəstəxanası tərəfindən verilən xx.xx.2024-cü il tarixli Forma- 88 haqqında məlumat qrafikindən görünür ki, iddiaçı əlillik üçün tələb olunan son bir il ərzində ambulator və stasionar müalicələr almış və göndəriş zamanı həkim müayinəsinin nəticəsində F06.3 Əhvalın üzvi mənşəli (affektiv)] pozuntusu, Üzvü (İl Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu. Funksional tutmalarla. Uzun müddətli posttravmatik stress pozuntusu, Kəllədaxili travmaların nəticələri, Kəllədaxili travmanın nəticələri.Partlayış travması.(xx.xx.2020) Keçirilmiş kəllə beyin travması və beyin silkələnməsinin davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya İİ mərhələ. Tez-tez baş verən. (ayda-8-10 dəfə tutmalarla) Asteno nevrotik təzahürləri olması müəyyən olunmuşdur. Qeyd olunan tibbi göndəriş haqqında məlumata əsasən, iddiaçıya F43.1 Posttravmatik stress pozuntusu, uzun müddətli posttravmatik stress pozuntusu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2093 saylı ekspert rəyindən görünür ki, İddiaçı hazırda "Üzvi travma mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla" (F07.0) aşkar edilir. Lakin Göygöl rayon mərkəzi xəstəxanası tərəfindən verilən xx.xx.2024-cü il tarixli tibbi göndərişdə iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda hazırda qüvvədə olan F43.1 diaqnozu qoyulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya F43.1 meyarı üzrə əlillik təyin edilməlidir. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulan qaydada müalicə almasına baxmayaraq iddiaçının orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit psixi pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə aşağıdakılar qeyd edilməlidir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 20 dekabr 2023-cü il tarixli, 13854 nömrəli qərarından görünür ki, iddiaçıya qoyulmuş diaqnoz “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müəyyən edilməlidir. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1-ci yarımbəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 35-60% pozulmasına görə əlillik təyin edilməlidir. İddiaçı orqanizminin funksiyalarının pozulması müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1-ci yarımbəndində əlilliyin müddəti 2 il nəzərdə tutulmuşdur. Ona görə də iddiaçıya 2 il müddətinə əlillik təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və həmin tarixdən ona orqanizm funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.2, 73.1, 68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Elgün Elman oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1-ci yarımbəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 2 il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar