Məhkəmə qərarları › İş №2-1(114)-1275/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1275/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1275/2020 06.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı ölüm haqqında şəhadətnamənin verilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdehnə qarşı cavabdehin üzərinə xx xxxxxx 2020-ci il tarixdə ölmüş İddiaçı “Ölüm haqqında” şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə qardaşı X7 söyüd ağacından yıxılmış və Gəncə şəhər Mərkəzi Klinikasına aparılarkən ölmüşdür. Şəmkir rayon Prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X5, X3 ölümü ilə bağlı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Qərarda qeyd edilir ki, aparılmış yoxlama zamanı toplanmış materialla müəyyən edilmişdir ki, X1 rayonu, Könüllü kəndində yerləşən “Beşevlər qəsəbəsi” adlanan ərazidə ona məxsus olan ferma təsərrüfatında söyüd ağacı budayarkən qəflətən tarazılığını itirərək oradan yıxılmış və hadisə yerində ölmüşdür. Onun ölümü digər şəxs və ya şəxslərin qəsd və ya ehtiyyatsızlığı ilə hərəkət və ya hərəkətsizliy ilə əlaqədar olmamış və həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsinə müvafiq olaraq ehtiyatsızlıqdan adam öldürmə faktı olmamışdır. Ona görə də toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. O, mərhumun adına “Ölüm haqqında şəhadətnamə” verilməsi üçün şifahi qaydada Cavabdehnə müraciət etmiş, oradan bildirilmişdir ki, bunun üçün Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin Şəmkir rayon şöbəsindən ölüm haqqında tibbi rəy gətirilməlidir. Bununla bağlı “Cinayət işinin rədd edilməsi haqqında” qərarla Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin Şəmkir rayon şöbəsinin rəhbəri Namiq həkimə müraciət etmiş, o isə həmin qərara əhəmiyyətsiz sənəd kimi baxaraq, mərhum X3 adına ölüm haqqında tibbi rəy verməkdən imtina etmiş, imtinaya səbəb kimi, ölünün onlar tərəfindən yarılmadığını bildirmişdir. Nəticədə nə Cavabdehndən “Ölüm haqqında şəhadətnamə”, nə də Məhkəmə Tibbi Ekspetizasmdan ölüm haqqında tibbi rəy ala bilmişdir. Odur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ərizə göndərərək, Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin Şəmkir rayon şöbəsinə mərhum qardaşıX3 adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə nazirliyi “Məhkəmə Məhkəmə Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi tərəfindən ona ünvanlanmış 860 nömrəli, xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, hazırda qüvvədə olan təlimatlara əsasən, zorakı ölümlərdə insanın ölümünün səbəbi onun meyitinin xarici və daxili olmaqla, yalnız tam məhkəmə-tibbi müainəsi aparıldığı halda təyin edilir. Meyitin yalnız xarici müayinəsi əsasında ölümün səbəbinin təyininə və ’’Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsinə isə icazə verilmir. Həmin cavabı aldıqdan sonra, Cavabdehnə ərizə ilə müraciət edərək, mərhum qardaşı X6 “Ölüm haqqında şəhadətnamə” verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/Q-154 nömrəli məktubunda qeyd edilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, vətəndaş X3 vəfat etməsi barədə Şəmkir rayonu üzrə heç bir məlumat aşkar edilməmişdir. Odur ki, cavabdehin imtinasını əsassız hesab edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçının mərhum qardaşı X1 rayonu, Könüllü kəndində ağacdan yıxılaraq xx.xx.2020-ci il tarixdə vəfat etmiş, lakin şəxs barəsində tibbi şəhadətnamə tərtib olunmamışdır. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, mərhum qardaşı X6 “Ölüm haqqında” şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 8.5-ci maddəsinə əsasən maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 nömrəli qərarında göstərilmişdir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur (qərarın 9.1, 9.2, 9.3 və 9.4. bəndləri). “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun

39. maddəsinə əsasən insanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 41. maddəsinə əsasən ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında rəy ölənin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, eləcə də zəruri hallarda hüquq mühafizə orqanlarına verilir. Ölənin ailə üzvləri, onlar olmadıqda isə yaxın qohumları və ya qanuni nümayəndələri müvafiq profilli mütəxəssisi onun razılığı ilə patoloji-anatomik yarmanın aparılmasında iştirak etmək üçün dəvət edə bilərlər. Onların tələbi ilə qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə-tibb ekspertizası keçirilə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 1.1. bəndinə əsasən bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin ikinci hissəsinə əsasən insanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarlarını və qaydasını müəyyən edir. 4.1. bəndinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanatorkurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X2 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquqmühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3. bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.4. bəndinə əsasən aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; 4.5. bəndinə əsasən ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. 4.8. bəndinə əsasən şəhadətnamə həkim və ya feldşer tərəfindən doldurulur və tibb müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. Şəhadətnamə 3 (üç) nüsxədə tərtib olunur. Birinci nüsxə şəhadətnamə doldurulduğu gündən sonra 5 iş günü ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə təqdim olunmalıdır, ikinci nüsxə vəfat etmiş şəxsin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına verilir, üçüncü nüsxəsi isə onu verən tibb müəssisəsində saxlanılır. Şəhadətnaməni alan şəxs barədə məlumat, onun imzası və alınma tarixi şəhadətnamənin tibb müəssisəsində qalan nüsxəsində qeyd olunur. Şəhadətnamənin verilməsi üçün onu alan şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri təqdim etməlidir. Göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydası dəqiq müəyyən edilməklə şəhadətnamənin verilməsi səlahiyyətləri çərçivəsində tibb müəssisələrinə həvalə edilmişdir. Şəxs barəsində tibbi şəhadətnamə verilmədikdə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizə ilə mülki prosessual qanunvericiliyin müddəalarına uyğun olaraq məhkəməyə müraciət olunması, ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutların ərizəyə əlavə edilməsi, həmçinin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı halların (sübutların) göstərilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə şəxs barəsində - ölüm haqqında tibbi şəhadətnamə tərtib olunmamış, həmin sənəd inzibati orqana təqdim edilməmişdir. Bundan başqa, Cavabdeh xx.xx.2020-ci il tarixli, 05/Q-154 nömrəli məktubu imtina xarakterli inzibati akt deyildir və həmin məktub aralıq inzibati akt olmaqla, orqan öz səlahiyyətləri çərçivəsində qanunla nəzərdə tutulmuş qaydada ərizə ilə bağlı sənədlərintibbi şəhadətnamənin təqdim edilməsinin zəruri olduğunu bildirmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı ölüm haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı ölüm haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar