Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1264/2024 26.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Prezident təqaüdünün dayandırılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X6, iddiaçının vəkil olan nümayəndəsi X42 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs X39) qarşı üçüncü şəxs X30 ödənilən Prezident təqaüdünün dayandırılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Doğum haqqında xx.xx.1998-ci il tarixli XXİ-ЖГ 296764 nömrəli şəhadətnamə ilə müəyyən olunur ki, X43 xx.xx.1998-ci il tarixdə doğulmuş, ata qrafasında X27, ana qrafasında Tağıyeva (Hümbətova) Dursun Hümbətalı qızının adı qeyd olunmuşdur.
2. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli 2-57 nömrəli qətnaməsi ilə müəyyən edilir ki, X39 ilə X14 arasında xx.xx.1998-ci il tarixdə bağlanmış nikah akt qeydi pozulmuşdur.
3. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 3(030)-273/2010 nömrəli məhkəmə əmri ilə xx.xx.1998-ci ildə anadan olmuş X31 və xx.xx.1999-cu ildə anadan olmuş X28 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2010-cu il tarixdən başlayaraq, hər ay borclu Daşkəsən rayonu, Xoşbulaq kənd sakini X20 hər uşaq üçün 30 (otuz) manat olmaqla, cəmi 60 (altmış) manat sabit pul məbləğində alimentin tutulub tələbkar Göygöl rayonu, Üçtəpə kənd sakini İddiaçı ödənilməsi, bununla əlaqədar Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli icra sənədinin icrasına xx.xx.2010cu il tarixdən xitam verilməsi əmr edilmişdir.
4. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin İnzibati xəta haqqında iş üzrə xx.xx.2014-cü il tarixli 3(044)-328/2014 nömrəli qərarı ilə X27 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsi tətbiq edilməklə X27 həmin Məcəllənin 24-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh növü olan xəbərdarlıq elan edilməsi qərara alınmışdır.
5. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 8(044)- 482/2015 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Gəncə şəhəri, Sevinc qəsəbəsində yaşayan X27 məcburi qaydada Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilməsi qərara alınmışdır.
6. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin İnzibati xəta haqqında iş üzrə xx.xx.2016-cı il tarixli 3(043)-522/2016 nömrəli qərarı ilə X27 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilməsi qərara alınmışdır.
7. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(044)- 947/2017 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(030)-273/2010 saylı icra sənədi üzrə borclu X15 ölkədən getmək hüququnun müvəqqəti, yəni icra sənədi tam icra edilənədək məhdudlaşdırılması qərara alınmışdır.
8. Ölüm haqqında xx.xx.2020-ci il tarixli AZ-İİ 065228 nömrəli şahadətnamə ilə müəyyən olunur ki, X43 xx.xx.2020-ci il tarixdə Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, ürəyin travması nəticəsində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
9. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(040)-462/2021 nömrəli qətnaməsi ilə iddiaçı X27 cavabdehlər İddiaçı və Göygöl rayon notariat ofisinə qarşı Göygöl rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunsuz və əsassız olduğuna görə ləğv edilməsi, mərhum X21ndan qalan miras əmlakın, yəni, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ayrılmış 36420,0 (otuz altı min dörd yüz iyirmi) manat pul kompensasiyasının cavabdeh və onun tərəfindən qəbul edilməsi barədə hər birinə ayrı-ayrılıqda vərəsəlik hüququ haqqında şəhadətnamə verilməklə mirasın qəbul edilməsi barədə ilkin iddiası, həm də İddiaçı ilkin iddianın təmin edilməməsi, X27 Azərbaycan Respublikasının ərazi bütövlüyü uörunda gedən döyüşlərdə 2-ci Qarabağ müharibəsi zamanı xx.xx.2020-ci il tarixdə şəhid olmuş xx.xx.1998-ci il təvəllüdlü X29 miras qalmış əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qarşılıqlı iddiası rədd edilmişdir.
10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(104)-3532/2021 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-794/2022 nömrəli iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X27 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsi qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissəsində qismən - Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkəti tərəfindən 11000 manat sığorta ödənişinin ½ hissəsinin ilkin iddia üzrə iddiaçıya aid olunmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə ilkin iddianın təmin olunması, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ilkin iddia üzrə cavabdehə verilmiş 11000 manat sığorta ödənişinin ½ hissəsinin, yəni 5500 manatın ilkin iddia üzrə iddiaçıya aid edilərək cavabdehdən alınıb iddiaçıya ödənilməsi, ilkin iddianın təmin edilməyən qalan hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-19/2023 nömrəli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(104)- 3532/2021 nömrəli qətnaməsi qismən, ilkin iddianın qismən təmin edilərək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ilkin iddia üzrə cavabdehə verilmiş 110000 manat sığorta ödənişinin ½ hissəsinin, yəni 5500 manatın ilkin iddia üzrə iddiaçıya aid edilərək cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilmiş və iddia həmin hissədə rədd edilmişdir.
13. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1407 nömrəli məktubunda göstərilmişdir ki, X19 N nömrəli hərbi hissədə müddətdən artıq hərbi xidmət etmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyu uğrunda gedən doyüşlərdə 2-ci Qarabağ müharibəsi zamanı 30 oktyabr 2020-ci il tarixdə şəhid olmuşdur. X49 xidmət etdiyi dövrdə, özünün və onunla xidmət etmiş hərbi qulluqçu yoldaşlarının bildirmələrinə görə onu anası Dursun və dayısı Firdovsi saxlayıb boya-başa çatdırmış, onunla tez-tez anası Dursun və dayısı Firdovsi maraqlanmış, daim onlarla görüşmüş, problemi və çətinliyi olanda onlara bildirmişdır. X50 isə övladı Eşqinlə maraqlanmasını, onunla gorüşməsini görməmişlər. Eşqin Tağıyev şəhid olduqdan sonra onun yas mərasimlərində iştirak edən xidməti yoldaşlarının bildirdiklərinə görə atası X39 övladı ilə maraqlanmamış, yas mərasimlərində onu görməmişlər.
14. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-398/2023 nömrəli qətnaməsinə əsasən cavabdeh X27 mərhum X12 münasibətdə vərəsəlik hüququndan məhrum edilməsi qət edilmiş və qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır.
15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarı ilə X10 valideynləri X30 və İddiaçı xx.xx.2020-ci il tarixdən ailə üzvlərinin sayına bölünməklə 300 manat məbləğində şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və hazırda ödənişi davam etdirilir.
16. Kəlbəcər rayon 115 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, həmin məktəbin məzunu X19 İ-Xİ sinfi oxuduğu müddətdə onun atası X32 valideyn kimi bir dəfə də olsun məktəbdə görməmişlər. Şagirdin tərbiyəsi və dərsləri ilə həmişə mütəmadi olaraq onun anası İddiaçı və dayısı X7 maraqlanmışdır.
17. Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Dəmirçidam kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin sakini şəhid dayısı X8, Çıraq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin sakini şəhid qardaşı X9 və Yellicə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin sakini şəhid atası X18 şahidçiliyi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, həqiqətən Göygöl rayon Murovdağ qəbirstanlığında şəhidlərin dəfn olunduğu ərazidə yerləşən qəbir daşlarının üstünə dam örtüyü vurulmuşdur. Həmin dam örtüyünün xərcini şəhid ailələri özləri çəkmişdir, o cümlədən X10 qəbir daşının üstünə çəkilmiş dam örtüyünün xərcini X10 anası İddiaçı Hümbatalı qızı çəkmişdir və X10 atası X39 şəhidin yas mərasimlərinin heç birində iştirak etməmişdir.
18. Göygöl rayonu, Üçtəpə kənd sakinləri X11 və digərlərinin tərtib etdikləri xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, Göygöl rayonu, Üçtəpə kənd sakinləri, X19 ilə bir kəndlidirlər. X51 yas yardımından anası İddiaçı himayəsində olub. İddiaçı həyat yoldaşı ilə ayrıldıqda şəhid Eşqin yaş yarımında idi. Dursun xanım tək ana kimi övladını zülm və əziyyətlə böyüdüb boya-başa çatdırmışdır. Onlar qonşular adından bildirirlər ki, X48 böyüməsində "ata" kimi Asif Tağıyevin heç bir maddi və mənəvi qayğısını görməmişlər. Onun böyüyüb boya-başa çatmasında "atası"-nın heç bir xidməti olmamışdır. Məlum edirlər ki, şəhidin nəşinin gətirilən günü "atası" Asif Tağıyevə bu barədə qonşu tərəfindən məlumat verilərək bildirilmişdir ki, oğlu şəhid olub o, bildirmişdir ki, onlarla əlaqəni tamamilə kəsmişdir. Şəhidin yas mərasimlərində indiyədək heç birində iştirak etməmişdir. Onlar kənd sakinləri X48 atasını bu günə kimi nə görmüşlər, nə də tanımırlar.
19. Gəncə şəhəri üzrə İcra İdarəsinin Daşkəsən Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli T-İ 4296/2013 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2013-cü il tarixli qərarla icraata başlanılmış Daşkəsən Rayon Məhkəməsinin 2(030)- 273/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə borclu X27 qalıq aliment borcu cəmi 1908 (bir min doqquz yüz səkkiz) manat təşkil edir. Asif Tağıyev alimenti üzrsüz səbəbdən ödəmədiyindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-328/2014 nömrəli, 01 iyul 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 313- 1.1-ci maddəsi ilə təqsirli bilinib, ona xəbərdarlıq elan edilmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmədiyindən Gəncə şəhər Nizami Rayon Məhkəməsinə xx.xx.2015-ci il tarixli təqdimat göndərilmiş və məhkəmənin 8(044)-482/2015 nömrəli, 31 iyul 2015-ci il tarixli qərardadına əsasən X27 məcburi qaydada Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilməsi qərara alınmışdır. Borclunun yaşayış yeri məlum olmadığından xx.xx.2016-cı il tarixdə barəsində axtarış qərarı qəbul edilmişdir. Asif Tağıyev alimenti vaxtlı-vaxtında və tam şəkildə ödəmədiyindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinə xx.xx.2017-ci il tarixli təqdimat göndərilmiş və məhkəmənin 8(044)- 947/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadına əsasən ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Asif Tağıyev alimentin ödənilməsindən yayındığından Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 3(043)- 522/2016 nömrəli, xx.xx.2016-c1 il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir.
20. İddiaçı X30 şəhid ailəsi üzvü kimi ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənişinin dayandırılması və ona tam məbləğdə ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli 3- 17-1/2-H-252339/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixindən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilmişdir. Həmçinin bildirilir ki, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları"nın 6-cı bəndinə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları"nın 2-ci bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezdentinin təqaüdü"nü qeyd olunan ailə üzvlərinin - ərin, arvadın, valideynin, 18 yaşına çatmamış uşaqların,18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqların, qardaşlar və bacıların (uşaq evlərində tərbiyə olunanlar), qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələrin, əyani təhsil alan uşaqların təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək uşaqlarının və uşaq evlərində tərbiyə olunan qardaş və bacıların almaq hüququ vardır. Qeyd olunanlara əsasən X10 atası X30 və ona xx.xx.2020-ci il tarixindən ailə üzvlərinin sayına bölünməklə 300 manat məbləğində şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və hazırda ödənişi davam etdirilir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-398/2023 saylı qətnaməsinə əsasən A.Tağıyev vərəsəlik hüququndan məhrum edilmişdir. Lakin A.Tağıyev atalıq hüququndan məhrum edilmədiyindən ona şəhid ailəsi üzvlərinə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənişinin dayandırılması və ona tam məbləğdə ödənilməsi mümkün hesab edilməyib. "İnzibati icraat haqqında" Azerbaycan Respublikasi Qanununun 72.1-ci ve 73-cu maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək huququ vardır.
21. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-47-28/3-2-120 nömrəli məktubunda bildirilmişdir ki, Üçtəpə kəndində məskunlaşan müvəqqəti Kəlbəcər köçkünü X48 anası İddiaçı övladları X43 və X33 uşaqlıqdan təkbaşına əzab-əziyyətlə boya-başa çatdırmışdır. İkinci Qarabağ müharibəsi zamanı X43 30 oktyabr 2020-ci il tarixdə şəhid olmuşdur. Şəhidin dəfn mərasimi Üçtəpə kəndində təşkil edilmişdir. Nümayəndə olaraq ailə ilə tez-tez əlaqə saxlanılıb və şəhidin bütün mərasimlərində iştirak etmişlər. Şəhidin bütün yas mərasimi anası İddiaçı və dayısı X7 tərəfindən təşkil olunmuşdur. Ümumiyyətlə atası X39 şəhidin yas mərasimlərinin heç birində iştirak etməmişdir. Hal-hazıradək də şəhidin atasını bu günə kimi görməmişlər və tanımırlar.
22. Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Dəmirçidam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 56 nömrəli məkutubunda göstərilmişdir ki, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Dəmirçidam kənd inzibati ərazi darəsi üzrə nümayəndəliyin sakini, Şəhid anası İddiaçı xx.xx.2002-ci il tarixdə keçmiş əri X39 ilə rəsmi nikahları pozulmuşdur. Məhkəmənin qərarına əsasən iki azyaşlı övladları X43 (xx.xx.1998), X40 (xx.xx.1999) anası İddiaçı himayəsində qalmışdır. Vətəndaş İddiaçı rəsmi nikahları pozulduqdan sonra övladlarını təkbaşına əzab-əziyyətlə böyütmüşdür. 27 sentyabr 2020-ci ildə başlamış 2-ci Qarbağ müharibəsi zamanı İddiaçı X21 xx.xx.2020-ci il tarixdə şəhid olmuşdur. Şəhidin nəşini gətirməkdən ötrü SHXÇDX-nin Kəlbəcər rayon bölməsinin əməkdaşları tərəfindən Dəmirçidam KİƏDÜ nümayəndəliyinə məlumat verilmişdir. Şəhidin nəşini gətirmək və tanınması üçün şəhidin dayısı X7 və Dəmirçidam KİƏDÜ nümayəndəsi X16 iştirak etmişdir. Şəhidin yas mərasimlərində şəhidin atası X39 iştirak etməmişdir. X10 büküldüyü Bayraq şəhidin dayısı X1 təqdim edilmişdir.
23. Göygöl rayon Üçtəpə bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 182/23 nömrəli məktubunda bildirilmişdir ki, Üçtəpə kəndində məskunlaşan müvəqqəti Kəlbəcər köçkünü X48 anası İddiaçı övladları X43 və X33 uşaqlıqdan təkbaşına əziyyətlə boya-başa çatdırmışdır. X13 Qarabağ müharibəsi zamanı 30 oktyabr 2020-ci il tarixdə şəhid olmuşdur. Şəhidin dəfn mərasimi Üçtəpə kəndində təşkil edilmişdir. Üçtəpə bələdiyyəsi olaraq ailə ilə tez- tez əlaqə saxlanılıb və şəhidin bütün mərasimlərində iştirak etmişlər. Şəhidin bütün yas mərasimi anası İddiaçı və dayısı X7 tərəfindən təşkil olunmuşdur. Ümumiyyətlə atası X39 şəhidin yas mərasimlərinin heç birində iştirak etməmişdir. Halhazıradək də şəhidin atasını bu günə kimi görməmişlər və tanımırlar.
24. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17- 3/2-22637/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, şəhid ailələrinə vəsiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın 4.2-ci bəndinə əsasən yaşadıqları ərazi üzrə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Əlavə olaraq bildiririk ki, vətəndaş X27 (4FXEHH7) şəhid ailəsi üzvünün vəsiqəsi ilə bağlı Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciəti daxil olmamışdır. II. Məhkəmədə icraat
25. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs X39) qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə şəhid ailələri üçün təyin edilmiş Azərbaycan Respublikası Prezidentini təqaüdünün ½ hissəsinin, yəni 300 manat məbləğində Prezident təqaüdünün şəhidin “atası” üçüncü şəxs X30 ödənişinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X19 həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2018-ci ildən Azərbaycan Respublikasının Xüsusi Təyinatli Qüvvələrində "N" saylı hərbi hissədə MAXE kimi xidmətini davam etmişdir. Bu gün də çox böyük fəxarət hissi ilə qeyd edir ki, oğlu X19 torpaqları erməni faşistlərindən azad etmək üçün Ali Baş Komandanın çağrışına cavab olaraq 2-ci Qarabağ müharibəsində iştirak edərək 30 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalmışdır. Oğlunun xidməti Cənab Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilərək torpaqlarımızın azad olunmasına görə medallarla təltif edilmişdir. Bildirir ki, oğlu X19 yaş yarımında olarkən keçmiş həyat yoldaşı üçüncü şəxs X39 ilə nikahları pozulmuş və övladı onun himayəsində qalmışdır. Üçüncü şəxs X39 heç zaman övladları ilə bir ata kimi maraqlanmamış, onların saxlanması üçün aliment ödəməkdən boyun qaçırmış və hətta bu barədə dəfələrlə həbs olunması barədə icra məmurunun təqdimatı əsasında məhkəmə tərəfindən qərarlar qəbul olunmuşdur. Sonradan üçüncü şəxs Asif Tağıyevin barəsində cinayət işi açılacağı bildirildikdən sonra aliment borcunu qanun qarşısında məcbur qalaraq qismən ödəmişdir. X21 şəhid olan günü el ağsaqqalları tərəfindən şəhidin "atası" üçüncü şəxs Asif Tağıyevə məlumat verilmiş, lakin o, bildirmişdir ki, onun o adda oğlu yoxdur. Şəhidin "atası" üçüncü şəxs Asif Tağıyev dövlətin şəhid ailələrinə verilən 11.000 manat və 36.420 manat məbləğində pul vəsaitini eşitdikdən sonra vərəsə hesab edilməsinə dair Kəlbəcər Rayon Məhkəməsində iddia qaldırmışdır. Kəlbəcər Rayon Məhkəməsi iddianı rədd etsə də, Gəncə Apellyasiya Məhkəməsi (hakim Rəhman Muradov) əsassız və qanunlara zidd olaraq Asif Tağıyevin vərəsə hesab edilməsinə dair qətnamə qət etmişdir. X46 Məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti 2(102)-xx-xx/2022 saylı iş Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Elşanə Vəliyeva tərəfindən yazılı icraata götürülmüş və mülki işin mübahisələndirilməsi üçün AR-nın Konistitusiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243,1255 və 1321-ci maddələri ilə əlaqəli şəkildə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsnin tələbi baxımından şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Koustitusiya Məhkəməsinin Plenumunda baxılıb, müvafiq qərar qəbul edilmişdir. Azərbaycan Respublikast Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarı dərc edildikdən sonra Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-19/2023 saylı qərardadı ilə cavabdeh olaraq onun kassasiya şikayəti təmin olunmuşdur. Onu da qeyd edir ki, o, şəhidin "atası" üçüncü şəxs X30 qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, şəhid övladı X31 ləyaqətsiz vərəsə hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin (hakim Mustafa Mustafayev) xx.xx.2023-cü il tarixli 2(030)-398/2023 saylı qətnaməsi ilə iddiası təmin olunmuş və üçüncü şəxs X39 mərhum X12 münasibətdə vərəsəlik hüququndan mərhum edilməsinə dair qətnamə qət edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-398/2023 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional filialına rəsmi ərizə ilə müraciət edərək xahiş etmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəhid ailələri üçün təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün 1/2 hissəsinin yəni, 300 manat məbləğində təqaüdün şəhidin "atası" üçüncü şəxs X30 verilməsi dəyandırılsın. Çünki, üçüncü şəxs X39 mərhum X12 münasibətdə vərəsəlik hüququndan mərhum edilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-398/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Lakin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 27 oktiyabr 2023-cü il tarixli cavab məktubu ilə əsassız olaraq imtina edilmişdir. Necə ola bilər ki, şəhidin vərəsəsi hesab edilmədən şəhid ailəsinin üzvü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilsin? Şəhidin "atası" üçüncü şəxs X39 şəhid X3 bioloji atasıdır. Bildirir ki, X10 qonşuları tərəfindən tərtib olunmuş aktdan, Üçtəpə kənd İƏD üzrə nümayəndəlik tərfindən verilən arayışdan, orta təhsil aldığı Kəlbəcər rayon 115 saylı orta məktəbin drektoru tərəfindən verilən arayışdan və şəhidin xidmət etdiyi hərbi hissə komandiri tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə ünvanlanmış məktubdan da görünür ki, onlar şəhidin "atası" üçüncü şəxs X32 tanımadıqlarını və şəhidin yas mərasimlərində belə iştirak etmədiyini qeyd etmişlər. Hətta şəhidin yas mərasimlərinə, abidəsinə və qəbr üstünün üst çardağına çəkilən xərclər şəhidin anası olaraq onun tərəfindən qarşılanmışdır. Onu da qeyd edir ki, şəhid anası kimi dəvət aldığı "SPACE" telekanalında Amil Xəlillinin apardığı verlişlərdə işıqlandırılmış və həmin verilişdə üçüncü şəxs Asif Tağıyevlə canlı bağlantı yaradılarkən özü də etiraf edərək bildirmişdir ki, o, X48 yaş yarımından üzünü görməmiş, hətta şəhidin dəfn mərasimində və bu günə kimi təşkil olunmuş ildönümü mərasimlərində iştirak etməmiş və hətta özü efirdə bildirmişdir ki, "mənim o qapıda nə işim var, mənim o adda övladım yoxdur və hal-hazırda mən ikinci ailə həyatı qurmuşam". O, X48 ancaq və ancaq bioloji atası olmuşdur. X10 nəşinin büküldüyü şərəfli bayraq Hərbi Komisarlıq tərəfindən dayısı X2 təqdim olunmuşdur. Onu da xüsusi olaraq qeyd edir ki, üçüncü şəxs X39 ikinci ailəsi ilə öz şəxsi həyatını yaşamış və onun bu ləyaqətsiz hərəkəti tək qadın olaraq ona və övladlarına əzab və əziyyət vermişdir. O, dövlətin ən ali varlığı insanlar, onun təməli ədalətdir prisipini ön plana çəkərək hesab edir ki, dövlət insanların bütün hüquqlarını təsbit etməklə yanaşı, həmin hüquqların həyata keçirilməsi üçün hərtərəfli şərait yaradır. Azərbaycan Respublikasının Konstitutusiyasında, Azərbaycan Respublikasının Mülkü Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş normalar və prinsiplərin qorunmasına dövlətin vətəndaş olaraq onlara verdiyi təminat cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən pozulmaqda davam edir. Hesab edir ki, onlar hüquqi dövlətdə yaşayırlar və qarşılaşdıqları problemə hüquqi qiymət verilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
28. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, üçüncü şəxs X30 ödənilən Prezident təqaüdünün dayandırılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və eyni tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
29. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
30. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
31. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, İddiaçı X30 şəhid ailəsi üzvü kimi ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənişinin dayandırılması və ona tam məbləğdə ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-252339/2023 nömrəli imtina məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Həmin məktubun iddiaçıya çatdırılması üçün keçən müddəti və iddiaçının hazırkı tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddət iddiaçı tərəfindən ötürülməmişdir.
32. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Göygöl rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
33. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yerinin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır
34. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
35. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X39 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
36. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
37. İddiaçı, onun nümayəndəsi və vəkil olan nümayəndəsi, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
38. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
39. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı etiraz daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə icraat materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamə ilə müəyyən olunur ki, mərhum X43 xx.xx.1998-ci il tarixdə doğulmuş, ata qrafasında X27, ana qrafasında Tağıyeva (Hümbətova) Dursun Hümbətalı qızının adı qeyd olunmuşdur. İş üzrə icraat materiallarına əlavə olunmuş ölüm haqqında şahadətnamənin surəti ilə müəyyən olunur ki, mərhum X43 xx.xx.2020-ci il tarixdə başlamış Vətən müharibəsində iştirak etmiş və xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İş üzrə icraat materiallarında olan Kəlbəcər rayon qeydiyyat şöbəsinin arayışına əsasən xx.xx.1998-ci il təvəllüdlü X31 nikah akt qeydi aşkar edilməmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli 2-57 nömrəli qətnaməsi ilə müəyyən edilir ki, X39 ilə X14 arasında xx.xx.1998-ci il tarixdə bağlanmış nikah akt qeydi pozulmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-398/2023 nömrəli qətnaməsinə əsasən A.Tağıyev vərəsəlik hüququndan məhrum edilmişdir. İş üzrə icraat materialları ilə müəyyən edilir ki, Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarı A.Tağıyev valideynlik hüququndan məhrum edilmədiyindən şəhid ailəsi üzvlərinə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanununa əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin valideynləri şəhid alləsinin üzvləri hesab edilirlər və həmin Qanunun 3-cü maddəsinin ikincü hissəsinə görə Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada təminatlar verilir. Göründüyü kimi, sözügedən Qanunda şəhid ailə üzvlərinə təminatın verilməsi şəhid ailə üzvünün şəhidlə birgə təsərrüfatda yaşaması ilə deyil, yalnız həmin təminatın qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müəyyən edilməsi ilə şərtləndirilmişdir. "Şəhid ailəsi üçün Azərbaycan edilməsi Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən bu Fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüd hər ilin dövlət büdcəsində sosial müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait hesabına, şəhid ailəsi üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Məhz qeyd olunan səbəbdən mərhum X31 atası X30 Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarı ilə şəhid ailəsinin üzvü olduğu üçün Prezident təqaüdü təyin edilərək ödənilməkdədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair" Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci il 23 iyul tarixli Qərarına əsasən ər-arvadın ümumi birgə mülkiyyəti ilə bağlı məsələyə münasibətdə qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirir, onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul edir. Məhkəmənin sözügedən Qərarda qeyd etdiyi mövqeyə uyğun olaraq ər- arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Bu baxımdandır ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə görə, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər". Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Məcəllənin 50.2-ci maddəsinə görə valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir, 61.1-ci maddəsinə görə isə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Yalnız Məcəllənin 64-cü maddəsində sadalanan hallarda valideynlər valideynlik hüququndan məhrum edilə və 68-ci maddəsində nəzərdə tutulan hallarda valideynlik hüququları məhdudlaşdırıla bilər. Məcəllənin müvafiq məsələni tənzimləyən maddələrindən də göründüyü kimi, valideynin uşaqla qohumluq faktına əsaslanan hüquqlardan, habelə dövlət tərəfindən müəyyən edilən imtiyazlardan məhrum olması hüquqlarının onların valideynlik məhdudlaşdırılması və yaxud valideynlik hüquqlarından məhrumetmə ilə bağlıdır. Belə ki, Məcəllənin 66.1-ci maddəsinə əsasən yalnız məhkəmə qaydasında valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. Həmin Məcəllənin 69.1-ci maddəsinə görə isə valideynlik hüquqları məhdudlaşdırılan valideynlər uşağın tərbiyəsi ilə şəxsən məşğul olmaq, uşaqlı valideynlər üçün dövlət müavinətləri və imtiyazlarına olan hüquqlarını itirirlər. İş materialları ilə X27 valideynlik hüquqlarının məhdudlaşdırılması və ya valideynlik hüququndan məhrum edilməsi müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1138. Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə tərəfindən təsdiq vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə edilsin. Göründüyü kimi, məhkəmə qaydasında valideynlik hüququndan məhrum edilməyən vərəsələr, o cümlədən valideynlik hüququndan məhrum olmayan şəhid ailəsi üzvləri onlar üçün qanunvericiliklə müəyyən edilmiş hüquqlara birgə təsərrüfat şəraitində yaşayıb yaşamadığından asılı olmayaraq malikdirlər. Qüvvədə olan normativ hüquqi aktlara əsasən şahid ailəsinin üzvü olan şəxslərin şəhid olmuş şəxslə birgə təsərrüfat şəraitində yaşamış ailə üzvü olub-olmadıqlarına dair araşdırma və qiymətləndirmə aparmaq səlahiyyəti və öhdəliyi müəyyən edilmədiyindən, habelə bu araşdırmanın hansı qaydada aparılacağı ilə bağlı reqlament və s. olmadığından hazırkı iddia tələbinin təmin edilməsi qanunsuz və əsassızdır. Eyni zamanda analoji hallarda şəhid ailəsi üzvlərinə təyin edilən Prezident təqaüdü üçün hüququ olan şəxslər digər qanuni vərəsə (vərəsələr) ilə birgə təsərrüfat şəraitində yaşamadıqları ilə bağlı sənəd təqdim etməsi qanunvericiliklə tələb olunmur. Belə bir sənədin qanunvericilikdə tələb olunan sənədlərin siyahısında nəzərdə tutulmadığından Fond tərəfindən istənilməsi qanunvericiliyin pozulması kimi qiymətləndirilə bilər. Yuxarıda qeyd olunan qanunvericilik normaların əlaqəli təhlilindən də müəyyən olunur ki, cavabdeh tərəfindən inzibati icraat qanunvericiliyin tələblərinə uyğun aparılmış, iddiaçıya münasibətdə cavabdehin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi müəyyən edilmir.
40. İddiaçı, iddiaçının nümayəndəsi X6, iddiaçının vəkil olan nümayəndəsi X42 məhkəmə iclasında ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.
41. Cavabdehin nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz etdiyini bildirmiş və yazılı etirazda qeyd edilənlərə istinad edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
42. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Doğum haqqında xx.xx.1998-ci il tarixli XXİ-ЖГ 296764 nömrəli şəhadətnamə; - Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli 2-57 nömrəli qətnaməsi; - Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 3(030)-273/2010 nömrəli məhkəmə əmri; - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin İnzibati xəta haqqında iş üzrə xx.xx.2014-cü il tarixli 3(044)-328/2014 nömrəli qərarı; - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 8(044)- 482/2015 nömrəli qərardadı; - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin İnzibati xəta haqqında iş üzrə xx.xx.2016-cı il tarixli 3(043)-522/2016 nömrəli qərarı; - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(044)- 947/2017 nömrəli qərardadı; - Ölüm haqqında xx.xx.2020-ci il tarixli AZ-İİ 065228 nömrəli şahadətnamə; - Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(040)-462/2021 nömrəli qətnaməsi; - Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(104)-3532/2021 nömrəli qətnaməsi; - Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-794/2022 nömrəli iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsi; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-19/2023 nömrəli qərarı; - N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1407 nömrəli məktubu; - Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-398/2023 nömrəli qətnaməsi; - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarı; - Kəlbəcər rayon 115 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli məktubu; - xx.xx.2023-cü il tarixli akt; - xx.xx.2023-cü il tarixli akt; - Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli T-İ 4296/2013 nömrəli məktubu; - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17- 1/2-H-252339/2023 nömrəli imtina məktubu; - Göygöl Rayon İcra Hakimiyyəti başçısının Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-47-28/3-2-120 nömrəli məktubu; - Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Dəmirçidam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 56 nömrəli məkutubu; - Göygöl rayon Üçtəpə bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 182/23 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17- 3/2-22637/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş X27 Şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüd işi üzrə icraat materialları. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
43. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
44. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, xx.xx.1998-ci il təvəllüdlü X43 xx.xx.2020-ci il tarixdə başlamış Vətən müharibəsində iştirak etmiş və xx.xx.2020-ci il tarixdə Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, ürəyin travması nəticəsində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
45. X31 anası Tağıyeva (Hümbətova) Dursun Hümbətalı qızı, atası X39 olmuş və onların arasında bağlanmış xx.xx.1998-ci il tarixli nikah akt qeydi Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli 2-57 nömrəli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə qərarı ilə xx.xx.1998-ci ildə anadan olmuş X31 və xx.xx.1999-cu ildə anadan olmuş X28 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment müəyyən edilərək, X20 tutulması qərara alınmış və borclu (X39) həmin qərarı könüllü icra etmədiyinə görə barəsində müxtəlif məcburi icra tədbirləri (xəbərdarlıq, məcburi gətirilmə, inzibati həbs, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və s.) tətbiq edilmiş və qərarın icrası bu qaydada təmin edilmişdir.
46. Müxtəlif dövlət orqanlarının məktub və arayışları ilə müəyyən olunur ki, X4 (Hümbətova) Dursun Hümbətalı qızı ilə nikahı pozulduqdan sonra heç zaman X21 ilə istər məktəbli dövründə, istər hərbi xidmət zamanı maraqlanmamış, onunla görüşməmiş, sağlığında ona maddi və mənəvi olaraq atalıq qayğısı göstərməmiş, hətta şəhid olduqdan sonra ata olaraq nə dəfnində, nə yas mərasimlərində iştirak etməmişdir.
47. Buna baxmayaraq, X43 şəhid olduqdan sonra şəhid ailələrinə verilən sığorta ödənişi və pul kompenasiyası tələbi üzrə İddiaçı ilə X39 arasında məhkəmə çəkişmələri olmuş və sonuncu həmin iş materiallarından X31 ölüm haqqında şəhadətnaməsini əldə edərək, cavabdeh orqana təqdim etməklə, ona şəhidin ailə üzvü kimi Prezident təqaüdünün ½ hissəsinin təyin edilərək, ödənilməsinə nail olmuşdur.
48. İddiaçı iddiası əsasında Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-398/2023 nömrəli qətnaməsi ilə cavabdeh X27 mərhum X12 münasibətdə vərəsəlik hüququndan məhrum edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra İddiaçı qətnaməni əsas tutaraq, məhz həmin əsasla X30 Prezident təqaüdünün ödənişinin dayandırılmasını cavabdeh orqandan tələb etmiş, sonuncu isə tələbi təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, valideynin uşaqla qohumluq faktına əsaslanan hüquqlardan, habelə dövlət tərəfindən müəyyən edilən imtiyazlardan məhrum olması hüquqlarının onların valideynlik məhdudlaşdırılması və yaxud valideynlik hüquqlarından məhrumetmə ilə bağlıdır. Belə ki, Məcəllənin 66.1-ci maddəsinə əsasən yalnız məhkəmə qaydasında valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. X39 X12 münasibətdə valideynlik hüququndan məhrum edilməmiş və valideynlik hüququ məhdudlaşdırılmamışdır. Yəni, X27 mərhum X12 münasibətdə vərəsəlik hüququndan məhrum edilməsi ona ödənilən təqaüdün dayandırılması üçün əsas deyil.
49. Cavabdeh orqanın etiraz dəlilinin ikincisi isə ondan ibarətdir ki, qüvvədə olan normativ hüquqi aktlara əsasən şahid ailəsinin üzvü olan şəxslərin şəhid olmuş şəxslə birgə təsərrüfat şəraitində yaşamış ailə üzvü olub-olmadıqlarına dair araşdırma və qiymətləndirmə aparmaq səlahiyyəti və öhdəliyi müəyyən edilmədiyindən, habelə bu araşdırmanın hansı qaydada aparılacağı ilə bağlı reqlament və s. yoxdur. Eyni zamanda analoji hallarda şəhid ailəsi üzvlərinə təyin edilən Prezident təqaüdü üçün hüququ olan şəxslər digər qanuni vərəsə (vərəsələr) ilə birgə təsərrüfat şəraitində yaşamadıqları ilə bağlı sənəd təqdim etməsi qanunvericiliklə tələb olunmur.
50. Məhkəmə bununla bağlı qeyd edir ki, şəhid ailələrinə ödənilən Prezident təqaüdü onların ölümü ilə ailə üzvlərinə verildiyindən, yəni şəhidin sağlığında əldə etdiyi əmlak və ya digər maddi nemət, yəni şəhidə məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz.
51. Ona görə də, şəhid ailəsi üzvlərinə ödənilən Prezident təqaüdü şəhidin miras aktivinə daxil olmadığından məhkəmə, cavabdeh orqanın X27 mərhum X12 münasibətdə vərəsəlik hüququndan məhrum edilməsinin ona ödənilən təqaüdün dayandırılması üçün əsas olmaması barədə qeyd etdikləri ilə razılaşır.
52. Lakin bununla yanaşı, o da nəzərə alınmalıdır ki, həmin qətnamə ilə X27 mərhum X12 münasibətdə valideyn kimi miras qoyanın saxlanması üzrə öhdəsinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçırması faktı müəyyən edilmiş və məhz həmin səbəbdən məhkəmə onun vərəsəlik hüququndan məhrum edilməsi nəticəsinə gəlmişdir.
53. Məhkəmə X27 valideynlik hüququndan məhrum edilməsinə dair hər hansı sənəd təqdim edilməməsinə münasibətdə qeyd edir ki, valideynlik hüququndan məhrumetmə yalnız məhkəmə qaydasında və uşağın yetkinlik yaşına çatanadək həll edilməli olan məsələdir. Bu barədə iddia isə uşağın özü tərəfindən deyil, digər subyektlər tərəfindən qaldırılır. X43 isə 22 yaşında şəhid olmuşdur.
54. İddiaçının nümayəndəsi X6 da əvvəlki məhkəmə iclası zamanı bildirmişdir ki, X39 X10 1 yaşından onun anası ilə ayrılmış və şəhid olduğu günədək heç bir atalıq etməmiş, uşağına münasibətdə valideynlik öhdəliklərini yerinə yetirməmişdir. Həmin “ata” X10 dəfn və yas mərasiminə gəlməmiş, telekanallarda verilişlər zamanı onun belə bir övladının olmadığını bildirmişdir. Yəni, üçüncü şəxs təəssüf ki, şəhid X3 bioloji atasıdır. Cavabdeh orqan X27 X12 münasibətdə valideynlik hüququndan məhrum edilmədiyini əsas gətirir. Biz gələcəkdə baş verənləri əvvəlcədən bilə bilməzdik ki, X43 22 yaşında şəhid olacaq və belə bir məsələ ortaya çıxacaq. Valideynlik hüququndan məhrumetmə yalnız məhkəmə qərarı ilə və bu barədə iddia uşağın 18 yaşınadək qaldırılmalı olduğundan və X43 artıq şəhid olduğundan bu, artıq heç cür mümkün deyildir. Lakin şəhidə valideynlik, atalıq etməmiş birinin şəhidə görə dövlətin valideynlərə verdiyi təminatdan istifadə etməsi düzgün və ədalətli deyildir.
55. Yəni, hazırda X27 X12 münasibətdə valideynlik hüququndan məhrum edilməsi mümkün deyildir. Eyni zamanda, X43 yetkinlik yaşına çatanadək, gələcəkdə onun şəhid olacağı, belə bir mübahisənin yaranacağı və həllinin məhz belə bir iddia qaldırılmasından asılı olacağının əvvəlcədən məlum olması da qeyri-mümkün haldır.
56. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanı ilə Dövlətimizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşu uğrunda şəhid olanların ailələrinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 600 (altı yüz) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilməsi qərara alınmışdır.
57. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.
58. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları"na görə: Bənd 2. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Bənd 5. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir. Bənd 6. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.
59. Məhkəmə qeyd edir ki, X39 X10 valideyni – atası olduğuna görə o, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan subyektlər sırasındadır.
60. Cavabdeh orqan şəhid ailəsi üçün müəyyən edilmiş 600 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünü X10 valideynləri olaraq İddiaçı və X30 bərabər bölməklə - hərəsinə 300 manat olaraq təyin edərək, ödənişini həyata keçirir.
61. Lakin təqdim edilmiş sənədlərlə X27 X12 münasibətdə valideynlik – atalıq hüquq və vəzifələrini həyata keçirmədiyi müəyyən olunur.
62. Yəni, bir tərəfdə X19nu bir yaş yarımdan təkbaşına böyüdən, daim onun qayğısını və əziyyətini çəkən, maddi və mənəvi tələbatlarını qarşılayan, şəhid olduqdan sonra da onun dəfn və yas mərasimlərini təşkil edən, bununla bağlı maddi xərcləri və mənəvi olaraq da iztirabını çəkən valideyn, digər tərəfdə isə övladını bir yaş yarımdan bəri görməyən, onunla maraqlanmayan, onun maddi xərclərində iştirak etməyən (yalnız saxlanması üçün məhkəmənin qət etdiyi alimenti dəfələrlə məcburi icra tədbirlərinin tətbiqindən sonra ödəməsi halı istisna), ona mənəvi olaraq atalıq qayğısı göstərməyən, şəhid olduğu zaman belə dəfninə, yas mərasiminə gəlməyən bir valideyn.
63. Məhkəmə qeyd edir ki, ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir.
64. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.
65. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyi çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər.
66. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.
67. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir.
68. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir.
69. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur.
70. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir.
71. Məhkəmə qeyd edir ki, hazırkı işin müəyyən edilmiş halları da bu işə münasibətdə xüsusi və ədalətli yanaşmanı zəruri edir.
72. Belə ki, hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı yalnız normanın nəzərə alınması həddən artıq formalizmə səbəb olmaqla, ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. Ona görə də normanın tətbiqi zamanı qanunvericinin məqsədi, hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»).
73. Dövlət tərəfindən şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin mənəvi və maddi ehtiyaclarının ödənilməsi üçün müntəzəm olaraq tədbirlər həyata keçirilir. Belə çoxsaylı tədbirlərdən biri də Dövlətimizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşu uğrunda şəhid olanların ailələrinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə hər şəhid ailəsinə hər şəhidə görə ayda 600 manat məbləğində Prezident təqaüdünün verilməsidir.
74. Bu ödənişin hüquqi təyinatı və məqsədi şəhidlərin birgə təsərrüfat şəraitində yaşadıqları ailə üzvlərinin məhrum olduqları mənəvi və maddi zərərin mümkün qədər azaldılmasıdır.
75. İddiaçı tərəfin həm cavabdeh inzibati orqana, həm də məhkəməyə təqdim etdiyi sənədlərlə X27 X12 münasibətdə valideynlik hüquq və vəzifələrini həyata keçirmədiyi, onunla bir yaş yarımından birgə təsərrüfat şəraitində yaşamadıqları, təxminən 20 il ərzində ata olaraq övladının hər hansı maddi və mənəvi qayğısını çəkmədiyi, tələbatını ödəmədiyi müəyyən edilmişdir.
76. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, sırf X10 doğum haqqında şəhadətnaməsində valideyn (ata) qrafasında X27 adının qeyd edilməsi halından çıxış edilərək şəhidlə ata-övlad bağlılığı olmayan, onunla birgə təsərrüfat aparmayan, uzun illər əvvəl münasibətləri qopan bir şəxsin dövlətin həmin şəhidin ailə üzvünə verdiyi təminatdan (təqaüddən) istifadə etməsi ədalətli deyildir və bu halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olur.
77. Digər tərəfdən, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları"na görə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir. X5 şəhid ailəsi üzvünün vəsiqəsini almadığı və cavabdeh orqana təqdim etmədiyi iş materialları ilə müəyyən olunur.
78. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
79. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
80. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. X30 şəhid ailəsinin üzvü kimi ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün dayandırılması barədə qərar qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva