Məhkəmə qərarları › İş №2-1(114)-1271/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1271/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1271/2023 26.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum atası X2 miras qalmış Gədəbəy rayonu, Qaramurad kəndində yerləşən 0.25 ha torpaq sahəsinə görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X5 iddiaçının atasıdır. Atası Ə.N.Qasımov 25 fevral 2021-ci ildə vəfat etmişdir. İddiaçı Sumqayıt "Asan xidmət" Mərkəzinin Notariat ofisinə mərhum atasına məxsus miras əmlakların qəbulu üçün müraciət etmiş, Sumqayıt Regional "Asan xidmət" Mərkəzi 24 may 2021-ci ildə 1439 saylı məktubla AR ƏMDK yanında DƏDRX-nin Gədəbəy rayon Ərazi İdarəsinə müraciət edərək mərhum X2 miras qalmış ünvan 1i ünvanında yerləşən əmlaka dair hüquqmüəyyənedici sənəd (çıxarış) verilməsi xahiş olunmuşdur. 11 saylı Şəmkir Ərazi İdarəsi 06 dekabr 2022-ci il tarixli, **********23 saylı məktubla iddiaçıya bildirilmişdir ki, "nəzərdə tutulan torpaq sahəsi örüş torpaq sahələrinin ərazisinə düşdüyündən yerquruluşu planından çıxarışın hazırlanması mümkün olmamışdır". İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki xx.xx.1969-cu il tarixli, 07/307 saylı arayış iddiaçı tərəfindən cavabdehə təqdim etmişdir. Həmin arayışda göstərilir ki, Gədəbəy rayonu, H.Aslanov adına kolxozun 05 iyul 1968-ci il tarixli, 7 №-li ümumi yığıncağının qərarı ilə mərhuma 0,25 ha torpaq sahəsi verilmişdir. Hesab edir ki, mərhum atası X2 miras qalmış ünvan 1i ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, valideynləri həmin sahədən 2005-ci ilədək istifadə etmişlər, həmin sahədə taxtadan yaşamaq üçün yararsız ev var. Sahənin ətrafı hər-hansı formada bağlanmamışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-1033/2023 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, İddiaçı mərhum atası X2 miras qalmış torpaq sahəsinə çıxarışın verilməsinə dair ərazi idarəsinə verdiyi ərizənin icrası ilə bağlı mütəxəssis tərəfindən araşdırma aparılarkən torpaq sahəsinin örüş torpaq sahələrinin ərazisinə düşdüyündən yerquruluşu planından çıxarışın hazırlanması mümkün olmamışdır. Ona görə də yaranmış uyğunsuzluğu nəzərə alaraq sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı vətəndaşın verdiyi ərizənizin icrasından imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş X4 İdarəsi tərəfindən verilmiş xx.xx.1969-cu il tarixli, 07/307 nömrəli məktubundan görünür ki, B.Qaramurad kəndindəki Həzi Aslanov adına kolxozun üzvü X3 adına kolxozun qaytanlınmış torpaq kitabında adına 0.25 ha həyətyanı torpaq sahəsi vardır, lakin həmin torpaq sahəsindən daimi istifadə etməmişdir və bu günə kimi yaşayış evi yoxdur, onun yaşayış vəziyyəti çətin olduğuna görə atası X1 artıq olan həyətyanı yerindən Ataxal kəndinə gedən yolun alt tərəfindən kolxozun istifadə etmədiyi yerdən ona 0.25 ha həyətyanı yerin verilməsi və yaşayış evi tikməsi barədə kolxozun kolxozçularının xx.xx.1968-ci il tarixli, 7 nömrəli ümümi iclas yığıncağı qərar vermişdir. -surəti işə əlavə edilmiş Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 339 nömrəli arxiv arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan sabiq "Həzi Aslanov" adına sovxozun Qaytanlanmış torpaq kitabının 340cı sıra sayında İddiaçı mərhum atası X3 adına 0.25 ha torpaq sahəsi qeyd olunmuşdur. - Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 07 nömrəli məktubda bildirilir ki, "Həzi Aslanov" adına kolxozun hər hansı torpaq sahəsinin yerləşmə yeri, planı və koordinatlarının müəyyən edilməsi barədə arxiv sənədləri Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin fond siyahısında aşkar olunmamışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, yuxarıda adı çəkilən müvafiq qərar əsasında iddiaçının mərhum atasına torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman sahənin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi əmr əsasında Ağstafa rayonu ərazisində istənilən torpaq sahəsinə iddia etmək mümkün olardı. İddiaçı müvafiq sənədlər əsasında atasına Gədəbəy rayonu, Qaramurad kəndinin ərazisindən 0.25 ha torpaq sahəsinin verildiyini iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından ayrılmış torpaq sahəsinin iddia olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini də müəyyən etmək mümkün deyildir. Beləliklə müəyyən olunur ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin atasına ayrılmış sahə ilə eyni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna olunur. Belə ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar