Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1278/2020 07.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X8 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X6rşı (üçüncü şəxs X4) torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 15 saylı X6rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayon XDS İcraiyyə Komitəsinin qərarı ilə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndinin ərazisindən ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasıöhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayon XDS İcraiyyə Komitəsinin qərarı ilə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndinin ərazisindən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün icazə verilmiş, bu məqsədlə həmin qurumun xx.xx.1991-ci il tarixli qərarına və “Şəfəq” sovxozunun xx.xx.1991-ci il tarixli 148 saylı əmrinə əsasən 0,12 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaqsahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmiş, imtinanın əsası kimi həmin torpaq sahəsinin elektron bazada başqa şəxsin mülkiyyətində olması bildirilmişdir. Belə ki, Tovuz rayon X3 xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən iddiaçıya ayrılan torpaq sahəsinə digər şəxsin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A 350127 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı iləX4 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onda həmin torpaq sahəsinin koordinatları barədə heç bir sənəd yoxdur, o 1993-cü ildə Rusiya Federasiyasına getmiş, 1996-cı ildə qardaşına pul göndərmiş, qardaşı orada ona 1 mərtəbəli ev tikmişdir, 2014-cü ilə kimi ev orada olmuşdur, 2014-cü ildə həmin evi tanımadığı adamlar sökmüş və yerində ev tikmişlər. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək bildirmişdir ki, elektron baza məlumatlarına əsasən aparılan araşdırma zamanı iddia edilən torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olması aşkar edilmişdir. Belə ki, Tovuz rayon X3 xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən digər şəxsin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A 350127 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Üçüncü şəxs X2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Tovuz rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 15 nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, Yuxarı Öysüzlü Sovetliyindən İddiaçı yaşayış evi tikdirmək üçün icazə verilmişdir. -Tovuz rayon Dövlət Arxivinin xx.xx.2014-cü il tarixli, 480 nömrəli arxiv arayışından görünür ki, Şəfəq üzümçülük sovxozunun rayon dövlət arxivində saxlanılan sənədlərində Tovuz rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 21 nömrəli protokol qərarına əsasən və Şəfəq sovxozunun xx.xx.1991-ci il tarixli 148 nömrəli əmri ilə Yuxarı Öysüzlü kənd sakini İddiaçı 0.12 ha həyətyanı torpaq sahəsinin verilməsi göstərilmişdir. -Tovuz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 160 nömrəli məktubunda Tovuz rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 21 nömrəli protokol qərarına əsasən və Şəfəq sovxozunun xx.xx.1991-ci il tarixli 148 nömrəli əmri ilə Yuxarı Öysüzlü kənd sakini İddiaçı 0.12 ha həyətyanı torpaq sahəsinin konturlarının rayon dövlət arxivinə təhvil verilmədiyi bildirilmişdir. -A 350127 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Tovuz rayon X3 xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən X2 2014.37 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. -AR ƏMDK yanında DƏDRX-nin 15 saylı X8 xx.xx.2020-ci il tarixli, **********66 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Tovuz rayon XDS İcraiyyə Komitəsinin qərarı ilə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndinin ərazisindən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün icazə verilmiş, bu məqsədlə Tovuz rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 21 nömrəli protokol qərarına əsasən və Şəfəq sovxozunun xx.xx.1991-ci il tarixli 148 nömrəli əmri ilə Yuxarı Öysüzlü kənd sakini İddiaçı 0.12 ha həyətyanı torpaq sahəsinin verilməsi qərar alınmışdır. İddiaçı qeyd edilən sənədlərə istinad edərək həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə iddia olunan torpaq sahəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsin mülkiyyətində olması təşkil etmişdir.Belə ki, Tovuz rayon X3 xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən iddia olunan torpaq sahəsinə dair X1 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A 350127 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Yuxarıda adı çəkilən müvafiq sənədlər əsasında iddiaçıya torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman onun döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd nə iddiaçıya, nə də rayon dövlət arxivinə təhvil verilməmiş. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi sənədlər əsasında Tovuz rayonu, Öysüzlü kəndi ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı hazırda üçüncü şəxs X1 mülkiyyətində olan torpaq sahəsinin məhz ona fərdi yaşayış evinin tikintisi kimi ayrılmış torpaq sahəsi olduğunu iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından iddiaçıya ayrılmış torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşüb-düşmədiyini də müəyyən etmək mümkün deyildir. Beləliklə iddiaçı iddia etdiyi torpaq sahəsinin ona məxsus olması faktını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri,torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi yuxarıda qeyd olunan tələblərdən hər-hansı biri iddiaçı tərəfindən yerinə yetirilməmiş, başqa sözlə tələb olunan sənədlər iddiaçı tərəfindən inzibati orqana təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X6rşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətindəGəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1278/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1278/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver