Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1271/2024 01.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məhdud Cəmiyyətli Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra mətndə 14 saylı Ərazi Vergilər İdarəsi) qarşı xx.xx.2023-cü il tarixli **********193400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı MMC-yə xx.xx.2010-cu il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, vergi ödəyicisi kimi 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır.
2. İddiaçı MMC ilə X3 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2022-ci il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqının məbləği 670 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
3. İddiaçı MMC ilə X10 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2022-ci il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 400 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
4. İddiaçı MMC ilə X25 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2022-ci il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 600 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
5. İddiaçı MMC ilə X20 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2022-ci il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 350 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
6. İddiaçı MMC ilə X14 arasında xx.xx.2021-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 670 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
7. İddiaçı MMC ilə X7 arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2022-ci il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 613 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
8. İddiaçı MMC ilə X16 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2022-ci il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 350 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
9. İddiaçı MMC ilə X29 arasında xx.xx.2016-cı il tarixli müddətsiz əmək müqaviləsi bağlanmış və müqavilədə aylıq əmək haqqı 1200 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
10. İddiaçı MMC ilə X21 arasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2019-cu il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 370 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
11. İddiaçı MMC ilə X8 arasında xx.xx.2020-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmış və müqavilədə aylıq əmək haqqı 500 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
12. İddiaçı MMC ilə X11 arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 400 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
13. İddiaçı MMC ilə Fasıh Gholamreza arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2019-cu il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 655 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
14. İddiaçı MMC ilə X17 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 400 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
15. İddiaçı MMC ilə X9 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 350 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
16. İddiaçı MMC ilə X2 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 500 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
17. İddiaçı MMC ilə X5 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü il tarixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 500 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
18. İddiaçı MMC ilə X4 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 350 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
19. İddiaçı MMC ilə X12 arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 400 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
20. İddiaçı MMC ilə Laylabaşova Alfina Mahmud qızı arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 350 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
21. İddiaçı MMC tərəfindən 2023-cü ilin 3-cü rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi təqdim edilmiş və bəyannamə hesabatında 2023-cü ilin 3-cü rübünün 1-ci, 2-ci və 3-cü ayları üzrə işçilərin faktiki iş günlərinin sayı, həmin günlərə müvafiq hesablanmış əmək haqqı, işçinin işləmədiyi günlərin səbəbi (işçinin ödənişsiz məzuniyyətdən istifadə etməsi, əmək müqaviləsinə xitam verilməsi və s.), işçilərinin ümumi sayı ilə yanaşı faktiki işə cəlb olunan işçilərin sayı qeyd edilmişdir.
22. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-yə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********264200 saylı uyğunsuzluq məktubu göndərilərək, MMC tərəfindən 2023-cü ilin 3-cü rübü üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin kameral vergi yoxlaması zamanı 902-ci Gəlirlər sətrinin 1ci ayı üzrə göstərilmiş 3.716,95 manat gəlirin məbləği, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 10.208,00 manat gəlir məbləğindən 6.491,05 manat az, 2-ci ayı üzrə göstərilmiş 3.229,86 manat gəlirin məbləği, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 9.553,00 manat gəlir məbləğindən 6.723,14 manat az və 3-cü ayı üzrə göstərilmiş 3.446,38 manat gəlirin məbləği, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 9.953,00 manat gəlir məbləğindən 6.506,62 manat az əks etdirildiyi müəyyən edilmişdir.
23. “X34 Kompleksi" MMC tərəfindən vergi orqanına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, uyğunsuzluq məktubunda qeyd edilən kənarlaşmanın əsas səbəbi müəssisənin fəaliyyətinin məhdudluğu ilə bağlı işə cəlb olunan işçilərin faktiki iş günlərinin az olması və bu səbəbdən onlara hesablanmış əmək haqqı məbləğlərinin də az olması ilə bağlıdır. Bu hallarla bağlı dəfələrlə kameral hesablamalara məruz qaldıqları üçün bütün işçilərlə bağlanmış əmək müqavilələri xitam olunmuş və işçilər işdən azad olunmuşdur. Misal üçün, əmək müqaviləsi ilə işə qəbul olunmuş Fasih Gholamrezanın qeyd edilən dövrdə portalda əmək müqaviləsi aktiv olsa da, onun iş icazəsi 2021-ci ilin sonundan bitdiyi üçün ona heç bir əmək haqqı və əmək haqqından sosial ayırmalar hesablanmır. ƏƏSMN-in Əmək müqaviləsi bildirişi bazasında qeyd edilən vəzifə maaşları ilə sosial ayırmaların hesablanması düzgün deyil. Çünki işçilərin əmək haqqı və ondan hesablanmış sosial ayırmalar faktiki iş günləri üzrə müəyyən olunur. xx.xx.2023-cü il tarixdə təqdim edilmiş bəyannamədə qeyd olunan işçi sayı və əmək haqqı məbləği müəssisənin faktiki fəaliyyəti üzrə göstəriciləridir. Odur ki, təqdim edilmiş bəyannamənin nəzərə alınması xahiş edilmişdir.
24. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********193400 saylı qərarına əsasən “X34 Kompleksi" MMC-yə 2023-cü ilin 3-cü rübü üzrə 5.916,25 manat əlavə vergi hesablanmışdır.
25. İddiaçı MMC-yə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********691700 saylı uyğunsuzluq məktubu göndərilmişdir.
26. “X34 Kompleksi" MMC tərəfindən vergi orqanına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, uyğunsuzluq məktubunda qeyd edilən kənarlaşmanın əsas səbəbləri barədə məlumat təqdim edilmiş bəyannamənin işçinin işləmədiyi günlər xanasında (məzuniyyət, xəstəlik, xitam və s.) təqdim olunmuşdur. Belə ki, oktyabr ayı üzrə müəssisənin əmək müqaviləsi üzrə ümumi işçi sayı 17 nəfər olsa da, faktiki iş günlərinin sayına münasibətdə işə cəlb olunan işçilərin sayı 13 nəfər, noyabr-dekabr ayları üzrə əmək müqaviləsi üzrə ümumi işçi sayı 6 nəfər olsa da, faktiki olaraq 2 nəfər işə cəlb olunmuşdur. Hesabatda da qeyd edildiyi kimi, iş günləri olmadığı üçün digər şəxslərə əmək haqqı hesablanmamışdır. ƏƏSMN-in Əmək müqaviləsi bildirişi bazasında qeyd edilən vəzifə maaşları ilə sosial ayırmaların hesablanması düzgün deyil. Çünki bütün hesablamalar işçilərin faktiki iş günlərinə uyğun olaraq aparılır. Misal olaraq, əmək müqaviləsi ilə işə qəbul edilmiş X22 oktyabr ayının 6-dan xəstəxanada olmaqla, bir gün belə işə gəlməmişdir. O, əməliyyat olunduğu üçün ayağında cərrahi əməliyyat aparılmış, daha sonra isə əlillik statusu almışdır. Odur ki, təqdim edilmiş bəyannamənin nəzərə alınması xahiş edilmişdir.
27. 14 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı MMC-yə ünvanladığı məlumatın nəzərə alınması barədə xx.xx.2024-cü il tarixli **********550700 nömrəli məktubunda bildirilmişdir ki, müraciətdə qeyd olunan məlumatlar 2023-cü ilin 4-cü rübü üzrə tərəflərindən təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatının) kameral yoxlanılması zamanı nəzərə alınmışdır.
28. Məhkəmənin sorğusuna 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********193800 nömrəli cavab məktubunda bildirilmişdir ki, "X34 Kompleksi" (VÖEN: **********) MMC tərəfindən 2023-cü ilin 3-cü rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatının) faktiki iqtisadi göstəricilərinə və ƏƏSMN-nin əmək müqaviləsi bildirişi bazasına uyğun olaraq təqdim edilmədiyi üçün yaranmış kənarlaşma barədə cəmiyyətə vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli, **********536800 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən 2023-cü ilin 3-cü rübü üzrə vergi orqanı tərəfindən MDSS haqlarının hesablanması zamanı ƏƏSMN-in Əmək müqaviləsi bildirişi bazası üzrə mövcud olan məlumatlar əsas götürülərək hesablama aparılmış və bu barədə vergi orqanının xx.xx.2023-cü il tarixli, **********193400 nömrəli Qərarı cəmiyyətə göndərilmişdir. Əlavə olaraq bildiririk ki, "X34 Kompleksi" (VÖEN: **********) MMC-nin 2023-cü ilin 3-cü rübü ərzində ƏƏSMN-nin əmək müqaviləsi bildirişi bazası üzrə mövcud olmuş 19 nəfər işçiyə əmək haqlarının ödənilib-ödənilməməsi barədə vergi orqanının uçot-baza məlumatlarında hər hansı bir məlumat mövcud deyildir. II. Məhkəmədə icraat
29. İddiaçı MMC cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimlinin hərəkətlərinin qeyri-qanuni hesab edilərək, İddiaçı MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” xx.xx.2023-cü il tarixli **********193400 saylı qərarının ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimlinin qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı MMC-yə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilərək İddiaçı MMC-yə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimli "X34 Kompleksi" MMC barəsində "vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə" xx.xx.2023-cü il tarixli **********193400 saylı qərar qəbul etmişdir. Qərara əsasən 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən aparılan kameral yoxlama nəticəsində müəssisənin Vergi Xidmətinə təqdim etdiyi bəyannamə üzrə hesablanmış 3.117,97 manat sosial sığorta və işsizlik sığortası əvəzinə, Vergi Xidməti 9.034,22 manat, yəni 5.916,25 manat əlavə hesablama etmişdir. Dəfələrlə müraciət etmələrinə baxmayaraq hər hansı bir əsas olmadan hesablanmış artıq 5.916,25 manatın ləğv edilməsi həyata keçirilməmişdir. Belə ki, müəssisənin fəaliyyətinin məhdudluğu ilə bağlı işə cəlb olunan işçilərin faktiki iş günlərinin az olması və bu səbəbdən onlara hesablanmış əmək haqqı məbləğlərinin də az olması ilə bağlıdır. Fəaliyyət olmadığı üçün bütün işçilərlə bağlanmış əmək müqavilələri xitam olunmuş və işçilər işdən azad olunmuşdur. Misal olaraq bir faktı qeyd edir ki, əmək müqaviləsi ilə işə qəbul olunmuş Fasıh Gholamrezanın qeyd olunan dövrdə portalda əmək müqaviləsi aktiv olsa da, onun iş icazəsi 2021-ci ilin sonunda bitdiyi üçün ona heç bir əmək haqqı və əmək haqqından olan sosial ayırmalar hesablanmır. Əmək və Əhalinin Sosial Sosial Müdafiəsi Nazirliyinin bazasında qeyd olunan vəzifə maaşları ilə sosial ayrılmaların hesablanması təbii ki, düzgün deyil. Çünki işçilərin əmək haqqı və ondan hesablanmış sosial ayırmalar faktiki iş günləri üzrə müəyyən olunur. Tərəflərindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş bəyannamədə qeyd olunan işçi sayı və əmək haqqı məbləği müəssisənin faktiki fəaliyyəti üzrə göstəriciləridir. Hesab edirlər ki, Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimlinin qeyri-qanuni hərəkətlərinə son qoyulmalı, xx.xx.2023-cü il tarixli **********193400 saylı qərar ləğv edilməli, artıq hesablanmış 5.916,25 manat şəxsi hesab vərəqəsindən silinməlidir. Eyni zamanda mütəmadi olaraq şirkətin fəaliyyətinə müdaxilələr nəticəsində hesablaşma hesablarından əməliyyatlara qoyulmuş sərəncamlar şirkətə 2022-2023-cü illər ərzində ziyan vurduğundan vəzifəli şəxs cavabdeh Zaur Mənsimlidən dəymiş ziyanın məbləği müəyyən edilərək şirkətə ödənilməsinə dair qərar qəbul edilməlidir.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
32. İddiaçı MMC məhkəməyə ərizə təqdim ünvanlayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimlinin hərəkətlərinin qeyri-qanuni hesab edilərək, İddiaçı MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” xx.xx.2023-cü il tarixli **********193400 saylı qərarının ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimlinin qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı MMC-yə dəymiş 4.000.000 (dörd milyon) manat maddi ziyanın İddiaçı MMC-yə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2024-cü il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
33. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı dəymiş 4.000.000 (dörd milyon) manat maddi ziyanın ödənilməsi tələbinə dair iş İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” xx.xx.2023-cü il tarixli **********193400 saylı qərarının ləğv edilməsi tələbinə dair işdən ayrıca icraata ayrılmışdır. III. İddianın növü və mümkünlüyü
34. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
35. Hazırkı iddia İPM-in 2.2.2-cü maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.
36. Mübahisələndirmə haqqında iddia növünə aid iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
37. Bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi aydınlaşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" haqqında xx.xx.2023-cü il tarixli **********193400 nömrəli qərarının ləğvi ilə bağlı iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, məhkəmə qanunda nəzərdə tutulmuş iddia müddətinin ötürülmədiyi və müddətlə bağlı mümkünlük şərtinin ödənilməsi qənaətinə gəlir.
38. Cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinin yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
39. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış ünvanını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmişdir, hazırkı işə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
40. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
41. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.
42. İddiaçının nümayəndəsi X13 və cavabdehin nümayəndəsi X6 məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
43. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
44. Etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2010-cu il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, həmin tarixdə əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün "Buğdanın becərilməsi"ndən ibarət olduğu, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 164 kv.m. olan "Restoran" adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********- 15001), Ağstafa rayonu, Vurğun ŞTQ ünvanda yerləşən ümumi sahəsi 3530.2 kv.m. olan "X34KOMPLEKSİ" adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********- 36001), Ağstafa rayonu, Vurğun ŞTQ ünvanda yerləşən ümumi sahəsi 21703 kv.m. olan "AQROPARK YEMƏKXANA" adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-36002) və ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 70 kv.m. olan "AQROMARKET" adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-36003) uçotda olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi İddiaçı tərəfindən 2023-cü ilin 3-cü rübü üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin kameral vergi yoxlaması zamanı 902-ci "Gəlirlər" sətrinin 1-ci ayı üzrə göstərilmiş 3.716,95 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 10.208,00 manat gəlir məbləğindən 6.491,05 manat az, 2-ci ayı üzrə göstərilmiş 3.229,86 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 9.953,00 manat gəlir məbləğindən 6.723,14 manat az və 3-cü ayı üzrə göstərilmiş 3.446,38 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 9.953,00 manat gəlir məbləğindən 6.506,62 manat az əks etdirildiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar İddiaçınə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********26420 saylı məktub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən kənarlaşmaların səbəbi barədə müvafiq izahat, uyğunsuzluq məktubunda qeyd olunan sənədlər və dəqiqləşdirilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməsi müəyyən edilmiş müddətdə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin 3-cü rübü üzrə ümumilikdə 5.916,25 manat əlavə MDSS, işsizlik və İTS məbləğləri hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********193400 saylı qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir.
45. İddiaçının nümayəndəsi X13 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, bildirmişdir ki, cavabdeh orqanın və DVX-nin digər səlahiyyətli orqanlarının bir sıra qərəzli hərəkətləri nəticəsində iddiaçı Cəmiyyətin fəaliyyətinə məhdudiyyət yaradıldığından işçilər tam ay boyunca işdə olmamışlar. İşçilərin işə cəlb olunduqları günlər üzrə əmək haqqı ödənilmişdir. Yəni, işçinin əmək müqaviləsində onun aylıq əmək haqqı əks olunmuş, lakin əməyin ödənilməsi norması kimi vaxtamuzd qeyd edilmiş və buna görə də faktiki əməyə cəlb olunduqları vaxta (günə) uyğun olaraq onlara əmək haqqı ödənilmiş, ödənilmiş əmək haqqına münasibətdə də MDSS, İTS və işsizlikdən sığorta haqları hesablanmışdır. Bu barədə bəyannamə hesabatında hər biri ayrılıqda qeyd edilməsinə baxmayaraq, vergi orqanı həmin məbləği deyil, işçilərin əmək müqaviləsində qeyd edilmiş aylıq əmək haqqı məbləğini əsas götürməklə, əlavə MDSS, İTS və işsizlikdən sığorta haqları hesablamışdır. Halbuki, işçilərə həmin məbləğlərdə ödəniş edilməmişdir. Cavabdeh orqan 2023-cü ilin 4cü rübü üzrə eyni halı (işçilərə faktiki iş günlərinə görə ödənilmiş əmək haqlarına uyğun olaraq ödənilmiş MDSS, İTS və işsizlikdən sığorta haqlarını) məktub əsasında nəzərə alsa da, həmin ilin 3-cü rübü üzrə həmin halı nəzərə almaqdan imtina edir. Odur ki, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
46. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclası zamanı iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
47. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, vergi orqanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş əmək müqaviləsi üzrə məlumatları əsas götürməklə, iddiaçı Cəmiyyətə MDSS, İTS və işsizlikdən sığorta haqları üzrə əlavə vergi məbləği hesablamışdır. İddiaçının 2023-cü ilin 4-cü rübü üzrə təqdim etdiyi bəyannamənin nəzərə alınmasının (qəbul edilməsinin) səbəbi uyğunsuzluq məktubundan sonra yeni bəyannamənin təqdim edilməsi olmuşdur.
48. Yekun məhkəmə qərarının elan edilməsi 01 noyabr 2024-cü il tarixə təxirə salınmışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
49. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqi şəxs haqqında məlumat; - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişləri; - “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********264200 saylı uyğunsuzluq məktubu; - “X34 Kompleksi" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu; - 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********193400 saylı qərarı; - “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********691700 saylı uyğunsuzluq məktubu; - “X34 Kompleksi" MMC-nin xx.xx.2024-cü il tarixli məktubu; - 14 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı MMC-yə ünvanladığı məlumatın nəzərə alınması barədə xx.xx.2024-cü il tarixli **********550700 nömrəli məktubu; - Məhkəmənin sorğusuna 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********193800 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
50. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
51. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, həmin tarixdə əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmışdır. MMC-nin əsas fəaliyyət növü "Buğdanın becərilməsi"ndən ibarətdir. Cavabdeh inzibati orqan vergi ödəyicisi İddiaçı tərəfindən 2023-cü ilin 3-cü rübü üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin kameral vergi yoxlaması zamanı 902-ci "Gəlirlər" sətrinin 1-ci ayı üzrə göstərilmiş 3.716,95 manat gəlirin məbləğinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 10.208,00 manat gəlir məbləğindən 6.491,05 manat az, 2-ci ayı üzrə göstərilmiş 3.229,86 manat gəlirin məbləğinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 9.953,00 manat gəlir məbləğindən 6.723,14 manat az və 3cü ayı üzrə göstərilmiş 3.446,38 manat gəlirin məbləğinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 9.953,00 manat gəlir məbləğindən 6.506,62 manat az əks etdirildiyini əsas gətirərək, qeyd edilən kənarlaşma ilə əlaqədar İddiaçınə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********26420 saylı məktub göndərmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən kənarlaşmaların səbəbi barədə müvafiq izahat, uyğunsuzluq məktubunda qeyd olunan sənədlər və dəqiqləşdirilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməsi müəyyən edilmiş müddətdə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin 3-cü rübü üzrə ümumilikdə 5.916,25 manat əlavə MDSS, işsizlik və İTS məbləğləri hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********193400 saylı qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir.
52. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanuni və əsaslı hesab edir.
53. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə: Maddə 16.1.1 və 16.1.3. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
54. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 11. Sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. Maddə 14.3.1. Sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. Maddə 14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Maddə 21. Məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər.
55. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa görə Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
56. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına görə, cavabdeh tərəfindən iddiaçıya münasibətdə 2023-cü ilin 3-cü rübü üzrə ümumilikdə 5.916,25 manat məbləğində əlavə hesablama aparılmışdır.
57. Cavabdeh iddia edir ki, "X34 Kompleksi" MMC tərəfindən 2023-cü ilin 3-cü rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatının) faktiki iqtisadi göstəricilərinə və ƏƏSMN-nin əmək müqaviləsi bildirişi bazasına uyğun olaraq təqdim edilmədiyi üçün, hesablanmış məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması qanunauyğundur.
58. Yəni, iddiaçı Cəmiyyət işçilərin faktiki işə cəlb olunduqları günlər üzrə onlara əmək haqqı hesablayaraq, ödəmiş və həmin məbləğlərə münasibətdə də MDSS, İTS və işsizlikdən sığorta haqları hesablayaraq, təqdim etdiyi bəyannamədə də həmin formada qeyd etmişdir.
59. Cavabdeh vergi orqanı isə həmin məbləği deyil, ƏƏSMN-nin əmək müqaviləsi bildirişi bazasına uyğun olaraq işçilərin əmək müqaviləsində qeyd edilmiş aylıq əmək haqqı məbləğini əsas götürməklə, əlavə MDSS, İTS və işsizlikdən sığorta haqları hesablamışdır.
60. Mübahisəyə dair iş üzrə materiallarda olan 14 saylı Ərazi Vergilər İdarəsinin məhkəmənin müvafiq sorğusuna verdiyi xx.xx.2024-cü il tarixli **********193800 nömrəli cavab məktubuna əsasən, "X34 Kompleksi"(VÖEN: **********) MMC-nin 2023-cü ilin 3-cü rübü ərzində ƏƏSMN-nin əmək müqaviləsi bildirişi bazası üzrə mövcud olmuş 19 nəfər işçiyə əmək haqlarının ödənilib-ödənilməməsi barədə vergi orqanının uçot-baza məlumatlarında hər hansı bir məlumat mövcud deyildir.
61. Məhkəmə hesab edir ki, “Sosial sığorta haqqında” Qanunun 14.2-ci maddəsinə görə, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edildiyinə görə ödənilməyən əmək haqqına görə məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının hesablanması əsassız sayılmalıdır.
62. Digər tərəfdən, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarına görə, cavabdeh vergi orqanı iddiaçı Cəmiyyət tərəfindən təqdim edilmiş 2023-cü ilin 3-cü rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi məlumatlarını deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş məlumatları əsas götürmüş, yəni iddiaçının istinad etdiyi halları – faktiki işə cəlb olunan işçilərə cəlb olunduqları günlərə görə ödənilmiş əmək haqqına münasibətdə hesablanmış MDSS, İTS və işsizlikdən sığorta haqlarının məbləği ilə razılaşmamışdır.
63. Lakin eyni hal üzrə iddiaçı Cəmiyyətin təqdim etdiyi 2023-cü ilin 4-cü rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi məlumatlarını qəbul etmişdir.
64. Belə ki, bəyannamədən sonra vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********691700 saylı uyğunsuzluq məktubu göndərilsə də, “X34 Kompleksi" MMC tərəfindən yeni bəyannamə təqdim edilməmiş, yalnız vergi orqanına xx.xx.2024-cü il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, uyğunsuzluq məktubunda qeyd edilən kənarlaşmanın əsas səbəbləri barədə məlumat təqdim edilmiş bəyannamənin işçinin işləmədiyi günlər xanasında (məzuniyyət, xəstəlik, xitam və s.) təqdim olunmuşdur. Belə ki, oktyabr ayı üzrə müəssisənin əmək müqaviləsi üzrə ümumi işçi sayı 17 nəfər olsa da, faktiki iş günlərinin sayına münasibətdə işə cəlb olunan işçilərin sayı 13 nəfər, noyabrdekabr ayları üzrə əmək müqaviləsi üzrə ümumi işçi sayı 6 nəfər olsa da, faktiki olaraq 2 nəfər işə cəlb olunmuşdur. Hesabatda da qeyd edildiyi kimi, iş günləri olmadığı üçün digər şəxslərə əmək haqqı hesablanmamışdır. ƏƏSMN-in Əmək müqaviləsi bildirişi bazasında qeyd edilən vəzifə maaşları ilə sosial ayırmaların hesablanması düzgün deyil. Çünki bütün hesablamalar işçilərin faktiki iş günlərinə uyğun olaraq aparılır. Misal olaraq, əmək müqaviləsi ilə işə qəbul edilmiş X22 oktyabr ayının 6-dan xəstəxanada olmaqla, bir gün belə işə gəlməmişdir. O, əməliyyat olunduğu üçün ayağında cərrahi əməliyyat aparılmış, daha sonra isə əlillik statusu almışdır. Odur ki, təqdim edilmiş bəyannamənin nəzərə alınması xahiş edilmiş və müraciətdə qeyd olunan məlumatlar 2023-cü ilin 4-cü rübü üzrə tərəflərindən təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatının) kameral yoxlanılması zamanı nəzərə alınmışdır (14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********550700 nömrəli məktubu).
65. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən eyni mühüm faktiki hallara dair rüblər üzrə müxtəlif qərarlar qəbul edilmiş və fərqli yanaşmanın səbəbləri əsaslandırılmamış, o cümlədən “ağlabat mütənasiblik” meyarına uyğunluğuna dair dəlillər gətirilməmişdir ki, bu da inzibati icraat haqqında qanunvericiliyin tələblərinə ziddir.
66. Belə ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununa görə: Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur... Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
67. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunsuz olaraq qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********193400 nömrəli qərar ləğv edilməlidir.
68. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
69. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə:
70. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********193400 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva