Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-129/2020 11.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, Üçüncü şəxs X4 nümayəndəsi (vəkili) X2, Üçüncü şəxs Bərdə rayon Bərdə bələdiyyəsinin nümayəndəsi X5 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X9rşı (üçüncü şəxslər X10 və Bərdə rayon Bərdə bələdiyyəsi) Bərdə şəhəri Təbriz küçəsində yerləşən 176.3 kv.m torpaq sahəsi üzərində inşa etdirdiyi, tikintisi başa çatdırılmamış evə dair hüquqların dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X9rşı (üçüncü şəxs Bərdə rayon Bərdə bələdiyyəsi) xx.xx.2019-cu il tarixə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə şəhəri Təbriz küçəsində yerləşən 176.3 kv.m torpaq sahəsi üzərində inşa etdirdiyi, tikintisi başa çatdırılmamış evə dair hüquqların dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-1765/2019 nömrəli qərardadı ilə X10 və Bərdə Mənzil Təmir İstismar Sahəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1978-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri, ünvan 1 mənzil 7 ünvanında yaşamışdır. Hazırda müvəqqəti olaraq Bakı şəhərində yaşayır. Sahibkarlıq fəaliyyəti ilə məşğuldur, ailə üzvlərinin yeganə dolanışıq yeri odur. 2007-ci ildən Bərdə rayon Bərdə bələdiyyəsinin xx xxxx 2007-cil tarixli 08 saylı qərarı ilə onun istifadəsində olan Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 176.3 kv.m torpaq sahəsinin rəsmi dövlət qeydiyyatından keçirilməsi və onun üzərində yaşayış evi tikməsinə icazə verilməsi üçün bütün aidiyyəti idarə və təşkilatlara dəfələrlə müraciət etmiş, müracət etdiyi idarə və təşkilatlar müxtəlif formal xarakterli bəhanələrlə imtina etmişdir. O, uzun müddət istifadəsində olmuş həyətyanı torpaq sahəsi üzərində ev tikmək üçün dekabr 2015-ci il tarixdə Bərdə Rayon İcra Hakimiyyəti başçısına müraciət edərək ev tikməsi barədə yazılı xəbərdarlıq etmiş, 2016-cı il mart ayından başlayaraq istifadəsində olan Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 176.3 kv.m torpaq sahəsi üzərində memarlıq idarəsi tərəfindən hazırlanmış eskiz lahiyə əsasında 2 mərtəbəli evini inşa etdirməyə başlamışdır. Evini tikdirib damını ortmüş, lakin evin inşasını tam başa çatdıra bilməmişdir. Evinin inşa edilməsinə heç bir dövlət orqanı və ya yerli özünüidarə orqanı tərəfindən etiraz olmamış, əksinə bu idarə və təşkilatlar həmin ərazinin onun istifadəsində uzun müddət olması və bu istifadənin hələ 2007ci ilin əvvəlindən adına qeydiyyatdan keçirilməsi üçün aiddiyatı qurumlara dəfələrlə müraciət etməsi barədə məlumatlı olmuşlar. O, Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 176.3 kvm torpaq sahəsi üzərində evini inşa etdirdikdən sonra keçmiş qaynanası X10 evini ələ keçirmək məqsədi ilə Bərdə Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək "mülkiyyət hüququnun tanınması faktının müəyyən edilməsi" barədə qətnamə çıxarılmasını xahiş etmiş və Bərdə Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2/021/-4238/2018 saylı qətnaməsi ilə ərizə təmin edilərək, Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 0.020 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması faktının müəyyən ediləsi qət edilmişdir. Beləliklə yenicə tikdirib inşasını başa çatdırmamış evi qaynanası X10 ələ keçirmiş oldu. Qətnamənin mövcudluğundan xəbər tutan kimi dərhal apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(104)-1883/2019 saylı qərardadı ilə şikayəti təmin edilərək, iş üzrə Bərdə Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2/021/-4238/2018 saylı qətnaməsi ləğv edilmişdir. X10 sözügedən qərardaddan kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə şikayət təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(104)-1883/2019 saylı qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bu baxımdan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müyyən edilmşdir ki, həmin mübahisəli ünvandakı daşınmaz əmlak ona məxsusdur. Lakin hüquqlarının rəsmləşdirilməsi, mülkiyyət hüquqlarının tanınması barədə bütün müraciətləri nəticəsiz qalmışdır. Sonuncu dəfə hazırkı iş üzrə mübahisəli əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciətinə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X20 tərəfindən imtina edilərək evə və torpaq sahəsinə hüquqları dölət qediyyatına alınmamışdır. Cavabdehin imtinasını qanunsuz və əsasssız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs X4 nümayəndəsi (vəkili) X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Mənzil İstismar Sahəsi tərəfindən xx xxxx 2014-cü il tarixdən 50 il müddətinə X7 icarəyə verilmişdir. Belə ki, İddiaçı onun keçmiş gəlnidir. X1 ilə xx xxxxx 2000-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından üç uşaqları doğulmuşdur. Bərdə Rayon Məhkəməsinin 2(021)-1729/2015 saylı qətnaməsi ilə oğlnun iddiası əsasında nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra İddiaçı mübahisələndirdiyi torpaq sahəsini ələ keçirmək üçün müxtəlif yollarla həmin torpaq sahəsini mənimsəməyə çalışmışdır. İddiaçı üçüncü şəxsin oğlu ilə birgə nikah dövründə Bərdə rayonu Şirvanlı kəndində və Bərdə rayonu Əliyanlı kəndində olan, oğluna məxsus 3 evi (2 ev Şirvanlı kəndində, 1 ev Əliyanlı kəndində) öz adına keçirmişdir. Oğlu ilə nikahları pozulduqdan sonra da, 1 uşaq və 3 ev iddiaçıda, 2 uşaq isə X3 oğlunda qalmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi ərizəsində göstərir ki, X4 iddiası əsasında Bərdə Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2018-ci il tarixli, 2(021)-4238/2018 saylı qətnaməsi üzrə qəbul edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu i tarixli, 2(104)-1883/2019 saylı qərardadı və Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə guya mübahisəli ünvandakı daşınmaz əmlakın İddiaçı məxsus olması müəyyən edilmişdir. Halbuki, həmin məhkəmə qərardadlarında söhbət məhkəmə aidiyyəti məsələlərindən bəhs edir, kiminsə hüquqlarının tanınmasından deyil. Həmçinin üçüncü şəxs Ceyran Vəliyeva hazırda yaşadığı mənzili 1983-cü ilin may ayından əldə etmişdir. Mənzili əldə etdiyi tarixdən də həmin torpaq sahəsi onun istifadəsində olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsBərdə rayon Bərdə bələdiyyəsinin nümayəndəsi X11 iddia tələbinə etiraz edərək bildirmişdir ki,Bərdə şəhər Təbriz küçəsində yerləşən 176.3 kv.m torpaq sahəsi İddiaçı Bərdə bələdiyyəsi tərəfindən satılmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” MMC-nin Mingəçevir Layihə- Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə ölçü işləri aparılmış, bu torpaq sahəsinin koordintaları müəyyənləşdirilərək, elektron kadastr məlumat bazasına əsasən həmin ərazinin yaşayış məntəqəsi torpaqları daxilində yerləşməklə bələdiyyə mülkiyyətinə aid olması barədə akt tərtin olunmuşdur. Sözügedən 176.3 kv.m torpaq sahəsi üzərində vətəndaşlar arasında mübahisə vardır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X16 üçüncü şəxsBərdə Mənzil Təmir İstismar Sahəsi isə nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının, cavabdehin və üçüncü şəxsBərdə Mənzil Təmir İstismar Sahəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasılarında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək Bərdə şəhəri Təbriz küçəsində yerləşən 176.3 kv.m torpaq sahəsi üzərində inşa etdirdiyi, tikintisi başa çatdırılmamış evə dair hüquqların dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X14 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: - İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 saylı iclas protokolundan çıxarışın surəti; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X14 iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********02 nömrəli məktubu; - Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş rəyin surəti; - Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının iddiaçıya ünvanladığı xx.xx.2015ci il tarixli, 3/0005 nömrəli məktubunun surəti; - Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-4238/2018 nömrəli qətnaməsinin surəti; - Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-1883/2019 nömrəli qərardadının təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-5445/2019 nömrəli qərarının surəti; - İddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsini əks etdirən fotoşəkillər; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarərtməsinin Təşkili üzrə Dövlət Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********10 nömrəli məktubu; - Bərdə Regional Ədliyyə İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 7-S- 18/3 nömrəli məktubu; - Məhkəmənin sorğusuna əsasən Bərdə rayon Bərdə bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 38 nömrəli məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Belə ki, işin faktiki faktiki halları ilə müəyyən edilir ki, İddiaçı Bərdə şəhəri Təbriz küçəsində yerləşən 176.3 kv.m torpaq sahəsi üzərində inşa etdirdiyi, tikintisi başa çatdırılmamış evə dair hüquqların dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X15 müraciət etmiş, lakin inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina ilə bağlı hərəkətlərini qanunvericiliyin tələblərinə uyğun hesab edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İİ fəsli bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin xüsusiyyətlərini müəyyən edir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vəsitəsilə əldə edilə bilər. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinhin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X20 178.0 kv.m torpaq sahəsinin adına sənədləşdirilməsi üçün İddiaçı müvafiq bələdiyyəyə müraciət etməsini tövsiyyə etmişdir. Lakin məhkəmənin sorğusuna əsasənBərdə rayon Bərdə bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 38 nömrəli məktubu ilə müəyyən edilir ki, Bərdə şəhər Təbriz küçəsində yerləşən 176.3 kv.m torpaq sahəsi İddiaçı Bərdə bələdiyyəsi tərəfindən satılmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” MMC-nin Mingəçevir Layihə-Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə ölçü işləri aparılmış, bu torpaq sahəsinin koordintaları müəyyənləşdirilərək, elektron kadastr məlumat bazasına əsasən həmin ərazinin yaşayış məntəqəsi torpaqları daxilində yerləşməklə bələdiyyə mülkiyyətinə aid olması barədə akt tərtib olunmuşdur. Sözügedən 176.3 kv.m torpaq sahəsi üzərində vətəndaşlar arasında mübahisə vardır. Göründüyü kimi, İddiaçı mübahisələndirdiyi Bərdə şəhəri Təbriz küçəsində yerləşən 176.3 kv.m torpaq sahəsinin ona məxsus olmasını məhkəmə iclasları, həmçinin məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X14 hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X9rşı (üçüncü şəxslər X10 və Bərdə rayon Bərdə bələdiyyəsi) Bərdə şəhəri Təbriz küçəsində yerləşən 176.3 kv.m torpaq sahəsi üzərində inşa etdirdiyi, tikintisi başa çatdırılmamış evə dair hüquqların dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X9rşı (üçüncü şəxslər X10 və Bərdə rayon Bərdə bələdiyyəsi) Bərdə şəhəri Təbriz küçəsində yerləşən 176.3 kv.m torpaq sahəsi üzərində inşa etdirdiyi, tikintisi başa çatdırılmamış evə dair hüquqların dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-129/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-129/2020
11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver