Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1279/2024 27.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları İddiaçı xx.xx.2013-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin İ00101465RAF nömrəli göndərişinə əsasən “ F 07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu.” diaqnozu əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. “ X7” nın 1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixli Kompyuterli EEQ müayinəsində qeyd edilmişdir ki, Nəticə- beyin qabığının oyanıqlığı ilə yanaşı tənzimləyici xarakterli pozulma qeyd edilir. Hər iki yarımkürənin qanla təchizi pozulmuşdur. HV-ya vaxtı orta strukturanın diensefal səviyyədə qıcıqlanması müşahidə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin stasionar xəstəlik tarixindən çıxarış vərəqəsində qeyd edilmişdir ki, özünə qapanma halları tez-tez baş verən qıcolma tutmaları qeyd olunur. Tutma baş verən zaman yeriməyində çətinliklər yaranır. Maraqları məhduddur, yaddaşı zəifdir.İntelekti bir qədər geridir. Emosional reaksiyaları adekvat deyil. Təfəkkürü primitivdir. Əhval-ruhiyyəsi çox aşağıdır. Şəxsiyyəti dəyişkəndir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli X2 Protokolunda qeyd edilmişdir ki, 1974-cü il təvəllüdlü İddiaçı Diensefal strukturların qeyri spesifik disfunksiyası üzərində billoteral –sinxron yavaş dalğalar fonunda mərkəzi təpə-alın paylarının mediobazal hissəsində paroksizmal meyllik aşkar olunur. Baş beyin qıcıqlanmaya meyllidir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 03/932 nömrəli məktubunda qeyd edilmişdir ki, 1974-cü il təvəllüdlü İddiaçı diaqnoz: “üzvi mənşəli şəxsiyyət pozuntusu. Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Tez-tez baş verən polimorf tipli qıcolma tutmaları nəzərə çarpan psixopatabənzər davranış özünə qəsd cəhdləri ilə” müayinə və müalicə olunması üçün Gəncə şəhəri Psixiatriya Xəstəxanasına göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının təqdim etdiyi məhkəmə sorğusuna cavab məktubu ilə müəyyən olunur ki, xx.xx.2013-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə ikinci qrup əlilliyə görə sosial müavinət təyin edilmiş və ödənilmişdir. II. Məhkəmədə icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 25 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və ona göndərişin imzalandığı 15 avqust 2023-cü il tarixindən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir keçirmiş olduğu kəllə beyin travmasının dayanıqlı vəziyyəti, tez-tez baş verən polimorf tipli qıc olma tutulmaları , nəzərə çarpacaq dərəcədə davranış özünə qəsd cəhdləri xəstəliyindən əziyyət çəkir. Ona xx.xx.2013-cü il tarixində ikinci qrup əlillik dərəcəsi təyin olunmasına baxmayaraq, sonradan təyin olunmuş əlillik dərəcəsi ləğv edilmişdir. Üç ildir ki, xəstəxanalarda stasionar müalicə olunmağına baxmayaraq keçirmiş olduğu kəllə beyin travmasının dayanıqlı vəziyyəti, tez-tez baş verən polimorf tipli qıc olma tutmaları, nəzərə çarpacaq dərəcədə davranış özünə qəsd cəhdləri xəstəliyi sağalmır. Dəfələrlə elektron daşıyıcı vasitəsi ilə əlillik dərəcəsi təyin olunması üçün cavabdehə müraciət etmiş müraciətindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın ona əlillik dərəcəsinin təyin olunmasından imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin qərarın rəsmi qaydada iddiaçıya təqdim edilməsi barədə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən, həmin imtina qərarında ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı üçün «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Goranboy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə eyni zamanda Şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; kompensasiya dövründə adaptasiya imkanları; sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi. Yuxarıda sadalanan halların iddiaçıda hansı dərəcədə olubolmaması üçün əyani müayinə qərardadı qəbul edilməsi və iddianın təmin olunmaması xahiş edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - “ X7” nın 1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixli Kompyuterli EEQ müayinəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin stasionar xəstəlik tarixindən çıxarış vərəqəsi, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli X2 Protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik M.C.Cavad-zadə adına Respublika Klinik Uroloji X1 barəsində tərtib etdiyi “X9”; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Goranboy Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarışı ; Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 03/932 nömrəli məktubu - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri. Əsaslandırma hissəsi: Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti X4 İ00101465RAF nömrəli göndərişinə əsasən “ F 07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu.” diaqnozu əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Halbuki, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, xx.xx.2013-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilən zaman diaqnozun mətni : keçirilmiş kəllə beyin travmasının dayanıqlı qalıq əlamətləri tez-tez baş verən polimorf tipli qıc olma tutmaları nəzərə çarpan psixopatabənzər davranış, özünə qəsd cəhdləri, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə əlillik dərəcəsi təyin edilmişdir. Məhkəmə sorğusu ilə təqdim edilən göndərişdə ( forma 88) müəyyən olunur ki, iddiaçı XBT 10 kodu F 07.0 üzvi mənşəli şəxsiyyət pozğunluğu diaqnozu ilə xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərində xəstəliyə görə ambulator müalicədə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixə qədər X5 stasionar müalicə almışdır. Hətta cavabdeh orqanın xx.xx.2014-cü il tarixli, xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli müayinəsinin nəticəsində də İddiaçı əyani müayinəsi zamanı diaqnozunun mətni “üzvi mənşəli şəxsiyyət pozuntusu. Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Teztez baş verən polimorf tipli qıcolma tutmaları nəzərə çarpan psixopatabənzər davranış özünə qəsd cəhdləri ilə” qeyd edilmişdir və həmin əyani müayinələrin nəticəsində qeyd edilmiş diaqnoza görə xx.xx.2013-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə ikinci qrup əlilliyə görə sosial müavinət təyin edilmiş və ödənilmişdir. Məhkəmə qeyd edir ki, xəstəlik tarixçəsindən çıxarışda da iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş , qiymətləndirmə zamanı İddiaçı “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu nəzərə alınmadan diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2 –ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. Hətta cavabdeh orqanın xx.xx.2014-cü il tarixli, xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli müayinəsinin nəticəsində də İddiaçı əyani müayinəsi zamanı diaqnozunun mətni “üzvi mənşəli şəxsiyyət pozuntusu. Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Tez-tez baş verən polimorf tipli qıcolma tutmaları nəzərə çarpan psixopatabənzər davranış özünə qəsd cəhdləri ilə” qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı 2013-cü il tarixindən “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozundan əziyyət çəkir. Cavabdeh orqan tərəfindən məhkəməyə daxil olan xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə eyni zamanda Şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; kompensasiya dövründə adaptasiya imkanları; sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi. Beləliklə, cavabdehin nümayəndəsinin də təqdim etdiyi eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2 –ci bəndində qeyd edilən qiymətləndirmə halının İddiaçı mövcud olması tibbi sənədlərlə tam əksini tapır. Belə ki, xx.xx.2013-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilən zaman diaqnozun mətni : keçirilmiş kəllə beyin travmasının dayanıqlı qalıq əlamətləri tez-tez baş verən polimorf tipli qıc olma tutmaları nəzərə çarpan psixopatabənzər davranış, özünə qəsd cəhdləri, üzvi mənşəli şəxsiyyət pozuntusu, diaqnozu ilə əlillik dərəcəsi təyin edilmişdir. Eyni zaman da , iddiaçı XBT 10 kodu F 07.0 üzvi mənşəli şəxsiyyət pozğunluğu diaqnozu ilə xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərində xəstəliyə görə ambulator müalicədə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər X5 stasionar müalicə almışdır. Eyni zamanda məhkəmənin sorğusu ilə təqdim edilən göndəriş ( forma 88) qeyd edilib ki, iddiaçının xx.xx.2023-cü il tarixli əyani həkim müayinəsi zamanı da iddiaçı verilən suallara natamam cavablar verib, tez-tez özündən çıxıb, hərəkətlərini idarə edə bilmir. Ailəsi ilə səbəbsiz dava edir. Yaxınları ilə ünsiyyətdə aqressiv və əsəbidir. Bələdliyi saxlanılıb.Əhval ruhiyyə fonu dəyişkəndir. Emosional reaksiyaları qeyri-adekvatdır. Meyl və maraq dairəsi məhduddur, diqqəti öz şəxsiyyətinə yönəlmişdir. İntelelktin səviyyəsi aldığı təhsilə uyğundur. Gündəlik öhdəliklərini yerinə yetirə bilmir. Yuxusu pozulub, dərmanlarla yatır. Beləliklə məhkəmə sorğusu ilə əldə edilmiş iddiaçıya aid tibbi sənəndlər və göndəriş (forma 88) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2 –ci bəndində qeyd edilən qiymətləndirmə halının İddiaçı mövcud olması hətta eyni diaqnozla ona xx.xx.2013-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2014cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilən zaman diaqnozun mətni öz təsdiqini tapmışdır və bütün tibbi sənədlərdə iddiaçının diaqnozunun mətni “Üzvi mənşəli şəxsiyyət pozuntusu” keçirilmiş kəllə beyin travmasının dayanıqlı qalıq əlamətləri tez-tez baş verən polimorf tipli qıc olma tutmaları nəzərə çarpan psixopatabənzər davranış, özünə qəsd cəhdləri qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə daxil olan xx.xx.2023-cü il tarixli etiraz məktubunda üzvi mənşəli şəxsiyyət psixi pozuntu əsaslarının iddiaçıda hansı dərəcədə olub-olmaması üçün əyani müayinə qərardadı qəbul edilməsini xahiş etsədə həmin cümlənin ardı ilə gələn son cümlədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir ki, bu da cavabdehin etirazının ziddiyyətli olmasına əsas verir. Halbuki, cavabdeh orqan tərəfindən iddiaçıya 2013-cü il tarixdən təyin edilən əlillik dərəcəsi ikinci dərəcə olmuş və bütün illərdə ikinci dərəcə əlillik dərəcəsi təyin edilən zaman diaqnozun mətnində “psixopatabənzər davranış, özünə qəsd cəhdləri “ qeyd olunmuşdur ki, bu da iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın nın 7.6.2.2 –ci bəndində ( həmin bənddə də tez-tez kəskinləşən psixotik epizodlar və təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri) əsasən ikinci dərəcə əlillik təyinatına əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Hazırkı işdə iddiaçı “ üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozundan əziyyət çəkdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2 –ci bəndinə istinad edərək, ona müddətli ikinci dərəcə əlilliyin təyin edilməsini xahiş edir. İş materialları ilə iddiaçının “ üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozundan əziyyət çəkdiyi təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona ikinci dərəcə müddətli əlillik təyin edilməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Cavabdeh orqan tərəfindən məhkəməyə daxil olan xx.xx.2023-cü il tarixli etiraz məktubunda üzvi mənşəli şəxsiyyət psixi pozuntu əsaslarının iddiaçıda hansı dərəcədə olub-olmaması üçün əyani müayinə qərardadı qəbul edilməsini xahiş etsədə həmin cümlənin ardı ilə gələn son cümlədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir ki, bu da cavabdehin etirazının ziddiyyətli olmasına əsas verir. Halbuki, cavabdeh orqan tərəfindən iddiaçıya 2013-cü il tarixdən təyin edilən əlillik dərəcəsi ikinci dərəcə olmuş və bütün illərdə ikinci dərəcə əlillik dərəcəsi təyin edilən zaman diaqnozun mətnində “ psixopatabənzər davranış, özünə qəsd cəhdləri “ qeyd olunmuşdur ki, bu da iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın nın 7.6.2.2 –ci bəndində ( həmin bənddə də tez-tez kəskinləşən psixotik epizodlar və təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri) əsasən ikinci dərəcə əlillik təyinatına əsas verir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə 25 avqust 2023-cü il tarixli qərarı ləğv edilməli, İddiaçı göndərişin imzalandığı 15 avqust 2023-cü il tarixindən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 25 avqust 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı göndərişin imzalandığı 15 avqust 2023-cü il tarixindən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1279/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1279/2024
27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver