Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1283/2024 28.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı vəzifələrin dövlət qulluğu vəzifəsi kimi tanınması və iş stajının dövlət qulluğu stajı kimi tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci ildən xx.xx.2015-ci il tarixədək mühəndis, xx.xx.2016-cı ildən bu günədək baş məsləhətçi vəzifələrinin dövlət qulluğu vəzifəsi kimi tanınması və 14 il 3 ay 29 gün iş stajının dövlət qulluğu stajı kimi tanınması öhdəliyinin qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı Dövlət Universitetinin geologiya fakültəsinin geokimya, mineralogiya və petralogiya ixtisasını, Azərbaycan Dövlət Aqrar Universitetinin Yerquruluşu torpaq müfəttişi fakültəsini bitirmişdir. xx.xx.2008-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Goranboy rayonlararası Yerquruluşu İdarəsində 1-ci dərəcəli mühəndis vəzifəsində işləmiş, xx.xx.2011-ci il tarixli, 198/k nömrəli əmrlə 8-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı ildən bu günədək X5 X3 Təsərrüfat sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. xx.xx.2008-ci ildən xx.xx.2015-ci ilədək Goranboy rayonlararası Yerquruluşu İdarəsində mühəndis işlədiyi müddət və X5 X4- Təsərrüfat sektoruna baş məsləhətçi vəzifəsinin dövlət qulluğu vəzifəsi kimi tanınması barədə cavabdehə müraciət etmiş, cavabdeh imtina etmişdir. İddiaçı qeyd edir ki, xx.xx.2008-ci ildən xx.xx.2015-ci ilədək işlədiyi mühəndis vəzifəsi Nazirlər Kabinetinin qərarında dövlət qulluğu vəzifəsinə aid edilmişdir. Göstərilənlərlə əlaqədar iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 28 noyabr 2024-cü il tarixə təyin edilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə etmiş və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər araşdırılarkən sözügedən Siyahıda nəzərdə tutulan vəzifələrdə 10 il iş stajına malik olmadığı üçün "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 28.12-ci maddəsinin üçüncü və 29.3-cü maddəsinin birinci hissələrinə müvafiq olaraq dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən müsabiqənin müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququna malik deyil. Eyni zamanda İddiaçı tərəfindən 2024-cü il 6 may tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinə eyni məzmunlu müraciət ünvanlanmış və aidiyyəti üzrə baxılması üçün Mərkəzə göndərilmiş müraciətə Mərkəz tərəfindən 2024-cü il 10 iyun tarixli 9-3/2-K-2299-42-444/2024 nömrəli məktubla müvafiq cavab verilmişdir. İddiaçının ərizəsində qeyd etdiyi iddia tələbinə dair bildirilmişdir ki, İddiaçı əmək kitabçası araşdırılarkən müəyyən edilmişdir ki, xx.xx.2008-ci ildən xx.xx.2015-ci il tarixədək Goranboy Rayonlararası Yerquruluşu İdarəsində mühəndis vəzifəsində, xx.xx.2016-cı ildən indiyədək X5 X3-Təsərrüfat sektorunda baş məsləhətçi vəzifəsində çalışmışdır. Goranboy Rayonlararası Yerquruluşu İdarəsində xx.xx.2008-ci ildən xx.xx.2015-ci il tarixədək çalışdığı mühəndis vəzifəsi yuxarıda adıçəkilən Siyahının 3.3.8-ci yarımbəndində nəzərdə tutulmuşdur. Lakin xx.xx.2016-cı ildən indiyədək X5 X3-Təsərrüfat sektorunda çalışdığı baş məsləhətçi vəzifəsi həmin Siyahıda nəzərdə tutulmamışdır. Bundan başqa İddiaçı xx.xx.2016-cı il tarixindən indiyədək çalışdığı Maliyyə-Təsərrüfat sektorunda baş məsləhətçi vəzifəsi hər hansı xüsusi ixtisaslaşma tələb edən spesifik sahə deyil və həmin Siyahıda nəzərdə tutulmamışdır. Odur ki, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edir:- -iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surəti; -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki: • İddiaçı xx.xx.2008-ci il tarixdən Goranboy Rayonlararası Yerquruluşu İdarəsinə 8-ci dərəcəli mühəndis vəzifəsində işə qəbul olunmuş • xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanının 10-cu hissəsinin icrası ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlt Komitəsi sədrinin 12 may 2015-ci il tarixli 150 nömrəli Sərəncamının 2-ci bəndi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilmiş, İddiaçı Əmək Məcəəlləsinin 70-ci maddəsinin “a” bəndi əsasında tutduğu vəzifədən azad edilmişdir. • 17.09.2015-ci il tarixdən X6 ve İnşaat Sanayi Ticaret Anonim Şirketinin AR filialında Topoqraf köməkçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı il tarixdən əmək müqaviləsinə xitam edilmişdir. • xx.xx.2016-cı il tarixdən müvəqqəti olaraq Goranboy rayon Kənd Təsərrüfatı İdarəsinin Maliyyə Təsərrüfat sektoruna torpaq məsələləri üzrə baş məsləhətçi təyin edilib • 24.08.2018-ci il tarixdən İdarənin adının dəyişdirilməsi ilə əlaqədar olaraq X5 X3-Təsərrüfat sektoruna müvəqqəti olaraq torpaq məsələləri üzrə baş məsləhətçi təyin edilmişdir. -iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 9-3/2-K-4286-42-857/2023 nömrəli imtina məktubu; -iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-2-3-02/2- 13886/2024 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixində ləğv edilmiş Dövlət Yerquruluşu Layihə İnstitutunun Goranboy Rayonlararası Yerquruluşu İdarəsinə 8ci dərəcəli mühəndis vəzifəsinə müddətsiz əmək müqaviləsi ilə qəbul edilmişdir. xx.xx.2015-ci il tarixində isə müəssisənin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndi əsasında (müəssisənin ləğv edilməsi ilə əlaqədar) İddiaçı vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, İddiaçı xx.xx.2008-ci ildən xx.xx.2015-ci il tarixədək Goranboy Rayonlararası Yerquruluşu İdarəsində mühəndis vəzifəsində, xx.xx.2016-cı ildən indiyədək X5 X3-Təsərrüfat sektorunda baş məsləhətçi vəzifəsində çalışmışdır. Məhkəmə qeyd edir ki, Goranboy Rayonlararası Yerquruluşu İdarəsində xx.xx.2008-ci ildən xx.xx.2015-ci il tarixədək çalışdığı mühəndis vəzifəsi "İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin Siyahısı" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 3.3.8-ci yarımbəndində nəzərdə tutulmuşdur. Lakin xx.xx.2016-cı ildən indiyədək X5 X3-Təsərrüfat sektorunda çalışdığı baş məsləhətçi vəzifəsi həmin Siyahıda nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərlə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin Siyahısı"na əsasən müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ aşağıdakı üç şərt ödənildikdə yaranır: 1) Şəxsin müvafiq iş stajı dövlət orqanlarında (qurumlarında) olmalıdır, 2) Şəxsin iş stajı Siyahıda nəzərdə tutulan vəzifələrdə olmalıdır, 3) Şəxsin sözügedən Siyahıda nəzərdə tutulan vəzifələrdə iş stajı 10 il olmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən Siyahıda vəzifələrin adları konkret olaraq müəyyən edilmişdir və bu Siyahıda məsləhətçi, aparıcı, böyük və ya baş məsləhətçi və s. tipli ümumi vəzifələr deyil, yalnız xüsusi ixtisaslaşma tələb edən spesifik sahələr üzrə müvafiq vəzifələr qeyd edilmişdir. İddiaçı ərizəsinə əlavə etdiyi əmək müqaviləsini və həmin müqavilənin 3.1-ci bəndində göstərilən əmək funksiyalarını araşdıran zaman müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixindən indiyədək çalışdığı Maliyyə- Təsərrüfat sektorunda baş məsləhətçi vəzifəsi hər hansı xüsusi ixtisaslaşma tələb edən spesifik sahə deyil və həmin Siyahıda nəzərdə tutulmamışdır. Buda onu göstərir ki, lazım olan üç şərt tam şəkildə ödənilmir. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.12-ci maddəsinin üçüncü hissəsinə əsasən dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində iştirak edirlər. Həmin Qanunun 29.3-cü maddəsinin birinci hissəsinin üçüncü cümləsinə əsasən dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər inzibati vəzifələrin tutulması üçün keçirilən ümumi müsahibədə iştirak edə bilərlər. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının 3.2-1-ci bəndinə əsasən 28.12-ci maddəsinin üçüncü hissəsində, 29.3-cü maddəsinin birinci hissəsinin üçüncü cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. Qeyd edilən siyahı "İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin Siyahısı" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı vəzifələrin dövlət qulluğu vəzifəsi kimi tanınması və iş stajının dövlət qulluğu stajı kimi tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1283/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1283/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver