Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1281/2021 23.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 22.04.2021-ci il tarixli, 05 nömrəli “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qərarın, onun hüquqi nəticələrinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə 26.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 22.04.2021-ci il tarixli, 05 nömrəli “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qərarın, onun hüquqi nəticələrinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya 31.05.2021-ci il tarixli sərəncam göndərilərək, iddia ərizəsində formal xətaların olduğu bildirilmiş və ona bu formal xətaları aradan qaldıraraq yenilənmiş iddia ərizəsini məhkəməyə təqdim etməsi tövsiyyə olunmuşdur. Lakin iddiaçı məhkəməyə yenilənmiş iddia ərizəsi təqdim etməmiş və təyin olunmuş məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının məhkəməyə yenilənmiş iddia ərizəsi təqdim etməməsinə baxmayaraq, iş üzrə mübahisələndirilən qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialının qərarı olduğundan, cavabeh məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialı hesab edilməlidir. Məhkəmə hazırlıq icraatı iclası 23 iyun 2021-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının əlillik dərəcəsi etibarsız sayıldığına görə ödənilmiş pulun geri qaytarılmasını tələb etmişdir. Bu səbəbdən də iddia tələbi əsassızdır və onun rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 23.06.2021-ci il tarixli, 2-1(114)- 1281/2021 nömrəli qərardad ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun 5 saylı regional ərazi filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının inzibati və apelyasiya instansiyası məhkəmələrinə ünvanladığı 01.02.2021-ci il tarixli, **********1 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkminləşdirilməsi məqsədilə Azərbaycan Respunlikası Prezidentinin 30.06.2020-ci il tarixli, 1077 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin” 4.5.6-cı və 4.5.7-ci yarımbəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs tərəfindən 23.11.2020-ci il tarixli, **********2 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın 4-cü bəndində əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respunlikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial siğorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatı ilkin mərhələdə Bakı şəhərinin Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Sabunçu, Suraxanı, Xətai, Nəsimi, Yasamal, Səbail, Xəzər, Pirallahı rayonları və Şamaxı, Qobustan, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Mingəçevir, Yevlax, Naftalan, Ağsu, Goranboy, Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Laçın, Füzuli, Beyləqan, Daşkəsən, Göygöl, Samux, Kəlbəcər, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Şuşa, Zəngilan rayonları və Xocalı şəhəri üzrə prosessual tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmalıdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 cavabdehin əvəz olunmasına etiraz etməməişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun 5 saylı regional ərazi filialının 22.04.2021-ci il tarixli, 05 nömrəli “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qərarının məzmunundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və X4 tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçıya təyin edilmiş əlillik dərəcəsi öz təsdiqini tapmadığı üçün ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya təyin edilmiş əlillik dərəcəsi etibarsız hesab edildiyindən ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. 15.02.2018-ci il tarixdən 31.12.2018-ci il tarixədək qanunsuz olaraq ödənilmiş pensiya məbləği 17424.43 manat təşkil etmişdir. Göründüyü kimi hazırda mübahisələndirilən 22.04.2021-ci il tarixli, 05 nömrəli “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qərarın verilməsinə əsas Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi- Sosial Ekspertiza və X2 əlilliyin etibarsız hesab edilməsi barədə qərarı olmuşdur və nazirliyin müvafiq qərarına əsasən iddiaçıya artıq ödənilmiş vəsaitin bərpası istiqamətində Dövlət Sosial Müdafiə Fondun 5 saylı regional ərazi filialı hazırda mübahisələndirilən qərarı qəbul etmişdir. Bu hal isə iddiaçının hüquqlarını məhdudlaşdıran hərəkət hesab edilə bilməz. Başqa sözlə iddiaçı pozulmasını iddia etdiyi hüquqlarının bərpası məqsədilə Dövlət Sosial Müdafiə Fondun 5 saylı regional ərazi filialının 22.04.2021-ci il tarixli, 05 nömrəli “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qərarının verilməsinə əsas olmuş qərarı, yəni onun əlilliyinin etibarsız hesab edilməsi barədə qərarını mübahisələndirmədiyi halda bu qərarı mübahisələndirməsi mümkünlük şərtlərinə cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, eləcə də cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması həmin şərtlərə daxildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 22.04.2021-ci il tarixli, 05 nömrəli “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qərarın, onun hüquqi nəticələrinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1281/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1281/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver