Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1296/2020 10.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 Gədəbəy rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 Gədəbəy rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Gədəbəy rayon şöbəsi) qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Gədəbəy rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Gədəbəy rayon Əhalinin Məişət Xidməti İstehsalat Xidmətində mövsümlə əlaqədar bənna ustası, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gədəbəy rayon Əhalinin Məişət Xidməti İstehsalat Xidmətində səyyari dülgər ustası işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Gədəbəy rayon Əhalinin Məişət Xidməti İstehsalat Xidmətində mövsümlə əlaqədar bənna ustası, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək dülgər ustası işləmişdir. İddiaçı həmin illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Gədəbəy rayon şöbəsinə müraciət etsə də cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, 1985-1993-cü illərdə Gədəbəy rayon Əhalinin Məişət Xidməti İstehsalat Xidmətində bənna və dülgər ustası işləmiş, səyyari işləyərək məişət xidmətinə ödənişlər etmiş və onun müqabilində əmək haqqı almışdır. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının 1977-ci ildən hərbi xidmət illəri də nəzərə alınmaqla 25 il sığorta stajı yaranır, lakin 1985- 1993-cü illərdə əmək haqqı alması barədə sübut olmadığına görə həmin illər nəzərə alınmır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Gədəbəy rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********6 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.1985-ci il tarixdən xx.xx.1993cü il tarixədək Gədəbəy rayon Əhalinin Məişət Xidməti İstehsalat İdarəsinin əmək haqqı cədvəlləri Gədəbəy rayon Dövlət Arxivinə təhvil verilmədiyindən və hüquqi ünvanı məlum olmadığındanİddiaçı həmin illərdə işləməsinin yerində yoxlanılması mümkün olmamış, bu səbəbdən də onun 25 il sığorta stajı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. -Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 19 nömrəli məktubundan görünür ki, Quliyev X4 rayon Əhalinin Məişət Xidməti İstehsalat İdarəsinin xx.xx.1985-ci il tarixli 26 nömrəli əmrilə bənna ustası təyin edilmiş və xx.xx.1993-cü il tarixli 18 nömrəli əmrilə tutduğu vəzifədən azad edilmişdir. -İddiaçı məxsus AT-İ ******* nömrəli xx.xx.1977-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, sonuncu xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gədəbəy rayon Əhalinin Məişət Xidməti İstehsalat İdarəsində işləmişdir. -Surəti iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı səyyari işləyərək Gədəbəy rayon Əhalinin Məişət Xidməti İstehsalat İdarəsinə müvafiq ödənişlər etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı əmək kitabçasına əsasən ümumilikdə 23 il 4 ay sığorta stajı olmasına baxmayaraq xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gədəbəy rayon Əhalinin Məişət Xidməti İstehsalat İdarəsində işlədiyi dövrün əmək haqqı cədvəlləri dövlət arxivinə təhvil verilmədiyinə və müəssisənin hüquqi ünvanı məlum olmadığına görə yerində yoxlanılması mümkün olmaması əsası ilə cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; - 3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. - 21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1. maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2. maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Təqdim edilmiş əmək kitabçasından və Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 19 nömrəli məktubundan görünür ki iddiaçı həqiqətən Gədəbəy rayon Əhalinin Məişət Xidməti İstehsalat İdarəsinin xx.xx.1985-ci il tarixli 26 nömrəli əmrilə bənna ustası təyin edilmiş və xx.xx.1993-cü il tarixli 18 nömrəli əmrilə tutduğu vəzifədən azad edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən də məlum olur ki, iddiaçı qeyd olunan dövrdə səyyari işləyərək məişət xidmətinə müvafiq ödənişlər etmiş və onun müqabilində əmək haqqı almışdır. Beləliklə iddiaçıya məxsus əmək kitabçasına əsasən onun ümumilikdə 23 il 4 ay sığorta sığorta stajı yaranır. Məhkəmə qeyd olunan əmək kitabçasını və arxiv arayışını mötəbər sübut kimi qəbul edir. Bundan başqa iddiaçıya məxsus hərbi biletə əsasən onun 2 il sığorta stajı yaranmışdır ki, bu işin mübahisəsiz halıdır. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur ki, hazırki halda əmək kitabçası və arxiv arayışında öz təsdiqini tapmış sığorta stajı, eləcə də hərbi xidmət dövrü də nəzərə alındıqda onun ümumilikdə 25 il 4 ay (23 il 4 ay + 2 il) sığorta stajı yaranmış olur. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 Gədəbəy rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1296/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1296/2020
10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver