Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1297/2020 10.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Şəmkir rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Şəmkir rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Şəmkir rayon şöbəsi) qarşı əlilliyə görə pensiya ilə sosial müavinət arasındakı fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Şəmkir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdən xx.xx.2015-ci il tarixədək əlilliyə görə əmək pensiyası ilə sosial müavinət arasındakı fərqin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2005-ci ildə İİİ qrup əlilliyə görə sosial müavinət təyin edilmişdir. xx.xx.2013-cü il tarixdə iddiaçı DSMF-nin Şəmkir rayon şöbəsinə müraciət edərək əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. Bundan sonra Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2015-ci il tarixli, 2(076)-1722/2015 nömrəli qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixdən ona verilən sosial müavinət əmək pensiyasına keçirilərək 138,75 manat məbləğində İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2020-ci il tarixdən əmək pensiyasının məbləği 233,20 manat olmuşdur. Əlilliyə görə əmək pensiyası hüququ xx.xx.2005-ci il tarixdən yarandığına görə o, DSMF-nin Şəmkir rayon şöbəsinə müraciət edərək əmək pensiyası ilə sosial müavinət arasındakı fərqin ödənilməsini xahiş etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı hüququ yarandığı xx.xx.2005-ci il tarixdən İİİ qrup əlilliyə görə sosial müavinət təyin edilmiş, bundan sonra iddiaçının xx.xx.2015-ci il tarixli ərizəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-1722/2015 nömrəli qətnaməsinə görə xx.xx.2015-ci il tarixdən sosial müavinətdən əmək pensiyasına keçirilərək 138,75 manat məbləğində İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Odur ki, ona təyin olunmuş əmək pensiyası ilə sosial müavinət arasındakı fərqin ödənilməsi imkan xaricindədir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Şəmkir rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********3 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı təyin edilmiş əmək pensiyası ilə sosial müavinət arasındakı fərqin ödənilməsindən imtina edilmişdir. -Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-1722/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı 1978-1981-ci illərdə, 1983-cü ildə və xx.xx.1986-1996-cı illərdə işləməsi faktı müəyyən edilmişdir. -DSMF-nin Şəmkir rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2015-ci il tarixli, 664 nömrəli qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, təqdim edilmiş sənədlərdən və araşdırmanın nəticəsindən görünür ki, iddiaçıya 2015-ci ildə pensiya təyin edilməsi üçün hüquqi əsas (məhkəmə qətnaməsi) həmin il yaranmışdır. Buna baxmayaraq həmin əsası təşkil edən məhkəmə qətnaməsindən görünür ki, iddiaçının pensiya hüququnun yaranma əsasını təşkil edən sosial sığorta stajı 2005-ci ilədək artıq yaranmışdır və müvafiq sənədlər həmin dövrdə təqdim ediləcəyi təqdirdə ona həmin il pensiya təyin edilə bilərdi. Başqa sözlə iddiaçının hüququnu reallaşdırılması üçün imkan gec yaransa da onun pensiya təminatı hüququ bərpa edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2017-ci il 10 mart tarixli 543-vqd nömrəli qanunun 1.103-cü bəndinə görə 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir. Buna görə də hazırki mübahisə üzrə xx.xx.2005-ci il tarixdən xx.xx.2015-ci il tarixədək əlilliyə görə əmək pensiyası ilə sosial müavinət arasındakı fərqin hesablanaraq ödənilməsi iddiaçının pensiya hüququ qazandığı dövrdə qüvvədə olmuş qanunvericilik normalarına əsasən həll edilməlidir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.2005-ci il tarixdən xx.xx.2015-ci il tarixədək əlilliyə görə əmək pensiyası ilə sosial müavinət arasındakı fərqin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Şəmkir rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1297/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1297/2020
10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver