Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1264/2020 30.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi. İddiaçı “X21 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X7, Üçüncü şəxs X4 iştirakları ilə İddiaçı “X21 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X16 (üçüncü şəxs X8 və X5) qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X15 xx xxxxxxx 2019-cu il tarixli, **********01 nömrəli məktubu ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2987/2018 nömrəli mülki işinə dair əmlak üzərinə nəzarət qoyulduğundan və sözügedən iş üzrə icraat davam etdiyindən, iddiaçının ərizəsinin icrasının mümkün olmadığı bildirilmişdir. İmtina ilə razılaşmayan iddiaçı “X21 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “X21 Azərbaycan” QSC) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X13rşı hərracın nəticələri barədə xx xxxxx 2018-ci il tarixli 19/03 saylı və 19/04 yekun protokollara və xx xxxxx 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası və Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evi üzərində “X21 Azərbaycan” QSC-nin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(104)-728/2016 saylı qətnaməsinə əsasən ümumilikdə 330.973.02 USD (üç yüz otuz min doqquz yüz yetmiş üç ABŞ dolları 02 sent) və 436.297.05 AZN (dörd yüz otuz altı min iki yüz doxsan yeddi manat 05 qəpik) məbləğində borcun cavabdehlər X10, X6, X3 və X1 tutulması və eyni zamanda tutulmanın banka kreditin təminatı kimi girov qoyulmuş, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasına və ipoteka predmetləri olan Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakların açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borc dəyərində bankın xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlaklar satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlaklar hərracın nəticələri barədə xx xxxxx 2018-ci il tarixli, 19/03 saylı və 19/04 saylı yekun protokollara əsasən “X21 Azərbaycan" QSC tərəfindən əldə edilmişdir. Qeyd edilənlərin davamı olaraq ”X21 Azərbaycan'’ QSC-də girov predmetləri olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası və Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evi hərracın nəticələri barədə xx xxxxx 2018-ci il tarixli, 19/03 saylı və 19/04 saylı yekun protokollara və xx xxxxx 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrinə əsasən “X21 Azərbaycan” QSCnin mülkiyyətinə keçirilməsini dövlət qeydiyyatına alaraq yeni çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X16 xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərdə etdikləri müraciətlər icra edilməmişdir. Müraciət ərizələri elektron sistemlə yanaşı kağız daşıyıcıları vasitəsilə də ərazi idarəsinə göndərilmiş, lakin dövlət reyestrində çıxarışın hazır olması müddətlərində sənədlərini elektron ünvanlarında görünmədiyindən ərazi idarəsi ilə əlaqə yaradıb soruşduqda, qeydiyyatın aparılmasından imtina olunduğu bildirmişlər. Bundan əlavə imtinanın rəsmi cavabını və kağız daşıyıcılarında göndərdikləri sənədlərin əsillərini uzun müddətlər ərzində ərazi idarəsindən geri almağa müvəffəq olmuşlar. xx.xx.2019-cu il tarixli müraciətlərinə imtina səbəbi kimi Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2987/2018 saylı qərardadı ilə əmlakların üzərinə həbs qoyulduğundan qeyri-mümkün olması qeyd edilmiş, sonradan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə əmlakların üzərində qoyulmuş həbs ləğv edilmişdir. Üçüncü dəfə xx.xx.2019-cu il tarixdə etdikləri müraciətlərinə imtina edilməsinin səbəbi kimi qeyd edilmişdir ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2987/2018 saylı işi davam etdiyindən əmlaklar xüsusi nəzarətə götürülmüşdür. Bu səbəbdən bankın mülkiyyət hüquqlarını qeydiyyata alınması qeyri-mümkün hesab edilmişdir. 3 saylı X15 cavablarından narazı olduqlarından xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinə şikayət ərizəsi ilə müraciət ünvanlamış, eyni ilə qanuni qüvvəsini almamış Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2987/2018 saylı işi davam etdiyindən əmlaklar xüsusi nəzarətə götürülmüşdür. Yekun məhkəmə qərarından sonra 3 saylı X19 tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi təmin ediləcəkdir. Nəticə əldə etmədikləri üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Apellyasiya Şurasına şikayət ərizəsi ilə müraciət ünvanlamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Apelyasiya Şurasının xx.xx.2019-cu il tarixli, **********01 saylı məktubuna əsasən və ona qoşma olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Apelyasiya Şurasının xx.xx.2019-cu il tarixli, 11 saylı qərarı ilə onların şikayət ərizəsi təmin edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X16 göstəriş verilmişdir ki, “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 14.5-ci bəndində tutulmuş qaydada baxılsın. İddiaçının etibarnamə üzrə nümayəndəsi X11 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs X8 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, ipoteka müqavilələri və hərracın nəticələrinə dair protokol etibarsız hesab edilməlidir. O, borcunu etiraf edib banka müraciət edərək hissə-hissə ödənilməsi üçün vaxt verilməsini xahiş etsə də bank müraciətindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(104)-728/2016 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(043)-2549/2014 nömrəli qətnaməsi ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının açıq hərracda ilkin satış qiymətinin 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində, Gəncə şəhəri, Kəpəz rayonu, Zülfüqar Məmmədov küçəsi, 28 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin isə 430.000 (dörd yüz otuz min) manat dəyərində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 250.000 (iki yüz əlli min) manat, Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Əhnəd Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının açıq hərracda ilkin satış qiymətinin 780.000 (yeddi yüz səksən min) manat müəyyən edilməsi qət edilmişdir. -Hərrac Təşkilatının xx xxxxx 2018-ci il tarixli, 19/03 və 19/04 nömrəli “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokolunun surətindən görünür ki, ipoteka predmetinin (mənzil) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti (rəqəm və sözlə) 159375 (bir yüz əlli doqquz min üçü yüz yetmiş beş) manat və 497250 (dörx yüz doxsan yeddi min iki yüz əlli) manat qiymətlə tələbkar əldə etmək hüququnu bildirmiş, sifarişçi ipoteka saxlayan cavabdehlər qarşısında hərracın yekununa görə məsuliyyəti daşımaları nəzərə alınmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-4146/2020 nömrəli qərarının təsdiqlənmiş surətindən görünür ki, iddiaçılar X12 və X4 cavabdeh «Külək» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş qeyriyaşayış binasına dair xx.xx.2018-ci il tarixli, 19/03 saylı və yaşayış evinə dair xx.xx.2018-ci il tarixli, 19/04 saylı «Hərracın yekunları barədə protokollarının» etibarsız hesab edilməsi və hərracın ləğv edilməsi tələbinə dair mülki iş üzrə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12753/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X15 xx xxxxxxx 2019-cu il tarixli, **********01 nömrəli məktubunun surətindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2987/2018 nömrəli mülki işinə dair əmlak üzərinə nəzarət qoyulduğundan, sözügedən iş üzrə icraat davam etdiyindən, iddiaçının ərizəsinin icrasının mümkün olmadığı bildirilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Apellyasiya Şurasının xx xxxxxxx 2019-cu il tarixli, 11 nömrəli qərarının surətindən görünür ki, “X21 Azərbaycan” QSC-nin Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası və Gəncə şəhəri, Kəpəz rayonu, Zülfüqar Məmmədov küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya dair şikayəti qismən təmin edilmiş, hüquqların qeydiyyatından imtina barədə Xidmətin 3 saylı X15 qərarı tamamilə ləğv edilərək yeni qərar qəbul edilmiş, Xidmətin 3 saylı X19 “X21 Azərbaycan” QSC-nin müraciətinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5ci bəndində nəzərdə tutulmuş qaydada baxılması üçün zəruri tədbirlər görülməsi qərara alınmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hərrac Təşkilatının xx xxxxx 2018-ci il tarixli, 19/03 və 19/04 nömrəli “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokolları»na əsasən ipoteka predmetləri olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası və Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evi “X21 Azərbaycan” QSC tərəfindən əldə edilmiş, bundan sonra “X21 Azərbaycan” QSC ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X16 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair müraciət etmiş, inzibati orqan tərəfindən müraciətin icrasından imtinanın olunmuş, əsası kimi Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2987/2018 saylı mülki iş üzrə icraatın davam etdiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0 maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010- cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafıq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fıziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15- ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notarial qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tululmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 14.2. maddəsinə əsasən qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Bu halda vəzifəli şəxs şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli və həmin sorğulara cavab 7 gün müddətində verilməlidir. Bu cür sorğulara vaxtında cavab verməyən vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. Sorğuların forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 14.3. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materiallarından məlum olur ki, Hərrac Təşkilatının xx xxxxx 2018-ci il tarixli, 19/03 və 19/04 nömrəli “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə» protokollarına əsasən ipoteka predmeti (mənzil və qeyriyaşayış obyekti) “X21 Azərbaycan” QSC tərəfindən əldə edilmiş, üçüncü şəxs tərəfindən həmin protokollar mübahisələndirilmiş və bununla bağlı yekun məhkəmə aktı (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)- 4146/2020 nömrəli qərarı) qəbul edilməklə qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, X4 adına qeydə alınmış ünvan 4 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin və X2 adına qeydə alınmış Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Ə.Cəlil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının ½ hissəsinə X2 payının tanınmasına dair Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)2987/2018-ci il tarixli qətnaməsi və həmin mülki iş üzrə məhkəmə mübahisəsinin olması hüquqların dövlət qeydiyyatının davayandırılmasına və imtinasına əsas ola bilməz. Belə ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuş və bu əsaslardan heç biri iddiaçıya münasibətdə müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası və Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evi üzərində “X21 Azərbaycan” QSC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X15 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası və Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evi üzərində “X21 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X15 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1264/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1264/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver