Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1290/2022 15.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi X5, üçüncü şəxs X7 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər X6, X13, X11) qarşı “ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatda düzəliş edilməsi ilə bağlı müvafiq öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər X6, X13, X11) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatda düzəliş edilməsi bağlı müvafiq öhdəliyin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvandakı 02 saylı ev mərhum atası X8 mülkiyyətində olmuşdur. Atası vəfat edəndən sonra o sözügedən evdə yaşamaqla həmin evdən ona düşən miras payını qanunla müəyyən edilmiş qaydada qəbul etmişdir. Atasına məxsus olan ev faktiki olaraq 0.08 ha torpaq sahəsi üzərində yerləşmişdir. 2015 ci ilin əvvəllərində qeyd olunan torpaq sahəsi üzərində mağaza tikdirmişdir. Həmin vaxtdan etibarən də mağazanı o və X1 ilə birlikdə işlətmişdir. X1 ona bildirmişdir ki, digər cavabdehlərlə də danışaraq belə razılığa gəlmişlər ki, atadan miras qalan ev və torpaq sahəsi qeyri-rəsmi öz aralarında bölünərək, cavabdehlərdən bacısı X9 1 sot torpaq sahəsi, cavabdehlərdən qardaşı X10 3 sot torpaq sahəsi verilir, bir şərtlə ki, onlara veriləcək torpaq sahəsi üzərində iddiaçı tərəfindən tikdirilmiş və anası ilə onun işlətdiyi mağazanı əvvəllər olduğu kimi yenə də iddiaçı və anası işlətməli idi, qalan torpaq sahəsi və ev isə faktiki olaraq anası ilə iddiaçı yaşadığından onlara qalmalıdır. Cavabdeh X3 ona bildirdiyi göstərilən qeyri-rəsmi bölgüyə öz razılığını bildirmişdir. Təxminən bir neçə ay əvvəl X13 mağazadan istifadə etməsinə maneçilik yaratmağa başlamışdır. X1 ona narahat olmamasını, məhkəməyə müraciət edərək, mağazadan istifadəsinə qoyulan qadağaların aradan qaldıracağını bildirmişdir. X6 tərəfindən məhkəməyə müraciət edilərkən ona məlum olmuşdur ki, X13 hansısa saxta yollarla 0.04 ha torpaq sahəsinə dair anası X2 adına mülkiyyət hüququnun təsdiq edən sənədin alınmasına nail olmuş, anası da həmin torpaq sahəsinin 0.03 ha hissəsinə X10, 0,01 ha hissəsini isə X9 bağışlamışdır. Onu da qeyd edir ki, atadan miras qalmış torpaq sahəsinin anasının adına rəsmiləşdirilməsi barədə hər hansı bir məlumatı olmamış, eləcə də iddiaçının hər hansı bir razılığı alınmamışdır. Cavabdeh iddiaya xx.xx.2022-ci il tarixli, **********14 nömrəli məktubla etiraz edərək bildirmişdir ki, iddia əsassızdır, təmin edilməməlidir. X3 adına Goranboy rayon, Dəliməmmədli şəhəri ünvanındakı 0.04 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. X3 adına Goranboy rayon, Dəliməmmədli şəhəri ünvanındakı 0.04 ha torpaq sahəsi Dəliməmmədli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2017-ci tarixli 1276 saylı arayış əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin arayış Dəliməmmədli şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1996-2000-ci illəri əhatə edən 11 saylı təsərrüfatbaşına uçot kitabının 10-cu səhifəsindən çıxarışa əsasən verilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanları müdafiə etmişdir. Üçüncü şəxs X7 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxslər X6 və X11 iddianın təmin olunmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Həmin Qərarın 6.1-ci bəndində qeyd olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, mübahisəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatda əks olunan torpaq sahəsi ilə bağlı iddiaçı iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandıra bilməmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni onun torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. İddiaçının iddia ərizəsində qeyd etdiyi mübahisəli torpaq sahəsi üzərində inşa etdiyi mağaza – ticarət obyektinə münasibətdə isə məhkəmə qeyd edir ki, inşa edilmiş obyektə dair tikintiyə icazə verilməsi barədə hər hansı bir qərar, həmçinin müvafiq qaydada təsdiqlənmiş layihə sənədləri təqdim olunmamışdır. Həmin sənədlərin mövcudluğunun araşdırılması məqsədilə sorğular göndərilmiş və sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş Goranboy Rayon İcra Hakimiyyəti Goranboy rayon Dövlət Arixivinin xx.xx.2022-ci il tarixli, 33 nömrəli məktubuna əsasən Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Dövlət Arxivində mühafizə olunan 2014- 2015-ci illər üzrə qovluqlarında İddiaçı və ya X4 və yaxud X10 ünvan 4 ünvanda mağaza və ya digər ticarət obyektinin tikintisinə icazə verilməsi aşkar olunmamışdır. Digər tərəfdən, elektron məhkəmə sorğu sistemdəki məlumatlardan aydın olur ki, iddiaçı ********** VÖEN ilə xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi uçota durmuş və hüquqi ünvan kimi ünvan 5rbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər X6, X13, X11) qarşı “ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatda düzəliş edilməsi bağlı müvafiq öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsi mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1290/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1290/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver