Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1264/2022 06.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********6795 nömrəli qərarının ləğv edilməsi baradə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən biri onun oğlu olmaqla 5 nəfər fiziki şəxsi əmək müqaviləsi bağlamadan işə cəlb etdiyinə görə iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, **********86795 nömrəli qərar qəbul etmişdir. Qərara əsasən Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edərək 10.000 manat məbləğində cərimə olunmuşdur. İddiaçı hesab edir ki, həmin qərar qanunsuz və əsasızdır. Belə ki, həmin şəxslər onun tərəfindən işlədilməmiş, onları 12 saylı Ərazi Vergilər Baş İdarəsin əməkdaşları pul vermə vədi ilə aldadaraq onun işçisi kimi göstərmiş və hazırda mübahisələndirilən qərarı qəbul etmişlər. Lakin həmin şəxslər onun işçisi olmamış və heç bir işə cəlb edilməmişlər. Həmin qərar qanunsuz və əsassız olduğundan ləğv olunmaldır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçının vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının adından yazılmış izahatın şəxsən onun tərəfindən imzalanması həqiqətə uyğun deyil. Cavabdehin nümayəndəsi X15 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının sahibkarlıq fəaliyyəti üzrə aparılmış operativ vergi nəzarəti cavabdehin xx.xx.2021-ci il tarixli **********4256 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarı əsasında həyata keçirilmişdir. Operativ vergi nəzarəti vergi ödəyicisi İddiaçı şəxsən iştirakı ilə həyata keçirilmiş, xx.xx.2021-ci il tarixli **********4256 nömrəli qərar və Ədliyyə Nazirliyinin "sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı"la tanış olmuşdur. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər işçinin işə cəlb edilməsi faktı işəgötürənin (iddiaçının) izahatı ilə də təsdiq edilmişdir. Belə ki, İddiaçı tərəfindən yoxlamaya təqdim olunmuş xx.xx.2021-ci il tarixli izahatda sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə 5 nəfər işçinin - X13, X8, X9, X2, X10 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb etdiyini qeyd edərək etiraf etmişdir. Cavabdehin nümayəndəsi X19 iddianı qəbul etməmişdir. X3 ifadəsində bildirmişdir ki, onun bağında ərik və şaftalı olmadığına görə həmin meyvələri İddiaçı bağından alır və meyvəni özü yığır. Çünki bağın işçiləri yığıb satanda baha başa gəlir, özü yığanda isə hər kq 40 qəpiyə alır, yəni, o, Zaurun işçisi deyil. İddiaçı bağından meyvə aldığı vaxt vergi əməkdaşı ona bir sənədə imza atdırmış, imzaladığı sənədin nədən ibarət olduğunu soruşduqda isə əməkdaş bildirmişdir ki, meyvə alması ilə bağlıdır. X4 ifadəsində bildirmişdir ki, o, müxtəlif yerlərdə günəmuzd işləyir, ötən il ucuz meyvə almaq üçün İddiaçı bağına getmişdir. Meyvəni daha ucuz başa gəldiyinə görə özü yığmışdır. Orada vergi əməkdaşı ona məzmununu bilmədiyi sənədə imza atdırmış və onluq heç nə olmadığını bildirmişdir. X7 ifadəsində bildirmişdir ki, o, Goranboy rayonu, Kələk kəndində yaşayır. Həmişə Zaurun bağından meyvə alıb satır, meyvəni də hər dəfə özü yığır, çünki meyvəni özü yığanda ucuz başa gəlir və satanda da qazancı çox olur. Ötən il Xınnalı kəndində İddiaçı bağından şaftalı almağa getmiş, həmin vaxt vergi əməkdaşları ondan bağda meyvə yığmasının səbəbini soruşmuş, o isə cavabında şaftalı yığıb, pulunu ödəyib, sonra aparıb satdığını bildirmişdir. Vergi orqnının əməkdaşları hazır yazılmış sənədə imza etdirmişlər. X1 ifadəsində bildirmişdir ki, o, Goranboy rayonu, Qazanbulaq kəndində yaşayır, ötən il həmkəndliləri Rahilə və İradə ilə qonşu kəndə İddiaçı bağından bişirmək üçün meyvə almağa getmiş, ucuz başa gəldiyi üçün meyvəni özləri yığmış, həmin vaxt tanımadığı şəxslər ona bir sənədə imza etdirmiş, amma sənədin məzmununu bilməmişdir. X5 ifadəsində bildirmişdir ki, o, Goranboy rayonu, Qazanbulaq kəndində yaşayır, ötən il həmkəndliləri Fəxriyyə və Rahilə ilə birlikdə qonşu kənddə olan İddiaçı bağından meyvə almağa getmiş, meyvəni ucuz almaq üçün özü yığmışdır. Həmin vaxt tanımadığı şəxslər ona məzmununu bilmədiyi sənədə imza etdirmişlər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.2021-ci il tarixli, DVX 003989 nömrəli Aktdan görünür ki, Əmək Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə keçirilən operativ vergi nəzarəti nəticəsində İddiaçı Goranboy rayonu, Xınalı kəndində yerləşən Meyvə Bağı obyektində 5 nəfəri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməyə cəlb etdiyi müəyyən olunmuş və akt İddiaçı tərəfindən imzalanmışdır. -surəti işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********6795 nömrəli xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı 10000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, Musayev X21 rayonu, Xınalı kəndində yerləşən meyvə bağında X20, X16, X17, X6 və X11 əmək müqaviləsi bağlamadan müəyyən işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə cəlb etdiyini etiraf etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarından göründüyü kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********4256 nömrəli qərarının icrası ilə əlaqədar vergi orqanının əməkdaşları tərəfindən İddiaçı istifadəsində olan Goranboy rayonu, Xınalı kəndində yerləşən meyvə bağında operativ vergi nəzarəti həyata keçirilmiş, qərarın icrası zamanı həmin obyektdə əmək müqaviləsi bağlamadan 5 nəfər fiziki şəxsin, yəni X13, X8, X9, X2, X10 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi barədə xx.xx.2021-ci il tarixli, DVX 003989 nömrəli akt tərtib edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6795 nömrəli xx.xx.2021-ci il tarixli qərarla İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək məsuliyyəyə cəlb edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirlərinə aiddir. -50.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasdır. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. -50.6-cı maddəyə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. -58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuşqaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi qanunvericiliyi vergi nəzarətinin forma və metodlarını, habelə qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən etmişdir ki, belə tədbirlərdən biri də operativ vergi nəzarət tədbiridir. Operativ vergi nəzarəti - Vergi Məcəlləsinin 50.1-ci maddəsində müəyyən edilən məsələlər üzrə vergi orqanı tərəfindən bilavasitə vergi ödəyicisinin fəaliyyətini həyata keçirdiyi ərazidə keçirilən yoxlama tədbirlərinin kompleksidir. Həmin maddənin tələbinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Operativ vergi nəzarət tədbiri vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasaən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirlərinə aiddir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə, eləcə də işin faktiki hallarına nəzər yetirməklə görmək olur ki, iddianın dəlillərində inzibati aktın, eləcə də vergi orqanı əməkdaşlarının hərəkətlərinin qanunsuzluğunu sübut edəcək heç bir əsas yoxdur. Belə ki, İddiaçı vergi ödəyicisi kimi şəxsən operativ vergi nəzarəti tədbirində iştirak etmiş, həmçinin onun tərəfindən yoxlamanın gedişatını əks etdirən sənədlər imzalanmış, vergi hüquq pozuntusunun nəticəsi qəbul edilmiş, vergidən yayınma halı ilə bağlı verdiyi izahatında sözügedən şəxsləri (X20, X16, X17, X6 və X11) əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini etiraf etmiş və bu hallarla bağlı iddiaçıya və ya onun işçilərinə heç bir məcburiyyət tədbiri tətbiq olunmamışdır. Həmçinin iddiaçının vəkili əvvəlki məhkəmə iclasında həmin müvafiq sənədlərdə olan imzanın iddiaçıya aid olub-olmamasını dəqiqləşdirmək üçün vaxt istəsə də hazırki məhkəmə iclasına vəkil və iddiaçının özü də gəlməmişdir. Bu hal qeyd olunan sənədlərin məhz iddiaçı tərəfindən imzalanmasını bir daha təsdiq edir. İşin yuxarıda qeyd edilən faktiki hallarından, eləcə də hüquqi əsaslarından bəlli olur ki, cavabdeh inzibati orqanın hərəkətləri əsaslı və qanuni olmuş, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə aparılan operativ vergi nəzarəti tədbiri vergi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Bundan əlavə, vergi nəzarəti tədbiri zamanı aşkar edilmiş işçilərin guya cavabdehin əməkdaşları tərəfindən müəyyən pul müqabilində aldadılaraq adlarının aktda qeyd olunması ilə bağlı iddiaçının dəlili də əsaslı sayıla bilməz. Belə ki, iddiaçı tərəfindən bu halı sübut edəcək hər hansı mənbəyi bəlli məlumat iddia ərizəsinə əlavə edilməmiş, eyni zamanda məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər bu halı təsdiq etməmişlər. Məhkəmə həmçinin şahid ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, onların hər birinin ayrı-ayrılıqda ifadəsi oxşar olmaqla eyni mənbədən hazırlanaraq öyrədilmiş, həmçinin sərbəst ifadə tərzi təsiri bağışlamayan ifadələrdir. Həmçinin şahidlərin verdiyi ifadələrin həqiqəti əks etdirməməsi iddiaçının özü tərəfindən imzalanmış sənədlərdə bir daha təsdiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6795 nömrəli qərarı qanunidir və ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1264/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1264/2022
06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver