Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1286/2025 13.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçının nümayənədəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında şəhadətnamədə və nikah haqqında şəhadətnamədə düzəliş edilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Daşkəsən rayonu VVAQ bürosunun xx.xx.1963-cü il tarixli, A3№354643 nömrəli doğum haqqında şəhadətnamənin “anası” qrafasında “Sarıtel” sözü “Səriyə” kimi, X12 və X1 adına yazılan Ermənistan Respublikasının Basarkeçər rayonu X/X17 tərəfinədən verilən xx.xx.1961-ci il tarixli, İ-ЗЖ №109691 nömrəli Nikah şəhadətnaməsində “Sarıtel” sözü “Səriyə” kimi düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Daşkəsən rayonunda doğulmuşdur. Onun doğum qeydləri Daşkəsən rayonu VVAQ bürosunda xx.xx.1963-cü il tarixdə aparılmışdır. Bu barədə cavabdeh qeyd olunan tarixdə, A3 №354643 nömrəli Doğum haqqında şəhadətnamə vermişdir. Doğum haqqında şəhadətnamədə “anası” qrafasında “X6” göstərilmişdir. İddiaçının anasının adı “Səriyə” olduğu halda yuxarıda göstərilən doğum haqqında şəhadətnamənin “anası” qrafasında “Sarıtel” səhv göstərilmşdir. Ermənistan Respublikasında X2 adında verilmiş AP№378722 nömrəli doğum haqqında şəhadətnamədə iddiaçının anasının adı “Sarıtel” yox “Səriyə” qeyd olunmuşdur. Daha sonra Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin xx.xx.2012-ci il tarixli, AZ-1№589511 nömrəli Ölüm haqqında şəhadətnamədə göstərilmişdir ki, X9 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Anasının ölüm faktının qeydiyyatı aparılarkən doğum qeydində göstərilən adı yazılmışdır. İddiaçı qeyd edir ki, ona məxsus Daşkəsən rayonu VVAQ bürosunun xx.xx.1963-cü il tarixli, A3№354643 nömrəli, doğum haqqında şəhadətnamənin “anası” qrafasında “Sarıtel” sözü “Səriyə” sözü ilə əvəz edilməlidir. Həmçinin iddiaçı bildirir ki, valideynlərinə Ermənistan Respublikasının Basarkeçər rayonu X/X17 tərəfinədən verilən xx.xx.1961-ci il tarixli, İ-ЗЖ №109691 nömrəli Nikah şəhadətnaməsində “Sarıtel” sözü eyni əsaslar ilə “Səriyə” sözünə dəyişdirilməlidir. Düzəliş edilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan qeyd olunan düzəlişin edilməsindən imtina etmişdir. İddiaçının anası X8 xx.xx.2012-ci il tarixdə, atası X12 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı Bakı“ASAN XİDMƏTİ” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 1298 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi – İddiaçıdur və onun ərizəsi əsasında notarius V- 292/2023 saylı vərəsəlik işi açmışdır. İddiaçı qeyd edir ki, hüquqmüəyyənedici sənədlərdə səhv qeydlər aparıldığından o mirasına sahib ola bilmir, vərəsəlik işi rəsmiləşdirilmir İş üzrə şifahi məhkəmə baxışı iclası 13 fevral 2025-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək qanunçərçivəsində işə baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edir: - iddiaçıya məxsus AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti; -iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-161.3-cı maddələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər, aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında apanlır. Qeyd edilənlərə əsasən və kifayət qədər əsaslar olmadığına görə qeydiyyat şöbəsi tərəfindən ərizənin təmin edilməsi mümkün olmamışdır. - iş materiallarına əlavə edilmiş Bakı "Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə şəhər 3 saylı Ərazi İdarəsinə verilmiş xx.xx.2023-cü il tarixli, 1298 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi - İddiaçıdur və onun ərizəsi əsasında V-292/2023 saylı vərəsəlik işi açılmışdır. - iş materiallarına əlavə edilmiş AZ-İ № 589511 nömrəli, xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 25 noyabr 2012-ci il tarixdə vəfat etmişdir. - iş materiallarına əlavə edilmiş AZ-İ № 255544 nömrəli, xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - iş materiallarına əlavə edilmiş İddiaçı məxsus АЗ №354643 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, şəhadətnamənin “atası” qrafasında X12, “anası” qrafasında isə X6 qeyd edilmişdir. - iş materiallarına əlavə edilmiş X5 məxsus AP№378722 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçının anasının adı “Sarıtel” yox “Səriyə” qeyd edilmişdir. - iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş 05 sentyabr 2024-cü il tarixli məktubuna əlavə edilmiş Cavabdeh tərəfindən İddiaçı barəsində tərtib olunmuş xx.xx.1963-cü il tarixli 278 nömrəli doğum haqqında akt qeydinin kserosurətindən görünür ki, “atası” qrafasında X12, “anası” qrafasında isə X6 qeyd edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1.bədinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur və iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus xx.xx.1963-cü il tarixli 278 nömrəli doğum haqqında akt qeydində iddiaçının anasının adı “Səriyə” kimi qeyd edilməli olduğu halda, səhvən “Sarıtel” kimi qeyd edilmişdir. İş materiallarında olan digər hüquqmüəyyənedici sənədlərdən də görünür ki, iddiaçının anasının adı “Səriyə” olmuşdur. Lakin həm iddiaçıya məxsus xx.xx.1963-cü il tarixli, A3№354643 nömrəli doğum haqqında şəhadətnamədə, həm də X12 və X3 məxsus Ermənistan Respublikasının Basarkeçər rayonu X/X17 tərəfinədən verilən xx.xx.1961-ci il tarixli, İ-ЗЖ №109691 nömrəli Nikah şəhadətnamədə “Səriyə” adı yanlışlıqla “Sarıtel” kimi qeyd edilmişdir. İddiaçı sözügedən yanlışlığın aradan qaldırılması ilə əlaqədar Cavabdehnə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Bu isə öz növbəsində iddiaçının hüquqlarını pozur. Belə olan halda, iddiaçı sözügedən doğum haqqında şəhadətnamədə və nikah haqqında şəhadətnamədə düzəliş edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının: 1.4. maddəsinə əsasən VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarının 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyad dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirildikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 161.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 162.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus xx.xx.1963-cü il tarixli, A3№354643 nömrəli doğum haqqında şəhadətnamənin “anası” qrafasında “Sarıtel” sözü “Səriyə” kimi, X12 və X1 adına yazılan Ermənistan Respublikasının Basarkeçər rayonu X/X17 tərəfinədən verilən xx.xx.1961-ci il tarixli, İ-ЗЖ №109691 nömrəli Nikah şəhadətnaməsində “Sarıtel” sözü “Səriyə” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus xx.xx.1963-cü il tarixli, A3№354643 nömrəli doğum haqqında şəhadətnamənin “anası” qrafasında “Sarıtel” sözü “Səriyə” kimi, X12 və X1 adına yazılan Ermənistan Respublikasının Basarkeçər rayonu X/X17 tərəfinədən verilən xx.xx.1961-ci il tarixli, İ-ЗЖ №109691 nömrəli Nikah şəhadətnaməsində “Sarıtel” sözü “Səriyə” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1286/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1286/2025
13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver