Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1279/2022 30.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixdən 2-ci qrup hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müddətsiz əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İşin faktiki halları: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1984-cü il tarixdə Qazax rayonun Fərəhli kəndində anadan olmuşdur. xx.xx.2018-ci il tarixdə Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinədən sonra “hərbi xidmət dövrü ilə əlaqədar” iddiaçıya “kardiomiopatiya, İdiopatik dilatasioon kardiomiyopatiya. Ürək çatışmamazlığı İİ dərəcə. Şmorle düyünləri (yırtıqları), L4 fəqərəsinin sağdan hissəvi laminektomiyası. L4-L5 fəqərəsinin residiv disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyəti” diaqnozu ilə beş il müddətinə (xx.xx.2023-cü ilədək) ikinci dərəcəli əlillik təyin edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-494/2021 nömrəli qərarı ilə 24 avqust 2017-ci il tarixli, 2166 nömrəli Xəstəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı “Ştatlı hərbi-həkim komissiyasının qərarı” dəyişdirilərək İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” kimi qeyd edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(104)-504/2021 qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2021- ci il tarixli 339 nömrəli qərarına əsasən, Qazax RHK tərəfindən 2002-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı oğlunun hərbi xidmət keçərkən 2011-ci ilin may ayında hərbi hissənin avtoparkında xidməti vəzifələrini yerinə yetirərkən aldığı travmanın nəticələrinə və hərbi xidmət zamanı müalicə olunduğu xəstəliklərin nəticələrinə görə xx.xx.2017-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının terapiya profilli hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərkən onda təyin edilmiş travmanın nəticəsi diaqnoz: “L4 fəqərəsinin sağdan hissəvi laminektomiyası, L4-L5 residiv disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət” (SHXÇDX-nin Qazax rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 95 nömrəli göndərişi, xx.xx.2021-ci il tarixli 812 nömrəli arayışı, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 579 nömrəli travma haqqında arayışı, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-494/2021 saylı qərarı, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il İ tarixli 2- 1(104)-504/2021 saylı qərarı, SQ BKH-dan verilmiş xx.xx.2017-ci il tarixli 2166 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir) ('HƏRBİ TRAVMADİR. HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ XİDMƏTİ VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” və hərbi xidmət dövründə aldığı xəstəlik - diaqnoz:” İdiopatik dilatasion kardiomiopiya. Ürək çatışmazlığı, İİ funksional sinif (SQ BKH-dan verilmiş xx.xx.2017-i il tarixli 2166 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir)” XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. SQ BKH-dan verilmiş xx.xx.2017-ci il tarixli 2166 nömrəli xəstəlik haqqında şəhadətnamədə xəstəliklərin hərbi-xidmətlə səbəb-əlaqəsi haqqında qərarı ləğv edilir. Qazax Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib olunmuş Forma 88 – 0236003AAJ4Z nömrəli göndərişə əsasən, iddiaçı xx.xx.2011-ci il tarixdən göndəriş verən müəssisədə qeydiyyatdadır və TSEK-ə göndəriş zamanı əsas diaqnozu XBT 10 kodu (X1 10-cu baxış) əsasən: əsas diaqnoz – M96.1 Digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom Bel fəqərələrinin osteoxondrozu. L4-L5 fəqərəarası diskin sağ sinir kökcüyünü kompressiya edən posterolateral yırtığına görə edilmiş (2011;2017) L4 hissəvi laminektomiya, L4-L5 fəqərəarası diskin residiv yırtığının çıxarılması əməliyyatından sonrakı vəziyyət; ağırlaşmaları - XBT 10-a uyğun olaraq: M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya ilə Diskogen radiklopatiya, daim kökcük ağrı sindromu ilə. Th12-L1, L1-L2, L4-L5, L5-S1 fəqərələrinin disklərin çox saylı protruziyalar; T88.8 Başqa rubrikalarda təsnif olunmayan cərrahi və terapevtik müdaxilələrin digər dəqiqləşdirilmiş ağırlaşmaları Laminektomiya defekti; G83.1 Aşağı ətrafların monoplegiyası. Sağ pəncənin parezi; R26.1 Paralitik yeriş Yeriş pozğunluğu Yanaşı xəstəlikləri: İ42 Kardiomiopatiya İdiopatik genişlənmiş kardiomiopatiya (KMP) İ50.0 Durğunluq ürək çatmamazlığı Xr.QDÇ-İV f/s. (LVEF-19%) İcbari Tibbi Sığorta üzrə X4 Ərazi Bölmələrini İdarəetmə X5 X6 Şəxsin Radiologiya şöbəsinin xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, iddiaçının müayinəsi nəticəsi - “Aorta divari sklerotik. Sol mədəcik və sol qulaqcıq ciddi dilatasiya. Sol mədəcik restriktiv tip diastolik disfunksiyası. LV-qlobal sistolik funksiyası aşağı. LVEF-19%. LV-ciddi diffuz hipokinetik. PH-yox. İVC-N. MV-AV-fibrotik. MR-İ-İİ dər. TR-İ dər. Müayinə nəzərə çarpan taxikardiya fonu. Puls-110 aritmiki. Müayinə zamanı tək-tək ekstrasistolar qeyd olundu. Məhkəmə mübahisəsi: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddianın təmin olunmasını, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 339 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilməsini və 2-ci qrup Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 5 il müddətinə təyin edilməsini cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəni məhkəməyə təqdim edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlilliyin siyasəti şöbəsini üçüncü şəxs cəlb edilməsindən çıxarılmasını, xx.xx.2022-ci il tarixdən 2-ci qrup hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müddətsiz əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-2017-ci illərdə döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə avtomobil manqa komandiri vəzifəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. 2011-ci ilin may ayının axırlarında hərbi hissənin döyüş təminatının həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə yük maşının sürətlər qutusunu dəyişərkən qutunun ağırlığının qəflətən üzərinə düşməsi nəticəsində onurğa nahiyyəsindən kəskin ağrı hiss etmiş, zədə alması barədə komandığa məruzə etmişdir. İlk zamanda hər hansı fəsadlar aşkar özünü biruzə verməsə də, qısa müddətdən sonra səhhətinin vəziyyəti kəskin şəkildə pisləşmişdir. Ağrılarla əlaqədar hadisədən bir ay sonra iyun 2011-ci ildə müalicə üçün hərbi hospitala göndərilmişdir. Müayinələr vaxtı “L4-L5 fəqərəarası diskin sağ sinir kökünü kompressiya edən posterolateral yırtığı diaqnozu” təyin edilmişdir. Müalicə nəticəsində uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilərək xidmətdən buraxılmışdır. Hazırda 2-ci qrup hərbi əlildir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə təltif olunub. Qeyd etmək istəyir ki, xidmətinin axırıncı 7 ilini düşmənlə təmas xəttində olan Qazax rayonun düşmənlə həmsərhəd ərazilərdə keçirmişdir. O, Müdafiə Nazirliyinin Məzrkəzi Hərbi Həkim Komissiyasının qərarı düzgün verilmədiyi üçün yenidən müraciət etmişdir ki, ona hərbi hissə komandirinin axrıncı dəfə verildiyi travma haqqında arayış nəzərə alınmaqla düzgün olan qərar verilsin, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası ona “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” qərarı verməkdən imtina etmişdir. Bu barədə Gəncə İnzibati Məhkəməyə müraciət etmiş, məhkəmə ona “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” qərarı verilməsini təmin etmiş, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 339 nömrəli qərarı ilə təmin edilmişdir. İddiaçı bildirir ki, xəstəlik diaqnozu 2011-ci ildən bu günədək eyni xəstəlikdir. Əlavə qeyd etmək istəyir ki, eyni diaqnozla və səhətində olan digər xəstəliklərlə bağlı bir çox vaxtlarda, bir çox xəstəxanalarda müalicələrdə olub, bu xəstəlik diaqnozuna əsasən əlilliyinin səbəb əlaqəsi dəyişdirilməli və 2-ci qrup xx.xx.2022-ci il tarixdən müddətsiz 2-ci qrup əlillik təyin edilməlidir. “Əlilliyin qiymətləndirilməsi Qaydası ”nın təsdiq edilməsi və “Tibbi sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarının 3.2, 3.3 maddələrinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunmalı, əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunmalı, əlillik müddəti halhazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-cı il tarix!ı 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nın 4.2-ci maddəsinə əsasən ikinci dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilməli və Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməli, başqa normativ hüquqi akt lur m qüvvəsi geriyə şamil edilməməlidir. Hazırda müraciəti ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdən 2-ci qrup hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müddətsiz əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi ilə bağlıdır. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hazırda ürəyindən (ürəyin dəyişdirilməsi) cərrahi əməliyyat olunmaq üçün növbəsini gözləyir. xx.xx.2022-ci il tarixdəki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz etmiş və bildirmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin tələblərinə əsasən iddianın təmin oluna bilməz. Cavabdeh sonrakı məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişlərdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında şahid qismində iştirak etmiş “Qazax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi – həkim nevropatoloq Şahid izahatında bildirmişdir ki, ixtisasca həkim nevropatolqdur və tibbi sosial ekspertiza komissiyasının üzvüdür. İddiaçıya 2017-ci ildə bel və digər şöbələrin fəqərəarası dislərinin radikulopatiya diaqnozu təyin edilmişdir. Lakin sonradan onun ürək əzələlərinin inkişafdan qalması nəticəsində ürək çatışmamazlığı, Kardiomiopatiya İdiopatik genişlənmiş kardiomiopatiya kimi əlamətlər yaranmışdır. Ürəyin LVEF səviyyəsi 19% göstəricidir ki, bu isə artıq sağalmaz xəstəlikdir. Ürəyin fəaliyyəti hər an dayana bilər. İddiaçının göndərişində həmin xəstəliklər əsas diaqnoz kimi göstərilməli idi. Məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi – Şəmkir filialının rəhbəri X2 izahatında bildirmişdir ki, əlillik təyin edilərkən göndərişdəki “ağırlaşmalar” əsas götürülür. Əgər yanaşı xəstəlik ağırlaşmalara səbəb olmursa, bu zaman nəzərə alınmır. İddiaçının əziyyət çəkdiyi və İcbari Tibbi Sığorta üzrə X4 Ərazi Bölmələrini İdarəetmə X5 X6 Şəxsin Radiologiya şöbəsinin verdiyi “Sol mədəcik restriktiv tip diastolik disfunksiyası. LV-qlobal sistolik funksiyası aşağı. LVEF-19%. LV-ciddi diffuz hipokinetik” diaqnoz xəstəliklərin beynəlxaq təsnifat koduna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4-cü bəndinə əsasən, ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi üçün tibbi əsasdır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun ürəklə bağlı xəstəliyi ağırlaşmadır. Bunun hansı səbəbdən göndərişdə yazılması barədə məlumatı yoxdur, ola bilsin texniki işçinin səhvidir. Hər bir halda bu barədə araşdırma aparacaqdır. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. ... - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. ... - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4-cü maddəsinə əsasən, tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: - 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”na əsasən: ... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: - 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; - 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); -1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; -1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; -1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçıya M96.1 Digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom Bel fəqərələrinin osteoxondrozu. L4-L5 fəqərəarası diskin sağ sinir kökcüyünü kompressiya edən posterolateral yırtığına görə edilmiş (2011;2017) L4 hissəvi laminektomiya, L4-L5 fəqərəarası diskin residiv yırtığının çıxarılması əməliyyatından sonrakı vəziyyət, M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya ilə Diskogen radiklopatiya, daim kökcük ağrı sindromu ilə. Th12- L1, L1-L2, L4-L5, L5-S1 fəqərələrinin disklərin çox saylı protruziyalar; T88.8 Başqa rubrikalarda təsnif olunmayan cərrahi və terapevtik müdaxilələrin digər dəqiqləşdirilmiş ağırlaşmaları Laminektomiya defekti; G83.1 Aşağı ətrafların monoplegiyası. Sağ pəncənin parezi; R26.1 Paralitik yeriş Yeriş pozğunluğu; İ42 Kardiomiopatiya İdiopatik genişlənmiş kardiomiopatiya (KMP); İ50.0 Durğunluq ürək çatmamazlığı Xr.QDÇ-İV f/s. (LVEF-19%) diaqnozları qoyulmuşdur. Həmin diaqnozlardan “İ50.0 Durğunluq ürək çatmamazlığı Xr.QDÇ-İV f/s. (LVEF- 19%)” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4.1-ci bəndinə əsasən ona ikinci dərəcə əlilliyin müddətsiz təyin olunması üçün əsasdır. Lakin cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixdə iddiaçıya “Kardiomiopatiya, İdiopatik dilatasion kardiomiyopatiya. Ürəj çatmamazlığı İİ dərəcə. L4 fəqərəsinin sağdan hissəvi laminektomiyası. L4-L5 residiv disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət” diqanozu ilə xx.xx.2027-ci il tarixədək ikinci dərəcəli əlillik təyin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. – 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir İş materiallarından görünür ki, iddiaçı barəsində göndəriş təqdim edildikdən sonra sonuncu TSEK tərəfindən ünvan 1 ünvanda yerləşən İcbari Tibbi Sığorta üzrə X4 Ərazi Bölmələrini İdarəetmə X5 X6 Şəxsin Radiologiya şöbəsinə müayinə üçün göndərilmiş, həmin şöbənin verdiyi “Sol mədəcik restriktiv tip diastolik disfunksiyası. LV-qlobal sistolik funksiyası aşağı. LVEF-19%. LV-ciddi diffuz hipokinetik” diaqnoz ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi üçün xüsusi hallardandır. Məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi də həmin diaqnozun nəzərə alınmalı olduğunu etiraf etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və əlilliyin təyinatı ilə bağlı qərarın dəyişdirilməsi, qiymətləndirmə aparıldığı 06 fevral 2022-ci il tarixdən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı 06 fevral 2022-ci il tarixdən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1279/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1279/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver