Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-13/2021 15.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, İsgəndərov Tural Mahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən MA seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 39.4 kv.m olan Mərkəzi Avtovağzalın nəzdində yerləşən sanitariya otağı (qovşağı) və 0.01035 ha torpaq xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2009-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 xx.xx.2019-cu il tarixli ərizə ilə Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyətinə müraciət edərək İddiaçı məxsus olmuş ünvan 2 ünvanında (keçmiş mərkəzi avtovağzalın nəzdində) yerləşmiş qeyri-yaşayış binasının sökülməsi və həmin ərazidə olan 103.5 kv.m torpaq sahəsinin əlindən alınması nəticəsində vurulmuş ziyanın əvəzində 75000 manat kompensasiyanın ödənilməsi istiqamətində müvafiq tədbirlər görülməsini xahiş etmiş, ərizə xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyətinə çatıdırılmışdır. Bundan sonra, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək (iddia ərizəsi məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur) Cavabdeh tərəfindən ünvan 2 ünvanında (keçmiş mərkəzi avtovağzalın nəzdində) yerləşmiş sahəsi 39.4 kv.m olan qeyri-yaşayış binasının sökülməsinə və həmin ərazidə olan 103.5 kv.m torpaq sahəsinin əlindən alınmasına görə vurulmuş maddi ziyan üçün 50000 (əlli min) manat, 2012-ci ildən bu günədək 7 il ərzində əldən çıxmış fayda üçün 25000 (iyirmi beş min) manat, cəmi 75000 (yetmiş beş min) manat kompensasiyanın ödənilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında (mərkəzi avtovağzalın nəzdində) iddiaçıya məxsus sahəsi 39.4 kvm olan qeyri-yaşayış binası olmuşdur. Həmin bina avtovağzalın nəzdində sanitariya qovşağı kimi fəaliyyət göstərmişdir. Bundan başqa özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsini xx.xx.2009-cu il tarixli 2312 №-li alqı-satqı müqaviləsinə əsasən almışlar. Daha sonra həm sözügedən qeyri-yaşayış binasına, həm də onun yerləşdiyi 103.5 kv.m torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış və texniki pasport verilmişdir. Lakin 2012-ci ildə Cavabdeh nümayəndələri gələrək bildirmişlər ki, ona məxsus və onunla qonşuluqda yerləşən bir neçə digər qeyri-yaşayış obyektləri söküləcək, bunun müqabilində hər birinə məxsus obyektin dəyəri ödəniləcəkdir. Lakin üstündən xeyli vaxt keçməsinə və dəfələrlə müraciət etməyinə baxmayaraq, bu günə kimi ona vurulmuş ziyana görə kompensasiya ödənilməmişdir. Sonuncu dəfə Cavabdehnə rəsmi qaydada poçt vasitəsilə müraciət etsə də, ərizəsinə bu günə kimi ümimiyyətlə heç bir cavab verilməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki, onun mülkiyyət hüquqları Cavabdeh tərəfindən kobud surətdə pozulmuş və bu gün də pozulmaqda davam edir. Ona məxsus məxsus qeyri-yaşayış binasının və həmin ərazidə olan 103.5 kv.m torpaq sahəsinin minimal qiyməti 50000 manat olmuşdur. Bundan başqa, həmin obyektin fəaliyyət göstərməsi nəticəsində hər ay minimum 300 manat pul qazanırmış. Yəni 2012-ci ildən bu günədək ötən 7 il ərzində təxminən 25000 manat əldən çıxmış faydası olmuşdur. İddiaçı hesab edir ki, yuxarıda qeyd etdiyi məbləğlər Cavabdeh tərəfindən kompensasiya şəklində ona ödənilməlidir. Cavabdeh məhkəməyə xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixdə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmiş və etirazında göstərmişdir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus obyektdə və ya torpaq sahəsində hər-hansı bir söküntü işləri aparılmamış və bu barədə İcra Hakimiyyətinin başçısının heç bir tapşırıq və ya normativ aktı (sərəncamı) olmamışdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsində işləmiş Elmar Vəliyevin tapşırığına əsasən Gəncə şəhərində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar bir neçə layihələr həyata keçirilmişdir. Bunlardan biri də Elmar Vəliyevin tapşırığı ilə X5 şəhər mərkəzindən kənara, yəni Gəncə-Bakı yolunun sağ istiqamətində yerləşən boş torpaq sahəsinə köçürülməsi olmuşdur. X3 bütövlükdə sökülməsi prosesi məhz Elmar Vəliyevin tapşırığı ilə həmin dövrlərdə Gəncə şəhərinin abadlaşdırılmasında iştirak edən ətraf rayonların və o cümlədən Cavabdeh Mənzil Kommunal Təsərrüfat İstehsalat birliyinin texnikaları və işçi qüvvələri hesabına həyata keçirilmişdir. Əvəzində isə həmin ərazidə Elmar Vəliyevin tapşırığı ilə “X9” adlı park salınmışdır. Sözügedən söküntü işlərində isə nə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı, nə də ki Kəpəz Rayon İcra Hakimiyyətinin işçiləri iştirak etməmişdir. Bu məsələ Kəpəz Rayon İcra Hakimiyyətinin imkanları xaricindədir. Çünki, Kəpəz Rayon İcra Hakimiyyətinin balansında heç bir texnika və ya işçi qüvvəsi yoxdur. İddiaçıya məxsus torpaq sahəsində salınmış “X9” adlı park Kəpəz Rayon İcra Hakimiyyətinin balansında deyil və həmin parka Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən heç bir xidmət göstərilmir. Bundan başqa, həmin hadisədən 9 il keçməsinə baxmayaraq iddiaçı bu günədək onun hüquqlarının pozulmasına dair heç bir yerə rəsmi olaraq müraciət etməmişdir. İddiaçı 2019-cu ildə “kompensasiyanın ödənilməsi” üçün Kəpəz Rayon İcra Hakimiyyətinə müraciət etməsi isə sözügedən iddia tələbi ilə əlaqədar olaraq məhkəməyə müraciət etməzdən əvvəl prosedur qaydalara riayət etmək məqsədi olmuşdur. İddiaçı bu günədək hər hansı bir vəzifəli şəxsin və ya qurumun onun maraqlarına toxunulduğunu hiss etdiyi halda həmin vəzifəli şəxslərin və ya qurumun hərəkət və ya hərəkətsizliyindən şikayət etməməsi subyektiv xarakter daşıyır və qərəzlidir. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş olunur. İddiaçının nümayəndəsi və vəkili X6 məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclaslarında iddia tələbinə etiraz edərək məhkəməyə təqdim etdiyi etiraza uyğun izahat vermişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqları qeyd etmişdir. İddiaçıya və üçüncü şəxsə hazırkı məhkəmə iclası ilə əlaqədar məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmişdir. İş üzrə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən MA seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 39.4 kv.m olan Mərkəzi Avtovağzalın nəzdində yerləşən sanitariya otağı (qovşağı) və 0.01035 ha torpaq xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2009-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh məhkəməyə ünvanlandığı yazılı etirazlarında göstərmişdir ki, İddiaçı məxsus obyektin və torpaq sahəsinin ərazisində 2016-cı ildə Gəncə şəhərinin X9 seçilməsi ilə əlaqədar olaraq şəhər əhalisinin istirahəti üçün müasir standartlara cavab verən “X9” adlı park salınmışdır. Bundan başqa, cavabdeh məhkəməyə ünvanlandığı xx.xx.2021-ci il tarixli 03/256 nömrəli məktubunda göstərmişdir ki, “Gəncə-2016 X9” parkı Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən salınmamış, İcra Hakimiyyətinin balansında deyil və həmin parka heç bir xidmət göstərilmir. Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 03/397 nömrəli məktubundan görünür ki, Gəncə şəhərində yerləşən “Gəncə-2016 X9” parkının hansı inzibati orqan tərəfindən salınması və hazırda hansı orqanın balansında olmasına dair Gəncə Şəhər İcra Hakimiyyətində hər hansı məlumat yoxdur. Yuxarıda qeyd olunan məktublardan göründüyü kimi cavabdeh iddiaçının əmlakından məhrum edilməsinin qanunun tələblərinə müvafiq olduğunun yoxlanılmasına heç bir səy göstərməmişdir. Halbuki, “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 4.16.3-cü maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək yerli icra hakimiyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə bu qənaətə gəlir ki, torpaq sahəsinin alınmasına dair qanuna müvafiq qaydada qərar qəbul edilmədiyindən iddiaçının mülkiyyətindən məhrum edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdehin sözügedən torpaq sahəsində parkın salınmasına dair göstərdiyi dəlillərin qanunla müəyyən edilmiş əsasları olmamış və qanunda tələb edildiyi kimi Nazirlər Kabineti tərəfindən torpaq sahəsinin alınmasına dair heç bir normativ akt qəbul edilməmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini də nəzərdə tutur. Mövcud qanunvericiliyə əsasən şəxsi mülkiyyət dövlət hesabına Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndi tələb etdiyi kimi aşağıdakı yollarla özgəninkiləşdirilə bilər: - Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən mülkiyyət qanuni kompensasiya əvvəlcədən ödənilməsi şərti ilə dövlət ehtiyacları üçün müsadirə yolu ilə; - Mülki Məcəllənin 207 və 203.3.3-cü maddələrinə uyğun olaraq mülkiyyətçinin razılığı ilə dövlət tərəfindən əmlakın alınması yolu ilə; - Mülki Məcəllənin 203.3 maddəsində nəzərdə tutulmuş digər xüsusi hallarda. İşin faktiki hallarından göründüyü kimi yuxarıdakı prosedurların heç birinə riayət edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakının tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyətli obyektləirin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 157.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı” kimi Nazirlər Kabinetinin təyin edilməsi müəyyən edilmişdir. Həmin Məcəllənin 203.3-ü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa əmlakın mülkiyyətçisindən məcburi alınmasına yol verilmir: - öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi (maddə 203.3.1); - qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi (maddə 203.3.2); - sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi (maddə 203.3.3); - təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması (maddə 203.3.4); - rekvizisiya (maddə 203.3.5); - müsadirə (maddə 203.3.6). Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir (maddə 203.5). Qeyd olunan Məcəllənin 207-ci maddəsinə əsasən torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mulkiyyət hüquna xitam verilməsi həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində deyilir: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. Sözügüdən 39.4 kv.m olan qeyri-yaşayış binasının və həmin ərazidə olan 103.5 kv.m torpaq sahəsinin iddiaçının mülkiyyətində olması mübahisələndirilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə müəyyən edir ki, qeyri-yaşayış binası və torpaq sahəsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinə əsasən iddiaçının mülkiyyəti olmuşdur. Məhkəmə qeyd edir ki, hazırki işdə iddiaçının mülkiyyətinə müdaxilə olmuşdur. Belə ki, onun mülkiyyəti dövlət tərəfindən alınmışdır. Bu müdaxilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolun 1-ci maddəsinin 2-ci cümləsinin məzmunu baxımından mülkiyyətdən məhrum etməyə bərabərdir. Məhkəmə iddiaçının əmlakına müdaxilə zamanı mülkiyyətinin alınması ilə bağlı prosedurun Konstitusiyanın, Mülki Məcəllənin 152.1, 157.4, 157.9, 1097, 1100, 1113 və 1115-ci maddələrinin müddəaları ilə tənzimlənməsinə dair arqumentini nəzərə alır və razılaşır ki, iddiaçının mülkiyyətinin alınması zamanı həmin hüquqi aktlar tətbiq olunmalı idi. Buna baxmayaraq, hazırki işdə ərizəçinin mülkiyyətindən məhrum edilməsi zamanı qanunla nəzərdə tutulmuş şərtlərin heç birinə əməl olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh ərizəçinin şikayətinə baxmayaraq həmin qanunvericilik aktlarının tətbiq olunması məsələsini ümumiyyətlə müzakirə etməmiş, məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddiaçıya məxsus əmlakın sökülərək yerində park salındığını etiraf etmişdir. Sadəcə hüquqazidd hərəkətin tərəflərindən deyil, Gəncə şəhər İcra hakimiyyəti başçısı (E.Vəliyev) tərəfindən həyata keçirildiyini bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh sökülmənin məhz digər inzibati orqan – şəhər icra hakimiyyəti tərəfindən həyata keçirildiyini bildirsə də, bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin aşağıda qeyd olunan əsasnamənin müddəalarına əsasən rayon ərazisində abadlıq və yaşıllaşdırılmaların aparılması şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətinə aid edilməmişdir. “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin: - 3.9.10-cu maddəsinə əsasən yerli icra hakimiyyəti başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir; - 4.9.14-cü maddəsinə əsasən yerli icra hakimiyyəti başçısının yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək və 4.9.20-ci maddəsinə əsasən müvafiq ərazidə təmizlik, abadlaşdırma və yaşıllaşdırma aylıqlarının və iməciliklərin keçirilməsini təşkil etmək səlahiyyəti nəzərdə tutulmuşdur. - 4.18.1-ci maddəsinə əsasən bu Əsasnamənin 3.16.3-cü yarımbəndində nəzərdə tutulmuş vəzifə rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. - 4.18.2-ci maddəsinə əsasən bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.17-ci, 4.12.3-1-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Normaların məzmunundan göründüyü kimi cavabdeh inzibati orqanın qeyd edilən ərazi üzrə yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını, müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək, ərazidə təmizlik, abadlaşdırma və yaşıllaşdırma aylıqlarının və iməciliklərin keçirilməsini təşkil etmək və s. səlahiyyətləri nəzərdə tutulmuşdur Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, hazırki işdə müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə uyğun şəkildə həyata keçirilməmişdir. İddiaçı öz mülkiyyətindən cavabdehin hərəkəti nəticəsində qanunsuz olaraq məhrum olunmuşdur və iddiaçı öz mülkiyyətindən məhrum edildiyinə görə kompensasiya hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə əsasən əgər məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin razılığa gələn yüksək tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməyini təyin edir. İddiaçı maddi zərərə görə 50000 manat məbləğin kompensasiya şəklində cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Hazırki işdə maddi zərərin qiymətləndirilməsi ilə bağlı iş materiallarında ekspertlər iddiaçının əmlakının bazar dəyərini fərqli məbləğlərdə təqdim etmişdir. Məhkəmə bu səbəbdən zərərin qiymətləndirilməsi üçün hansı məbləğin əsas kimi götürüləcəyini müəyyənləşdirməlidir. “xxxx” MMC tərəfindən məhkəməyə təqdim olunan 1581/SQ nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 103.5 kv.m torpaq sahəsinin xx.xx.2019cu il tarixə olan bazar dəyəri 10000 (on min) manat təşkil edir. İddiaçının vəkili və nümayəndəsi X6 məhkəməyə vəsatətlə müraciət edərək ekspert rəyində torpağın dəyərindən xeyli aşağı qiymətləndirildiyini, eyni zamanda rəydə suallara da tam cavab verilmədiyini bildirmişdir. Vəkilin vəsatəti təmin edilərək ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin 292/Mİ/19 nömrəli qiymətləndirmə rəyindən görünür ki, 39.4 kv.m qeyri-yaşayış binası (torpaq sahəsi ilə birlikdə) 43 500 manat, qeyri-yaşayış binasının yerləşdiyi 103.5 kv.m torpaq sahəsinin 2011-2012-ci illərdə bazar dəyəri 20000 manat, hazırkı bazar dəyəri 15000 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə iş üzrə iki müxtəlif özəl şirkət tərəfindən bir-birindən tamamilə fərqlənən iki rəy təqdim edildiyini nəzərə alaraq iş üzrə məhkəmə araşdırmasının, tam, hərtərəfli və obyektiv aparılması üçün iddiaçının mülkiyyətində olmuş 39.4 kv.m qeyri-yaşayış sahəsinin və 103.5 kv.m torpaq sahəsinin 2011-2012-ci illərdə və hazırkı vaxtda bazar dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyinin verilməsi barədə qərardad qəbul etmiş və rəyin verilməsini Azərbaycan Respublikası Əmlak əsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinə həvalə etmişdir. Bundan başqa, məhkəmə notariuslara sorğu göndərib cavab almaqla iddiaçıya məxsus torpaq sahəsinin bazar dəyərini obyektiv müəyyən etməyə çalışmışdır. Gəncə şəhəri 5 saylı Notariat Ofisinin məhkəməyə təqdim etdiyi torpaq sahələrinin alqı-satqı müqavilələrindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospektində 2019-cu ildə 0.051 ha torpaq sahəsi 74000 manat, 51.7 kv.m olan qeyriyaşayış sahəsi 25000 manat, 2012-ci ildə 80 kv.m qeyri-yaşayış sahəsi 5500 manat məbləğə satılmışdır. Gəncə şəhəri 2 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli 239 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospektində 2012-ci il ərzində rəsmiləşdirilmiş ən yüksək sahələr aşağıdakılar olmuşdur: - 260.66 kv.m sahə - 171500 manat; - 55.80 kv.m sahə - 5000 manat; 107.9 kv.m sahə - 30000 manat. Bundan başqa, son bir il ərzində iki müqavilə rəsmiləşdirilmişdir: - 151.9 kv.m sahə - 300000 manat; 287.1 kv.m sahə - 29000 manat. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli 005-03/20 nömrəli “daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəy”dən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospektində yerləşən 29 nömrəli 39.4 kv.m qeyri-yaşayış binasının 2011-2012-ci illərdə bazar dəyəri 12000 manat, 103.5 kv.m torpaq sahəsinin 2011-2012-ci illərdə bazar dəyəri 24000 manat, xx xxxxxx 2020-ci il tarixinə 39.4 kv.m qeyri-yaşayış binasının bazar dəyəri 14000 manat, 103.5 kv.m torpaq sahəsinin bazar dəyəri 30000 manat təşkil edir. Məhkəmə iddiaçının əmlakı ilə bağlı sonuncu mütəxəssis qiymətləndirilməsi ilə notariusların həmin ərazidə yerləşən daşınmaz əmlakların bazar dəyərini müqayisə edərkən qiymətlər arasında nəzərə çarpacaq dərəcədə fərqlərin müəyyən edilmədiyi qənaətinə gələrək, eləcə də, qiymətləndirmə ilə bağlı mövcud bütün sübut və materialları nəzərə alaraq sözügedən əmlakın dəyərinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli 005-03/20 nömrəli “daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəy”ini mötəbər sübut olaraq qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının 2012-ci ildə mülkiyyətindən məhrum olmasına baxmayaraq, hələ də, kompensasiya ödənişi almadığından məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək kompensasiya məbləği qiymətləndirmənin ən son tarixinə, yəni xx.xx.2020-ci il tarixə olan bazar dəyərinə əsasən hesablanmalı və məbləği həm qeyri-yaşayış binasına, həm də torpaq sahəsinə görə ümumi olaraq 44000 (qırx dörd min) manat müəyyən edilməlidir. Bundan başqa, iddiaçı iddia tələbində 25000 manat məbləğində əldən çıxmış faydanın da cavabdehdən alınıb ona verilməsi ilə bağlı tələb irəli sürsə də, o, mübahisələndirilən əmlakından (ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 39.4 kv.m olan sanitariya otağı və 0.01035 ha torpaq sahəsi) sökülənə qədər və ya həmin əmlakından istifadəsi məhdudlaşana qədər hər hansı gəlir əldə etməsi barədə dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında bildirmişdir ki, iddiaçının adına aktiv VÖEN mövcud olmamış, iddiaçı vergi ödəyicisi deyil, həmin dövrlərdə də vergi ödəyicisi olmamışdır. Həmin obyektdən əldə etdiyi gəlirlə bağlı heç bir sübut təqdim edə bilmirlər. Göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iş materiallarında iddia tələbinin əldən çıxmış faydanın mövcudluğuna dəlalət edən mötəbər sübutlar mövcud olmadığından iddia tələbinin həmin hissədə təmin edilməsi üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Cavabdehndən 44000 (qırx dörd min) manat məbləğində maddi ziyan dövlət büdcəsi hesabına tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-13/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-13/2021
15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver