Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1280/2022 17.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğvi, 3-cü dərəcə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi və pensiya ödənilməsi üçün həmin qərarın aidiyyəti orqana göndərilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, əlilliyin müəyyən edilməsindən imtinaya dair Tibbi-Sosial Ekspert Komissiyasın xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, onun barəsində xx.xx.2022-ci il tarixli 3-cü dərəcə müddətsiz əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi və pensiyanın ödənilməsi üçün həmin qərarın Azərbaycan Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə avtoqəza nəticəsində travma almış və splektomiya və onikibarmaq bağırsağın hissəvi rezeksiyasından sonrakı vəziyyət, sol tərəfli hidronefroz X3 2-ci dərəcə, sol bud sümüyünün qapalı sınığı, sol bud sümüyünə metal plastika qoyulması diaqnozu ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 21 dekabr tarixli 678 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” 2-ci dərəcə əlillik müəyyən edilmişdir. Bundan sonra, Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı splektomiya və 12 barmaq bağırsağın hissəvi rezeksiyasından sonrakı vəziyyət, sol tərəfli hidronefroz X3 2-ci dərəcə, sol bud sümüyünün qapalı sınığı, sol bud sümüyünə metal plastika qoyulması diaqnozu ilə 3-cü dərəcə müddətsiz əlillik müəyyən edilmişdir. Daha sonra, 2015-ci ildə sağ börəyin nefroktomivası əməliyyatı keçirilmiş və Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə “Digər dəqiqləşdirilməmiş hidronefrozlar, sağ böyrəyin hidrofefrozu 3-cü mərhələ, böyrək fəaliyyətinin tam itməsi, nefroktomivadan sonrakı vəziyyət. Xroniki böyrək xəstəliyi, Xroniki börək çatışmazlığı, Xroniki qaraciyər çatışmazlığı, digər kəskin virus hepatitləri “C” virus hepatit. Onikibarnıaq bağırsağın xorası, xroniki və ya dəqiqləşdirilməmiş deşilmə ilə splenektoniya və onikibarmaq bağırsağın hissəvi rezeksiyasından sonraki vəziyyət. Bud sümüyünün sınığı” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.8-ci bəndinə əsasən nefroktomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinci-ikinci dərəcəli X3 ilə 2-ci dərəcə əlillik müəyyən edilmişdir. Bu müddət ərzində iddiaçının səhhətində daha da ağırlaşmalar olmuş, müxtəlif tarixlərdə stasionar qaydada müalicə alsa da səhhətində yaxşılaşma olmamışdır. Sonuncu dəfə xx.xx.2022-cİ il tarixdən xx.xx.2022-ci i! tarixədək Akademik M.C.Cavad-zadə adına Respublika kliniki uroloji xəstəxanasında stasionar qaydada müayinə olunmuş və “Vahid qalmış sol böyrək, xroniki pielonefrit, xroniki böyrək xəstəliyi İİ mərhələ” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.5.22-ci bəndinə əsasən “Nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinci dərəcəli X3 ilə (Q60, N18-N18.9);” diaqnozu ilə 3-ci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi müəyyən edilmişdir. Sonuncu dəfə TSEK tərəfindən əlilliyin qiymətləndirilməsi xx.xx.2016-cı il tarixdə həyata keçirilmiş və əlillik müddəti 5 illik xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdən sonra 6 ay müddət keçmədən əlilliyin qiymətləndirməsi üçün Forma 88 xx.xx.2022-ci il tarixdə altsistemə yüklənmiş və qiymətləndirmənin keçirilməsinin son müddəti də xx.xx.2022-ci il tarix olmaqla 6 ay müddət ötürülməmişdir. Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (Forma 88) xx.xx.2022-ci il tarixdə altsistemə yükləndikdən sonra TSEK xx.xx.2022-ci il tarixdə əlilliyin müəyyən edilməsi barədə qərar qəbul etməli və həmin qərarı əlilliyə görə əmək pensiyasının ödənilməsi üçün ƏƏSMN-yi yanında DSMFna göndərməli idi. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə əlilliyin müəyyən edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı tamamilə əsassızdır, həmin qərar ləğv edilməli və xx.xx.2022-ci il tarixli olmaqla 3-cü dərəcə müddətsiz əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi və pensiyanın ödənilməsi üçün həmin qərarın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi öhdəliyi Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. İddiaçının vəkili X5 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarında qeyd edilmiş indekslə iddiaçıya səhiyyə müəssisəsi tərəfindən verilmiş indekslər üst-üstə düşür, ona görə də iş üzrə mütəxəssis rəyi olmadan da iddiaçıya 3-cü dərəcə əlillik təyin edilməsi mümkündür. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyətinə Gəncə A.Səhhət adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "X1: XİV Sinif - Sidikcinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnozun mətni: Yeganə sol böyrəyin xroniki pielonefriti tez-tez kəskinləşmələrlə. Sol böyrəyin daş xəstəliyi Nefrogen hipertenziya. Sağ böyrəyin nefroektomiyadan sonrakı vəziyyəti (2011). Spilenoektomiya. Xroniki böyrək çatmamazlığı İl dərəcə. Anemiya. Oniki barmaq bağırsağın hissəvi rezeksiyadan sonrakı vəziyəti. Kəskin virus hepatiti C. Qaraciyər çatışmazlığı. Sol bud sümüyünün sınığından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı vardır" səbəbi ilə imtina verilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti işə əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2015-ci il tarixli, xxxxxxx0001 nömrəli məlumatdan görünür ki, İddiaçı 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli məlumatından görünür ki, İddiaçı ikinci dərəcə əlillik 5 il müddətinə uzadılmışdır. -surəti işə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, İddiaçı “N11 Xronik tubulointerstisial nefrit, Vahid qalmış sol böyrək. Xroniki pielonefrit. Xroniki böyrək xəstəliyi ll mərhlə. Nefrogen hipertenziya. Nefrogen hipertenziya. Anemiya.Splenektomiya.12 barmaq bağırsağın hissəvi rezeksiyadan sonrakı vəziyəti. Kəskin virus hepatiti C. Qaraciyər çatışmazlığı. Sol bud sümüyünün sınığından sonrakı vəziyyət. Ağırlaşma N18.2 Xroniki böyrək xəstəliyi ll mərhələ, Ağırlaşma D64 Digər anemiyalar, Anemiya. Ağırlaşma 112.0 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv xəstəlik, Nefrogen hipertenziya.” Diaqnozu qoyulmuş və onun əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə (ətraflı: ixtisaslaşmış müalicə davam etdirilsin, fəsadlar (xbç) dəqiqləşdirilsin) imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2015-ci il tarixli göndəriş əsasında baxılılmış və bir il müddətinə əlillik dərəcəsi verilmiş, daha sonra elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bundan sonra iddiaçının əlillik vəziyətinə xx.xx.2022-ci il tarixli göndəriş əsasında baxılmış və əlavə müalicəyə ehtiyac olması səbəbi ilə xx.xx.2022-ci il tarixli qərara əsasən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanunun 3-cü maddəsinə əsasən tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.5.22-ci bəndinə görə tibbi göstəriş olan nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinci dərəcəli X3 ilə (Q60, N18-N18.9) halında üçüncü dərəcə əlillik müddətsiz təyin edilir. -4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Gəncə A.Səhhət adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli Forma-88 göndərişindən görünür ki, iddiaçının xəstəliyi böyrək çatmamazlığı- N18.2, D64, 112.0 indeksləri ilə qiymətləndirilmişdir. Göründüyü kimi Əsasnamənin 2.5.22-ci bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks (N18.2) üst-üstə düşür. Belə olduğu təqdirdə iddiaçıya üçüncü dərəcə əlillik müddətsiz təyin edilməli idi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində qeyd edilmişdir ki, əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3- 1 -cı maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Həmin qanunun 3.3-cü maddəsində qeyd edilmişdir ki, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (Forma 88) xx.xx.2022-ci il tarixdə altsistemə yükləndikdən sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2022-ci il tarixdə əlilliyin müəyyən edilməsi barədə qərar qəbul etməli və həmin qərarı əlilliyə görə əmək pensiyasının ödənilməsi üçün ƏƏSMN-yi yanında DSMF-yə göndərməli idi. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, əlilliyin müəyyən edilməsindən imtinaya dair cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçı barəsində 3-cü dərəcə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi və pensiyanın ödənilməsi üçün həmin qərarın Azərbaycan Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən 3-cü dərəcə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi və pensiyanın ödənilməsi üçün həmin qərarın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1280/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1280/2022
17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver