Məhkəmə qərarları › İş №2-1(114)-127/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-127/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-127/2024 01.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı İİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 55 nömrəli qərarına iddiaçının “Baş beynin qapalı travması, başın sağ ənsə nahiyyəsinin çapılmış qəlpə yarası, asteno-nevrotik sindrom” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. İddiaçı ilkin olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2006-cı il tarixdə 1 il müddətinə üçüncü dərəcə, daha sonra eyni səbəbli əlaqə ilə xx.xx.2007-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2008-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2009-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2010cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (DSMF-nun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q-1301/2024 nömrəli məktubuna əlavə edilmiş TSEK-in müayinə aktlarından çıxarışlar).

3. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S09 - Başın digər və dəqiqləşdirilməmiş travmaları => S09.8 - Başın digər də...; Diaqnozun mətni: Başın digər dəqiqləşdirilmiş travmaları, keçirilmiş qapalı kələ beyin travmasının qalıqları Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar.ifadəli asteno-nevrotik vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir.

4. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə **********3 nömrəli qərar qəbul edilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 1328 nömrəli Həkim Psixiatr Komissiyasının rəyində İddiaçı diaqnozu “Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə (F 07.0) kimi qeyd edilmişdir.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-1965/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı hər hansı növ pensiya təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. Vətəndaşa “Sosial ödənişlərin” altsisteminə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək İİ qrup əlilliyə görə sosial müavinət, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək İİ qrup müharibə əlillərinə Azərbaycan Respublikası Prezdidentinin təqaüdü təyin edilmiş və ödənilmişdir.

7. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T651/2023 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma-088 göndərişində qeyd edilən “Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, keçirilmiş KBTdan sonrakı ensefalopatiya, qıcolma tutmaları və güclü asteno-nevrotik vəziyyət, sol bud sümüyünün orta 1/3-nin və sağ bud sümüyünün burmalardan keçən qapalı yerdəyişmiş sınığı, sol bud sümüyü boynunun yerdəyişmiş qapalı sınığı, sol almacıq sümüyünün qapalı sınığı, baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, xəstəliyin müalicəsi dinamikasına uyğun aparıldığından onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuşdur. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofimksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmadı. Həmin diaqnozla əlaqədar hazırda onun əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur, lakin ehtiyac yarandığı halda müalicəyə cəlb oluna bilər. II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona hüququ yarandığı 03 oktyabr 2021-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 1-ci Qarabağ müharibəsinin ən ağır döyüşlərində iştirak edən zaman travmalar (keçirilmiş qapalı kəllə beyin travmasının qalıqları, digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, ifadəli asteno-nevrotik vəziyyət, hadisə nəticəsində başın digər dəqiqləşdirilmiş travmaları, keçirilmiş qapalı kəllə beyin travması) almışdır. Yaddaşı pozulmuşdur. Başında gözlə görünən yaralar və 3 böyük şiş var. Yaddaş pozuntusunun artması ilə əlaqədar, artıq hərəkəti azalıb. Bununla əlaqədar olaraq o, tibbi müayinələrdən keçmişdir. Bu barədə tibb qeydiyyatında olduğu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tovuz rayon xəstəxanası tərəfindən Forma 88 hazırlanıb, 2005-ci il tarixdə ona 3-cü əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyasına göndəriş təqdim edilmiş və 2006-cı ildə 2-ci qrup əlillik təyin edilmişdir. Tibbi Sosial Ekspertiza Komissiyası əlillik dərəcəsinin təyin edilməsi barədə 2016-cı il tarixdə yenidən baxaraq əlillik müddətini yenidən daha 5 il artırmışdır. Amma 2021-ci ildə 0321003AAPV3 Forma 88 komisiya tərəfindən baxılıb və qanunsuz olaraq imtina verilmişdir. O, həmin tarixdən bugünədək əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar müraciətlər etmiş, lakin nəticəsi olmamışdır. 03 oktyabr 2021-cı il tarixdə ona əlillik dərəcəsinin təyin olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyasına № 0321003AAPV3 saylı göndəriş təqdim etdikdən sonra qanunvericiliyə uyğun olaraq müddətsiz əlillik təyin edilməli olduğu halda qanunsuz imtina verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi poçt vasitəsi ilə qanunsuz imtina verərək ona 03 oktyabr 2021-ci il tarixdə əlillik təyin edilmədiyi səbəbindən əlillik hüququnun yarandığı tarixdən yəni 03 oktyabr 2021-cı ildən nəzərə alınmalı, ona əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdehə fasiləsiz müraciətləri vardır ki, hüququnun yarandığı tarixdən yəni 03 oktyabr 2021-cı ildən əlillik dərəcəsi təyin edilməlidir.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4290/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddət bərpa edilmişdir.

15. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tovuz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

20. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

21. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2021-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

23. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

24. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş qapalı KBT-dan sonrakı ensefalopatiya, qıcolma tutmaları və güclü osteno-nevrotik vəziyyət.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş KBT- dan sonrakı ensefalopatiya, qıcolma tutmaları və güclü ostenonevrotik vəziyyət. Sol bud sümüyünün orta 1/3-nin və sağ bud sümüyününü burmalardan keçən qapalı yerdəyişmiş sınığı, sol bud sümüyü boynunun yerdəyişmiş qapalı sınığı. Sol almacıq sümüyünün qapalı sınığı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş KBT- dan sonrakı ensefalopatiya, qıcolma tutmaları və güclü ostenonevrotik vəziyyət. Sol bud sümüyünün orta 1/3-nin və sağ bud sümüyününü burmalardan keçən qapalı yerdəyişmiş sınığı, sol bud sümüyü boynunun yerdəyişmiş qapalı sınığı. Sol almacıq sümüyünün qapalı sınığı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.8 - Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri; Diaqnozun mətni: Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri. Keçirilmiş KBT-sonrakı ensefalopatiya.Güclü asteno-nevrotik vəziyyət. Sol bud sümüyünün orta 1/3-nin və sağ bud sümüyünün burmalarından keçən qapalı yerdəyişmiş sınığı. Sol bud sümüyünün boynunun yerdəyişmiş sınığı. Sol almacıq sümüyünün qapalı sınığı. Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri; Meyar: 2,2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.8 - Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri; Diaqnozun mətni: Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri. Keçirilmiş KBT-sonrakı ensefalopatiya.Güclü asteno-nevrotik vəziyyət. Sol bud sümüyünün orta 1/3-nin və sağ bud sümüyünün burmalarından keçən qapalı yerdəyişmiş sınığı. Sol bud sümüyünün boynunun yerdəyişmiş sınığı. Sol almacıq sümüyünün qapalı sınığı. Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S09 - Başın digər və dəqiqləşdirilməmiş travmaları => S09.8 - Başın digər də...; Diaqnozun mətni: Başın digər dəqiqləşdirilmiş travmaları, keçirilmiş qapalı kələ beyin travmasının qalıqları Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar.ifadəli asteno-nevrotik vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən 20 aprel 2022-ci il tarixli, **********3 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Tovuz rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 55 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Bas beynin qapalı travması, basın sağ ənsə nahivvəsinin çapılmış qəlpə varası, asteno-nevrotik sindrom ” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başın sağ nahiyyəsindən travma aldığını, zəif eşitmədən və zəif görmədən şikayətlənsə də, başında çapıq qeyd edilməmişdir. Nevroloji statusda ocaqlı əlamətlər izlnilməmişdir. Təqdim etdiyi instrumental müayinələrin nəticələri, tibb müəssisələrindən verilən epikrizlərdə diaqnozlar və kliniki əlamətlərdə uyğunsuzluq qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair dair Əsasnamə” yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Müayinə olunan şəxs barədə elektron məlumatlar; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 1328 nömrəli Həkim Psixiatr Komissiyasının rəyi; - Ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışlar; - 02.05.2017-ci il tarixli 204075 nömrəli vəsiqə; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filailının xx.xx.2023-cü il tarixli 3-17-1/2-1965/2024 nömrəli cavab məktubu; - Müayinə aktından çıxarışlar; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - Ekspert rəyi; - DSMF-nun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q-1301/2024 nömrəli məktubuna əlavə edilmiş TSEK-in müayinə aktlarından çıxarışlar

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

27. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı ilkin olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2006cı il tarixdə 1 il müddətinə üçüncü dərəcə, daha sonra eyni səbəbli əlaqə ilə xx.xx.2007-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2008-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2009-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2010-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmış, növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021ci il tarixli göndərişi əsasında baxılmış və “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S09 - Başın digər və dəqiqləşdirilməmiş travmaları => S09.8 - Başın digər də...; Diaqnozun mətni: Başın digər dəqiqləşdirilmiş travmaları, keçirilmiş qapalı kələ beyin travmasının qalıqları Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar.ifadəli asteno-nevrotik vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə **********3 nömrəli qərar qəbul edilmişdir.

28. Göründüyü kimi, iddiaçıya xx.xx.2006-cı il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2007-ci il tarixdən etibarən isə fasiləsiz olaraq 14 il ikinci dərəcə əlilliyin təyin olunması təsdiq olunur.

29. İddiaçının əlilliyinin sonuncu dəfə qiymətləndirildiyi (istər tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdə, istərsə də həmin qiymətləndirmənin nəticəsi olan qərardan iddiaçının verdiyi şikayət əsasında əyani müayinəsinin keçirilərək, qərar qəbul edildiyi xx.xx.2022-ci il tarixdə) “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə qüvvədə olduğundan hazırkı mübahisənin həlli zamanı həmin Əsasnamənin müddəaları tətbiq olunmalıdır.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə görə: Bənd 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

31. Məhkəmə qeyd edir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən ikinci dərəcə əlillik tibbi göstəriş olan xüsusi hallarda və ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il ərzində təyin olunduğu halda müddətsiz təyin edilir.

32. Hazırkı işdə iddiaçı ona müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsini xahiş edir.

33. İş materialları ilə də iddiaçının 10 ildən artıq fasiləsiz ikinci dərəcə əlilliyinin olması təsdiq olunur.

34. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbləri pozulmaqla, iddiaçıya sonuncu dəfə təyin edilmiş ikinci dərəcə əlilliyin müddəti bitdikdən sonra (xx.xx.2021-ci il) göndəriş rəsmiləşdirilmədən müddətsiz əlillik təyin edilməli olduğu halda, edilməmişdir. Əksinə olaraq, xx.xx.2021-ci il tarixli göndəriş əsasında iddiaçının əliliyinin qiymətləndirilməsi xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş və diaqnoz əlilik əlaməti təyin etməməsi, xx.xx.2022-ci il tarixli əyani müayinə zamanı diaqnoz əlilik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya əlilik təyinatının aparılmasından imtina edilmişdir.

35. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

36. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

37. Göründüyü kimi, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün yenidən göndərişin tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. İkinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur

38. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2021-cü il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2021-cü il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar