Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1281/2025 28.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarının X5 xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin dərəcəsinin və müddətinin dəyişdirilərək 5 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində ləğv edilməsi və əlilliyin müddətinin və dərəcəsinin dəyişdirildiyi vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın qızı X7 barəsində “ümumi xəstəlik” səbəbindən müddətli 2-ci dərəcə əlillik təyin edilməsi barədə qərarın ləğv edilərək, yenidən müddətsiz 1-ci dərəcə əlillik təyin edilməsi, xx.xx.2023-cü il tarixdən bugünkü tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq qızı X3 hesabına ödənilməsi, sonuncu ekspert rəylərinin geniş şəkildə araşdırılması və sözügedən ekspertlər barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdən etibarən qızı X5 “ümumi xəstəlik” səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə tibbi müayinələrdən keçmək üçün xx.xx.2023-cü il tarixdə Agentliyə dəvət edilmişdir. Lakin, həmin müddət ərzində iddiaçının qızı X3 vəziyyətinin ağırlaşması səbəbilə çağırılan ünvanda iştirak edə bilməmişlər. Onun qızı X7 xx.xx.2024-cü il tarixdə 8 nömrəli Tibbi-Sosial ekspert komissiyasında əyani müayinə olunmuşdur. Müayinənin nəticəsi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda X5 xx.xx.2024-cü il tarixdən etibarən “ümumi xəstəlik” səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi göstərilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçının qızı barəsində “ümumi xəstəlik” səbəbindən xx.xx.2024-cü il tarixdən 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. “Ümumi xəstəlik” səbəbindən xx.xx.2024-cü il tarixdən 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi qərara alınsa da, sözügedən məktuba qoşma şəklində yekun nəticə ilə bağlı araşdırılmış hallar, iş üzrə sübutlar, ekspert rəyi və digər sənədlər təqdim edilməmişdir. İddiaçı hesab edir ki qızının “ümumi xəstəlik" səbəbindən müddətsiz birinci dərəcə əlilliyinin ləğv edilməsi qanunauyğun deyil. Faktiki tam fəaliyyət qabiliyyətsiz, əqli qüsurlu olan şəxsə ikinci qrup əlilllik təyin edilməsi qanunsuzdur. Uşaq doğulandan bəri onun fiziki və əqli inkişafı, nitqi yoxdur. Belə ki, ikinci qrup əlil olan insan tam hərəkət fəaliyyətində olaraq hərəkət edə bilir, işlə təmin oluna bilir. Lakin iddiaçının qızı ondan ayrı qala bilmir, tez-tez tutmaları olur. Tək olanda həm özünə, həmdə ətrafdakılara xəsarət yetirmək təhlükəsi vardır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1281/2025 nömrəli qərardadı ilə iddia tələbi “Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarının X5 xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin dərəcəsinin və müddətinin dəyişdirilərək 5 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində ləğv edilməsi və əlilliyin müddətinin və dərəcəsinin dəyişdirildiyi vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etirazda göstərilmişdir ki, Diaqnoz F73.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Çox ağır dərəcəli əqli gerilik. Ağırlaşma G40.9 dəqiqləşdirilməmiş epilepsiya, tez-tez (ayda 10-12 dəfə) baş verən qıcolma tutmaları ilə. Ağırlaşma F73.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Çox ağır dərəcəli əqli gerilik. Ciddi davranış pozuntuları ilə. Meyar - 2.2 İkinci dərəcə əlillik => 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları xx.xx.2013-cü il tarixli AZ-H 996073 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X7 29 oktyabr 1998-ci il tarixdə Şəmkir rayonu, Bayramlı kəndində doğulmuş, atası qrafasında X8, anası qrafasında İddiaçı qeyd olunmuşdur. X5 xx.xx.2021-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar müddətsiz İ dərəcə əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində F31.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, çox ağır dərəcəli əqli gerilik. Ağırlaşma G40.9 Dəqiqləşdirilmiş epilepsiya, tez-tez (ayda 10-12 dəfə) baş verən qıcolma tutmaları ilə. Ağırlaşma F73.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, çox ağır dərəcəli əqli gerilik. Ciddi davranış pozuntuları ilə. Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (əlillik ləğv edilsin qərarı qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən X5 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ona ümumi xəstəlik səbəbindən xx.xx.2021ci il tarixdə təyin edilmiş müddətsiz birinci dərəcə əlilliyin ləğvi barədə qərar qəbul edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1404/2024 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) “şəxsin fəalliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsi təmin edilmiş, xx.xx.1998-ci tarixdə, Şəmkir rayonunda anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 223 nömrəli Sərəncamına əsasən, İddiaçı övladı X5 qəyyum təyin edilmişdir. Gəncə Şəhər Pisixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 105/24 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, X1 tərəfindən müayinə olunub. Diaqnoz: F71.1 – orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. İQ35. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16977/2023 nömrəli qərar əsasında xx.xx.2023-cü il tarixindən “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar ləğv edilmiş, xx.xx.2024-cü il tarixindən “hissəvi reabilitasiya olunması”na dair qərar qəbul edilmiş və X5 ümümi xəstəlik səbəbi ilə, 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən X5 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə nəzarət qaydasında əyani müayinə olunmuş və ona ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz birinci dərəcə əlillik dəyişdirilərək, ümumi xətəlik səbəbindən xx.xx.2024-cü il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin iddiaçı tərəfindən iddia müddətinə riayət olunması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə X5 ümumi xəstəlik səbəbi ilə müddətsiz İ dərəcə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən Şəlalə Şükürova xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş, sonuncu müayinədə iştirak etməmişdir. xx.xx.2023-cü il tarixli qərarla Şəlalə Şükürovaya xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlillik ləğv edilmişdir. Vətəndaşın müraciəti əsasında X7 xx.xx.2024-cü il tarixdə əyani müayinədə olmuş, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə, Şəlalə Şükürovaya xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar ləğv edilmiş və Şəlalə Şükürovaya ümumi xəstəlik səbəbi ilə, 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Hazırda iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli qərarının X5 xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin dərəcəsinin və müddətinin dəyişdirilərək 5 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində ləğv edilməsini və əlilliyin müddətinin və dərəcəsinin dəyişdirildiyi vaxtdan bərpa edilməsini xahiş edir. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla, Şəlalə Şükürovaya xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar ləğv edilmiş və Şəlalə Şükürovaya ümumi xəstəlik səbəbi ilə, 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Hazırkı iddia tələbi ilə cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarı qismən mübahisələndirilir. Belə ki, qeyd olunan qərar Şəlalə Şükürovaya xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi hissəsində mübahisələndirilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndində əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi qanunverici Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi və ya ləğvi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Şəxsin əyani müayinəyə cəlb edilməsi üçün ən əvvəl inzibati orqan əvvəlki qərarının düzgünlüyünü şübhə altına olan əsasların mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Lakin hazırkı iş üzrə cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunmuş inzibati icraat materiallarında X5 əlilliyin təyin edilməsi barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların nədən ibarət olması qeyd edilməmiş, eyni zamanda bununla bağlı məhkəmə tərəfindən verilmiş sorğu cavablandırılmamışdır. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı X5 xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin dərəcəsinin və müddətinin dəyişdirilərək 5 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində ləğv edilməli, X5 xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin müddətinin və dərəcəsinin dəyişdirildiyi vaxtdan bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 32.1, 70.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı X5 xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin dərəcəsinin və müddətinin dəyişdirilərək 5 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində ləğv edilsin. X5 xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin müddətinin və dərəcəsinin dəyişdirildiyi vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1281/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1281/2025
28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver