Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1278/2022 29.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Prezidentin təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-2017-ci illərdə döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə avtomobil manqa komandiri vəzifəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. 2011-ci ilin may ayının axırlarında hərbi hissənin döyüş təminatının həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə yük maşınının sürətlər qutusunu dəyişərkən qutunun ağırlığın qəflətən onun üzərinə düşməsi nəticəsində onurğa nahiyyəsindən kəskin ağrı hiss etmiş, zədə almağı barədə komandanlığa məruzə etməmişdir. İlk zamanda hər hansı fəsadlar aşkar özünü biruzə verməsə də qısa müddətdən sonra səhhətinin vəziyyəti kəskin şəkildə pisləşmişdir. Ağrılarla əlaqədar hadisədən bir ay sonra iyun 2011-ci ildə müalicə üçün hərbi hospitala göndərilmişdir. Müayinələr vaxtı “L4-L5 fəqərəarası diskin sağ sinir kökünü kompressiya edən posterolateral yırtığı diaqnozu təyin edilmişdir. Müalicə nəticəsində uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilərək xidmətdən buraxılmışdır. xx.xx.2018-ci il tarixdə mənə “hərbi xidmət dövrü ilə əlaqədar” 2-ci qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı ilə təltif olunmuşdur. Xidmətinin axırıncı 7 ilini düşmənlə təmas xəttində olan Qazax rayon düşmənlə həmsərhəd ərazilərində keçirmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı düzgün verilmədiyi üçün müraciət etmişdir ki, ona hərbi hissə komandirinin axırıncı dəfə verildiyi travma haqqında arayış nəzərə alınmaqla düzgün olan qərar verilsin, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası ona “Hərbi Travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qərarı verməkdən imtina etmişdir. Bu barədə məhkəməyə müraciət etmiş, məhkəmə ona Hərbi Travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qərarı verilməsini təmin etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 339 nömrəli qərarı ilə təmin edilmiş, xəstəlik diaqnozu 2011-ci ildən bu günədək eyni xəstəlikdir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinə müraciət etmiş, xəstəliyinin səbəb əlaqəsi dəyişdirilmiş və xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək 5 il müddətinə 2-ci qrup “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” əlillik təyin edilmişdir. Hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından xx.xx.2022-ci il tarixdən Prezident təqaüdü alır, lakin qanunla müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödəniləyən, yəni 2018-ci il tarixdən Prezident təqaüdü almaq hüququ yarandığı gündən “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarının 1.3-cü maddəsinə əsasən müraciət edilməzdən əvvəlki illər ödənilməklə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkündür. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 29 iyun 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialına qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2018ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üzrə müharibə əlilləri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün ödənilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 26 fevral 2022-ci il tarixli cavab məktubunda ona Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli, 823 nömrəli Fərmanına uyğun olaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək 350 (üç yüz əlli) manat məbləğində (Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ dərəcə əlillik) təqaüd təyin edildiyi bildirilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlillik təyin olunmuş və həmin tarixdən ona İİ dərəcə əlilliyə görə müavinət təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçının DTSERA-ya müraciəti əsasında ona “hərbi xidmət vəzifələrini yerinə yetirərkən” İİ dərəcə əlillik təyin olunmuşdur. Və bunun əsasında İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin Sosial ödənişlər altsisteminə əsasən xx.xx.2022-ci il tarixindən İİ dərəcə müharibə əlili kimi avtomatlaşdırılmış (proaktiv) qaydada təqaüd təyin edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Əlilllik” altsistemində qeyd olunmuş rekvizitlər əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin Sosial Ödənişlər altsistemi vasitəsilə xx.xx.2022-ci il tarixdən İddiaçı İİ dərəcə müharibə əlili kimi avtomatlaşdırılmış (proaktiv) qaydada Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli, 823 nömrəli Fərmanına uyğun olaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2027ci il tarixədək 350 (üç yüz əlli) manat məbləğində təqaüd təyin edilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid şəxsiyyət vəsiqəsinin və xx.xx.2015-ci il tarixli, 009145 nömrəli vəsiqənin surəti, xx.xx.2002-ci il tarixli, AO ******* nömrəli hərbi biletin surəti, xx.xx.2018-ci il tarixli, 611 nömrəli arayışın surəti, elektron məlumatların surətləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 339 nömrəli qərarının surəti, xx.xx.2017-ci il tarixli, 2166 nömrəli “xəstəlik haqqında” şəhadətnamənin surəti, xx.xx.2019-cu il tarixli, 10398 nömrəli məktubun surəti, Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)-1417/2018 nömrəli məktubunun surəti, çıxarış epikrizinin surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubunun surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1517/2021 saylı qərarından görünür ki, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X7 rayon şöbəsinə qarşı Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni xx.xx.2016-cı il tarixdən - xx.xx.2019-cu il tarixədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)- 1499/2019 nömrəli (sədrlik edən hakim Rüfət Məcidov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(107)-123/2020 nömrəli (hakimlər Mübariz Hüseynov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Vəzirxan Məlikov) qərarı ilə iddiaçı Elnur Sadəm oğluƏfəndiyevin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsininxx.xx.2019-cu il tarixli, 2-1(84)-1499/2019 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilərək iddianın təmin edilməsi, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun üzərinə iddiaçı Elnur Sadəm oğluƏfəndiyevə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün müharibə əlil kimi təyin edilən Azərbaycan Respublikası Prezidenti təqaüdünün ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)- 123/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti sözü gedən qərarla təmin olunmamış, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-123/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarında qeyd olunmuşdur ki, cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçıya Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsinə əsas Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə birinci dərəcə əlillik təyin edilməsi olmuşdur. Başqa sözlə, iddiaçının Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ ona birinci dərəcə əlillik təyin edildiyi andan, yəni xx.xx.2019-cu ildən yaranmışdır. Belə olan halda, iddiaçıya AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması" Qaydalarının 1.4- cü maddəsinə uyğun olaraq məhz xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi və ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 1-ci qrup əlillik təyin edilsə də, iddiaçıya qeyd edilən tarixdən əvvəlki dövrdə 1-ci dərəcəlik əlillik ümumi xəstəlik səbəbindən təyin edilmişdir. Ağsu rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 2(016)- 1475/2018 saylı qətnaməsi ilə iddiaçının may 1992-ci ildən aprel 1993-cü ilə kimi N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməsi faktı müəyyən edilmişdir. Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 228 nömrəli qərarında göstərilmişdir ki, "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdir”. Azərbaycan Respublikası “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği Fərmanın 1-ci bəndinə uyğun olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 11.2.1-ci maddəsinə əsasən əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin şəxslər müharibə əlilləri hesab olunurlar. Bu baxımdan Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanına əsasən həmin təqaüdün təsis edildiyi vaxtdan təqaüd almaq hüququ istisna etmir. İddiaçıya münasibətdə isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 1-ci qrup əlilliyin yaranma səbəbləri hələ 1992-1993-cü illərdə baş vermiş, bu faktlar işdə olan sübutlarla öz təsdiqini tapmışdır ki, iddia olunan təqaüdlə bağlı Fərman xx.xx.2008-ci il tarixdən qanuni qüvvəyə minmişdir. Yuxarıda qeyd olunduğu kimi iddiaçıya əlillik xx.xx.2022-ci il tarixdən “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” 2-ci qrup əlillik təyin edilsə də, əlilliyin yaranma səbəbləri hələ 1992-1993-cü illərdə baş vermiş, bu faktlar işdə olan sübutlarla öz təsdiqini tapmışdır ki, iddia olunan təqaüdlə bağlı Fərman xx.xx.2008-ci il tarixdən qanuni qüvvəyə minmişdir. İddiaçının tələbinin “fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri analitik hesablamalara əsaslanmış konkret rəqəmlərlə əks edildiyindən pensiya xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında aparılmasını şübhə altına qoymuş olur. Birdəfəlik ödəmələrin məbləği xeyli miqdarda olduqda pensiya, müavinət və təqaüd almaq hüququ olan digər vətəndaşların təminat hüququ pozulmuş olur. Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyətinin təşkili hakimiyyətin bölgüsü prinsipi əsasında həyata keçirilir. Həmin maddənin 4-cü hissəsinə əsasən - Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Odur ki, məhkəmə işin faktiki hallarını və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, yəni cavabdehin üzərinə xx.xx.2018-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi ödənilməmiş Prezident təqaüdünün fərq məbləğinin iddiaçıya ödənilməsi öhdəliyi qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ödənilməmiş Prezident təqaüdü fərqinin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1278/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1278/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver