Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1282/2024 30.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı oğlu X2 şəhid olması ilə əlaqədar mənə şəhid ailəsi üzvü kimi xx.xx.2007-ci il tarixdən təyin edilmiş Azərbaycan Respublikası Prezidenti təqaüdü üzrə ödənişlərin dayandırılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz sayılması, Azərbaycan Respublikası Prezidenti təqaüdü üzrə ödənişlərin dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməsi və “Artıq ödənilmiş vəsaitin bərpası barədə” xx.xx.2023-cü il tarixli, 3 saylı qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın qəbul etdiyi şəhid ailə üzvlərinə verilən Prezident təqaüdünün ödənişinin aparılmasından imtina qərarının ləğv edilərək, oğlu X2 şəhid olması ilə əlaqədar təyin edilmiş “Şəhid ailəsiüçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” üzrə ödəmənin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmış və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “oğlu X2 şəhid olması ilə əlaqədar ona şəhid ailəsi üzvü kimi təyin edilmiş Azərbaycan Respublikası Prezidenti təqaüdü üzrə ödənişlərin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dəyişdirilmişdir.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, oğlu X2 şəhid olması ilə əlaqədar ona şəhid ailəsi üzvü kimi xx.xx.2007-ci il tarixdən təyin edilmiş Azərbaycan Respublikası Prezidenti təqaüdü üzrə ödənişlərin dayandırılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz sayılması, “Artıq ödənilmiş vəsaitin bərpası barədə” xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və Azərbaycan Respublikası Prezidenti təqaüdü üzrə ödənişlərin dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
4. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “oğlu X2 şəhid olması ilə əlaqədar mənə şəhid ailəsi üzvü kimi xx.xx.2007-ci il tarixdən təyin edilmiş Azərbaycan Respublikası Prezidenti təqaüdü üzrə ödənişlərin dayandırılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz sayılması, Azərbaycan Respublikası Prezidenti təqaüdü üzrə ödənişlərin dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməsi və “Artıq ödənilmiş vəsaitin bərpası barədə” xx.xx.2023-cü il tarixli, 3 saylı qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. II. Prosessual məsələlər
5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
6. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmiş, gəlməməsinin mümkünsüzlüyü və ya üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
8. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Sosial ödənişin təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/1-239759/2024 nömrəli qərarını təqdim edərək bildirmişdir ki, həmin qərarla Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 07 oktyabr 2024-cü il tarixli 5-37/2-663/2024 nömrəli arayışına əsasən xx.xx.2023cü il tarixli 3 nömrəli qərar ləğv edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdən müddətsiz 600 manat məbləğində Şəhid ailəsi üzvlərinə Prezident təqaüdü təyin edilmişdir. Odur ki, iddia tələbi cavabdeh tərəfindən təmin olunduğuna görə, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
Əsaslandırma hissəsi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir.
10. Belə ki, iddiaçının tələbi oğlu X2 şəhid olması ilə əlaqədar mənə şəhid ailəsi üzvü kimi xx.xx.2007-ci il tarixdən təyin edilmiş Azərbaycan Respublikası Prezidenti təqaüdü üzrə ödənişlərin dayandırılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz sayılması, Azərbaycan Respublikası Prezidenti təqaüdü üzrə ödənişlərin dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməsi və “Artıq ödənilmiş vəsaitin bərpası barədə” xx.xx.2023-cü il tarixli, 3 saylı qərarın ləğv edilməsindən ibarətdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Sosial ödənişin təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/1-239759/2024 nömrəli qərarından məlum olur ki, həmin qərarla Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 07 oktyabr 2024-cü il tarixli 5- 37/2-663/2024 nömrəli arayışına əsasən xx.xx.2023-cü il tarixli 3 nömrəli qərar ləğv edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdən müddətsiz 600 manat məbləğində Şəhid ailəsi üzvlərinə Prezident təqaüdü təyin edilmişdir.
12. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
13. Beləliklə, iddiaçının tələbi cavabdeh orqanın özü tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.
Nəticəvi hissə:
14. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı oğlu X2 şəhid olması ilə əlaqədar mənə şəhid ailəsi üzvü kimi xx.xx.2007-ci il tarixdən təyin edilmiş Azərbaycan Respublikası Prezidenti təqaüdü üzrə ödənişlərin dayandırılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz sayılması, Azərbaycan Respublikası Prezidenti təqaüdü üzrə ödənişlərin dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməsi və “Artıq ödənilmiş vəsaitin bərpası barədə” xx.xx.2023-cü il tarixli, 3 saylı qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva